TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
10-11-2025, 11:14
Taekvondoçularımız Afinanı silkələdilər


Taekvondoçularımız Afinanı silkələdilər

Noyabrın 9-da Yunanıstanın Afina şəhərində kiçik yeniyetmələr arasında taekvondo üzrə Avropa birinciliyi keçirilib.
Taekvondoçularımız uğurla çıxış edərək ümumilikdə 5 qızıl, 5 gümüş, 5 bürünc medala layiq görülüblər.
Ümumi hesabda Azərbaycan komandası birinci pillədə qərarlaşıb.

İdmançılarımızın nəticələrini təqdim edirik:

Qızıl medal

Əhməd Mürvətov (27 kq)
Əsma Abdullazadə (27 kq)
Fidan Qafarova (30 kq) Rizvan Abdullayev (30 kq)
Cahid İsmayılzadə (52 kq)

Gümüş medal

Ayşən Abuzərova (27 kq)
Ümid Şahbazov (36 kq) Sübhan Rzayev (40 kq)
Fateh Sultanlı (44 kq)
Hüseyn İsmayılov (52 kq, “Atlet” TK)

Bürünc medal

Vidadi Məmmədli (27 kq, “Altay” TK)
Rüqəyya Əliyeva ( 27 kq, “Nərimanov” İK)
Aydan Hüseyinova (30 kq, “İrəvan” TK)
Aysu Qəribli (44 kq)
Günəş Əzimzadə (52 kq)

Qeyd edək ki, milli komanda ilə yanaşı, 1 gümüş və 3 bürünc medal “Atlet” TK, “Altay” TK, “Nərimanov” İK və “İrəvan” taekvondo klublarının təmsilçiləri tərəfindən qazanılıb.
10-11-2025, 11:10
Şəmkirdə 7 nəfər dönərdən zəhərlənib


Şəmkirdə 7 nəfər dönərdən zəhərlənib

Şəmkir şəhərində 7 nəfər dönərdən zəhərlənib.
Hadisə ötən gün şəhərin ərazisində yerləşən “Mersin” dönərxanasında baş verib.
Belə ki, şəhər sakinləri 1994-cü il təvəllüdlü Nəsib Eldəniz oğlu Zeynalov, oğlu 2020-ci il təvəllüdlü Emin, qızı 2023-cü il təvəllüdlü Nazlı, Dəllər Cəyir qəsəbə sakini 1991-ci il təvəllüdlü Dürdanə Elçin qızı Kazımova, qızı 2014-cü il təvəllüdlü Damla və oğlu 2015-ci il təvəllüdlü Toğrulla birgə dönərdən zəhərlənmə ilə xəstəxanaya gətirilib.
Onlar ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Noyabrın 9-u saat 01:00 radələrində isə Şəmkir şəhərinin ərazisində yerləşən “Mahmud” dönərxanasından Dəllər qəsəbə sakini 1982-ci il təvəllüdlü Ruslan Hacıbəy oğlu Eyniyev dönərdən zəhərlənmə ilə xəstəxanaya gətirilib və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
9-11-2025, 21:01
Nyu-Yorkda Azərbaycan bayrağı ucaldıldı - FOTO


Nyu-Yorkda Azərbaycan bayrağı ucaldıldı - FOTO

ABŞ-nin Nyu-York şəhərində 8 Noyabr – Zəfər Günü, Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Qələbənin 5-ci ildönümü və 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə ölkəmizin Dövlət Bayrağı qaldırılıb.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, üçrəngli bayrağımız Nyu-Yorkun simvolu və maliyyə mərkəzi sayılan, turistlərin ən çox ziyarət etdiyi küçələrdən olan "Wall Street"dəki "Bowling Green" parkında ucaldılıb. Bu məkan Nyu-York şəhərinin ilk rəsmi parkı və nəhəng bayraq meydanı kimi tanınır.
Azərbaycan Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə baş tutan mərasimdə çıxışlarda 8 Noyabr – Zəfər Gününün tarixi və mənəvi əhəmiyyətindən bəhs olunub, Azərbaycan xalqının 30 ilə yaxın həsrətlə gözlədiyi qələbənin qürurunu və sevincini yaşadığı vurğulanıb. 44 günlük Vətən müharibəsi dövründə xalqımızın bir amal uğrunda yumruq kimi birləşdiyi qeyd olunub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun, qəhrəman şəhid və qazilərimizin tarix yazdıqları, onların Vətən uğrunda göstərdikləri fədakarlığın xalqımızın yaddaşında əbədi yaşayacağı diqqətə çatdırılıb.
Daha sonra Dövlət Himnimizin sədaları altında bayrağımız havaya qaldırılıb.
Mərasimi yerli əhali və turistlər də maraqla qarşılayıb, bayrağımızın fonunda şəkil çəkdiriblər. Soydaşlarımız onlara ölkəmiz haqqında məlumatlar veriblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı 10 gün “Bowling Green”də dalğalanacaq.




