20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
11-12-2025, 17:26
Əli Əsədov Aşqabadda Kobaxidze ilə görüşdü


Əli Əsədov Aşqabadda Kobaxidze ilə görüşdü

Baş nazir Əli Əsədov Türkmənistana işgüzar səfəri çərçivəsində bu gün Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.
Bu barədə Nazirlər Kabinetindən xəbər verilib.
Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb.
İ.Kobaxidze Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan dövlətinin başçısına çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, neft-qaz, yaşıl enerji, humanitar və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub.
İki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın gündəliyində duran aktual məsələlərə xüsusi diqqət yetirilib.
11-12-2025, 17:22
Azərbaycan Macarıstana 800 milyon kubmetr qaz satacaq


Azərbaycan Macarıstana 800 milyon kubmetr qaz satacaq

Azərbaycan Macarıstana 800 milyon kubmetr qaz satacaq.
Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
O, bu gün Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla görüşüb.
Siyarto ölkəsinin Azərbaycandan yeni qaz alışı ilə bağlı növbəti razılaşma imzaladığını açıqlayıb. Nazir bildirib ki, Macarıstan 2026–2027-ci illəri əhatə edən iki il müddətinə Azərbaycandan ümumilikdə 800 milyon kubmetr təbii qaz alacaq.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Macarıstanın "MVM ONEnergy" şirkəti arasında razılaşmalar çərçivəsindəsaziş imzalanıb.
"MVM və SOCAR arasında saziş gündəlik 1,1 milyon kubmetr idxalı nəzərdə tutur", - o dəqiqləşdirib.
Nazir qeyd edib ki, bu müqavilə Macarıstanın enerji təhlükəsizliyinin şaxələndirilməsi strategiyasının bir hissəsidir və Azərbaycan bu prosesdə əsas tərəfdaşlardan biridir.
11-12-2025, 17:18
Bakıda oğurluq edib qaçan şəxslər tutuldu


Bakıda oğurluq edib qaçan şəxslər tutuldu

Binəqədi rayonu ərazisində yerləşən iki evdən oyun aparatı, təmir aləti və məişət əşyaları oğurlanıb.
Hadisə barədə polisə müraciət edən zərərçəkənlərə ümumilikdə 5015 manat maddi ziyan dəydiyi məlum olub.
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Faiq Quliyev və 30 yaşlı Fuad Abdulov müəyyən olunaraq saxlanılıblar.
Aparılan araşdırmalarla F.Abdulovun bir nəfərə məxsus bağ evindən 1850 manat dəyərində məişət əşyaları oğurladığı da məlum olub.
Saxlanılan şəxslərin evlərə daxil olmaları, oğurluq etdikləri anlar və “BYD” markalı avtomobillə hadisə yerindən uzaqlaşmaları təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Hətta saxlanılan şəxslər hadisə günü oğurluq etdikləri mənzildən qayıdan zaman yol hərəkəti qaydalarını pozduqlarına görə də xüsusi texniki vasitələrin köməkliyi ilə cərimələniblər.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
11-12-2025, 17:14
Paşinyan Moskvadakı iclasa yetişdi


Paşinyan Moskvadakı iclasa yetişdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada keçiriləcək Avrasiya Hökumətlərarası Şurasının iclasına qatılıb.
Məhdud iştiraklı iclasa qatılanlar arasında Rusiyanın Baş naziri Mixail Mişustin, Belarusun Baş naziri Aleksandr Turçin, Qazaxıstanın Baş naziri Oljas Bektenov, Qırğızıstanın Baş naziri Adilbek Kasımalıyev və Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Bakıtcan Saqintayev Bakıtjan Saqintayev də var.
Tədbirdən əvvəl Mişustin Paşinyanla Rusiya hökumət binasında görüşüb və onunla birlikdə şəkil çəkdirib.
Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətinin əvvəllər verdiyi məlumata görə, tədbir zamanı Birliyə üzv dövlətlərin hökumət başçıları Avrasiya iqtisadi inteqrasiyasının daha da dərinləşdirilməsi məsələlərini müzakirə edəcəklər. Xüsusi diqqət Avrasiya İqtisadi Birliyi daxili bazarının fəaliyyətinə, enerji, sənaye və kənd təsərrüfatı sektorlarında əməkdaşlığın inkişafına yönəldiləcək.
Daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan bildirib ki, onun təyyarəsi hava məkanının müvəqqəti bağlanması səbəbindən gecə Moskvaya enə bilməyib və Sankt-Peterburq hava limanına yönləndirilib.
Yeri gəlmişkən, Nikol Paşinyan 11 dekabrda Moskvadakı Ermənistan səfirliyinin qarşısında təşkil edilən mitinqlə qarşılaşıb. Etirazçılar həbs olunmuş ruhanilərin fotoşəkilləri olan plakatlar tutublar. Onlar Rusiyada yaşayan erməniləri birləşməyə və bütün ermənilərin kilsəsi və katolikosunun yanında olmağa çağırıblar.
Xatırladaq ki, ermənilər Paşinyanın işgüzar səfərdə olduğu Berlində də etiraz aksiyası təşkil ediblər.
11-12-2025, 17:10
Əli Əsədov Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO


