Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
29-07-2022, 08:58
Hədəfin Kitab təqdimatı


Hədəfin Kitab təqdimatı

Bu günlərdə “Hədəf” liseyinin akt zalında gənc yazar Ellada Əlizadənin yeni işıq üzü görən hekayələrdən ibarət “Düşünən beyinlər” adlı kitabının təqdimatı keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, tənqidçi Qürbət Mirzəzadə müəllif haqqında iştirakçılara məlumat vermiş, kitabda yer alan hekayələrin mövzusu, bədii strukturu, janr özünəməxsusluğu barədə öz düşüncələrini bölüşmüşdür.

Natiq oxucuların mühakiməsinə təqdim olunan kitabın eyni zamanda eksperiment xarakteri daşımasına diqqəti yönəltmiş, bu nəsr nümunələrinin essevari bir biçimdə qələmə alınmasını xüsusi olaraq vurğulamış, belə bir cəhdin ənənəvi yaradıcılıq təcrübəsi ilə üst-üstə düşməyən məqamlarını qeyd etmiş, kitabın heç də ədəbi ictimaiyyət və oxucular tərəfindən birmənalı qarşılanmayacağını müəllif və tədbir iştirakçılarının nəzərinə çatdırmış, gənc müəllifə yeni-yeni yaradıcılıq uğurları arzulamışdır.

Sonra söz tədbir iştirakçılarına verilmiş, şair və yazıçılardan Qorxmaz Kadusi, Nizami Zamanlı kitabın özünəməxsus xüsusiyyətlərindən geniş bəhs etmiş, müəllifin nail olduğu yaradıcılıq məziyyətləri barədə öz fikir və mülahizələrini söyləmişlər.
Nəfəs alətlərinin mahir ifaçısı Zahir Zülfüqarov kitabdakı hekayələrdə həyati gerçəkliyə, real hadisələrə müəllif yanaşmasının yeni çalarlarla ifadəsini əsas uğurlardan biri kimi qiymətləndirmişdir.
Gənc yazıçının nənəsi Ceyran Hüseynovanın, xalası Səbinə Ağayevanın, bibisi Elza Surxayevanın, bacısı Elyana Əlizadənin çıxışları, müəllif haqqında ürək sözləri tədbirin təsirli və səmimi məqamları kimi yadda qaldı.
Qaradağ rayonundakı 195№-li tam orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini, Azərbaycan dili və ədəbiyyat müəllimi Vəfa Hüseynova qızının məktəb illərindən başlayaraq bədii yaradıcılıq sahəsinə xüsusi həvəsindən, biliklərə səylə yiyələnmək qabiliyyətindən söhbət açmış, yazıçı və gələcəyin həkimi kimi uğurlarının bol olmasını diləmişdir.

Adı çəkilən təhsil müəsissəsinin müəllimlərindən Aytəkin Musayevanın, Elnarə Nəcəfzadənin, Aynur Qarayevanınn və Həbibə Sarızadənin gənc qələm sahibi haqqında fikirləri, “Düşünən beyinlər”lə başlanan yaradıcılıq debütü haqqında düşüncələri maraqla qarşılanmışdır.
“13 diri” hekayəsinin personajları- Azərbaycan Tibb Universitetinin II kurs tələbələri: Məhəmməd Ağabəyli, Famil Məmmədov, Aysun Verdiyeva, Nurlanə Məmişova, Fidan Vəlizadə, Əliyyə Quliyevanın adı çəkilən hekayənin ilk oxucuları kimi keçirdiyi hiss və duyğuları dilə gətirən təəssüratları tədbirə xüsusi rəng qatdı.

Sonda müəllif “Düşünən beyinlər” üzərində yaradıcılıq işindən, gələcək planlarından danışmış, təqdimat iştirakçılarına və tədbirin gerçəkləşməyində əməyi olanlara minnətdarlığını bildirmişdir.
29-07-2022, 08:47

Leyla YAŞAR yazır:" Daş adam".

Leyla YAŞAR yazır:" Daş adam".

