Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
19-10-2025, 09:09
Göygölün mərkəzində ər və arvadı maşın vurdu


Göygölün mərkəzində ər və arvadı maşın vurdu

Göygöldə iki piyadanı maşın vurub.
Hadisə rayonun mərkəzi küçələrinin birində baş verib. Rayon sakinləri - 1950-ci il təvəllüdlü N.Mirzəyev və daha bir qadın yolu keçən zaman onları avtomobil vurub. Onlar xəstəxanaya çatdırılıb. Dərhal xəstələrə yardım edilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, xəsarət alanlar ər və arvad olub.
Fakt araşdırılır.
18-10-2025, 23:36
Məhkəmədən İmamoğlu barədə qərar


Məhkəmədən İmamoğlu barədə qərar

İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdə olan sədri Əkrəm İmamoğlu barəsində "prokurorların təhqir edilməsi işi" nə məhkəmə başlamadan xitam verilib.
İmamoğlu vəkilləri vasitəsilə zərəri ödəyib.
İttihama əsasən, İmamoğlu 23 mart tarixində məhkəmədə verdiyi ifadə zamanı prokurorlara qarşı söylədiyi sözlərə görə “vəzifəli şəxsə vəzifəsindən dolayı ictimai şəkildə təhqir” maddəsi ilə 4 il 1 ayadək həbs və siyasi qadağa tələbi ilə mühakimə olunmalı idi. Onun 22 oktyabrda hakim qarşısına çıxması planlaşdırılırdı.
Lakin məhkəmə qərarında bildirilib ki, Türkiyə Cinayət Məcəlləsinin 75-ci maddəsinə görə İmamoğlu barəsindəki ittiham cəzanın məhkəməyə çıxmadan müəyyən məbləğin ödənilməsi ilə bağlanması proseduruna daxildir. İmamoğlu müəyyən olunan məbləği vaxtında ödədiyi üçün məhkəmə işə xitam verib.
Qərarda tərəflərin iki həftə ərzində İstanbul Apellyasiya Məhkəməsinə şikayət vermək hüququnun olduğu da qeyd olunub.
18-10-2025, 22:31
27 azərbaycanlı deportasiya edildi


27 azərbaycanlı deportasiya edildi

Bu ilin ilk doqquz ayında Gürcüstandan 27 nəfər Azərbaycan vətəndaşı deportasiya olunub.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Gürcüstandan əcnəbilərin çıxarılmasının səbəbi onların ölkədə müvəqqəti olma müddətinin vizada göstərilən qalma müddətindən artıq olmasıdır.
18-10-2025, 22:00
Zelenskinin istədiyi kimi olmadı...


Zelenskinin istədiyi kimi olmadı...

ABŞ prezidenti Donald Tramp və ukraynalı həmkarı Volodimir Zelenski arasında keçirilən görüş Ukrayna prezidentinin gözlədiyi kimi olmayıb.
Bu barədə Almaniya kansleri Fridrix Merz bildirib.
"Bu səfər Zelenskinin istədiyi kimi deyil", - kansler vurğulayıb.
O qeyd edib ki, iki dövlət başçısı arasında Vaşinqtonda keçirilən görüş Ukraynanın Avropa İttifaqının köməyinə nə qədər ehtiyacı olduğunu nümayiş etdirdi.
Almaniya kanslerinin sözlərinə görə, Avropa Ukraynaya kömək etməlidir, çünki bu, döyüşləri dayandırmağın yeganə yoludur. Almaniya Ukrayna tərəfini “maliyyə, siyasi və təbii ki, hərbi cəhətdən” dəstəkləməyə çalışacaq”, - Fridrix Merz bildirib.
Donald Tramp və Zelenski oktyabrın 17-də Vaşinqtonda görüşüb. Görüş iki saatdan çox davam edib.
18-10-2025, 21:10
“Beşiktaş” öz meydanında məğlub olub


]“Beşiktaş” öz meydanında məğlub olub

Türkiyə Super Liqasının 9-cu həftəsində "Beşiktaş" evdə "Gençlerbirliği"ni qəbul edib.
1:0 hesabı ilə öndə olan "qartallar" 2 dəqiqədə 2 top buraxaraq 3 xalı əldən veriblər.
Super Liqada bu mövsüm ilk ev oyununda məğlub olan "Beşiktaş" 13 xalla 6-cı, "Gençlerbirliği" isə 9 xalla 13-cü pillədə qərarlaşıb.
Səfərdə "Rizəspor"u 2:1 hesabı ilə məğlub edən "Trabzonspor" isə 3 xal qazanıb.
Bu qələbə ilə Qara dəniz təmsilçisi xallarını 20-yə yüksəldib, "Rizəspor" isə xalını 8-ə çatdırıb.
18-10-2025, 20:04
Ersin Tatardan Azərbaycanla bağlı paylaşım


