TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
7-12-2025, 15:38
Rusiya Ukraynaya hücum edib - ölənlər var


Rusiya Ukraynaya hücum edib - ölənlər var

Rusiya qoşunları Ukrayna ərazisinə kütləvi pilotsuz və raket hücumları həyata keçirib. Enerji infrastrukturuna və yaşayış binalarına ziyan dəyib.
Kremençuq rayonunda enerji sektorunun bir neçə müəssisəsi zərbə altına düşüb.
"Bu gecə rusiyalılar raket və PUA-ların köməyi ilə Poltavşinaya kütləvi hücum etdilər. Kremençuq rayonunda enerji sektorunun bir neçə müəssisəsi zərbə altına düşdü", - Poltava Hərbi Administrasiyasının rəhbəri Vladimir Koqut teleqram kanalında yazıb.
Onun sözlərinə görə, zərbələr nəticəsində yanğınlar baş verib, fərdi evlərdən birinin ərazisində texniki avadanlıqlara, təsərrüfat binasına ziyan dəyib. Hücum nəticəsində bəzi ərazilərdə istilik və su təchizatı ilə bağlı fasilələr var.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, Çerniqov vilayətindəki Novgorod-Seversky şəhərinə Rusiya dronlarının zərbələri nəticəsində 50 yaşlı kişi öldü, tərk edilmiş bina, ev və təsərrüfat binası alovlanıb.
Vilayətin Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov bildirib ki, Rusiya Silahlı Qüvvələri Zaporojye vilayətinin 23 yaşayış məntəqəsini gün ərzində 600 dəfə atəşə tutub. "Ümumilikdə gün ərzində Rusiya qoşunları Zaporojye vilayətinin 649 yaşayış məntəqəsinə 23 zərbə endirib. 43 yaşlı kişi düşmənin Poloqovski rayonuna hücumu nəticəsində yaralanıb", - teleqram kanalında yazıb.
Bundan əlavə, Fedorovun sözlərinə görə, yaşayış binalarına, avtomobillərə və infrastruktur obyektlərinə dəyən ziyan barədə 14 məlumat daxil olub.
7-12-2025, 15:25
Dünyada yeni müharibə ocağı –  təhlükə artır


Dünyada yeni müharibə ocağı – təhlükə artır

Tailand ordusu Kamboca ilə sərhəd bölgələrində yaşayan sakinləri dörd əyalətdə təhlükəsizlik sığınacaqlarına köçürtmək barədə göstəriş verib.
Bu addım yeni hərbi toqquşmaların baş verə biləcəyi ehtimalı ilə əlaqədardır.
Eyni zamanda, Kamboca Müdafiə Nazirliyi bildirib ki, 7 dekabr tarixində yerli vaxtla saat 14:15 radələrində Tailand hərbi qüvvələri Prea Vihear yaxınlığında Kamboca qüvvələrinə atəş açıb.
Kamboca tərəfi cavab atəşi açmadığını və atəşin 14:32-də, Tayland tərəfi ilə əlaqə saxlandıqdan sonra dayandırıldığını açıqlayıb.
Kamboca həmçinin AŞAEN müşahidəçilərini məlumatlandırıb və insidentlə bağlı araşdırma tələb etməyi planlaşdırır. Nazirlik bir daha vurğulayıb ki, ölkə beynəlxalq hüquqa uyğun olaraq atəşkəs rejiminə və münaqişələrin sülh yolu ilə həllinə sadiqdir.
7-12-2025, 15:13
İrandan ABŞ-yə ŞƏRTLƏR


İrandan ABŞ-yə ŞƏRTLƏR

"İran ABŞ ilə nüvə proqramı danışıqlarına hazırdır, lakin qarşılıqlı faydalı olması şərtdir".
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi deyib:
"Əgər onlar yanaşmalarını dəyişib ədalətli və qarşılıqlı faydalı danışıqlara hazır olsalar, biz də hazır olarıq. Lakin danışıqlar diktə deyil. O vaxta qədər onların real, ciddi danışıqlara hazır olub-olmadığından əmin deyilik", - deyə nazir bildirib.
Onun sözlərinə görə, İran diplomatiyaya açıqdır, amma yalnız "ədalətli və balanslı" nəticəni təmin edən şərtlərlə.
"Bu ABŞ-dən asılıdır", - deyə Əraqçi vurğulayıb.
7-12-2025, 15:00
İran Məclisinin nümayəndə heyəti Moskvadadır


İran Məclisinin nümayəndə heyəti Moskvadadır

İran İslam Respublikası İslam Şurası Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri İbrahim Əzizinin başçılıq etdiyi nümayəndə heyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyasının (KTMT PA) tədbirlərində iştirak etmək üçün Moskvaya gəlib.
Bu barədə Dövlət Dumasının teleqram kanalında məlumat verilib.
"İran İslam Respublikası İslam Şurası Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri İbrahim Əzizinin başçılıq etdiyi nümayəndə heyəti KTMT PA tədbirlərində iştirak etmək üçün Moskvaya gəlib", - məlumatda deyilir.
Qeyd olunur ki, dekabrın 8-də Dövlət Dumasında Dövlət Dumasının sədri və KTMT PA sədri Vyaçeslav Volodinin sədrliyi ilə Şuranın birgə iclası və Assambleyanın 18-ci plenar iclası keçiriləcək.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlament Assambleyasına Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan və Tacikistanın qanunvericilik orqanlarının nümayəndələri daxildir.
7-12-2025, 14:49
Çin və Rusiya birgə raket təlimlərinə başladı


