1-05-2023, 12:00
İrana qarşı mübarizə aparmaq hamının borcudur - İsrailİsrailin Baş naziri Benyamin Netanyahu hesab edir ki, İranın nüvə dövlətinə çevrilməsinin qarşısını almağın yeganə yolu real hərbi əməliyyatlardır. Hökumət başçısı bu barədə "CNN" telekanalına müsahibəsində danışıb. Baş nazir İsraili, ABŞ-ı və qonşu ərəb ölkələrini nəzərdə tutaraq, İrana qarşı mübarizə aparmağın hamının borcu olduğunu söyləyib: “Bu, bizim hamımızın borcudur”. “Müşahidələrimiz göstərir ki, bizim iqtisadi və siyasi səylərimiz İranın ilkin planlarını alt-üst edib",- deyə Netanyahu vurğulayıb.
1-05-2023, 11:30
Rusiyadan Ermənistana qazın nəqli dayandırıldıRusiyadan Ermənistana təbii qazın nəqli müvəqqəti olaraq dayandırılıb. Bu barədə “Gazprom Armenia” ASC-nin mətbuat xidməti məlumat yayıb. Şirkətdən verilən məlumata görə, bu, mayın 1-dən 4-dək “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəmərində nəzərdə tutulan təmir işləri ilə əlaqədardır. Bildirilib ki, Ermənistanda istehlakçıların qaz təchizatı hazırda daxili ehtiyatlar hesabına həyata keçirilir.
1-05-2023, 11:00
Afrika hakimiyyətindən Rusiyaya xəbərdarlıqCənubi Afrika Respublikasının hakimiyyət orqanları Rusiya Federasiyasına qeyri-rəsmi xəbərdarlıq edib ki, prezident Vladimir Putin BRİKS sammiti üçün ölkəyə səfər edərsə, Beynəlxalq Cinayət Məhkəməsinin qərarı əsasında onu həbs edəcəklər. Bu barədə "The Sunday Times" nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, CAR hakimiyyəti Kremli səfər ideyasından imtina etməyə razı salmağa çalışır. Adları açıqlanmayan yüksək vəzifəli məmurlar qeyd ediblər ki, Pretoriya Moskva ilə danışıqlar aparır və Putinə videobağlantı vasitəsilə BRİKS sammitində iştirak etməyi təklif edib. "Bizim Putini həbs etməmək variantımız yoxdur. O, bura gələrsə, həbs etməli olacağıq", - CAR hakimiyyət nümayəndəsi bildirib.
1-05-2023, 10:30
İngiltərənin sabiq baş naziri dövlətə 15 min dollar ödəməlidirBöyük Britaniyanın sabiq baş naziri Liz Trass dövlətə 15 min dollar ödəməlidir. Bu vəsait Trass vəzifədə olarkən "Chevening House"dan yoxa çıxan başmaq, qida, içkilər və digər şeylərə görə hesablanıb. Qanun layihəsinə əsasən, xərclərin onun siyasi fəaliyyəti ilə bağlı xərclər olmadığı təqdirdə Trass pulu ödəməli olacaq. Nəşr yazır ki, sabiq baş nazir yaxın çevrəsi ilə görüşlər üçün "Chevening House"dan istifadə edirdi və bu, tez-tez axşam əyləncələrinə çevrilirdi. Hələlik Trass xərcləri əsaslandırmağa müvəffəq olmayıb.
30-04-2023, 19:03
240 saylı məktəbdə kitab təqdimatı Nəsimi rayonu 240 saylı məktəbdə şairə Esmira Günəşin şəhidlərə həsr etdiyi "Qəlbimizdə yaşayanlar" kitabının təqdimatı keçirilib. Tədbir şəhid Tural Eyyubovun adını daşıyan sinifdə baş tutub. Tədbirdə şəhid ailələriylə yanaşı məktəbin müəllim və şagird kollektivi iştirak edib. Tədbir ilk olaraq şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsiylə başladıqdan sonra çıxış üçün ilk söz məktəbin direktoru Esmira Məmmədovaya verilib. Direktor qonaqları salamlayaraq günün əhəmiyyətindən danışaraq bildirib ki, məktəbdə 40 dənə şəhid adı daşıyan otaq var. Onlardan biri də məhz şəhid Tural Eyyubovun adını daşıyır.
8 a sinif rəhbəri Yusifova Səbinə müəllimə və şagird kollektivi həmçinin 6 c sinif rəhbəri Həmidova Səbinə müəllimə və şagirdləri adından şəhid anasına şəhidin şəklinin yer aldığı xalçanı təqdim edib. Daha sonra şagirdlər öz çıxışları ilə qonaqların alqışlarını alıblar.
