Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
15-10-2021, 18:59
Müdafiə Nazirliyi qəbul elan edir

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.
Ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər oktyabrın 18-dən noyabrın 6-dək hərbi birliklərin, qoşun növlərinin, hərbi hissələrin qərargahlarında, eləcə də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.
“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilir.
Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə üç il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunur.
Namizədlər qəbul komissiyalarına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidir:
- kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);
- şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə, çap edilmiş 2 nüsxədə);
- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
- təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);
- doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);
- şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);
- nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda, 1 nüsxədə);
- uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda, 1 nüsxədə);
- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış (1 nüsxədə);
- 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4,5x6 sm ölçüdə);
- qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji və son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə) arayış;
- hərbi biletin bütün vərəqlərinin notarial qaydada təsdiq olunmuş surəti (1 nüsxədə).
Sənədlərin qəbulu həyata keçiriləcək ünvanlar: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi), Qaradağ rayonu “Puta” hərbi şəhərciyi, Gəncə, Bərdə, Beyləqan və Kürdəmir şəhərlərindəki hərbi hissələr.
Müraciət etmə vaxtı: 2021-ci il oktyabrın 18-dən noyabrın 6-dək hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 18.00-dək.
Qeyd: Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.


15-10-2021, 18:41
Rusiyadan Azərbaycana gətirilən kartofda zərərverici aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) həyata keçirdiyi nəzarət tədbirləri zamanı "ZE-DENT" MMC tərəfindən Rusiya Federasiyasından ölkəmizə idxal edilən 66.9 ton toxumluq kartof məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirib.

AQTA-dan Butov.az-a verilən məlumata görə, baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub.
Müayinələr nəticəsində nümunələrdə karantin tətbiq edilən orqanizm (“Clavibacter michiganensis subsp. sepedonicus” - kartof yumrularında halqavari çürümə) aşkar edilib. Agentlik tərəfindən istifadəyə yararsız toxumluq kartof məhsulu partiyasının məhv edilməsi barədə qərar qəbul edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görüləcək.
15-10-2021, 12:58
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında: “Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb”

“Azərbaycanın qələbəsi ilə başa çatan Vətən müharibəsinin bitməsindən bir il ötür. Bu bir il ərzində nələrin baş verməsi, qarşımızda hansı çağırışların dayanması və regional inkişafın perspektivləri ilə bağlı sizi məlumatlandırmaq istərdim”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı deyib.

Dövlət başçısının sözlərinə görə, postmünaqişə dövrü ümumilikdə sakit keçir:

“Postmünaqişə deyirəm, çünki Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb. Azərbaycan ərazi bütövlüyünü bərpa edib və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi və Azərbaycan Ermənistanla münaqişəni hərbi-siyasi yolla həll etdi. 2020-ci ilin noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri arasında Ermənistan-Azərbaycan münaqişəsinə son qoyan üçtərəfli bəyanat imzalandı.

Hərbi əməliyyatların dayandırılmasında Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin xüsusi rolunu qeyd etmək istərdim. Üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan işğalçı qüvvələrini işğal altındakı Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxardı. Buna qədər Azərbaycan Silahlı Qüvvələri 300-dən çox şəhər və kəndi döyüş meydanında azad etdi. Qeyd etdiyim kimi, bununla münaqişə hərbi-siyasi yolla həll olundu. Həmçinin üçtərəfli bəyanata uyğun olaraq, Azərbaycanın Qarabağ regionuna Rusiya sülhməramlıları yerləşdirildi. Nəqliyyat kommunikasiyaların açılması ilə bağlı məsələlərin həlli üçün Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinlərindən ibarət İşçi Qrup yaradıldı. Azərbaycan tərəfindən Azərbaycanın Ağdam rayonu ərazisində Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi tikildi”.

Butov.az
15-10-2021, 12:37
Meksikada daşqınlar davam edir - VİDEO

Meksikanın şimal -qərbində "Pamela" qasırğası davam edir. Qasırğa nəticəsində Sinaloa əyalətindəki fəlakət bölgəsində beş yüzdən çox ailə zərər çəkib.

Butov.az xəbər verir ki, son məlumatlara görə, qasırğanın vurduğu ziyandan ən çox El-Rosaria camaatı ziyan görüb. Yerlilər bir neçə onilliklər ərzində belə miqyaslı təbii fəlakət görmədiklərini bildirdilər. Xilasedicilər su basmış ərazilərdən insanları təxliyə edirlər. Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur. Durango, Coaulia, Nayarit və Sinaloa əyalətlərində 210 min istehlakçı elektriksiz qalıb. Hazırda enerji təchizatının 90 faizi bərpa edilib.