Nəfəsini bir az dərib, yoluna yenidən davam etdi. Deyilən yerə az qalmışdı. Hava qaralmaga dogru getsə də, batmaq istəməyən günəş, üz - gözünü "turşudub" dayanmışdı. Küçədəki səssizlik, onun ayaqqabılarının taqqıltısını yad qonaq kimi qəbul edirdi. Xəzəllər ayagının altında xışıldadıqca ona ləzzət edir, addımlarını yeyinlədirdi. O, bu gün o müqəddəs yeri gedib görməliydi. Dildən dilə dolaşan “daş adam" əfsanəsinin hardan qaynaqlandığını heç kim bilmirdi. Soraqlaşıb öyrənmişdi. Həqiqətən də belə bir yer vardı.
- Həqiqətənmi adam daşdan imiş? - deyə özünə sual verdi.
Bu yaxınlarda onlara uzaq rayondan qonaq gələn əsgər yoldaşı Mətləb, onun hərdən cızma - qara etdiyini bilirdi. "Daş adam " dan söhbət düşəndə, bu haqda onların kəndində çox məlumatlı olduqlarını deyib, özünün gəlib öyrənməsini tövsiyyə etmişdi.
Avtobusdan Mətləbgilin kəndinin girəcəyində düşüb, Mətləbin dediyi istiqamətə gedirdi. Mətləbə zəng vurmaq üçün dayandı. Bir az nəfəsini dərdi.
- Yaxınlıqda su olsa idi, əl - üzümü yuyardım - deyib özü-özünə pıçıldadı.
Mətləbə zəng vurub evin yerini soruşdu. Sən demə qonaq çağrıldığı evin yaxınlığında imiş. Mətləb ona gələrkən rastına çıxan bulaqda əl - üzünü yumağı məsləhət gördü.
Aha, budur, uzaqdan qaraltı görünür.Bir az da getsə bulağa çatacaq, ordan Mətləbə yenidən zəng vuracaqdı.
Bulağa çatıb, çantasını yerə qoydu. Dördgözlə bulağa tamaşa etməyə başladı.
Divara yan - yana bir - birindən yaraşıqlı dörd cəngavərin şəkili vurulmuşdu. Bir - birinə bənzəyən igidlərin rəsmləri sanki canlı idi. Heyrət dolu baxışlarla oglanlara baxan Rəşadın gözü onlarla üzbəüzdə dizləri üstündə, əlləri göyə doğru uzanmış, dağınıq saçlı qadın heykəlinə sataşdı.
Rəşad burda çox dayana bilmədi. Əl - üzünə su vurmağı da unutdu. Dostuna zəng vurub, onu qarşılamağı xahiş etdi.
Artıq dostugildəydi.
Gəlişinin şərəfinə qoyun kəsmişdilər. Burdan ora stol açıb, üstünü naz- nemətlə doldurmuşdular. Mətləbin sevincinin həddi - hüdudu yox idi. Əsgər yoldaşının gəlişinə həm sevinir, həm də fərəhlənirdi.
Onun gəlişini eşidib, görməyə gələnlərin sayı getdikcə artırdı. Rəşad insanların səmimiliyinə, mehribançılığına heyran qalmaya bilmirdi.
Kəndin ağsaqqallarından olan Fateh kişi onu bağrına basıb, alnından öpdü.
- Oglum, biz sizlərlə fəxr edirik.
Mətləb ona göz vurdu:
- Babayla mehriban ol, bəlkə "daş adam " haqqında bir məlumat ala bildin.
" Daş adam " haqqında əsər yazmaq niyyətində idi.
Bu cavan oğlan yaradıcılığa yeni - yeni addımlarını qoyurdu.
Ona görə çalışırdı ki, öz dəsti - xətti ilə digərlərindən seçilsin.