Çin və Rusiya birgə raket təlimlərinə başladı

Çin və Rusiya arasında raketdən müdafiə üzrə üçüncü birgə hərbi təlim dekabrın əvvəlində Rusiyada başlayıb.
Bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən açıqlamada bildirilib ki, birgə təlimlər üçüncü ölkəyə qarşı yönəlməyib:
“Təlimlər eləcə də beynəlxalq və regional vəziyyətlə bağlı deyil”.
7-12-2025, 14:35
Deputat Qusardakı layihələrdən danışdı – Yeni mənzillər, su anbarı


Deputat Qusardakı layihələrdən danışdı – Yeni mənzillər, su anbarı

Millət vəkili Azər Badamov son zamanlar deputatlarla rayon icra hakimiyyəti rəhbərləri arasındakı əməkdaşlıq barədə səslənən suallara münasibət bildirib.
Deputat qeyd edib ki, həm deputatın, həm də icra başçısının əsas məqsədi bölgə sakinləri ilə mütəmadi görüşlər keçirərək problemlərin operativ həllinə nail olmaqdır.
Onun sözlərinə görə, Qusar rayonunda deputat–icra başçısı münasibətləri sağlam əməkdaşlıq mühiti üzərində qurulub: “Biz rayonun sosial-iqtisadi inkişafı və sakinləri narahat edən məsələləri birlikdə müzakirə edirik. Sağlam münasibət nəticələrin daha tez əldə olunmasına, ictimai-siyasi mühitdə məmnunluğun artmasına səbəb olur”.
Deputat bildirib ki, bu günlərdə Qusarda uzun illərdən bəri gündəmdə olan iki mühüm layihənin icrasına başlanılıb. Bunlardan biri şəhid ailələri və Qarabağ müharibəsi veteranları üçün bina tikintisidir. Qusarda onların yerləşdirilməsi üçün 112 mənzilli, iki 5 mərtəbəli yaşayış binasının tikintisinə start verilib. Deputat tikinti işlərinin yüksək keyfiyyətlə aparıldığını, yaxın dövrdə bu kateqoriyadan olan vətəndaşların mənzil probleminin aradan qalxacağını vurğulayıb.
A.Badomovun açıqlamasına görə ikinci layihə isə “Bənövşə gölü” su anbarının bərpası ilə bağlıdır.
“Uzun illər Qusar və ətraf kəndlərin əsas su mənbəyi olan anbar hazırda yararsız vəziyyətdədir. Dövlət başçısının sərəncamı ilə su anbarının yenidən qurulmasına ilkin olaraq 1 milyon manat vəsait ayrılıb”.
Deputat bildirib ki, layihə başa çatdıqdan sonra həm Qusar şəhəri üçün ehtiyat su mənbəyi yaradılacaq, həm də ətraf 6 kəndin su təminatı yaxşılaşdırılacaq.
Azər Badamov qeyd edib ki, qarşıdakı mərhələdə rayonun sosial-iqtisadi inkişafı istiqamətində daha geniş layihələr həyata keçiriləcək: “İşgüzar mühit və sağlam münasibət rayonun inkişafına təkan verir. Biz mövcud dəst-xətti qoruyaraq Qusarın daha da inkişaf etməsi üçün əzmlə çalışacağıq”.



7-12-2025, 14:07
Qırğızıstan Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlıq formatını dəstəkləyən ilk ölkələrdəndir - Prezident


Qırğızıstan Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlıq formatını dəstəkləyən ilk ölkələrdəndir - Prezident

Qırğızıstan Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasına dəstək verən ilk dövlətlərdən biridir.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 7-də Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Azərbaycanın dövlət başçısı bunun əlaqələrimizin qardaşlıq xarakteri daşımasının təcəssümü olduğunu vurğulayıb.
Prezident İlham Əliyev Qırğızıstanın Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasına dəstək verən ilk dövlətlərdən biri olduğunu deyərək, bunun əlaqələrimizin qardaşlıq xarakteri daşımasının təcəssümü olduğunu vurğulayıb.
Ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olduğunu qeyd edən dövlətimizin başçısı buna görə Qırğızıstana və digər ölkələrə minnətdarlığını bildirərək vurğuladı ki, bu, Mərkəzi Asiya ölkələri ilə Cənubi Qafqaz regionunu daha sıx bağlayacaq, hər iki istiqamətdə fasiləsiz və sabit yükdaşımanın təmin edilməsində, xalqlarımız arasında qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsində öz rolunu oynayacaq.
7-12-2025, 13:52
Naxçıvanda dağlıq ərazilərə qar yağır


