TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
5-11-2025, 22:35
Türkiyədə böyük qızıl yatağı aşkar edilib


Türkiyədə böyük qızıl yatağı aşkar edilib

Türkiyənin şərqində Sivas vilayətində 424 min unsiya qızıl yatağı aşkar edilib.
Bu barədə Türkiyənin aparıcı polad istehsalçısı olan Erdemirin mətbuat xidməti məlumat yayıb.
Yataqda 14,9 milyon ton filiz olduğu təxmin edilir, qızılın orta tərkibi ton üçün 0,89 qramdır. Buna görə də kəşfin təxmini dəyəri 1,7 milyard dollar ola bilər.
Şirkət Sivas vilayətindəki Alacahan yatağında artıq işlərin aparıldığı 5800 hektardan çox ərazinin işlənməsi üçün lisenziyaya malikdir. Artıq orada 360 qazma aparılıb, dərinliyi 96 min metrdən artıqdır.
Şirkətin bəyanatında qeyd olunub ki, yataqda kəşfiyyat işləri davam edir, doldurma qazma işləri aparılır, bundan sonra ehtiyatların həcmini daha dəqiq hesablamaq və bu mədənin resurs potensialını müəyyən etmək planlaşdırılır.
5-11-2025, 22:19
Prezidentin qızları şəhid anaları ilə birlikdə - FOTO


Prezidentin qızları şəhid anaları ilə birlikdə - FOTO

Noyabrın 5-də 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 5 illiyinə həsr olunan tədbir keçirilib.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən tədbirə ölkəmizin müxtəlif bölgələrindən gələn Birinci Qarabağ müharibəsi, Vətən müharibəsi, Aprel və Tovuz döyüşləri, eləcə də antiterror əməliyyatları zamanı şəhid olmuş qəhrəmanlarımızın anaları dəvət olunub.
“Fire Land Group” tərəfindən təşkil olunan tədbir həm də “Mənim oğlum qəhrəmandır!” layihəsinin 5 illik yubileyinə təsadüf edib.
Çıxış edənlər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun şücaətindən və 44 günlük Vətən müharibəsində tarixi Zəfər nəticəsində torpaqlarımızın erməni işğalından azad edilməsindən, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan Vətən övladlarının qəhrəmanlıqlarından danışıblar.
Tədbir zamanı “44” adlı tammetrajlı bədii filmin treylerinin təqdimatı olub. Film Vətən müharibəsində Zəfərə gedən yoldan, Ordumuzun qəhrəmanlığından bəhs edir.
Daha sonra Azərbaycanın tanınmış incəsənət xadimləri çıxış ediblər.
Şəhid Hüseyn Tağıyevin anası Mətanət Məmmədova AZƏRTAC-a müsahibəsində Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin təşəkkürünü bildirərək deyib: “Biz şəhid anaları, həyat yoldaşları və qazilər müxtəlif tədbirlərdə bir araya gəlirik. Bizləri unutmurlar, həmişə yad edirlər. Buna görə hər kəsə minnətdaram”.
Şəhid baş leytenant Rahim Mikayılovun anası Ulduz Mikayılova isə müsahibədə oğlunun şəhidlik zirvəsinədək ucalan döyüş yolundan danışıb, dövlətimizin şəhid ailələrinə dəstəyini yüksək qiymətləndirib.
Tədbirin sonunda şəhid ailələri Leyla Əliyeva və Arzu Əliyevaya xatirə hədiyyəsi təqdim ediblər. Onlar dövlətimizin və Heydər Əliyev Fondunun hər zaman şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Artıq beş ildir ki, “Mənim oğlum qəhrəmandır!” və “Mənim atam qəhrəmandır” layihələri çərçivəsində şəhidlərimizin xatirəsi yad edilir, onların ailələri bir araya gətirilir. Bu illər ərzində keçirilən silsilə tədbirlərdə ümumilikdə 5000-ə yaxın şəhid anası və 1700-dən çox şəhid övladı iştirak edib.
O cümlədən bu il Ramazan ayı ərzində “Mənim oğlum qəhrəmandır!” layihəsi üzrə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən görüşlərdə Azərbaycanın bütün bölgələrindən 2000-ə yaxın şəhid anası bir araya gəlib.
Qeyd olunan tədbirlər şəhid ailələrinə diqqət və qayğının, onların qəhrəman övladlarının xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, bu istiqamətdə dövlət tərəfindən görülən işlərə dəstək məqsədi daşıyır.











