TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
10-12-2025, 21:52
İsveçrədə yeni prezident seçildi


İsveçrədə yeni prezident seçildi

İsveçrə parlamenti iqtisadiyyat naziri Qi Parmeleni ölkənin 2026-cı il üçün prezidenti seçib.
O, bu vəzifədə maliyyə naziri Karin Keller-Satteri əvəzləyib.
Parmelen Federal Şuranın ən uzunmüddətli üzvüdür. O, 2021-ci ildə də prezident vəzifəsini icra edib. Sağçı İsveçrə Xalq Partiyasının üzvü olan Parmelen ixtisasca üzümçüdür.
İsveçrədə prezident vəzifəsi hər il Federal Şuranın yeddi üzvü arasında növbəlilik əsasında ötürülür.
İsveçrədə prezident vəzifəsi əsasən simvolik xarakter daşıyır.
10-12-2025, 21:37
Naxçıvan ağ örpəyə büründü - FOTO


Naxçıvan ağ örpəyə büründü - FOTO

Naxçıvan Muxtar Respublikası ərazisində qeyri-sabit hava şəraiti davam edir.
ekabrın 10-u axşam saatlarında da muxtar respublikanın dağlıq və dağətəyi zonalarında sulu qar və qar yağır.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən verilən məlumata əsasən, Parağaçay Qar Uçqunu Stansiyasında qar örtüyünün hündürlüyü 3 santimetr təşkil edir.








10-12-2025, 21:13
Rusiyadakı azərbaycanlıların nəzərinə! - YENİ QADAĞA


Rusiyadakı azərbaycanlıların nəzərinə! - YENİ QADAĞA

Sankt-Peterburq şəhərində miqrantların taksi sürücüsü və kuryer kimi işə götürülməsinə qoyulan məhdudiyyətlər 2026-cı ilə sonuna qədər uzadılacaq.
Bunu Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov deyib.
"Biz müvafiq qadağaları 2026-cı ilin sonuna qədər uzatmağı məqbul hesab etdik - həm taksi, həm də kuryer işi üçün. Xarici mütəxəssislərə, şübhəsiz ki, tələbat var, ancaq iqtisadiyyatın onlara ehtiyac olduğu sektorlarda", - deyə Beqlov bildirib.
10-12-2025, 18:27
Ceyhun Bayramov Macarıstana getdi


Ceyhun Bayramov Macarıstana getdi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bu gün Macarıstana işgüzar səfərə yola düşüb.
XİN-dən verilən məlumata görə, səfər çərçivəsində 11 dekabr tarixində Azərbaycan-Macarıstan Strateji Dialoqunun üçüncü iclasının, nazir Ceyhun Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
10-12-2025, 18:20
907-ci düzəliş ləğv edilir - Proses başladı


907-ci düzəliş ləğv edilir - Proses başladı

ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna 907-ci düzəlişi tam ləğv etməyə yönəlmiş qanun layihəsini təqdim edib.
Bu barədə məlumat Konqresin saytında yerləşdirilib
Qeyd edək ki, bu düzəliş ABŞ-ın Azərbaycana hərbi və maliyyə yardımı göstərməsini məhdudlaşdırır.
Xatırladaq ki, bu ilin avqust ayında ABŞ Prezidenti tərəfindən “Azadlığa dəstək qanununa” 907-ci düzəlişin tətbiqinin müvəqqəti olaraq dayandırılması ilə bağlı sərəncam imzalanıb. 1992-ci ildə qəbul olunmuş bu düzəliş Azərbaycana ABŞ dövlət yardımının göstərilməsini qadağan edir.
Rəsmi Bakı Azərbaycanla-ABŞ arasında münasibətlərin inkişaf perspektivləri, Azərbaycanın geniş regionda artan rolu nəzərə alınaraq, ABŞ tərəfinin bu düzəlişin tamamilə ləğv edilməsi istiqamətində əməli addımlar atacağına ümidvar olduğunu bəyan edib.
10-12-2025, 18:10
Biznesin İnkişafı Fondu ASC-yə çevrildi - SƏRƏNCAM


Biznesin İnkişafı Fondu ASC-yə çevrildi - SƏRƏNCAM

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil edilib.
Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
"Azərbaycan Biznesinin İnkişafı Fondu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi təsdiq edilib.
Cəmiyyətin nizamnamə kapitalı 1 milyard 180 milyon 929 min 648 manatdır və onun səhmlərinin nominal dəyərindən təşkil olunur. Nizamnamə kapitalı nominal dəyəri 1 manat olan 1 milyard 180 milyon 929 min 648 ədəd adi səhmdən ibarətdir.
10-12-2025, 18:00
Prezident 2026–2029-cu illər üçün strategiyanı təsdiqlədi


Prezident 2026–2029-cu illər üçün strategiyanı təsdiqlədi

Prezident İlham Əliyev "Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti Strategiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirməli, Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə dövlət başçısına məlumat verməli, icrası davam etməkdə olan konsepsiya, strategiya, dövlət proqramı, milli fəaliyyət planı və bu kimi digər sənədlərin Strategiya ilə əlaqələndirilməsi istiqamətində zəruri tədbirlər görməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsini Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.
Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi Strategiyada nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il dövlət büdcəsi layihəsinin tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görməlidir.
10-12-2025, 17:52
Azərbaycan qazı Macarıstan üçün strateji əhəmiyyətlidir - Ekspert