Qonaqlıq gecə yarısına kimi davam etdi. Çöldəki havanın sızaqlıgını, evdə gurhagurla yanan odun peçi sındırmağa çalışırdı. Hamı peçin qırağında dövrə vurub, maraq dolu baxışlarla Fateh babaya baxırdılar.
Fateh kişi yastığa dirsəklənib, dərindən bir ah çəkib danışmağa başladı.
- Oğlum, yenə də xoş gəlmisən. Mətləb mənə danışıb, sənin istedadın barədə. Çalışacam sənə kömək edim.
Dərindən nəfəs alıb, gözlərini uzaqlara dikən Fateh babanın, bu haqda danışmaqda çətinlik çəkdiyi açıq - aydın hiss olunurdu.
- Bizim kəndin çox sakit, səmimi, mehriban insanları var. Hər kəs bir-birinə əl tutar, həm yaxşı, həm dar günündə yanında olarlar.
1992- ci il idi. Bildiyin kimi dədə - baba torpaqlarımıza göz dikən mənfur qonşularımız, müharibəyə yenidən başlamışdı.
Vətənimizin hər yerindən oldugu kimi bizim kənddən də minlərlə cavan könüllü orduya yazılıb, Vətəni qorumağa getmişdilər. Bir ailə vardı qonşuluqda. Çox sakit, mədəni ailə idi. Öz halal zəhmətləri ilə uşaqlarını böyüdürdülər. Ailənin 4 oglu vardı. Allah onları 10 il sonra vermişdi. Möcüzə idi. Bir - birindən yaraşıqlı bu igidlər, müharibə başlayar-başlamaz könüllü cəbhəyə yollandılar. Ata uşaqlar gedən günü ürək tutmasından keçindi. Yazıq ana nələr çəkdi, bir Allah bilir.
Günlərlə övladlarından xəbər tuta bilməyən ana, təklikdə darıxıb xısın - xısın aglasa da, insanlar arasında özünü tox tutur, ümüdlə uşaqların qayıdacağı günü gözləyirdi .
Fateh kişi bir az ara verib, bir qurtum isti çaydan ağzına alıb, armudu stəkanı nəlbəkisinə qoydu.
- Bizim samovar çayının dadı - tamı bir başqadı, əsas da, içində limon, yanında qənd olanda-deyib gözünü yenə uzaqlara dikdi. Sanki nəyisə xatırlamaga qorxur, danışmaga çəkinirdi.
-Hə, beləcə günlər keçib gedirdi. Cəbhədən agır xəbərlər gəlirdi. Fatma arvad hər gün qapının ağzına çıxıb, əli qoynunda övladlarını gözləyirdi.
- Bir gün kəndə xəbər yayıldı. Elsəvər şəhid olmuşdu. Nəşini gətirəcəkdilər.
- Həmin gün Fatma arvadı bir görsəydiniz. O acını yaşayan bilər. Allah düşmənimə də övlad acısı göstərməsin.
Fatma arvad qol götürüb oynadı. Hamı dəli olduğunu düşündü. Yox, yox, dəli olmamışdı.
- Bəs niyə?
- Deyəcəm.
Elsəvərin 7- si çıxmamış Ehtiramın şəhid olma xəbəri gəldi. Onu da gətirəndə Fatma arvad qol götürüb oynadı.
Çox agır mənzərə idi. İki oğlunun cənazəsinə girən qəhrəman ana , onları yoldaşının yanında dəfn etdirdi. Oglanların 4-ünün də cəbhədə düşmənə qarşı qəhrəmanlıqla döyüşdüyünü, neçə - neçə iti gəbərtdiyini bütün el-oba bilirdi. Fəxr ediləsi oğullar idi. Qalan iki oğlundan- Etibar və Ehtimaddan xəbər yox idi.