9-11-2025, 20:07
Bərdədə faciə - nənə və nəvə dəm qazından öldü


Bərdədə faciə - nənə və nəvə dəm qazından öldü

Bərdədə faciəvi hadisə baş verib.
Rayonun Tumaslı kənd sakini Aytən Fətəliyeva və onun nəvəsi Sadiq Nəcəfov dəm qazından zəhərlənərək ölüblər.
Məlumata görə, nənə nəvəsini çimizdirərkən hamamda dəm qazından zəhərləniblər.
Meyitlər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə morquna aparılıb, tibbi ekspertizadan sonra ailəsinə təhvil verilib.
9-11-2025, 19:58
Məşhur şirkətdən 40 min manatlıq oğurluq edildi


Məşhur şirkətdən 40 min manatlıq oğurluq edildi

"Mətanət A" şirkəti əməkdaşını məhkəməyə verib.
Şirkət ekspeditoru 40 715 manat mənimsəməkdə ittiham edib.
İddia ərizəsində qeyd olunub ki, H.Məmmədov satışdan əldə etdiyi, ümumilikdə 159 297.37 manat nağd pul vəsaitinin 40 715.95 manatını mənimsəyib.
Təqsirləndirilən şəxs isə məhkəmədə ifadəsində bildirib ki, audit yoxlaması nəticəsində aşkar edilmiş çatışmazlıq kimi olan pul vəsaitinin təxminən 2 000 manatını xəzinəyə ödəməyib. O, bunun səbəbini pandemiya dönəmində maddi vəziyyətinin aşağı olması, həmin vaxtlarda şirkət tərəfindən maaşlarının ödənilməməsi ilə izah edib.
Nərimanov Rayon Məhkəməsi H.Məmmədovun ifadəsini özünə bəraət qazandırmaq kimi qiymətləndirib. Şirkətə xeyli miqdarda ziyan vuran H.Məmmədovun azadlığı 3 il müddətinə məhdudlaşdırılıb.
9-11-2025, 19:27
Qazilərin sevinc payı, qürur haqqı

Qazilərin sevinc payı, qürur haqqı

Böyük məmnuniyyətlə və məsuliyyət hissi ilə deyə bilərəm ki, 44 günlük müharibədə qazanılan qələbə 1990-cı illərin döyüşlərində Azərbaycanımızın dövlət müstəqilliyini qoruyub saxlayan Birinci Qarabağ müharibəsi Şəhidlərinin və qazilərimizin canı, qanı bahasına qazanılıb. Beləki Dövlətimizin müstəqilliyinin bərpasından əvvəl Azərbaycanımız həm təcavüzə məruz qaldı, həm də amansız informasiya müharibəsinin cənginə düşdü. Uzun illər ayaq tutub dolaşan erməni-daşnak yalanı sərvətlərimizdə gözü olanlara şans verdi ki, hərəsi bir cilddə dövlətimizə, dövlətçiliyimizə qarşı mübarizə aparsın. Beləcə əliyalın vuruşmağa məcbur qalan xalqımız döyüşə-döyüşə könüllülər hesabına ordu qurmağa başladı. Könüllülər çox olsa da silah-sursat tapılmırdı. Bəzən bir neçə könüllü bir silahla ön cəbhəyə çıxırdı. Şəhid olanın silahını növbəti könüllü götürürdü. Ona görə də bu Zəfərin qazanılmasında o qanlı-qadalı günlərdən sağ çıxanların sevinc payı, qürur haqqı daha çoxdur.