Ersin Tatardan Azərbaycanla bağlı paylaşım

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib.
O, bu barədə "X" sosial media hesabında yazıb.
"Can Azərbaycanı 18 Oktyabr - Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə ən səmimi duyğularımla təbrik edir, Azərbaycan Prezidenti, dəyərli qardaşım İlham Əliyevə və bütün Azərbaycana xalqımın sevgi, salam və səmimi ehtiramlarını çatdırıram", - paylaşımda qeyd olunub.
18-10-2025, 19:32
Zakir Həsənov Bred Kuperlə görüşdü


Zakir Həsənov Bred Kuperlə görüşdü

Oktyabrın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ABŞ Mərkəzi Komandanlığının komandanı və Hərbi Dəniz Qüvvələrinin admiralı Bred Kuperin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən bildirilib ki, əvvəlcə qonaqlar Şəhidlər xiyabanını ziyarət edərək Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirələrini ehtiramla yad ediblər.
Qonaqları salamlayan müdafiə naziri onlara Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan uğurlu islahatlardan danışıb.
General-polkovnik Z.Həsənov ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətləri üzrə həyata keçirilən tədbirlərdən və mövcud əlaqələrdən məmnunluq ifadə edib.
Admiral B.Kuper isə öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, qarşılıqlı səfərlərin əlaqələrimizin daha da güclənməsinə faydalarını vurğulayıb. Azərbaycan Ordusunun hərbi qulluqçularının Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verdiyi töhfəyə görə minnətdarlığını bildirən qonaq əməkdaşlığımızın inkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdırıb.
Sonda Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlığın yeni perspektivləri müzakirə olunub.
18-10-2025, 19:00
Ərdoğan Azərbaycanı təbrik etdi


Ərdoğan Azərbaycanı təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
O bu barədə "X" hesabında paylaşım edib.
“Can dostumuz, qardaşımız, göz bəbəyimiz Azərbaycanın 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününü ən səmimi duyğularımla təbrik edirəm. Bu qürur günündə dəyərli qardaşım İlham Əliyevi və bütün Azərbaycan xalqını sevgi ilə salamlayıram”, - paylaşımda qeyd olunub.
18-10-2025, 18:47
Amerika admiralı Bakıda - İlham Əliyev qəbul etdi


Amerika admiralı Bakıda - İlham Əliyev qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də ABŞ Mərkəzi Komandanlığının komandanı və Hərbi Dəniz Qüvvələrinin admiralı Bred Kuperi qəbul edib.
Qonaq Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasına dair əldə edilmiş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.
Təbriklərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı bu məsələdə Prezident Donald Trampın xüsusi rolunu qeyd edib. Vaşinqtonda imzalanmış sənədlərin regionun inkişafı üçün geniş imkanlar yaratdığını vurğulayan Prezident İlham Əliyev Azərbaycanla Ermənistanın artıq sülh şəraitində yaşamağa uyğunlaşdıqlarını deyib.
Söhbət zamanı son dövrlərdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafı məmnunluqla qeyd edildi, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
18-10-2025, 18:28
Ramiz Mehdiyevin ailəsi də dindiriləcək?


Ramiz Mehdiyevin ailəsi də dindiriləcək?

Dövlətə xəyanət və digər xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin ailə üzvləri də istintaq nəzarəti altına alınıb və onların ölkədən çıxışına məhdudiyyət qoyulub.
Bu addım R. Mehdiyevin cinayət yolu ilə əldə etdiyi gəlirlər hesabına yaxınlarının da əhəmiyyətli maliyyə imkanlarına sahib olması ilə bağlı araşdırmalar çərçivəsində atılıb.
“Boz kardinal” uzun illər dövlət strukturundakı nüfuzundan istifadə edərək müxtəlif kommersiya fəaliyyətlərinə nəzarət edib. Həmin dövrdə onun qohumlarının adına milyonlarla manat dəyərində mənzillər, villalar və şirkət payları rəsmiləşdirilib. Son günlər bu əmlakların kiçik bir qismi mediada da ictimailəşib.
Ramiz Mehdiyevə qarşı irəli sürülən əsas ittihamlardan biri Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddəsidir. Qanunvericiliyə əsasən, çirkli pullarla qazanılmış əmlaklar məhkəmə qərarı ilə dövlət nəfinə müsadirə edilir. Hökmə qədər isə əmlak üzərinə həbs qoyulur.
Hazırkı ibtidai istintaq dövründə Mehdiyevin ailə üzvlərinin maliyyə əməliyyatlarını da araşdırır. Bu əsasla da həyat yoldaşı Qalina Mehdiyeva, oğlu – fövqəladə hallar nazirinin müavini general-mayor Teymur Mehdiyev, qızı Kamilə Əliyeva və kürəkəni İlham Əliyevin ölkədən çıxışına da “stop” qoyulub.
Bu qərar həm ölkə daxilində, həm də xaricdə yerləşən daşınmaz əmlakları ilə bağlı hər hansı hərəkətin (satılma, başqa şəxsin adına rəsmiləşdirmə) qarşısını almaq məqsədi daşıyır.
Eyni zamanda ortaya çıxa biləcək yeni faktlar əsasında Mehdiyev ailəsinin də dindirilməsi ehtimal edilir ki, bu da “stop” qadağasının tətbiqinə əlavə səbəblərdən biri kimi göstərilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!