21-06-2022, 22:21
Sulduzlu milli fəal məhkəməyə çağırılıbİran Məhkəmə Sisteminin elektron sistemi vasitəsilə göndərilən bildirişdə milli fəal Höccət İsmətzadədən 29 iyun saat 12:00-da Sulduz şəhərinin İkinci Cəza Məhkəməsinin 101-ci bölməsində olması istənilib. Məhkəmə bildirişində fəalın “xəbərləri təhrif etmək, yalan məlumatlar, foto və görüntülər yaymaqla məqsədli şəkildə ictimai asayişi pozmaq”da ittiham olunduğu qeyd olunub.
Bir müddət bundan öncə Qərbi Azərbaycan əyalətinin Sulduz şəhərindən olan milli-mədəni fəal Höccət İsmətzadənin özünün iştirakı olmadan barəsində 2 il 6 ay həbs və 50 şallaq zərbəsi cəzası qərarı çıxarılıb.
Qeyd edək ki, Höccət İsmətzadə 2021-ci il sentyabrn 4-də “xəbərləri təhrif etmək, yalan məlumatlar, foto və görüntülər yaymaqla məqsədli şəkildə ictimai asayişi pozmaq”da ittiham olunaraq İran təhlükəsizlik məmurları tərəfindən saxlanılıb. Ancaq sentyabrın 5-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.
Fəalın saxlanılması səbəbi Sulduzun Saxsıtəpə kəndində yerli türklərlə etnik kürd azınlığı arasında baş verən qarşıdurma ilə bağlı məlumat yayması olub.
Cavidan
21-06-2022, 22:14
"Türkiyədə İranın bir neçə terror aktının qarşısını aldıq” İsrailin baş naziri Naftali Bennet bildirib ki, onun ölkəsi və Türkiyə indiyədək İran İslam Respublikasının İsrail vətəndaşlarına qarşı bir neçə terror hücumunun qarşısını alıb. O, bu barədə bazar ertəsi açıqlama verib:
“Türkiyə təhlükəsizlik qüvvələri ilə əməliyyat səyləri öz bəhrəsini verdi. Son günlərdə İsrail-Türkiyə birgə səyləri nəticəsində biz bir sıra terror cəhdlərinin qarşısını aldıq və çox sayda terrorçu Türkiyə ərazisində həbs olundu”.
Bennet Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana göstərdiyi səylərə görə təşəkkür edib. O, israillilərə və yəhudilərə qarşı İranın səylərinin qarşısının alınması ilə bağlı birgə işlərin davam etdirildiyini vurğulayıb.
Qeyd edək ki, Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinə qarşı əməliyyat keçirib və israilli turistlərə qarşı terror törətmək istəyən İrana bağlı şəxsləri saxlayıb.
Türkiyənin 18 şəhərində eyni vaxtda keçirilən əməliyyat nəticəsində bir çoxu SEPAH-ın Qüds qüvvələrinin üzvü olan şəxslər həbs olunub.
Cavidan
21-06-2022, 20:17
Ramiz Nəcəfli: 30 illik Həsrətim bitdi…Kəlbəcərə ilk səfərim yamğalanmış muzeydən keçdiDoğma Kəlbəcərə olan 30 illik həsrətim iyunun 18-də başa çatdı. Bizləri yurdumuza qovuşduran Allahımıza şükr edib şəhidlərimizə rəhmət diləyərək, qazilərimizə sağlıqlı uzun ömür arzulayıram. Boya-başa çatdığım torpağa ayaq basanda keçirdiyim hissləri yəqin ki, mənim kimi 30 il həsrət çəkənlər daha yaxşı bilərlər. İlk ziyarət edəcəyim yer doğulub boya-başa çatdığım Zəylik kəndi və oradakı qəbiristanlıq olmalıydı. Atamın, qohumlarımın və digər kəndçilərimin qəbir daşlarını qucaqlayıb doyunca ürəyimi boşaltmalıydım. Amma bunlar təxminən iki saat sonra oldu...