Azərbaycan qazı Macarıstan üçün strateji əhəmiyyətlidir - Ekspert

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Macarıstanın "MVM ONEnergy" arasında təbii qaz təchizatına dair yeni saziş imzalanıb.
1 yanvar 2026-cı ildən qüvvəyə minəcək saziş Azərbaycan ilə Macarıstan arasında strateji enerji tərəfdaşlığının daha da möhkəmləndirilməsinə xidmət edir.
İqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanın Macarıstana böyük həcmdə qaz ötürməsi gözlənilmir:
"Azərbaycanın bütün Avropaya verdiyi qazın ümümi həcmi bir il üçün orta hədd olaraq 11 milyard kubmetrdir. Bu həcmin daha çox hissəsini İtaliya alır. Çünki İtaliya ilə ölkəmiz arasında uzunmüddətli müqavilə var.
Macartanın geosiyasi mövqeyi təhlükəlidir. Ölkəyə Rusiya qazı Ukrayna vasitəsilə çatdırılırdı. Müharibə axına ciddi maneə oldu.
Macarıstana gedən "Drujba" kəməri Rusiya-Ukrayna müharibəsi nəticəsində ciddi zədələr alıb.
Kəmərdən qazın ixracı dayandırdığına görə Macarıstan alternativ yollar axtarır.
Azərbaycan qazının ora çatdırılması ölkənin bir müddət idarə olunması üçün böyük əhəmiyyət daşıyır.
Bundan əlavə, Macarıstan hal-hazırda çoxşaxəli qaz idxalı modelinə keçidə cəhd edir. Planda Rusiya qazının Türkiyə vasitəsi ilə istehlakı var. Bunu üçün heç bir sanksiya ehtimalı da yoxdur".

10-12-2025, 17:38
Prezident rektoru işdən çıxardı - Yeni təyinat


Prezident rektoru işdən çıxardı - Yeni təyinat

Şahin Məhərrəm oğlu Əliyev Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Digər sərəncamla Rövşən Rəhim oğlu İsmayılov həmin posta təyin edilib.
10-12-2025, 17:34
Qazaxıstandakı diaspor təyyarə istintaqının yekun qərarını gözləyir - AÇIQLAMA


Qazaxıstandakı diaspor təyyarə istintaqının yekun qərarını gözləyir - AÇIQLAMA

Azərbaycanın Bakı–Qroznı reysilə uçan sərnişin təyyarəsinin Rusiya ərazisində vurulduqdan sonra Qazaxıstanda qəzaya uğramasından 11 ay keçir. İndi istintaqın yekunlaşma tarixinə 15 gün qalır.
Qazaxıstan Nəqliyyat Nazirliyi AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmanın yekun nəticələrini xarici laboratoriyalardan alınacaq rəy təqdim olunduqdan sonra açıqlayacağını elan edib.
Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbaev daha əvvəl bildirib ki, qəzanın araşdırılması iki istiqamətdə aparılır: biri cinayət işi üzrə Baş Prokurorluğun xətti ilədir, bu çərçivədə Rusiya və Azərbaycan hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edilir. Digər istiqamət isə Nəqliyyat Nazirliyinin apardığı texniki araşdırmadır.
Nazirliyin məlumatına görə, prosesin tamamlanması üçün təyyarədə istifadə olunan aviasiya və naviqasiya avadanlıqlarının istehsalçıları və lisenziya sahiblərindən son mütəxəssis rəyləri gözlənilir. Bozumbaevin məlumatına görə, hesabat bu ilin sonunda və ya gələn ilin əvvəlində hazır ola bilər.
Qazaxıstandakı Azərbaycan Mərkəzinin direktoru İlkin Orucov bildirib ki, istintaq komissiyasının yekun qərarına dair rəsmi məlumatı səbirsizliklə gözləyirlər:
"İlk növbədə qeyd etmək lazımdır ki, AZAL təyyarəsinin Aktauda qəzaya uğraması hamımız üçün ağır hadisəydi. Həmin vaxt Azərbaycan və Qazaxıstan tərəfləri operativ qaydada xilasetmə və yardım işlərini koordinasiya etmişdilər. Hazırda biz də istinaq komissiyasının yekun qərarına dair rəsmi məlumatı səbirsizliklə gözləyirik. Hadisələrdən 1 il keçir. Bu məsələnin sivil, şəffaf və ədalətli şəkildə yekunlaşmasına ümid edirik. Aktau şəhərinin sakinləri, Azərbaycan diasporu, Baş konsulluq istintaqın nəticələrinin çox yaxın vaxtda açıqlanacağını gözləyir. Çünki hamımız bu prosesdə çox fəal iştirak edirdik. Eyni zamanda, biz anlayırıq ki, belə araşdırmaların mərhələləri çox olur. Texniki baxımından çox çətin prosesdir".
İ.Orucov verilmiş vədlərə uyğun olaraq, dekabrın 25-də istintaqın yekunlarının açıqlanacağına ümid etdiklərini deyib:
"Vaxt gedir və ictimaiyyətdə narahatlıq yaranır ki, bu da təbiidir. Hazırda biz sadəcə rəsmi məlumatın dərcini gözləyirik. Cəmi təxminən 15 gün vaxt qalıb. Ümid edirik ki, verilmiş vədlərə uyğun şəkildə yekun qərar nəhayət ictimaiyyətə təqdim olunacaq. Qəraraın isə azərbaycanlıların xeyrinə olacağını güman edirik".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!