Günlər keçdikcə Fatma arvadın beli bükülür, saçları ağarırdı.
Artıq atəşkəs elan olunmuşdu. Uşaqlardan heç bir xəbər ala bilməyən ana, bir gün onları yuxuda gördüyünü bütün qohum - qonşuya sevinə - sevinə danışdı.
Yuxusunda oğlanlarının sağ olduğunu, əsirlikdə olduqlarını görmüşdü.
Həqiqətən də uşaqlar əsir düşüblərmiş.
Ana çox qürurlu , mətin qadın idi.
Bir dəfə ona niyə oğlanlarını gətirəndə oynadın, deyə sual verdilər.
Cavabı bilirsiniz nə oldu?
- Nə ?.- hər tərəfdən səs qalxdı.
- Şəhid anası olduğum üçün oynadım .
Sonralar Etibarın əsirlikdən ölüm xəbəri gəldi.
Ehtimaddan heç bir xəbər olmadı.
Ana yenə də səbrlə, inamla həyata davam edir, sonbeşik oğlunun qayıdacağı günü gözləyirdi.
Bir gün ananın oglanlarının adına bulaq tikiləsi oldu.
Ana 4 oğlunun şəklini də orda görmək istədiyini dedi.
Bir oğlunun sağ olduğunu bilə - bilə onu şəhid sayan ananın xətrinə heç kim dəymədi.
- Gələndə gördüyün bulaq həmən bulaqdı, bala.
Hər gün bulağın yanına gedən ana, orda əllərini göyə açıb, öz -özünə nəsə danışırmış. Əlləri göydə , dizləri yerdə elə ordaca gözlərini bu əbədi dünyaya yummuşdu. Orda gördüyün həmən qadın heykəli həmən ananın şərəfinə ucaldılıb.
İllər keçdi Ehtimad əsirlikdən qaça bildi.
Hamı təəccüblə Fateh kişiyə baxdı;
- Nəəəə?
-Hə, demişdim sizə xoş xəbərim var.
Əsirlikdən qaçan Ehtimad kəndə qayıtmağa utanıb Rusiyaya üz tutur, orda ailə qurur. Hal-hazırda bir oglu var.
Adı Elsevərdi.
- Ay Fateh baba, bizə bu haqda niyə deməmisən?
Mətləb incik halda agzını büzdü.
- Oğlum, dedim dostuna danışım, əsərinə yazsın.
- Hələ bu harasıdı, Elsevər bu gün sizlərin arasındadı.
- Harda, harda?
- Oğlum, bura gəl.
Hündür gülərüz oğlan otağa gəldi. Hamı heyranlıqla, həm də təəccüblə gah cavan oğlana, gah da Fateh babaya baxırdı.
- Ehtimad mənim oglumla eyni şəhərdə yaşayır.
Ehtimad orda vətənpərvər bir insan kimi tanınır. Əsirlikdə çox əziyyətlər çəkib .
Oğlumla təsadüfən görüşüblər. Bir azərbaycanlı ailəni yanğından xilas edibmiş.
Oğlum da bu qəhrəmanlığı Ehtimadın etdiyini öyrənib, tapıb onunla görüşüb.
Sonra da bunları mənə danışdı. Mən də Ehtimadı kəndə dəvət etdim.
Sağ olsun, Elsevəri göndərib .
Bir - bir hamıyla görüşən Elsevər, Fateh babanın yanında oturdu .
Fateh baba üzünü Rəşada tutub:
- Oğlum bax, mükəmməl bir əsər yaz.
- Hə, yadımdan çıxmışdı,
" daş adam" bilirsən kimdi?
- Kim?
- Həmin o Ana. 4 oğlunu Vətənə qurban edən Ana .
Allahın verdiyi o boyda dərdə mərdliklə dözən, oğlanlarının şəkli önündə daşa dönən Ana. O gündən o bulağın adı " Daş adam " olaraq qalıb.