15-10-2021, 12:35
“Neftçi”nin prezidenti: “Biz gəlirlərimizin o qədər artmasını istəyirik ki...”

“Bu gün dünya pandemiyadan əziyyət çəkir. Ona görə əməkdaşlıq etmək istədiyimiz şirkətlərin sayı çox olmalıdır. Düşünürəm ki, nə qədər çox çempion olsaq, bir o qədər bizə maraq artacaq”.

Butov.az-ın xəbərinə görə, bunu “Neftçi”nin prezidenti Kamran Quliyev deyib.

O bu gün bağlanılan əməkdaşlıq müqaviləsindən sonra müəyyən fikirlər səsləndirib. K.Quliyev bildirib ki, daha çox şirkətlə əməkdaşlıq etmək onların arzusudur:

“Neftçi”nin büdcəsinə gəlir 40 faiz əlavə şirkətlərdən, 60 faiz SOCAR-dan gəlir. Biz istəyirik ki, gəlirlərimizi o qədər artıraq ki, bu rəqəmi bərabərləşdirək. Belə olsa, komandanın əsas sponsordan istəyi də azalar”.

Kamran Quliyev onu da bildirib ki, klubun Bakıxanov qəsəbəsində yerləşən bazasında görüləcək işlərinin icrasına tezliklə başlanılacaq.
15-10-2021, 12:24
Bakıda müəllim dərs zamanı vəfat edib

Bakıda müəllim dərs zamanı vəfat edib.

APA-nın xəbərinə görə, Bakı şəhəri 89 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Maisə İsmayılova oktyabrın 11-də 11b sinfinə dərsi zamanı ürək tutmasından vəfat edib.

Məktəbdən verilən məlumata görə, M. İsmayılova sinfə daxil olan zaman özünü pis hiss etdiyi üçün çantasından dərman çıxararaq qəbul etmək istəsə də, anidən huşunu itirib.

Dərhal məktəbin tibb bacısı və rəhbərlik məlumatlandırılıb və təcili tibbi yardıma müraciət edilib. Təəssüf ki, müəllimin həyatını xilas etmək mümkün olmayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən faktı təsdiqləyiblər.

Butov.az-ın əldə etdiyi məlumata görə, Maisə İsmayılovanın 66 yaşı olub.
15-10-2021, 12:10
28 May - Müstəqillik Günü, 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü oldu

Milli Məclisin iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda müzakirə olunub.

Butov.az-ın məlumatına əsasən, sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

“Müstəqillik haqqında” qanun layihəsinə əsasən, mayın 28-nin Müstəqillik Günü, оktyabrın 18-nin isə Müstəqilliyin Bərpası Günü kimi adlandırılacaq.

Həmin günlər hər il bayram kimi qeyd ediləcək. Hazırda 28 may Respublika Günü kimi qeyd olunur və həmin gün qeyri-iş günüdür.

18 oktyabr isə Milli Müstəqillik Günüdür və iş günüdür.
15-10-2021, 12:07
Milli Məclis İlham Əliyevə və Mehriban Əliyevaya məktub göndərəcək

Milli Məclisin 18 Oktyabr Müstəqilliyin Bərpası Günü ilə əlaqədar Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya məktub göndərəcəyi gözlənilir.

Butov.az xəbər verir ki, parlamentin iclasında spiker Sahibə Qafarova belə təkliflə çıxış edib.

Onun bu təklifini deputatlar alqışlayıb.
15-10-2021, 12:02
Fazil Mustafa: Bir əsgərimizin qisası üçün 20 erməni hərbçi...

Son günlər Azərbaycanın Qarabağda müəyyən problemlə qarşılaşması gözləniləndir. Hesab edirəm ki, səbirlə prosesi aparmaq lazımdır.
Bunu parlamentdə çıxışı zamanı deputat Fazil Mustafa deyib.
O əlavə edib ki, Azərbaycanın süverenliyinə qarşı addımlara anında cavab verilməlidir:
“Öldürülən bir əsgərimizə qarşılıq 20 erməni əsgəri öldürülməlidir. Belə məsələlərdə güzəşt olsa, proses uzanacaq. Azərbaycan xalqı dövlət başçısının arxasındadır və onun iradəsini müdafiə edir”.
15-10-2021, 11:55
Ombudsman ermənilərin Tərtər təxribatı ilə bağlı Bəyanat yaydı


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Tərtər şəhər qəbiristanlığında dəfn mərasiminə toplaşmış mülki şəxslərin Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya atəşinə tutulmasının ildönümü ilə əlaqədar bəyanat yayıb.

