Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Xınalığa dolu düşüb .....                        Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        Binəqədidə baş vermiş yanğında 1 nəfər xəsarət alıb .....                        Bakı Fransız Liseyinin bağlanma səbəbi açıqlandı .....                        Bağlanan liseyin şagirdləri bu məktəblərə köçürüləcək - RƏSMİ .....                        G7 ölkələrindən İrəvan və Bakıya çağırış .....                        Tovuzda qadın tanışı tərəfindən yandırıldı .....                        İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                       
15-10-2021, 12:24
Bakıda müəllim dərs zamanı vəfat edib

Bakıda müəllim dərs zamanı vəfat edib.

APA-nın xəbərinə görə, Bakı şəhəri 89 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Maisə İsmayılova oktyabrın 11-də 11b sinfinə dərsi zamanı ürək tutmasından vəfat edib.

Məktəbdən verilən məlumata görə, M. İsmayılova sinfə daxil olan zaman özünü pis hiss etdiyi üçün çantasından dərman çıxararaq qəbul etmək istəsə də, anidən huşunu itirib.

Dərhal məktəbin tibb bacısı və rəhbərlik məlumatlandırılıb və təcili tibbi yardıma müraciət edilib. Təəssüf ki, müəllimin həyatını xilas etmək mümkün olmayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən faktı təsdiqləyiblər.

Butov.az-ın əldə etdiyi məlumata görə, Maisə İsmayılovanın 66 yaşı olub.
15-10-2021, 12:10
28 May - Müstəqillik Günü, 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü oldu

Milli Məclisin iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda müzakirə olunub.

Butov.az-ın məlumatına əsasən, sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

“Müstəqillik haqqında” qanun layihəsinə əsasən, mayın 28-nin Müstəqillik Günü, оktyabrın 18-nin isə Müstəqilliyin Bərpası Günü kimi adlandırılacaq.

Həmin günlər hər il bayram kimi qeyd ediləcək. Hazırda 28 may Respublika Günü kimi qeyd olunur və həmin gün qeyri-iş günüdür.

18 oktyabr isə Milli Müstəqillik Günüdür və iş günüdür.
15-10-2021, 12:07
Milli Məclis İlham Əliyevə və Mehriban Əliyevaya məktub göndərəcək

Milli Məclisin 18 Oktyabr Müstəqilliyin Bərpası Günü ilə əlaqədar Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya məktub göndərəcəyi gözlənilir.

Butov.az xəbər verir ki, parlamentin iclasında spiker Sahibə Qafarova belə təkliflə çıxış edib.

Onun bu təklifini deputatlar alqışlayıb.
15-10-2021, 12:02
Fazil Mustafa: Bir əsgərimizin qisası üçün 20 erməni hərbçi...

Son günlər Azərbaycanın Qarabağda müəyyən problemlə qarşılaşması gözləniləndir. Hesab edirəm ki, səbirlə prosesi aparmaq lazımdır.
Bunu parlamentdə çıxışı zamanı deputat Fazil Mustafa deyib.
O əlavə edib ki, Azərbaycanın süverenliyinə qarşı addımlara anında cavab verilməlidir:
“Öldürülən bir əsgərimizə qarşılıq 20 erməni əsgəri öldürülməlidir. Belə məsələlərdə güzəşt olsa, proses uzanacaq. Azərbaycan xalqı dövlət başçısının arxasındadır və onun iradəsini müdafiə edir”.
15-10-2021, 11:55
Ombudsman ermənilərin Tərtər təxribatı ilə bağlı Bəyanat yaydı


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Tərtər şəhər qəbiristanlığında dəfn mərasiminə toplaşmış mülki şəxslərin Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya atəşinə tutulmasının ildönümü ilə əlaqədar bəyanat yayıb.

Bəyanatın mətnini təqdim edirik:

"Məlumdur ki, İkinci Qarabağ müharibəsinin gedişində Ermənistan tərəfindən Azərbaycanın müxtəlif mülki yaşayış məntəqələri atəşə tutulmuş, bir çox hallarda hətta uzaqmənzilli raketlərdən istifadə edilmişdir. Həmin müharibə dövründə Azərbaycanın Tərtər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən fasiləsiz olaraq ən çox atəşə məruz qalan bölgə olmuşdur.
Ötən il 15 oktyabr tarixində isə Ermənistan silahlı qüvvələri növbəti dəfə beynəlxalq humanitar hüquq qaydalarını pozaraq, dəfn mərasimi zamanı Tərtər şəhər qəbiristanlığını qəsdən ağır artilleriya atəşinə tutmuşdur. Nəticədə vəfat etmiş yaxınlarının dəfnində iştirak edən 4 mülki şəxs həlak olmuş, 4 nəfər isə ciddi xəsarət almışdır.
Həmin vaxt bu cinayət aktı ilə əlaqədar nüfuzlu beynəlxalq təşkilatlara, dini liderlərə və dünya ictimaiyyətinə açıq müraciət ünvanlayaraq, bu vandalizm və barbarlıq hadisəsi barədə ətraflı məlumat vermişdik. Müraciətdə Ermənistanın beynəlxalq humanitar hüquq normalarını, o cümlədən “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il tarixli Cenevrə konvensiyalarının tələblərini növbəti dəfə kobud şəkildə pozması faktı ilə əlaqədar beynəlxalq hüquqi məsuliyyət müəyyən edən təcili tədbirlərin görülməsi ilə bağlı çağırış edilmişdi.