29-07-2022, 08:43
İşıqlı Atalı yazır: Doğayla Ruhdaşlıq: Doğanın Mənasına yetmək


İşıqlı Atalı


Doğayla Ruhdaşlıq: Doğanın Mənasına yetmək

Ürəyinizdə Günəş olsun!
Səhər saat 10 olar. Kəndimizdə - Kalvada, üzü Suraxanı kəndinə baxanda – Dal zəmi deyilən yerdəyəm. Bu duyğulu səhərdə Doğanın ruhuyla qovuşma – (təmas) mənim üçün bənzərsiz bir hal yaradır. Düşünürəm ki, nədən insanlar çox vaxt Doğayla, yəni Göylə (Səmayla), Günəşlə, Meşəylə, Ağacla, Çayla, Bulaqla, Yolla, Səhərlə, Gecəylə danışa bilmir? Ona görə ki, adamlar içlərindən uzaqdırlar.
Kəndlərdə evlər tikirlər, çoxu ildə iki ay gəlib qalsa, yenə yaxşıdır. Ancaq baxıram, adamları maddiyyatçılıq qayğıları alıb aparır. Təbii, mənim də maddiyyat qayğılarım var, ancaq ruhumuzu unuda bilmərik.
Adamlarda daha çox bioloji-instinktiv əhval üstündür. Ruhsal duyğular sanki qəhətə çəkilib. Doğa (Təbiət) onlara nə veribsə, onunla da yetərlənirlər. Əslində Doğa ilk baxışda bizə az şey verir. İmkanlarımız başqa məsələ. Yəni özümüzü yaratdığımız dərəcədə Doğayla insani ilişgimizi yarada bilərik. Gərək insan özünün öyrətməni olsun, Doğanın verdiyiylə yetərlənməsin, bacardığı qədər insanlıq imkanlarını aşkarlasın, var olsun. Hər kəs Doğanın verdiyi insanlıq imkanını aşkarlamır. Özünü öyrənmək – çətin işdir. Bunu bizə cəmiyyət məktəblərində öyrətmirlər. İnsan hər şeyi öyrənir, özündən başqa. Adi sayılanı başa çıxarır, özü ayağa düşür.
Doğadan öyrənmək – İnsana çox şey verər. Doğa – İnsanın öyrətmənidir dedik. Həm də İnsan Doğanın öyrətməni ola bilər haradasa. Özünü öyrənib Doğanı sevməklə, yaşatmaqla... Doğanın sükutuyla, coşğunluğuyla, şəfqətiylə, həyanlığıyla dediyini dərindən anlayıb, ipə-sapa düzüb, daha gözəl, ümidli biçimdə özümüzə yetirə bilərik. Doğa tükəndikcə biz də tükənirik.
***
İndi elə bir yerdəyəm ki, aydınlatmağa söz yetmir. Doğada halım gözəlləşir, daha da dirilir, tamlaşır. Doğanı ardıcıl anladıqca susquncasına, heyrətlə baxıram. Ruhun çılğınlıq çaları da var. Doğa onunla iç-içə olanı coşdurur, ruhlandırır, özünə yetirir.
Doğanın Mənasına yetən – Özünə yetir.
İnsanda üzə çıxan gözəlliklər hələ azdır.
Tükənməzlik – Doğanın və İnsanın əbədi birlik imkanıdır.
İnsan, yetər özündən ayrıldığın...
***
Doğa hikmətlərini asanca vermir.
Doğa ancaq onunla iç-içə olanındır.
İç-içəlik ardıcıl olsun gərək.
Ruhsal ənənəmiz ardıcıl yaransın, yenilənsin...
Doğanın ən gözəl yerində ev quran, ancaq içiylə - özüylə bir olmayan – Doğasızdır. Adamlar Doğaya daha çox yaxşıca yeyib-işmək, bu yolla ömür artırmaq imkanı kimi baxırlar.
Təkcə bu istək biz var etməz axı?