Elə 8 noyabr Zəfər Günü münasibətilə həmin haqq sahiblərindən bir neçəsinin başına yığışmışdıq. Hərbi Jurnalistlər Birliyinin təşkilatçılığı, Kurud-Kirs icmasının iştirakı ilə keçirilən görüş icmanın yetirməsi olan Qazi Tahirov Hafiz Tahir oğlunun şərəfinə təşkil olunmuşdu.
Kurud-Kirs icmasının sədri, tarixçi alim, Sədərək döyüşlərinin fəal iştirakçısı Səxavət Hacıyev qazilərimizi və onları şərəfləndirən icma üzvlərini 8 Noyabr şanlı Zəfər bayramı münasibəti ilə səmimi qəlbdən təbrik etdi. Sonra hamını bu qələbənin qazanılması uğrunda canından keçən şəhidlərimizin sayğı duruşuna çağırdı. Şəhidlərimiz ehtiramla yad edildikdən sonra sözü Hərbi Jurnalistlər Birliyi İdarə Heyətinin sədri Tamxil Ziyəddinoğluna verdi. O da öz növbəsində hər kəsin bayramını təbrik etdi. Vətənin ağır günlərində hər peşə sahibinin ixtisasına uyğun səngəri olmalıdır,-dedi. Vətən naminə mən də öz qələmimi silaha çevirdim. AzTV-də hərbi- vətənpərvərlik mövzusuna həsr elədiyim “Zireh” verilişini təsis elədim. Elə ilk verilişimdəcə üzümü sizlərə, vətən oğullarına tutub, And iç dedim: And İç, Azərbaycan əsgəri!

And iç ki, Odlar Yurdunun yaralarına məlhəm qoyacaqsan. Çadırlarda doğulub illərlə od-ocaq həsrəti ilə zillət çəkənlərimizi doğma ocağına qaytaracaqsan. And iç, Azərbaycan əsgəri! And iç ki, şəhidlərimizin ruhuna dinclik verməyən qarı düşmənin yuxusunu ərşə çəkəcəksən. Azərbaycanımızın ərazi bütövlüyünü bərpa eləyib bütövləşən ərazilərimizdə dövlətimizin suverenliyini hər kəsə-istəyənə də, istəməyənə də qəbul etdirəcəksən. And iç, Vətən əsgəri, and iç! Andın Mübarək olsun!

Vətən üçün and içib döyüşə atılan oğullardan biri də bizim Hafiz idi. 30 oktyabr 1963-cü ildə Zəngəzur mahalının Kurud kəndində doğulmuş Tahirov Hafiz Tahir oğlu. Hafiz komandirlərim, silahdaşlarım, yüksək çinli zabitlərimiz olan yerdə mənə söz düşməz deyib cəbhədaşları- polkovnik Rüstəmov Azər İslam oğlunu, polkovnik Ağayev Hikmət Səttar oğlunu, polkovnik-leytenant Ğözəlov Əkrəm Hümmət oğlunu, Qasımov Eldəniz Eynulla oğlunu və Quliyev Rəfail Budaq oğlunu tədbir iştirakçılarına təqdim etdi.

Adı çəkilən qazilər XX əsrin sonlarında xalqımızın başına gətirilən bəlalardan, müstəqil Azərbaycanın ordu quruculuğunda üzləşdikləri çətinliklərdən danışdılar. Cəbhədaşları Hafizin keçdiyi şərəfli döyüş yolundan söhbət açdılar. Onun qorxmazlığından, cəsurluğundan, ehtibarından, dosta sədaqətındən bəhs etdilər. Bildirdilər ki, Hafiz Tahirovun övladı atasının yolunu davam etdirib. Sevindirici haldır ki, müəyyən səbəblərdən yarımçıq qalmış işlərimizi övladlarımız tamamladılar. Düşməni torpaqlarımızdan süpürüb atdılar, Qarabağ və ətraf rayonlarımızı işğaldan azad edib bayrağımızı ucaltdılar.
Bəli, bayrağımız hər zirvədə ucaldıldı. 8 Noyabr -Zəfər Günü kimi Azərbaycan tarixinə yazıldı. Azər Rüstəmov, Hikmət Ağayev, Əkrəm Ğözəlov, Eldəniz Qasımov və Hafiz Tahirov “Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpası uğrunda gedən döyüşlərdə fədakarlıqla iştiraklarına və gənc nəslin vətənpərvərlik ruhunun yüksəldilməsində göstərdikləri xidmətə görə, “8 Noyabr Zəfər Günü” münasibəti ilə Fəxri Diplomla təltif olunublar. Hərbi Jurnalistlər Birliyinin təsis etdiyi “Vətənoğlu” diplomunu laureatlara icma rəhbəri və icmanın hörmətli üzvlərindən Vasif Kərimov, Əmrah Vəliyev, Fəxrəddin Quliyev və Elxan Əsədov təqdim edərək onları təbrik edib, xoş arzularını bildirdilər.