Bəyanatın mətnini təqdim edirik:

"Məlumdur ki, İkinci Qarabağ müharibəsinin gedişində Ermənistan tərəfindən Azərbaycanın müxtəlif mülki yaşayış məntəqələri atəşə tutulmuş, bir çox hallarda hətta uzaqmənzilli raketlərdən istifadə edilmişdir. Həmin müharibə dövründə Azərbaycanın Tərtər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən fasiləsiz olaraq ən çox atəşə məruz qalan bölgə olmuşdur.
Ötən il 15 oktyabr tarixində isə Ermənistan silahlı qüvvələri növbəti dəfə beynəlxalq humanitar hüquq qaydalarını pozaraq, dəfn mərasimi zamanı Tərtər şəhər qəbiristanlığını qəsdən ağır artilleriya atəşinə tutmuşdur. Nəticədə vəfat etmiş yaxınlarının dəfnində iştirak edən 4 mülki şəxs həlak olmuş, 4 nəfər isə ciddi xəsarət almışdır.
Həmin vaxt bu cinayət aktı ilə əlaqədar nüfuzlu beynəlxalq təşkilatlara, dini liderlərə və dünya ictimaiyyətinə açıq müraciət ünvanlayaraq, bu vandalizm və barbarlıq hadisəsi barədə ətraflı məlumat vermişdik. Müraciətdə Ermənistanın beynəlxalq humanitar hüquq normalarını, o cümlədən “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il tarixli Cenevrə konvensiyalarının tələblərini növbəti dəfə kobud şəkildə pozması faktı ilə əlaqədar beynəlxalq hüquqi məsuliyyət müəyyən edən təcili tədbirlərin görülməsi ilə bağlı çağırış edilmişdi.

Azərbaycanda fəaliyyət göstərən dini icmaların nümayəndələri də həmin hadisədən hiddətlənərək, bu kimi terror aktlarına öz ciddi etirazlarını bildirmiş və bununla əlaqədar aidiyyəti üzrə beynəlxalq qurumlara müraciət etmişlər.

Lakin təəssüflər olsun ki, təqdim olunmuş təkzibolunmaz sübutlara baxmayaraq, Ermənistan tərəfindən hərbi əməliyyatlar zamanı törədilmiş digər çoxsaylı müharibə cinayətləri kimi bu əmələ də beynəlxalq səviyyədə hüquqi qiymət verilməmişdir.
Ermənistanın insanların mənəvi dəyərlərinə toxunmaqla dini inanc yerlərini və qəbiristanlıqları intensiv şəkildə atəşə tutması, qəbirlərə qarşı vandalizm aktları törətməsi monoetnik dövlət olaraq digər millətlərə və dinlərə mənsub insanlara qarşı dözümsüz münasibətini bir daha sübut etmişdir. Böyük təəssüf hissi ilə bildirmək istərdim ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərdə bu kimi daha çox hallar üzə çıxmış, azərbaycanlıların qəbirlərinin dağıdılması, təhqir edilməsi, qazılması, talan olunmasına dair sübutlar aşkarlanmışdır.
Ermənistan silahlı qüvvələri tərəfindən Tərtərdə dəfn mərasiminə toplaşmış mülki şəxslərin ağır artilleriya atəşinə tutulmasının birinci ildönümü ilə əlaqədar bir daha beynəlxalq təşkilatlara, dini liderlərə və bütövlükdə dünya ictimaiyyətinə müraciət edərək, Azərbaycanın mülki əhalisi arasında tələfata, maddi-mənəvi və dini dəyərlərə qarşı hörmətsizliyə səbəb olmaqla, sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terror və digər vandalizm aktları törətməklə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına rəvac vermiş Ermənistanın siyasi-hərbi rəhbərliyinə qarşı beynəlxalq hüquqi məsuliyyət müəyyən edən zəruri tədbirlər görməyə çağırıram".
Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF, UNESCO, Avropa İttifaqı, Avropa Şurası, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına, həmçinin müxtəlif dini icma və konfessiyalara göndərilib".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!