***
Doğayla Ruhdaşlıq – dərin ruhsal anlaq tələb edən bir işdir.
Gərək İnsan içəridən köklənsin. Zahiri köklənmə adamı qovuşmaya yetirməz.
Hər an ruhən Doğayla bir olmaq...
Doğaya eşq mahiyyətcə İnsanlığa eşqin tərkib hissəsidir, dünyanın mənasını anlamaq yolunda atılan ciddi addımlardan biridir. Bu yolla İnsan özünü ciddi biçimdə kökləyir: həm Doğaya baxışını müəyyən edir, həm də İnsanlıq üstə köklənir, özünə, başqasına davranışında bu, özünü göstərir.
***
Güclü İnsan Həyatı (Yaşamı) dəyişdirir.
Zaman-zaman quruluşların dəyişməsi buna örnəkdir. Ancaq Bəşərin Yaşam ölçüsü insanlığa uyğun olmadı. Yaşamı Ali ölçüyə (Ali Yaşama-Həyata) yetirmək İnsanlığın üzağlığı olacaq. Əminəm, bu ölçüyə köklənən gücünü həm də Doğadan alacaq.
***
İndiyə kimi yaşam (həyat) daha çox adamların instinktiv tələbləri əsasında var olub. İnsan bu gedişlə razılaşsınmı? Razılaşmır axı? İnsan Doğanı yaşatmadan, Yaşamı (Həyatı) dəyişdirmədən, Ali İnsani ölçüyə yüksəltmədən var ola bilərmi? Əgər bu baş tutmayacaqsa, insanın kamilləşməsinin, yüksək ölçülü bədii-mədəni sərvətlərin, yaradıcılıqların nə anlamı qalır?
Özü üçün fərd olaraq kamilləşmək həm də bəşərləşmək deməkdir. Kamillik ölçüsü Mütləq İnama, Mütləq İdraka, Mütləq Mənəviyyata, Mütləq İradəyə yetməkdir. Ancaq ali yaşam prinsipləri əsasında toplumun yaşaması baş tutmursa, artıq bu, ciddi sorunlar yaradır. Tək-tük insanlıq qayğısını yaşayanların ağrısını gerçək cəmiyyət daşıyıcılarının duymaması bu halda doğal görünür. Bu, bəşərin minillərdir davam edən ağrılı yaşamıdır.
İnsançı istək odur ki, Bəşərin halı kökündən dəyişsin. Çıxış yolu – İnsanın Mütləqə İnam Dünyabaxışı üstə var olmasıdır.

17 Bölək günü, Közərti ayı, 44-cü il, Kalva (17 iyun 2022-ci il)














29-07-2022, 08:29
Uğur uğura dayaqdır
Uğur uğura dayaqdır


Uğur uğura dayaqdır İnsanın həyatdakı ən böyük işi səmimiyyət aynası olmaq, doğmalıq göstərmək və qəlblərdə məskən salmaqdır. Bu proses ictimai-zəruri mənalar ehtiva edir; yəni insan özündən başqasına həyan olanda, yaxud xeyirxah əməlləri ilə cəmiyyətə fayda verəndə bütün işlər qaydasında görünür. Cəmiyyət töhfə verən insanları həmişə yüksəkdə tutub. Belələri bütün hallarda sevilir, öz bacarıqları və təşkilatçılıqları ilə daim diqqət mərkəzində dururlar. Tam səmimi deyək ki, şəxsiyyətinə dərin rəğbətimiz və hörmətimiz olan Cəvahir xanım Qaraqızı da öz əməli işində ölkə dəyərlərini milli zərurət kimi ehtiva edir, cəmiyyətə fayda gətirir.

Qısaca tanışlıq üçün deyək ki, Cəvahir Qaraqızı qədim Borçalı mahalında, Gürcüstanın Bolnisi şəhərində anadan olub. Ali təhsilli iqtisadçıdır. İyirmi ildən çoxdur ki, ölkəmizin ictimai işində fəallığı ilə diqqət çəkir. Onun bu vaxta kimi dövri mətbuatda və müxtəlif almanaxlarda şeirləri dərc olunub. "Məhsəti Şairlər Məclisi» İctimai Birliyinin sədridir. "Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi" və "Dünya Azərbaycanlıları Konqresi"nin üzvüdür. "Abdulla Şaiq", "Qızıl qələm" və "Zirvə" mükafatları laureatıdır. Cəvahir xanım son illər cəmiyyət işində daha fəaldır. O, bir müddətdir qeyri-hökumət təşkilatlarının ictimai səciyyəsini xarakterizə edir, özü də ümumi inkişaf naminə bu prosesdən yararlanmağı qarşısına məqsəd qoyub. Elə buna görədir ki, hazırda məşğul olduğu iş cəmiyyətə töhfə verir. Cəvahir xanımın sədri olduğu "Məhsəti Şairlər Məclisi” İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyiyin seçim qaydaları əsasında 2021-ci ildə kiçik qrant müsabiqəsinin qalibi olub. Elə bu uğurla bağlı Cəvahir xanımı təbrik edəndə, o, dedi:

- Hazırladığımız layihə “Nizami Gəncəvi ədəbi irsinin təbliği”nə dair idi və qarşımıza bölgələrdə ədəbi məclis (şeir, qəzəl, qiraət, muğam ifası) və tamaşaları təşkil etmək məqsədi qoymuşduq. Sevindirici haldır ki, biz buna nail olduq. Yəni, qrant müsabiqəsinin qalibi olanda düşündük ki, məqsədimizə nail olacağıq. İndi çox şükür, Azərbaycan ədəbi irsinin təbliği, ədəbiyyatımızın, mədəniyyətimizin, mənəviyyatımızın, milli ənənələrimizin, şifahi xalq yaradıcılığının, milli folklorumuzun yaşaması, qorunması üçün müəyyən addımlar atırıq və bu işlərin ölkə dəyərləri kimi ehtiva etməsi mühüm şərtdir. Bilirsiniz ki, Nizami irsi ədəbi irzimizin şah damarıdır. Söz sənətinin ustadı Nizami Gəncəvi yaradıcılığı təkcə 2021-ci illə deyil, hər zaman elm sahiblərinin, ədib və yazarların, mədəniyyət xadimlərinin əsas müraciət etdiyi gündəm mövzudur və bu, həmişə belə olacaq. Dahi şairin məşhur əsərləri, “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanmaqla kamillik axtaran zəka sahiblərinin həmişə ilham alacağı yaradıcılıq mənbəyi sayılacaq.
Nizami dərin fəlsəfi əhəmiyyət daşıyan yaradıcılıq əsərləri ilə kamillik, dürüstlük, sülh, ədalət və məhəbbəti aşiqi olmaqla, insanları fərdi inkişaf tərbiyəsinə dəvət etmiş, fərdi inkişafla, həmçinin, ədalətli cəmiyyətin qurulmasına çağırış etmişdir. Dahi mütəfəkkirin yaradıcılığının əhali kütlələrinə yaxın, sadə xalq dili ilə, müxtəlif janr və fəaliyyət növləri ilə çatdırılması, gənc nəslimizin milli-mənəvi ruhda tərbiyəsinə, milli irzimizin varisliyinin təmin olunmasına zəmanətdir. Bu baxımdan, Nizami yaradıcılığının, ədəbi irsinin təbliğində müxtəlif yeni vasitə və üsullardan istifadə zəruridir. Elə bizim layihəmizin də məqsədi regionlarda Nizami ədəbi irsinin sadə xalq kütlələrinə yeni formatlarla təbliği, regionlarda şeir, qəzəl, muğam ifaları, əsərlərdən tamaşalar daxil olmaqla ədəbi məclislərin təşkilidir və bu istiqamətdə qarşımıza qoyduğumuz əsas vəzifələr ədəbi irsimizi yaşadıb qorumaq, gənc nəslin milli mənəvi ruhda inkişafına töhvə verməkdir.
- Cəvahir xanım, layihəniz milli zərurətdən irəli gəlib və öz məqsədinizi hansı addımlarla təsdiq etmək niyyətindəsiniz?
- İndiyədək bir sıra uğurlara imza atmıhıq. Misal üçün deyim ki, 29 mart 2022-ci ildə "Məhsəti Şairlər Məclisi» İctimai Birliyi Şamaxı rayonunda “Nizami Gəncəvi ədəbi irsinin təbliği”nə dair tədbir keçirdi. Tədbir Əfzələddin Xaqani Şirvani adına Şamaxı rayon Mədəniyyət Mərkəzində baş tutdu. Tədbiri İB sədri kimi mən özüm və İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə nümayəndəsi Rəfail Tağızadə idarə edirdi. Məqsədimiz də o idi ki, Nizami Gəncəvi irsinin regionlarda təbliğinin əhəmiyyətindən danışaq, mənəvi yüksəkliyin ictimai səciyyələrdə hansı rol oynadığını yetişən nəsillərə göstərək. Açığı, tədbir boyu biz bu istəyə nail ola bildik. Çünki böyük sözün əzəli xidmətçisi olan Şamaxıda insanlar bizi çox dərindən duyur, hər fikrimizi demək olar ki, alqışlayırdılar. Bu, təbii ki, bizi çox məmnun edirdi. Elə həmin tədbirdə çıxış edənlərin özləri də bu ənənəvi və zəruri məqamı öz ifaları və sözləri ilə təsdiq etdilər.