Təltif olunanlar adından çıxış edən polkovnik Hikmət Ağayev tədbirin təşkialatçılarına qazilərə göstərdikləri həssasiyyətə və təltifə görə minnətdarlığını bildirdi. Qeyd etdi ki, indiyə qədər çox mükafatlar, orden və medallar almışıq. Amma Vətənoğlu adının ucalığı bir özgə qürur verir. Bu adın şərəfi bambaşqadır. Bizə bu şərəfli anları yaşatdığınıza görə hər birinizə təşəkkür edirik! Bayramınız mübarək!
Tədbirdə 44 günlük Vətən müharibəsinin iştirakçıları da var idi. Sələflərlə xələflərin bir arada qələbənin 5-ci ildönümünü qeyd etməsi xüsusi ovqat yaratmışdı. Bu mənzərəni seyr edən Tamxil Ziyəddinoğlu qeyd etdi ki, bütün müharibələr qan-qada, ölüm- itim gətirsə də hər dövrün müharibəsinin öz çətinliyi olur. Birinci müharibədə ellikcə ayağa qalxsaq da, imperiyanın caynağında çabalayan xalqımızın bütün imkanları əlindən alınmışdı. Aclıq, səfalət insanlarımızı məngənə kimi sıxırdı. Camaat olan qalanını satıb yeni ayaq tutan ordumuza yardım etməyə çalışırdı. Amma bu çabalar yetərli deyildi.
Şükür ki, hər şey geridə qaldı.

Ordumuz əks hücuma keçəndə xalqımız da yardım üçün səfərbər oldu. Ordu-xalq birliyindən qorxuya düşən düşmən içəridəki agentlərini işə salmışdı. İnternet resurslarında cəbhədə uğur qazanan qəhrəmanlarımızı tanıtma kampaniyası başladıldı. Bu yaramazlığın qarşısını almağın çətin olacağını görüb Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Əli Nağıyevə müraciət etmək məcburiyyətində qaldıq:
“Cənab general-leytenant, son dövrlər Müdafiə Nazirliyində kimlərsə cəbhədəki uğurlarımızda xidməti olan cəsur döyüşçülərimizi tanıtma kampaniyası başladıblar. Güman etmirəm ki, belə təhlükəli səhvə, Ordumuzun şəxsi heyətinə zərər vuracaq xətalara bilmədən yol verirlər. Odur ki, bu məsələni şəxsi nəzarətinizə götürüb, müharibənin qızğın vaxtında igidlərimizi düşmənə hədəf göstərənlərin araşdırılmasına göstəriş verməyinizi xahiş edirəm!
Hörmətlə Tamxil Ziyəddinoğlu HJB sədri
14 oktyabr 2020-ci il.”

Çox keçməmiş bu rəzilliyə son qoyuldu. Qonşu bəlasına düşdüyümüz o illər ərzində doğulub vətənin keşiyinə gedən oğullarımız sayəsində torpaqlarımız işğaldan azad olundu. Həmin oğullardan biri də Vətən müharibəsinin cəsuru Orxan Süleyman oğlu İbrahimovdur. Orxan da “Vətənoğlu” Fəxri Diplomu ilə təltif olundu. Onun diplomunu isə qazi Müslümün atası, icmanın fəallarından olan Qafar Qafarov təqdim etdi.