Sonda şəhid Tural Eyyubovun da yer aldığı "Qəlbimizdə yaşayanlar" kitabının müəllifi Esmira Günəşə söz verilib. Şairənin musiqi müəlliminin müşayiəti ilə qiraəti hər kəsi kövrəltsə də, sonda qonaqlara oğlunun şəhidlər haqqında söylədiyi şeirlə qürurverici anlar yaşadıb. Şəhid anasını səhnəyə dəvət edərək kitabı təqdim edən şairənin çıxışı şagirdlər tərəfindən gül buketləri ilə qarşılanıb. Tədbir xatirə şəkilləri ilə yekunlaşdırılıb.
30-04-2023, 18:39
İctimai Şuranın üzvləri Xaçmaz və Qubada görüşlər keçiriblərDövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri Xidmətin müxtəlif struktur bölmələri tərəfindən miqrasiya proseslərinin həyata keçirilməsi vəziyyəti ilə yaxından tanış olmaq üçün mütəmadi olaraq görüşlər təşkil edir.
Növbəti tədbir çərçivəsində İctimai Şura üzvləri Xaçmaz şəhər Tarix-Diyarşünaslıq Muzeyində əcnəbilərlə görüşüblər. Tədbirdə miqrasiya məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Qaldırılan məsələlər, edilən müraciətlər müvafiq qaydada qeydiyyata alınıb.
Sonra Şura üzvləri Xaçmaz Regional Miqrasiya idarəsində olublar. Burada onlara regional idarənin əhatə etdiyi rayonlarda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi və onların ölkə ərazisində qanuniləşdirilməsi istiqamətində görülən işlər, elektron xidmətlər, mütəmadi təşkil edilən səyyar xidmətlər, keçirilən maarifləndirmə tədbirləri və digər fəaliyyət istiqamətləri barədə məlumat verilib.
Eyni zamanda səfər çərçivəsində Şura üzvləri Quba “ASAN Xidmət” mərkəzində ümumi işin təşkili, miqrasiya və digər əlaqəli pəncərələrin fəaliyyəti ilə də tanış olublar.
30-04-2023, 16:50
“Formula 1” üzrə əsas yarışın qalibi bəlli olduBakı halqasında Formula1 üzrə Azərbaycan Qran-prisində əsas yarışın qalibi məlum oldu. Birinci yerin qalibi "Redbull"dan Sergio Peres olub. İkinci və 3-cü yerdə müvafiq olaraq "Redbull"dan verstappen və "Ferrari"dən Şarl Lekre qərarlaşıb.
30-04-2023, 16:45
Çexiya prezidentindən ukraynalı həmkarına tərif dolu ifadələr"O, daha az gülür, amma milləti necə xilas edəcəyini dəqiq bilir". Bunu Çexiya prezidenti Petr Pavel ukraynalı həmkarı Volodimir Zelenski haqqında deyib. "Zelenski balaca, amma böyük adamdır. O, çaşqın görünəndə belə, nə vaxt və necə edəcəyini dəqiq bilir. Zelenskinin əvvəlkindən qat-qat az güldüyünü fərq etdim. Onun gülümsəmək üçün çox səbəbi yoxdur. Həmkarıma və bütün ukraynalılara arzu edirəm ki, onlar yenidən gülümsəsinlər”, - Çexiya lideri bildirib. Peter Pavel Kiyev və Dneprdə olub, burada hərbçilərin və raket zərbələri qurbanlarının xatirəsini ehtiramla yad edib. O, Ukrayna ordusuna məxsus hərbi texnikanın üzərinə "Rusiya, evinə get!" ifadəsini yazıb.
30-04-2023, 16:30
İdmançımız Avropa rekordunu qıraraq qızıl medal qazandıAzərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin para-pauerliftinq idman növü üzrə milli komandasının üzvü Leyla Kərimova Gürcüstanın Tbilisi şəhərində keçirilən Dünya kubokunda iştirak edib. İdmançımız gənclər arasında 76 kq nəticə göstərərək fərdi çəkidə Avropa rekordunu qıraraq qızıl medal qazanıb. Bu nəticə ilə idmançımız ümumi çəkidə də daha bir qızıl medalın sahibi olub. Qeyd edək ki, Leyla Kərimova ümumi kateqoriyada isə 147 kq nəticə ilə yarışı 4-cu pillədə tamamlayıb.
30-04-2023, 16:00
Prezident xanımı ilə “Formula 1”də iştirak etdiAprelin 30-da Bakı şəhər halqasında Formula 1 üzrə dünya çempionatının dördüncü – Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yarışa baxırlar. Əvvəlcə Qran-Prinin açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni ifa olundu. Dövlət Himnini “Eurovision-2018” müsabiqəsində Azərbaycanı təmsil edən Aysel Məmmədova səsləndirib. Açılış mərasimindən sonra Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı başlayıb.