Cəvahir xanım Bərdə rayonunda təşkil etdikləri tədbirin mahiyyətindən danışarkən dedi:
- Bərdə Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Bərdə rayon Mədəniyyət Mərkəzinin və “Məshəti Şairlər Məclisi» İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi ədəbi irsinin təbliği”nə həsr olunmuş tədbirimiz də rayon ictimaiyyətinə böyük təsir göstərdi. Tədbirimiz proqramında aşağıdakı məsələlər əsas hədəf idi:
“Qarabağ” ansamblının ifasında “Koroğlu” uvertürası səslənməli, çıxışlarda layihəmizin əsas arqumenti bəlli olmalı, gənc nəsilə Nizami ədəbi ruhu aşılanmalı və s. Əminəm ki, biz buna nail olduq. Çünki hər çıxış, hər səslənən söz və fikir diqqətlə dinlənilirdi. Sanıram ki, Azərbaycan ədəbiyyatının və mədəniyyətinin inkişafında layihəmiz əsaslı addımlar atır. Çünki xalqımızın qəlbində əbədiyaşarlıq qazanmış işlər daim təbliğ olunmalıdır.
Cəvahir Qaraqızının rəhbərliyi və təşkilatçılığı ilə «Məhsəti Şairlər Məclisi» İB-nin Quba görüşü də layihənin əsas məğzi kimi məna tapır. Bu görüşdə də Nizami Gəncəvi ədəbi irsi qubalı sakinlərə böyük minnətdarlıq hissi ilə çatdırıldı. B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində baş tutan tədbir Nizami Gəncəvi irsinin regionlarda təbliğinin vacibliyini ehtiva etdi. Çıxış edənlər bu addımın əhəmiyyətindən danışdılar və Azərbaycan ədəbiyyatında Nizami Gəncəvinin yerinin və rolunun mahiyyətindən bəhs etdilər. Cəvahir xanım sədri olduğu İB-nin layihələrlə çıxışına dəstək olan Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyevə, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyevə və Agentlikdə əməyi keçən hər kəsə təşəkkürünü bildirir. Qeyd edir ki, lahihəmizin həyata keçirdiyi bütün proqramlar gənc nəsillərin nümunəvi vətəndaş kimi yetişmələrində az da olsa rol oynayır. Düşünürük ki, bu iş vacib və zəruri işdir, çoxumuzun həyatında yeni səhifələr açır.
Beləcə, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə” cəmiyyət işində ümdə rol oynayır. QHT-lər işlədikləri layihənin icra dövründə qrant müqaviləsi ilə üzərinə düşən öhdəlikləri vaxtında və tələb olunan səviyyədə həyata keçirməklə, cəmiyyət işində təkanverici qüvvə kimi təsir bağışlayırlar. Və bilirik ki, gənclərin vətənpərvər ruhda tərbiyə olunması onların müstəqilliyinə təminat verən amillərdən hesab olunur. Bunun üçün gənclərin sosial qayğılarının həllinə nail olmaq mütləq şərtdir.
Nəzərə almaq lazımdır ki, dövlət qayğısından yetərincə bəhrələnən gənclərin vətənpərvər olması şübhəsizdir. Məhz Cəvahir xanımın hədəf götürdüyü işin məqsədi də elə bu rakursdadır. Cəvahir xanım Azərbaycan dövlətinin yaratdığı imkanlardan maksimum yararlanmaqla gənc nəslin layiqli vətəndaş olmalarında ümdə rol oynayır. Ona fəaliyyətində və yaradıcı işində uğurlar diləyir, can sağlığı arzulayırıq.

Hüseyn Məmmədov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!