Naxçıvanda dağlıq ərazilərə qar yağır

Naxçıvan Muxtar Respublikası ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur.
Ötən gün axşam saatlarından etibarən muxtar respublikanın şəhər və kəndlərinə yağış, yüksək dağlıq ərazilərə isə qar yağır.
Muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Ordubad rayonunun Parağaçay qəsəbəsində, 2500 metr yüksəklikdə qar örtüyünün hündürlüyü 2 santimetr, Şahbuz rayonunun Batabat yaylağında isə 1 santimetr təşkil edib.
7-12-2025, 13:40
Azərbaycan-Qırğız birgə hökumətlərarası komissiyasının iclası keçiriləcək


Azərbaycan-Qırğız birgə hökumətlərarası komissiyasının iclası keçiriləcək

Bakıda Azərbaycan-Qırğız birgə hökumətlərarası komissiyasının iclası keçiriləcək.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
Prezident İlham Əliyev Bakıda Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasının keçiriləcəyini və onun gündəliyinin zəngin olduğunu deyərək, bunu ölkələrimiz arasında sıx qarşılıqlı fəaliyyətin göstəricisi kimi qiymətləndirib.
Son illərdə ikitərəfli münasibətlərimizin sürətlə inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı bu məsələdə yüksəksəviyyəli qarşılıqlı səfərlərin roluna toxunub.
7-12-2025, 13:33
İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul etdi


İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev Bakıda Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasının keçiriləcəyini və onun gündəliyinin zəngin olduğunu deyərək, bunu ölkələrimiz arasında sıx qarşılıqlı fəaliyyətin göstəricisi kimi qiymətləndirdi.
Son illərdə ikitərəfli münasibətlərimizin sürətlə inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı bu məsələdə yüksəksəviyyəli qarşılıqlı səfərlərin roluna toxundu.
Qarabağın və Şərqi Zəngəzurun bərpasına Qırğızıstan tərəfindən göstərilən dəstəyi vurğulayan Prezident İlham Əliyev Ağdam rayonunda Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin binasının inşasına görə Prezident Sadır Japarova və qırğız xalqına bir daha təşəkkür etdi.
Azərbaycan Prezidenti Qırğızıstanın dövlət başçısı tərəfindən hədiyyə olaraq 200 yakın işğaldan azad edilmiş ərazilərimizə göndərilməsini də dostluq münasibətimizin təzahürü olduğunu dedi.
Dövlətimizin başçısı Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin, Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının və Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılışlarını məmnunluqla xatırladı.
İnvestisiya layihələrinə toxunan Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında İssık-Kul gölünün sahilində mehmanxananın tikintisi üzrə imzalanmış sazişi də vurğuladı.
Siyasi qarşılıqlı fəaliyyətin gündəliyinin çox geniş olduğunu deyən Prezident İlham Əliyev hər iki dövlət başçısının qərarı ilə yaradılan Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondu tərəfindən artıq ilk layihələrin maliyyələşdirilməsinə başlanıldığını, bir neçə layihənin isə maliyyələşmə mərhələsində olduğunu qeyd etdi. Dövlətimizin başçısı vurğuladı ki, Fondun kapitalının formalaşması üçün ölkəmiz maliyyə vəsaiti ayırıb və layihələrin sayının artacağı təqdirdə, Azərbaycan tərəfindən əlavə vəsait ayrılacaq.
Prezident İlham Əliyev Qırğızıstanın Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatına qoşulmasına dəstək verən ilk dövlətlərdən biri olduğunu deyərək, bunun əlaqələrimizin qardaşlıq xarakteri daşımasının təcəssümü olduğunu vurğuladı.
Ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olduğunu qeyd edən dövlətimizin başçısı buna görə Qırğızıstana və digər ölkələrə minnətdarlığını bildirərək vurğuladı ki, bu, Mərkəzi Asiya ölkələri ilə Cənubi Qafqaz regionunu daha sıx bağlayacaq, hər iki istiqamətdə fasiləsiz və sabit yükdaşımanın təmin edilməsində, xalqlarımız arasında qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsində öz rolunu oynayacaq.
Qəbula görə nümayəndə heyətinin adından minnətdarlıq edən Bakıt Torobayev, ilk növbədə, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Sadır Japarova çatdırmağı xahiş etdi.
Qonaq qeyd etdi ki, ümumi tarixi köklərə, əsrlər boyu mövcud olan dostluğa əsaslanan ikitərəfli əlaqələrimiz Azərbaycan və Qırğızıstan prezidentlərinin siyasi iradəsi nəticəsində strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə qalxıb.
Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakı ilə Bişkek arasında birbaşa hava əlaqəsinin olmasının önəminə toxunaraq, gələcəkdə bu istiqamətdə reyslərin sayının artırılmasının əhəmiyyətini vurğuladı.
Bakıt Torobayev Qırğızıstanda Azərbaycan Prezidentinin səfərini səbirsizliklə gözlədiklərini dedi.
Söhbət zamanı energetika, nəqliyyat, qarşılıqlı investisiya qoyuluşu, humanitar, təhsil, kənd təsərrüfatı və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olundu.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!