TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
8-12-2025, 19:10
Məhkəmə binası təmir ediləcək - Nazirlik pul ayırdı


Məhkəmə binası təmir ediləcək - Nazirlik pul ayırdı

Ədliyyə Nazirliyi maliyyə təminatı həyata keçirilən məhkəmələrin inzibati binalarında cari təmir işlərinin satın alınması ilə bağlı müsabiqəyə yekun vurub.
Ağcabədi Rayon Məhkəməsinin inzibati binasında müxtəlif tikinti-bərpa işlərinin həyata keçirilməsi üzrə tenderin qalibi "TVM İnşaat" MMC olub.
Tenderin məbləği 1 milyon 159 min manat təşkil edir.
8-12-2025, 18:46
Liderlər təkbətək görüşdü - FOTO


Liderlər təkbətək görüşdü - FOTO

Dekabrın 8-də Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə təkbətək görüşü olub.




8-12-2025, 18:30
Nazirlik Bakıdakı məşhur klinikanı cərimələdi


Nazirlik Bakıdakı məşhur klinikanı cərimələdi

Səhiyyə Nazirliyi Bakıda fəaliyyət göstərən "Premium Clinic"də plandankənar yoxlama keçirib.
Özəl klinikada yoxlama keçirilən zaman lisenziyadankənar (ginekoloji iş, stasionar) və sertifikatsız tibb fəaliyyətinin təşkil olunması aşkar edilib.
Nazirlik İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrinin tələblərini pozduğu üçün klinika barədə inzibati protokol tərtib edərək Nəsimi Rayon Məhkəməsinə göndərib.
Məhkəmənin qərarına əsasən, "Premium Clinic" 6 000 manat məbləğində cərimələnib.
Qeyd edək ki, "Premium Clinic"in təsisçi direktoru Mübariz Nağıyevdir. Sözügedən klinika oktyabr ayında oraya müalicə üçün yollanan qadının ölümü ilə gündəmə gəlmişdi.
8-12-2025, 18:26
Azərbaycan komandaları dumana görə futbol oynaya bilmədilər


Azərbaycan komandaları dumana görə futbol oynaya bilmədilər

Misli Premyer Liqasının XIV turunda keçirilən "Qəbələ" - "Turan Tovuz" oyunu dumanlı hava şəraitinə görə təxirə salınıb.
Görüş 23-cü dəqiqədə dayandırılıb.
Matçın hansı tarixdə keçiriləcəyi ilə bağlı rəsmi məlumat veriləcək.
8-12-2025, 18:22
İlham Əliyevi Bratislavada Peter Pelleqrini qarşıladı - FOTO


İlham Əliyevi Bratislavada Peter Pelleqrini qarşıladı - FOTO

Dekabrın 8-də Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
Prezident Sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.
Azərbaycanın və Slovakiyanın Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Azərbaycanın nümayəndə heyətinin üzvləri Prezident Peter Pelleqriniyə, Slovakiyanın nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim edilib.
Dövlət başçıları birgə foto çəkdiriblər.
Prezident İlham Əliyev xatirə kitabını imzalayıb.







8-12-2025, 18:18
Şahin Mustafayev Əraqçi ilə nələri müzakirə etdi?


Şahin Mustafayev Əraqçi ilə nələri müzakirə etdi?

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev dekabrın 8-də İranın xarici işlər naziri Seyid Abbas Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə Azərbaycan-İran dövlətlərarası münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafı təqdir edilib, xüsusilə ikitərəfli siyasi dialoqun dinamikasından məmnunluq ifadə olunub.
Bu kontekstdə cari ilin aprel ayında İran Prezidentinin Azərbaycana baş tutmuş rəsmi səfərinin iki ölkə arasında tarixən dostluq və mehriban qonşuluq kimi möhkəm təməllər üzərində qurulan ikitərəfli münasibətlərin inkişafında yeni səhifə açdığı vurğulanıb.
Görüş zamanı Azərbaycan-İran qarşılıqlı faydalı əməkdaşlığının gündəliyində duran aktual məsələlər, həmçinin ticarət-iqtisadi, nəqliyyat, enerji, su təsərrüfatı, humanitar və digər sahələrdə əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.
Azərbaycan və İran ərazisindən keçən beynəlxalq nəqliyyat-tranzit dəhlizlərinin inkişafı, o cümlədən regionun tranzit potensialının genişləndirilməsi istiqamətində həyata keçirilən birgə layihələrin icrası ilə bağlı məsələlərə xüsusi diqqət yetirilib.
8-12-2025, 18:01
Gürcüstana yeni giriş qaydası 1 yanvardan qüvvəyə minəcək