Vahid Gülmalıyevin hamının marağına səbəb olan sürprizi Tamxil Ziyəddinoğlunu heyrət, qürur, sevgi dolu kövrək duyğulara qərq elədi, Vahid müəllimin bu sözlərindən sonrasını yəqinki duya bilmədi:

“Türkiyəyə getmişdim, gəzməyə çıxanda üstündə “Türkoğlu” yazılmış nəsə gördüm. Əlbəl ağlıma Tamxil müəllim gəldi. Düşündüm ki, neçəyə olsa da dəyərinə fikir vermədən, bunu alıb ona hədiyyə aparacam. İş elə gətirdi ki, bu balaca hədiyyəmi sahibinə çatdırmaq hamımız üçün müqəddəs olan Zəfər Gününə qismət oldu!”
Deyəsən Tamxil müəllim xəyaldan alqış sədasına ayrıldı. Üzünü qonaqlara tutub dedi,- Əzizlərim, Vahidin balaca dediyi hədiyyə mənim üçün Türkoğlunun şanı qədər uca, şərəfi qədər əziz, varlığı qədər qiymətlidir. Onu sirdaşım Vahidin Türkiyədən bura qədər gətirməsi isə dəyərini əvəzsizləşdirir və o qədər də məni şərəfləndirir.

Tədbirin xoş ovqatlı rəsmi hissəsindən sonra Hafiz bəyin qardaşları Ariz, Seyfalı, dayısı oğlu- Qərbi Azərbaycan İcmasının fədakar qurucularıdan biri Polad Poladov qazilərimizə göstərilən diqqətə görə minnətdarlıqlarını bildirdilər. Sonra tədbir bayram süfrəsi arxasında davam etdirildi. Misir Aslanovla Dünyamalı Məmişov qazilərimizə, xalqımıza xoş diləklərini bildirdilər. Ordumuzun, xalqımızın və bizə mənəvi dəstək verən qardaş xalqların şərəfinə badə qaldırıldı. Xatirə şəkili çəkdirildi. Sonda Səxavət Hacıyev Hafiz Tahirovun cəbhədaşlarından xahiş etdi ki, beşi də ayda bir dəfə “Xilaskar Nuru Paşa” kafesində onun qonağı olsunlar.

Beləcə şanlı döyüşçülərimizlə şərəfli bir bayram günü yaşadıq.

Hərbi Jurnalistlər Birliyinin mətbuat xidməti
9-11-2025, 19:07
Şuşa əməliyyatının YENİ DETALLARI - XTQ üzvü gizlinləri açdı


Şuşa əməliyyatının YENİ DETALLARI - XTQ üzvü gizlinləri açdı

Azərbaycan Ordusu Vətən müharibəsində yeni nəsil döyüş texnikasından istifadə edərək hərbi gücünü nümayiş etdirdi.
Əməliyyatlar arasında ən çətini və əhəmiyyətlisi Şuşanın alınması idi.
Şuşa fatehlərindən biri olan Ümman Baxşəliyev 5 il əvvəl döyüş meydanında baş verənləri xatırlayır:
"Bizim tapşırığımız Laçından və Xankəndidən gələn düşmən qüvvələrini məhv etmək və onların yolunu bağlamaq idi. Düşmənin ağlına gəlməyən yollardan istifadə etmək əməliyyatın effektivliyini artırdı", - deyə o bildirib.
Erməni silahlı birləşmələri üç tərəfdən mühasirəyə alındıqlarını bildikdə isə artıq iş-işdən keçmişdi.
Daha ətraflı Azərbaycan Televiziyasının (AzTV) videomaterialında:

9-11-2025, 18:52
Daha bir cüdoçumuz İslamiadada qızıl medal qazandı


Daha bir cüdoçumuz İslamiadada qızıl medal qazandı

Azərbaycanın cüdo millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada keçirilən VI İslam Həmrəyliyi Oyunlarında daha 1 qızıl, 2 bürünc medal qazanıb.
70 kq çəki dərəcəsində Südabə Ağayeva finalda özbəkistanlı rəqibi Xurşida Razzokberdievanı məğlub edərək qızıl medala sahib çıxıb.
Eyni çəkidə mübarizə aparan Aytac Qardaşxanlı və Elcan Hacıyev (90 kq) isə bürünc medalla kifayətləniblər.
Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
9-11-2025, 18:40
Fransa borclarına görə 74 milyard avro faiz ödəyəcək