Əli Əsədov Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO

Aşqabad şəhərində işgüzar səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb.
Bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və Türkmənistanın daimi neytrallığının 30 illiyi münasibətilə təbriklərini bu ölkənin dövlət başçısına çatdırıb.
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevin salamlarına və təbriklərinə görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycanla Türkmənistan arasında siyasi dialoqun yüksək səviyyədə olduğu vurğulanıb, qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.


11-12-2025, 17:03
Xəzərdə köməksiz qalan balıqçılar xilas edildi - FOTO


Xəzərdə köməksiz qalan balıqçılar xilas edildi - FOTO

Xəzər dənizində köməksiz qalan Azərbaycan Respublikası vətəndaşları xilas edilib.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Xəzər dənizində üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirlərinin həyata keçirilməsini uğurla davam etdirir. Dekabrın 10-da saat 17:30-da Sahil Mühafizəsinin Bakı sahil nəzarəti şöbəsinin Zirə sahil nəzarəti bölməsinə Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub ərazi sularında 3 nəfər heyət üzvü olan balıqçı qayığının geri qayıtmadığı və köməksiz vəziyyətdə qaldığı barədə məlumat daxil olub.
Təxirəsalınmaz tədbirlər görülərək dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmiləri müəyyən edilmiş koordinatlar üzrə dərhal hərəkətə keçmişdir.
Keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində dekabrın 11-də saat 01:20-də dənizdə köməksiz vəziyyətdə qalmış Azərbaycan Respublikası vətəndaşları, Neftçala rayon sakinləri – 1990-ci il təvəllüdlü Səmədov Cəlal Məhərrəm oğlu, 1997-ci il təvəllüdlü Babayev Sənan Elçin oğlu və 1980-ci il təvəllüdlü Fətullayev Kənan Rafiq oğlu sərhəd gəmisinə təxliyə edilərək təhlükəsiz şəraitdə sahilə çıxarılıb.



11-12-2025, 16:58
Bacısının yasından qayıdan kişi qəzaya düşdü, digər bacısı da öldü


Bacısının yasından qayıdan kişi qəzaya düşdü, digər bacısı da öldü

İdarə etdiyi “VAZ 2121” markalı avtomobillə paytaxtdan — bacısının yas mərasimdən qayıdan Lerik rayon sakini Akif Ağacanov nəqliyyat vasitələri nasaz olduğu üçün yolda qalan həmkəndliləri ilə rastlaşıb.
A.Ağacanov kömək məqsədilə dayanaraq həmkəndlilərinə yaxınlaşdıqdan qısa müddət sonra, dağlıq ərazidə üzü yoxuşa saxladığı avtomobil geriyə doğru hərəkət etməyə başlayıb və yoldan çıxaraq dərəyə yuvarlanıb. Nəticədə avtomobildə olan sərnişin - sürücünün bacısı aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
"İlk baxışdan təsadüfi hadisəyə bənzəsə də, əslində dağlıq relyefdə dayandırılmış avtomobillə bağlı zəruri təhlükəsizlik tədbirlərinin görülüb-görülmədiyi, mühərrikin söndürülüb-söndürülmədiyi, duracaq tormoz sisteminin qoşulub-qoşulmadığı, həmin sistemin, ümumilikdə avtomobilin saz vəziyyətdə olub-olması kimi sualların meydana gəlməsi hadisənin ehtiyatsızlıqdan qaynaqlanması ehtimalını yaradır.
Baş Dövlət Yol Polisi İdarəsi bir ailənin faciəsi ilə nəticələnən sözügedən yol qəzasının xüsusatlarını sürücülərin diqqətinə çatdırmaqla, bir daha onları yaşanmış acı təcrübədən düzgün nəticə çıxarmağa, təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə çağırır.
Unutmayaq ki, sürücünün etinasız yanaşdığı ən xırda məqam, təhlükə anında böyük risklər yarada bilir!", - açıqlamada deyilir.
11-12-2025, 16:55
Azərbaycanda yeni teatr studiyası yaradıldı


