1-05-2023, 17:00
Yaponiyayla ikiqat vergitutma aradan qaldırıldıPrezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanunu imzalayıb. Konvensiya 2022-ci il dekabrın 27-də Bakıda imzalanıb.
1-05-2023, 16:30
Azad edilmiş ərazilərdə sahibkarlara yardımla bağlı fərman imzalandıPrezident İlham Əliyev mayın 1-də “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı göstərilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 2023-cü il yanvarın 1-dən 10 il müddətində hər ay istehlak olunan kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 faizi məbləğində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı ödəniləcək. Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydasını on beş gün müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir. İqtisadiyyat Nazirliyi isə Maliyyə Nazirliyi və Energetika Nazirliyi ilə razılaşdırmaqla, bu Fərmanın 1-ci hissəsinin icrası ilə bağlı 2023-cü ildə tələb olunan vəsait barədə təkliflərini on beş gün müddətində, həmçinin bu Fərmanın icrası ilə bağlı illik icmal hesabatı növbəti il fevralın 1-dək Nazirlər Kabinetinə təqdim edəcək.
1-05-2023, 16:00
Prezident TƏBİB-in Nizamnaməsini təsdiq etdiPrezident İlham Əliyev “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi” təsdiq edilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə bu qurumun strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etmək tapşırılıb.
1-05-2023, 15:30
Sabirabada maliyyə ayrılmasıyla bağlı Sərəncam imzalandıSabirabad şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,9 milyon (iki milyon doqquz yüz min) manat ayrılıb. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamla Maliyyə Nazirliyinə bu göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
1-05-2023, 15:00
İranın bu ölkədəki səfirliyi və konsulluğu yenidən bərpa olunduİranın Ər-Riyaddakı səfirliyi, o cümlədən Ciddədəki baş konsulluğu və İslam Əməkdaşlıq Təşkilatındakı nümayəndəliyi fəaliyyətini bərpa edib. Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani "IRIB" nəşrinə bildirib. “İran İslam Respublikasının üç nümayəndəliyi, Ər-Riyaddakı səfirliyi, baş konsulluğu və İranın Ciddədəki İslam Əməkdaşlıq Təşkilatındakı nümayəndəliyi adi rejimdə fəaliyyətə başlayıb”, - deyə Kənani qeyd edib. O, vurğulayıb ki, bu, nümayəndəliklərin işinin bərpasının ilk mərhələsidir. XİN rəsmisi onların göstərilən müddətdə tam həcmdə işə başlayacağına ümid etdiyini qeyd edib.
1-05-2023, 14:30
Tbilisi merindən açıqlama: “Gürcüstan hakimiyyəti onlar üçün problemdir..”Tbilisi meri Kaxa Kaladze Rusiyaya qarşı sanksiyaları rədd etdiyi üçün Gürcüstana Avropa İttifaqına namizəd statusunun verilmədiyini deyib. Kaladze bunu müharibə ilə əlaqələndirib. "Namizəd statusunun verilməsindən imtina siyasi qərar idi və cəmiyyət bunun niyə baş verdiyini çox gözəl anladı. Gürcüstan hakimiyyəti onlar üçün problemdir, çünki sanksiyalara qoşulmur, müharibəyə başlamır, müharibədə ikinci cəbhə açmır", - deyə o qeyd edib. Tbilisi meri əlavə edib ki, hakimiyyət namizəd statusu almaq üçün Gürcüstana təqdim edilmiş 12 tövsiyənin icrası üzərində diqqətlə işləyir.
1-05-2023, 14:00
Güclü yağışın Tərtərə vurduğu ziyan açıqlanıbGüclü yağış və dolunun Tərtərə vurduğu ziyan açıqlanıb. Bu barədə Tərtər Rayon İcra Hakimiyyətindən məlumat verilib. "30 aprel 2023-cü il tarixdə saat 17:00-18:00 radələrində yağan güclü yağış və dolu nəticəsində Tərtər rayonunun 8 yaşayış məntəqəsi üzrə 117 ev təsərrüfatına, 318 hektar taxıl, 267 hektar arpa, 94 hektar pambıq, 61 hektar günəbaxan, 129 hektar yonca, 32 hektar qarğıdalı, 3 hektar soğan, 300 hektar meyvə bağı, 4 hektar ting sahəsinə ağır və orta dərəcədə ziyan dəyib, 10 baş xırdabuynuzlu heyvan tələf olub" - deyə rəsmi açıqlamada bildirilib. Qeyd edək ki, ötən gün ölkənin bəzi ərazilərinə güclü yağış yağması və dolu düşməsi bir sıra fəsadlara səbəb olub. Belə ki, Tərtər rayonunun Ağkənd, Dəmirçilər və Həsənqaya kəndlərinə yağan intensiv yağışlar səbəbindən fərdi evlər və həyətyanı sahələri, kənd yolları subasmaya məruz qalıb.
1-05-2023, 13:30
Stilistdən Aygün Kazımovaya təhqiredici ifadələrStilist Anar Ağakişiyev Xalq artisti Aygün Kazımovanın xarici görünüşünü təhqir edib. Bu barədə o, "Instagram" səhifələrinin birində müğənninin videosuna şərh yazıb. “Qoca transa oxşayır! 53 yaşında azərbaycanlı xanım belə görünməməlidir! Hər şeyin ədabı-üsulu var. Həyatda ən çəkindiyim şey - Yaşlananda Allah ağlımı almasın”, - stilist bildirib. Onun şərhi sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
1-05-2023, 13:00
İlham Əliyev özbəkistanlı həmkarını təbrik etdiAzərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda referendumun uğurla keçirilməsi münasibətilə Prezident Şavkat Mirziyoyevi təbrik edib. Prezident İlham Əliyev bu barədə mayın 1-də Özbəkistanın “Uzavtosanoat” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Uluqbek Rozukulovu qəbul edərkən bildirib. Dövlət başçısı ilk növbədə, Özbəkistanda referendumun uğurla keçirilməsi münasibətilə Prezident Şavkat Mirziyoyevə təbriklərini çatdırmağı xahiş edib. Referendumu qardaş Özbəkistanın hərtərəfli inkişafı və demokratiyanın möhkəmlənməsi istiqamətində mühüm addım kimi dəyərləndirən Azərbaycan Prezidenti qeyd edib ki, bu referendum, eyni zamanda, Özbəkistan Prezidentinin həyata keçirdiyi kursa xalqın göstərdiyi etimaddır.
1-05-2023, 12:30
Qarabağda yaşayan ermənilərdən sülhməramlılara etirazQarabağda yaşayan ermənilər Rusiya sülhməramlılarına qarşı etiraz aksiyası keçirir. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. "Qarabağda yaşayan ermənilərin sürü olmadığını göstərmək üçün etiraz yürüşü keçirəcəyik", - erməni sakinlərdən biri deyib. Aksiya Xankəndidə təşkil olunub. Hazırda Rusiya əleyhinə şüarlar səsləndirilir. Etirazçıların fikrincə, rus sülhməramlıları öz vəzifələrini yerinə yetirə bilmir. Separatçıların nümayəndələri Rusiya hərbçilərinin Xankəndidən çıxarılması tələbini irəli sürüblər. "Ruslar bizi satdılar. İndi bizdə onların getməsini tələb edirik" - etirazçı ermənilər bildiriblər. Qeyd edək ki, ötən həftə Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin rəhbəri dəyişdirilib. Belə ki, Rusiya müdafiə naziri general-polkovnik Aleksandr Lentsovu Andrey Volkovun yerinə göndərib.