5-11-2025, 22:04
Erməni yazıçılar istəsələr, sülh müzakirələri apararam - ANAR


Erməni yazıçılar istəsələr, sülh müzakirələri apararam - ANAR

“Mən xalq diplomatiyasının gücünə həmişə inanmışam. Əgər erməni yazıçılar istəsələr, təşəbbüs göstərsələr, onlarla görüşüb sülhə gedən yolda müzakirələr apararam”.
Bu sözləri Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev deyib.
Xalq yazıçısı bildirib ki, qarşı tərəfdən təklif olarsa, dəyərləndirəcək:
“Erməni yazıçıların belə niyyəti varsa, qoy, bizə müraciət etsinlər. Mən görüşüb müzakirələr apararam. Lakin özüm ilk təşəbbüsü göstərmək fikrində deyiləm. Açığını desəm, hazırda erməni yazıçılarla hansısa əlaqəm yoxdur, çoxdandır başqa ölkələrdə keçirilən tədbirlərdə də qarşılaşmırıq.
Əgər görüş xoş niyyətlidirsə və hansısa təxribat yoxdursa, niyə pis baxım ki? Azərbaycan tərəfi həmişə səmimi olub, onlardan da bunu gözləyirəm. Xalq diplomatiyası mütləq olmalıdır”.
Qeyd edək ki, oktyabrın 21-də Azərbaycanın vətəndaş cəmiyyətləri nümayəndələri Ermənistanın paytaxtı İrəvanda olublar. Görüş iki ölkə arasında sülh prosesinə dəstək məqsədi daşıyıb və bu formatda keçirilən ilk təmas kimi qiymətləndirilir.
5-11-2025, 21:40
Markaryanın həbs müddətini uzadıldı


Markaryanın həbs müddətini uzadıldı

Moskva məhkəməsi Rusiya hərbçilərinin xatirəsini təhqir etməkdə ittiham olunan erməniəsilli bloqer Arsen Markaryanın həbs müddətini uzadıb.
Bildirilir ki, məhkəmə istintaqın vəsatətini təmin edib və Markaryanın həbs müddətini iki ay uzadıb.
Xatırladaq ki, avqustun 25-də Moskvanın Taqan Rayon Məhkəməsi Markaryanı həlak olan hərbçilərin xatirəsini təhqir etməkdə təqsirli bilərək həbs etmişdi. Bu maddəyə əsasən, onu beş ilə qədər həbs gözləyir.
5-11-2025, 21:18
Trampın gördüyü işlər açıqlandı - Siyahıda Azərbaycan da var


Trampın gördüyü işlər açıqlandı - Siyahıda Azərbaycan da var

Ağ Ev ABŞ-dakı prezident seçkilərinin ildönümü ilə əlaqədar Donald Trampın inauqurasiyadan sonra 10 ay ərzində gördüyü işlərə dair məlumat yayıb.
Məqalədə Trampın daxili və xarici siyasəti, ticarət danışıqları, tariflər, immiqrasiya siyasəti ilə bağlı vədləri və onların icrası ilə bağlı atılan addımlar qeyd olunub. Bildirilib ki, Tramp son 10 ayda Ermənistanla Azərbaycan da daxil olmaqla, dünyanın müxtəlif yerlərində səkkiz münaqişədə sülhə nail olmaq üçün uğurlar qazanıb.
Bildirilib ki, ABŞ lideri NATO ölkələrindən müdafiə xərclərini ÜDM-in 5 faizinə qədər artırmaq barədə razılıq əldə edib.
Məlumata əsasən, Prezident Tramp ABŞ-ı XXI əsrin təhdidlərindən qorumaq üçün “Qızıl Qübbə” raketindən müdafiə sisteminin tikintisi və tətbiqi layihəsini elan edib.
Qeyd olunur ki, vəzifəyə başladığı gündən bəri Tramp administrasiyası 150 mindən çox qanunsuz immiqrantı həbs edib, 139 mindən çox qanunsuz immiqrantı isə deportasiya edib.
5-11-2025, 20:32
Zəfər Paradında iştirak edəcəyini təsdiqlədi


