Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                       
Tarix : 21-06-2022, 20:06
Kəlbəcərə ilk səfərim yağmalanmış muzeydən keçdi

Doğma Kəlbəcərə olan 30 illik həsrətim iyunun 18-də başa çatdı.Bizləri yurdumuza qovuşduran Allahımıza şükr edib şəhidlərimizə rəhmət diləyərək, qazilərimizə sağlıqlı uzun ömür arzulayıram. Boya-başa çatdığım torpağa ayaq basanda keçirdiyim hissləri yəqin ki, mənim kimi 30 il həsrət çəkənlər daha yaxşı bilərlər. İlk ziyarət edəcəyim yer doğulub boya-başa çatdığım Zəylik kəndi və oradakı qəbristanlıq olmalıydı. Atamın, qohumlarımın və digər kəndçilərimin qəbir daşlarını qucaqlayıb doyunca ürəyimi boşaltmalıydım. Amma bunlar təxminən iki saat sonra oldu... Kəndimizə getmək üçün yolumuz şəhid olmuş Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin düz beş metrliyindən keçdiyindən,əvvəlcə bura baş çəkməli oldum. 1991-1993-cü illərdə burada elmi işçi kimi çalışdığıma görə bu mədəniyyət ocağı mənə çox doğmadır. Bu doğmalığın nəticəsi olaraq Bakı Dövlət Universitetində dissertasiya işimi də Kəlbəcər Muzeyi materiallarına həsr etdim. Beləliklə şəhid olmuş muzeyin həyətində ürək dağlayan mənzərə ilə qarşılaşdım. 36 minə qədər ekponatı olan muzey yerlə yeksan edilmiş və yerində sındırılmış bir neçə qəbirüstü abidələr, atın günəşə qurban kəsilməsini özündə saxlayan qədim arxeoloji tapıntı və bəzir daşlarını gördüm. Düşündüm ki, min bir əziyyətlə muzeyi ərsəyə gətirən mərhum alimimiz Şamil Əsgərov bu səhnəni görsəydi elə oradaca ürəyi partlayardı.Ş.Əsgərov Kəlbəcər işğal olunduqdan sonra Bakıda yeni bir muzey də qurdu. Onun adını Şahid Muzey, Kəlbəcərdə qalan muzeyi isə Şəhid Muzey adlandırdı. Ruhu şad olsun Şamil müəllimin!
https://www.facebook.com/100011075401962/videos/1718077351875713/?fs=e&s=cl


Ramiz Nəcəfli
Tarixçi, jurnalist


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!