Gürcüstana yeni giriş qaydası 1 yanvardan qüvvəyə minəcək

Gürcüstana yeni giriş qaydası 1 yanvar 2026-cı ildən qüvvəyə minəcək.
Gürcüstan Milli Turizm Administrasiyasının məlumatına görə, ölkəyə daxil olan xarici vətəndaşların etibarlı tibbi sığortası olmalıdır.
Açıqlamada deyilir: "Minimum sığorta məbləği ən azı 30.000 lari (təxminən 12.000 dollar) olmalıdır. Sığortanın təmin edilməməsi sərhəddə girişin rədd edilməsinə və ya əlavə tələblərə səbəb ola bilər".


8-12-2025, 17:57
Yekaterinburqda həbsdə olan azərbaycanlıların apellyasiya şikayətinə baxıldı


Yekaterinburqda həbsdə olan azərbaycanlıların apellyasiya şikayətinə baxıldı

Yekaterinburqda bir sıra cinayətlərdə ittiham olunan azərbaycanlılar - Əhliman Gənciyev, Əziz Abasov, Şahin Lalayev və Akif Səfərovun apellyasiya şikayətinə baxılıb.
Təqsirləndirilən şəxslərin vəkilləri birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti veriblər, onlar barəsində ev dustaqlığının seçilməsini istəyiblər.
Sverdlovsk Vilayət Məhkəməsi iş materiallarını araşdırdıqdan sonra birinci instansiya məhkəməsinin qərarını mahiyyəti üzrə qüvvədə saxlayıb.
Qeyd edək ki, 16 oktyabr 2025-ci il tarixində Yekaterinburqun Verx-İsestski Rayon Məhkəməsi Əhliman Gənciyev, Əziz Abasov, Şahin Lalayev və Akif Səfərovun həbs müddətini 29 dekabr 2025-ci ilə qədər uzadıb.
Xatırladaq ki, bu ilin iyun ayında Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqdakı azərbaycanlılara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı güc tətbiq olunub və nəticədə iki azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları aldıqları xəsarətlərdən həyatını itiriblər. Digər Səfərovlar və bir neçə həmyerlimiz məhkəmənin qərarı ilə həbs olunublar. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayət ittihamları irəli sürülüb. Daha sonra Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski saxlanılıb. Mutvalı Şıxslinskiyə qarşı dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddəsi ilə cinayət işi açılıb. Şahin Şıxlinski isə sifarişli qətlə cəhd və dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddələri ilə ittiham olunur.
8-12-2025, 17:53
Azərbaycanda korrupsiya əməliyyatı - Kapitan həbs edildi


Azərbaycanda korrupsiya əməliyyatı - Kapitan həbs edildi

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ölkəyə dəniz yolu ilə külli miqdarda tütün məmulatları gətirilməsi ilə bağlı əməliyyat keçirib.
Əməliyyat nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Neftçala sahil mühafizəsinin bölmə rəisi və bölmənin nəzarətçisi saxlanılıb.
Prokurorun təqimatı əsasında kapitan Vüsal Sadıqov məhkəmə qərarı ilə həbs edilib, nəzarətçi barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.
İş üzrə başqa saxlanılanların da olduğu bildirilib. Hələlik əməliyyat barədə rəsmi açıqlama yoxdur.
8-12-2025, 17:47
Prezident Slovakiyada rəsmi səfərdədir - FOTO


Prezident Slovakiyada rəsmi səfərdədir - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də Slovakiya Respublikasına rəsmi səfərə gəlib.
Bratislava şəhərinin Milan Ştefanik adına Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısını Slovakiya Respublikası Prezidenti Aparatının rəhbəri Peter Vodraşka və digər rəsmi şəxslər qarşıladılar.



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!