Azərbaycanda yeni teatr studiyası yaradıldı

Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində yeni yaradılmış “Eynək” İncəsənət Studiyası ilk tamaşasınınümayiş etdirib.
Tədbirdə çıxış edən Əməkdar artist Elman Rəfiyev studiyanın məqsədləri barədə məlumat verərək, yaradıcı gənclərə göstərilən dəstəyə görə Azərbaycan Teatr Xadimləri İttifaqına təşəkkür edib. Daha sonra İttifaqın sədri, Xalq artisti, dövlət mükafatı Hacı İsmayılov studiyanın yaradıcı heyətini təbrik edərək onlara uğurlar arzulayıb.
Gecədə S. Bekketin “Qodonun intizarında” əsəri əsasında Məmməd Rəfiyevin quruluş verdiyi “Oyun” tamaşası təqdim olunub. Plastik və pantomim elementləri üzərində qurulan tamaşada rolları Nihad Aslanlı və Fəxri Səfərov ifa ediblər.
Qeyd edilib ki, “Eynək” İncəsənət Studiyasının təsisçisi və studiyanın aktyoru Fərid İsmayılovdur. Studiya 6 yaradıcı gənc tərəfindən yaradılıb. “Eynək” yalnız teatr sahəsində deyil, həmçinin kino istiqamətində də fəaliyyət göstərir və müxtəlif yaradıcı layihələr həyata keçirir.
Studiyanın təqdim etdiyi bu iş İranın Zəncan şəhərində keçirilən Pantomima Festivalında mükafata layiq görülüb.



11-12-2025, 16:50
Şuşada yeni binalar tikiləcək - Pul ayrıldı


Şuşada yeni binalar tikiləcək - Pul ayrıldı

"Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" publik hüquqi şəxs yaşayış binalarının tikintisi işlərinin satın alınması üçün tender elan edib.
Satınalmanın ehtimal olunan ümumi dəyəri 16 milyon manatdır.
Şuşanın D-5 massivində 1-ci mərhələdə tikintisi nəzərdə tutulan 6 ədəd (1, 2, 3, 4, 5 və 6 nömrəli) dörd mərtəbəli binalar tikiləcək.
Tenderə 28 yanvar 2026-cı il tarixində yekun vurulacaq.
11-12-2025, 16:45
VII çağırışda hansı deputata töhmət verilib? - AÇIQLAMA


VII çağırışda hansı deputata töhmət verilib? - AÇIQLAMA

VII çağırışda heç bir deputata etik kodeksləri pozduğuna görə xəbərdarlıq və töhmət verilməyib.
Bunu Milli Məclisin İntizam komissiyasının üzvü Nəsib Məhəməliyev bildirib.
O, il sonunda növbəti iclasın keçiriləcəyi ilə bağlı konkret günün təyin edilmədiyini də qeyd edib:
“Zərurət yarandıqda, hansısa deputatla bağlı qanunvericilikdə nəzərdə tutulan hallar pozularsa və İntizam komissiyasına sənədlər daxil olarsa, təbii ki, toplaşıb müvafiq məsələlərlə baxarıq”.
Qeyd edək ki, İntizam komissiyası parlament daxilində etik davranışın, daxili intizamın və deputat fəaliyyətinin qanunvericiliklə müəyyən edilmiş çərçivədə həyata keçirilməsinə nəzarət edir. Onun əsas funksiyası deputatların davranışı ilə bağlı yaranan şikayətləri araşdırmaq, bu şikayətlərin hüquqi qiymətini vermək və Milli Məclisə müvafiq tövsiyələr təqdim etməkdir.
Komissiya parlamentin daxili institusional sabitliyini təmin edən struktur kimi formalaşıb və həm deputatların davranış kodeksinə riayət olunmasını, həm də parlament prosedurlarının pozulmamasını hədəfləyir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!