Fransa borclarına görə 74 milyard avro faiz ödəyəcək

Fransanın dövlət borcu, yeni kreditlər üzrə faizlər də artmaqda davam edir, beləliklə, gələn il ölkənin borc yükü 74 milyard avroya çatacaq.
Bunu Fransa Hesablama Palatasının rəhbəri Pyer Moskovisi "La Tribune Dimanche" qəzetinə müsahibəsində deyib.
"Biz dövlət maliyyə tariximizdə tamamilə görünməmiş bir məqama yaxınlaşırıq: Borc yükü tezliklə dövlətin əsas xərc maddəsinə çevriləcək. Bu o deməkdir ki, fransızların gözlədiyi müsbət prioritetlər üçün daha az pul olacaq: ətraf mühit və rəqəmsal keçidin və müdafiənin maliyyələşdirilməsi", - deyə o vurğulayıb.
Moskovisinin qeyd etdiyi kimi, ölkə iqtisadiyyatını dəstəkləmək üçün rəsmi Paris Fransa üçün borc faizinin yüksəldiyi bir vaxtda 310 milyard avro borc götürməli olacaq.
Eyni zamanda o, beynəlxalq agentliklər tərəfindən ölkənin kredit reytinqinin aşağı salınmasını "əhəmiyyətsiz" adlandırıb və qeyd edib ki, bu prosedurlar faktiki olaraq faiz dərəcələrinin artması şəklində bazarda artıq formalaşmış reallıqları əks etdirir.
"Biz hələ də kreditlər alırıq, lakin getdikcə artan qiymətlərlə. Biz 2026-cı ildə müdafiə investisiyalarını maliyyələşdirəcək Almaniyanın daxil olması ilə daha rəqabətli olacaq borc bazarının ən böyük borcalanlarıyıq".
Hesablama Palatasının rəhbəri vurğulayıb ki, borcun həcminə görə avrozonanın üçüncü ölkəsi olan Fransa üçün büdcə kəsirinin azaldılması prioritet məsələdir. 2026-cı ilin büdcə layihəsi dövlət borcunun ölkənin ÜDM-nin 118%-nə və ya 3,5 trilyon avroya qədər artması nəzərə alınmaqla, eyni zamanda büdcə kəsirinin ÜDM-in 5,4%-dən 4,6%-ə qədər azaldılması nəzərə alınmaqla hesablanıb.
Moskovisi həmçinin 2023-cü ildən sosial təminat kəsirinin iki dəfə artdığını və 2025-ci ildə 23 milyard avro təşkil edəcəyini açıqlayıb: "Fransanın maliyyə vəziyyətini fəlakətli hesab etmirəm. Ölkə ödəmə qabiliyyətinə malik ölkədir. Bir neçə ildən sonra maliyyə böhranı ilə üzləşsə belə, bu böhranının astanasında deyil".
9-11-2025, 18:25
Əsgərlərimizin andiçmə mərasimləri keçirilib - VİDEO


Əsgərlərimizin andiçmə mərasimləri keçirilib - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2025-ci ilin hazırlıq planına uyğun olaraq, noyabrın 9-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Hərbi orkestrlərin müşayiəti ilə döyüş bayraqları təntənəli surətdə sıra meydanlarına gətirildikdən sonra tədbirlər açıq elan olunub.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, həmçinin Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Təntənəli surətdə hərbi andı qəbul edən gənc əsgərlər Vətənə sadiq olacaqlarına söz veriblər.
Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandirləri çıxış edərək gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik edib, onlara Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş hazırlıqlarını daim yüksəltmələrini, komandir-rəis heyətinin əmr və göstərişlərini dəqiq və vaxtında yerinə yetirmələrini, torpaqlarımızın müdafiəsi naminə hər an hazır olmalarını tövsiyə ediblər. Andiçmə mərasiminin 9 Noyabr - Dövlət Bayrağı Gününə təsadüf etməsinin şəxsi heyət üçün xüsusilə dəyərli və yaddaqalan olması, bu günün şəxsi heyət üçün ikiqat bayram olması vurğulanıb.
Çıxış edən gənc əsgərlərin valideynləri övladlarının Vətən qarşısında şərəflə xidmət etmələrindən qürur duyduqlarını və yaradılan şəraitə görə dövlət başçısına, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Daha sonra hərbi qulluqçular təntənəli marşlarla tribunaların önündən keçiblər.
Sonda şəxsi heyət üçün andiçmə mərasimi və 9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar konsert proqramları təşkil edilib.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!