Zəfər Paradında iştirak edəcəyini təsdiqlədi

"2025-ci il noyabrın 8-də Bakıda Zəfər Günü ilə bağlı tədbirlərdə Sizinlə birlikdə iştirak etməyi səbirsizliklə gözləyirəm".
Bunu Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyib.
"Əminəm ki, səfərim xüsusilə də 2025-ci il iyulun 4-də Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XVII Zirvə görüşü zamanı əldə olunan mühüm razılıq çərçivəsində qarşılıqlı faydalı gündəliyimizi inkişaf etdirmək üçün gözəl fürsət yaradacaqdır", - o deyib.
5-11-2025, 19:26
Ancelina Coli Ukraynada


Ancelina Coli Ukraynada

Amerikalı məşhur aktrisa Ancelina Coli Ukraynanın Xerson şəhərinə gedib.
Həmçinin, Colinin uşaq otağının döşəməsində oturaraq azyaşlılarla ünsiyyətdə olduğu foto yayılıb.
Məlumata görə, aktrisa mülki şəxslərin müalicə aldığı Xerson tibb müəssisələrinə baş çəkib.
5-11-2025, 18:28
Avropa dəstək verməyə hazırdır!


Avropa dəstək verməyə hazırdır!

5 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.
XİN-dən verilən məlumata görə, görüş zamanı Azərbaycan-Avropa İttifaqı (Aİ) əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri, Azərbaycan-Ermənistan normallaşma prosesi, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.
Azərbaycan və Aİ arasında siyasi, iqtisadi, nəqliyyat, enerji təhlükəsizliyi və s. istiqamətlər üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq platformaları və alətləri üzrə danışıqların əhəmiyyəti diqqətə çatdırılıb.
İki tərəf arasında yüksək səviyyədə təmasların və son aylarda keçirilmiş dialoqların məmnunluq doğurduğu, bu istiqamətdə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Xüsusi nümayəndə Vaşinqton Zirvə görüşü çərçivəsində əldə edilmiş nailiyyətlərə dəstək verilməsi istiqamətində Avropa İttifaqının hazırlığını ifadə edib.
Nazir Ceyhun Bayramov, öz növbəsində Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi üzrə əldə olunan irəliləyişlər və perspektivlər barədə qarşı tərəfə məlumat verib, ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
5-11-2025, 18:21
ABŞ raketi Rusiyanı təşvişə saldı


ABŞ raketi Rusiyanı təşvişə saldı

Rusiyanın müdafiə naziri Andrey Belousov ölkəsinin “tammiqyaslı nüvə sınaqlarına hazırlıqlara dərhal başlamağın məqsədəuyğun olduğunu” bəyan edib.
Bu açıqlama ABŞ tərəfindən “Minuteman III” raketinin sınaqdan keçirilməsindən sonra verilib.
Belousovun sözlərinə görə, Rusiyanın Novaya Zemlyadakı poliqonunun vəziyyəti bu sınaqların qısa müddətdə həyata keçirilməsinə imkan verir. Prezident Vladimir Putin isə Təhlükəsizlik Şurasına “tammiqyaslı nüvə sınaqlarına hazırlıq imkanlarının qiymətləndirilməsi” tapşırığını verib.
FTX rəhbəri Aleksandr Bortnikov da prezidentdən ABŞ-ın mümkün nüvə sınaqları ilə bağlı təkliflər hazırlamaq üçün vaxt istəyib.
Qeyd edək ki, noyabrın 4-də Pentaqon Kaliforniya sahilindəki Vandenberq bazasından modernləşdirilmiş LGM-30G Minuteman III qitələrarası ballistik raketinin sınaq buraxılışını həyata keçirib. ABŞ rəsmilərinin açıqlamasına görə, buraxılış planlı xarakter daşıyır və döyüş başlığının partladılmasını nəzərdə tutmur. Məqsəd raket sisteminin etibarlılığını və dəqiqliyini yoxlamaqdır.
5-11-2025, 18:17
Ermənistanda avtobus aşdı: 18 yaralı


Ermənistanda avtobus aşdı: 18 yaralı

Ermənistanın Tavuş vilayətində avtobus aşıb.
Hadisə Aqartsin monastır kompleksinin yaxınlığında qeydə alınıb.
İlkin məlumata görə, qəzada 18 nəfər xəsarət alıb. Səhiyyə Nazirliyi yaralılardan birinin vəziyyətinin ağır olduğunu və əməliyyat edildiyini açıqlayıb.
Hadisə yerinə təcili yardım xidməti cəlb olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!