Kəndimizə getmək üçün yolumuz şəhid olmuş Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin düz beş metrliyindən keçdiyindən, əvvəlcə bura baş çəkməli oldum. 1991-1993-cü illərdə burada elmi işçi kimi çalışdığıma görə bu mədəniyyət ocağı mənə çox doğmadır. Bu doğmalığın nəticəsi olaraq Bakı Dövlət Universitetində dissertasiya işimi də Kəlbəcər Muzeyi materiallarına həsr etdim. Beləliklə şəhid olmuş muzeyin həyətində ürək dağlayan mənzərə ilə qarşılaşdım. 36 minə qədər eksponatı olan muzey yerlə yeksan edilmiş və yerində sındırılmış bir neçə qəbirüstü abidələr, atın günəşə qurban kəsilməsini özündə saxlayan qədim arxeoloji tapıntı və bəzir daşlarını gördüm…
Düşündüm ki, min bir əziyyətlə muzeyi ərsəyə gətirən mərhum alimimiz Şamil Əsgərov bu mənzərəni görsəydi elə oradaca ürəyi partlayardı. Ş.Əsgərov Kəlbəcər işğal olunduqdan sonra Bakıda yeni bir muzey də qurdu. Onun adını Şahid Muzey, Kəlbəcərdə qalan muzeyi isə Şəhid Muzey adlandırdı. Ruhu şad olsun Şamil müəllimin!
21-06-2022, 15:47
Əliyev və Mirziyayev Daşkənddə açılış etdilər İyunun 21-də Daşkənddə Heydər Əliyev Meydanının açılışı olub. Özbəkistanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev açılış mərasimində iştirak ediblər.
Meydan paytaxtın Mirabad rayonunda azərbaycanlıların yığcam yaşadıqları ərazidə yerləşir. Ətrafdakı binalar abadlaşdırılıb. Meydanın ərazisi tamamilə yenidən qurulub, burada yaşıllıq salınıb, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. Meydanın mərkəzi hissəsində ulu öndər Heydər Əliyevin böyük memorial kompleksi ucaldılıb. Onun adını daşıyan küçədə yerləşən meydan şəhər sakinləri və qonaqların istirahət üçün ən çox üz tutduqları yerlərdən biri olacaq.
Sonra Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və digər şəxslərin çıxışları oldu. Dövlət başçıları memorial kompleksin açılışını etdilər.
Daha sonra Prezident İlham Əliyev və Prezident Şövkət Mirziyayev memorial kompleksin önünə gül dəstələri qoydular.
21-06-2022, 15:36
Vanetsyan deputat mandatından imtina edir Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının rəhbəri, Vətən Partiyasının lideri Artur Vanetsyan deputat mandatından imtina edir. Bu barədə Vanetsyan sosial şəbəkə hesabında yazıb.
“Bir çoxlarınız üçün mənim qərarım təəccüblü olmadı. Çünki bir neçə dəfə açıq şəkildə demişəm ki, artıq özümü bu parlamentdə görmürəm. Ermənistan vətəndaşları bizə bu hakimiyyətin dağıdıcı fəaliyyətini dayandırmaq və ölkəni böhrandan çıxarmaq hüququ verib. Lakin indiki parlament bu məqsədə çatmaq üçün effektiv platforma olmaqdan çıxıb”, - Vanetsyan bildirib.
21-06-2022, 14:22
Ukraynada döyüş zamanı ABŞ vətəndaşı həlak olduUkraynada ruslarla döyüşlər zamanı ABŞ vətəndaşı Stiven Zabelski həlak olub. Bu barədə “Vaşinqton Post” məlumat yayıb.
Məlumata görə, 52 yaşlı Stiven Zabelski mayın 15-də döyüş zamanı həlak olub:
“Onun ABŞ ordusunun veteranı olduğu və minaya düşərək öldüyü deyilir. Zabelskinin həyat yoldaşı və övladlığa götürdüyü beş uşağı qalıb”.