Azərbaycanda fəaliyyət göstərən dini icmaların nümayəndələri də həmin hadisədən hiddətlənərək, bu kimi terror aktlarına öz ciddi etirazlarını bildirmiş və bununla əlaqədar aidiyyəti üzrə beynəlxalq qurumlara müraciət etmişlər.

Lakin təəssüflər olsun ki, təqdim olunmuş təkzibolunmaz sübutlara baxmayaraq, Ermənistan tərəfindən hərbi əməliyyatlar zamanı törədilmiş digər çoxsaylı müharibə cinayətləri kimi bu əmələ də beynəlxalq səviyyədə hüquqi qiymət verilməmişdir.
Ermənistanın insanların mənəvi dəyərlərinə toxunmaqla dini inanc yerlərini və qəbiristanlıqları intensiv şəkildə atəşə tutması, qəbirlərə qarşı vandalizm aktları törətməsi monoetnik dövlət olaraq digər millətlərə və dinlərə mənsub insanlara qarşı dözümsüz münasibətini bir daha sübut etmişdir. Böyük təəssüf hissi ilə bildirmək istərdim ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərdə bu kimi daha çox hallar üzə çıxmış, azərbaycanlıların qəbirlərinin dağıdılması, təhqir edilməsi, qazılması, talan olunmasına dair sübutlar aşkarlanmışdır.
Ermənistan silahlı qüvvələri tərəfindən Tərtərdə dəfn mərasiminə toplaşmış mülki şəxslərin ağır artilleriya atəşinə tutulmasının birinci ildönümü ilə əlaqədar bir daha beynəlxalq təşkilatlara, dini liderlərə və bütövlükdə dünya ictimaiyyətinə müraciət edərək, Azərbaycanın mülki əhalisi arasında tələfata, maddi-mənəvi və dini dəyərlərə qarşı hörmətsizliyə səbəb olmaqla, sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terror və digər vandalizm aktları törətməklə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına rəvac vermiş Ermənistanın siyasi-hərbi rəhbərliyinə qarşı beynəlxalq hüquqi məsuliyyət müəyyən edən zəruri tədbirlər görməyə çağırıram".
Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF, UNESCO, Avropa İttifaqı, Avropa Şurası, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına, həmçinin müxtəlif dini icma və konfessiyalara göndərilib".
15-10-2021, 11:50
MDB liderlərindən mühüm qərarlar gözlənilir

Bu gün Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, liderlər çoxtərəfli əməkdaşlığın nəticələri və onun inkişaf perspektivlərini nəzərdən keçirəcək.
İclasın yekununda MDB-nin 30 illik yubileyi ilə əlaqədar bəyanat və müxtəlif sahələrdə - humanitar, hüquq-mühafizə, miqrasiya və s. - əməkdaşlığı dərinləşdirmək üçün bir sıra qərarların qəbul ediləcəyi gözlənilir.
15-10-2021, 11:45
Qarabağdan köç maksimum həddə çatdı

Rusiya hökuməti və Qarabağdakı rusiyalı sülhməramlılar Qarabağdan köç templərindən həddən artıq narahatdır.
Bu məlumatı “Hraparak” qəzeti yayıb.
“Rusiya hökuməti və rusiyalı sülhməramlılar güman edirlər ki, emiqrasiya Qarabağın demoqrafik görünüşünü dəyişəcək və ermənilərin yaşamayacağı torpaqların müdafiəyə də ehtiyacı olmayacaq”, – deyə qəzet bildirib.
Qeyd edək ki, ötən ayın statistikasına görə, Qarabağda məskunlaşan ermənilərin sayı 20 min civarına düşüb.
15-10-2021, 11:25
Dünya bazarında neft qiymətləri

Dünya bazarında neft qiymətləri bahalaşıb.

WTI markalı neftin noyabr fyuçersləri 0,66 % bahalaşaraq, bir bareli 81,85 ABŞ dolları təşkil edib.

“Brent” markalı neftin dekabr fyuçersləri 0,75 % bahalaşaraq, bir bareli 84,63 ABŞ dolları olub.

Mənbə: “Bloomberg”

Butov.az
15-10-2021, 11:19
Ərdoğan Azərbaycan səfirinin etimadnaməsini qəbul edib - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Türkiyədə yeni təyin olunmuş səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edib.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 26 iyul 2021-ci il tarixli Sərəncamı ilə Rəşad Məmmədov Azərbaycanın Türkiyədə səfiri təyin edilib.



Butov.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!