21-08-2022, 23:12
Çin qırıcıları Tayvan boğazından keçdiÇin Xalq Azadlıq Ordusunun döyüş təyyarələri və gəmiləri növbəti dəfə Çin və Tayvan arasında şərti bölücü xətt rolunu oynayan Tayvan boğazının ortasından keçib. Bu barədə Tayvan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Tayvan sərhədi yaxınlığında dəniz təlimlərinə qatılan ümumilikdə 12 döyüş təyyarəsi və 5 Çin gəmisi Tayvan boğazından keçib.
21-08-2022, 23:08
Peyvənd olunanların sayı açıqlandıAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1319 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 192, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 174, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 809, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 144 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 848 567, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 371 683, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 861 143, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 357 691, pozitiv nəticədən sonra buster doza olunanların sayı 258 050 təşkil edir.
21-08-2022, 23:05
Mahmud Abbas Türkiyəyə gəlirFələstin dövlətinin prezidenti Mahmud Abbas Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya üç günlük səfər edəcək. Bu barədə WAFA agentliyi Fələstinin Ankaradakı səfiri Fayed Mustafaya istinadən məlumat yayıb. Bildirilir ki, Abbas və Ərdoğan rəsmi görüş keçirəcəklər. Görüşdə Fələstin-Türkiyə münasibətləri müzakirə olunacaq.
21-08-2022, 23:03
Gündəlik yoluxma yenidən artdıAzərbaycanda koronavirus infeksiyasına 585 yeni yoluxma faktı qeydə alınıb, 489 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 1 nəfər ölüb. İndiyədək ümumilikdə 808 569 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 795 110 nəfər müalicə olunaraq sağalıb, 9785 nəfər vəfat edib, aktiv xəstə sayı 3674 nəfərdir. Son sutka ərzində 3700, hazırkı dövrədək isə 7 129 436 test aparılıb.
21-08-2022, 22:51
Əlaqələrin möhkəmlənəcəyinə ümid edirik - XİN
Xarici İşlər Nazirliyi rəsmi tviter səhifəsində Azərbaycan ilə Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə paylaşım edib.
Butov.az paylaşımı təqdim edir: “Bu gün Azərbaycan ilə Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi tamam olur. Bu münasibətlə Serbiya Respublikası hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Biz Azərbaycan ilə Serbiya arasında strateji əlaqələrin daha da möhkəmlənəcəyinə ümid edirik”.
21-08-2022, 22:48
Serbiya Prezidenti İlham Əliyevə zəng etdiAvqustun 21-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Butov.az xəbər verir ki, telefon danışığı zamanı Prezident Aleksandar Vuçiç Azərbaycan ilə Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. Serbiya Prezidenti bu müddət ərzində ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini, dostluq və tərəfdaşlıq münasibətlərinin qurulduğunu dedi. Prezident İlham Əliyev ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə Serbiya Prezidentini təbrik etdi, müxtəlif sahələrdə əməkdaşlığın inkişafından məmnunluğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycanın və Serbiyanın ikitərəfli və çoxtərəfli əsaslarda, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini vurğuladı. Telefon danışığı zamanı Azərbaycan ilə Serbiya arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, kənd təsərrüfatı, enerji, investisiya və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı. Həmçinin Azərbaycan ilə Serbiya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığı, ölkələrimizin bir-birinin ərazi bütövlüyünü dəstəklədiyi qeyd olundu.
21-08-2022, 22:46
Şəhidlərimiz anıldıTorpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərimizin ruhlarına ehtiram məqsədilə anım mərasimləri keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Vətən müharibəsi şəhidləri Şöhrət Qasımov və Saleh Əliyevin xatirələrinə həsr olunan mərasimlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşları iştirak ediblər. Mərasimlərdə əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirlərdə şəhidlərin məzarları üzərinə tər çiçəklər düzülüb və ruhlarına dualar oxunub. Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən danışblar. Mərasim iştirakçılarına şəhidlərimizin şərəfli ömür və döyüş yolundan bəhs edən videoçarxlar təqdim edilib. Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Anım mərasimlərində şəhidlərimizə həsr olunan şeirlər, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər ifa olunub.
21-08-2022, 22:42
“Zəngəzur” futbol klubu yaradıla bilər
“Zəngəzur” futbol klubu yaradıla bilər və yaradılmalıdır. Biz Qərbi Azərbaycan torpaqlarına başqa bir ölkənin ərazisi kimi baxmaq düşüncəsindən qurtulmalıyıq. O torpaqlar son qarışına qədər tarixi Azərbaycan torpaqlarıdır və o ərazilərdə tarix boyu azərbaycanlılar yaşayıb”. Bu sözləri "Qərbi Azərbaycan İcması”nın sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli deyib. Deputat qeyd edib ki, Qərbi Azərbaycanın da özünün futbol klubu olmalıdır: “Bu gün müxtəlif bölgələrimizin futbol klubları var, Qərbi Azərbaycanın da futbol klubları niyə olmasın? Məsələn, “Zəngəzur” futbol klubu, “Dərələyəz” futbol klubu, “Göyçə” futbol Klubu, “Ağbaba” futbol klubu və s. Bu klublar olmalıdır və onlara bərabər səviyyədə şərait yaradılmalıdır. Hələ onlara bir az da artıq şərait yaradılmalıdır. Çünki bu, təkcə idman məsələsi deyil, həm də siyasi, ideoloji məsələdir”. Ə.Ələkbərli xatırladıb ki, hazırda Azərbaycan Qaçqınlar Cəmiyyətinin təşəbbüsü ilə yaradılan “İrəvan” futbol klubu fəaliyyət göstərir: “Bu klub Azərbaycan Region Liqasında uğurlu çıxış edir. Amma Bakıda kifayət qədər stadion olsa da, "İrəvan" klubuna həftədə bir-iki dəfə məşq eləmək üçün nə Gənclər və İdman Nazirliyi, nə də AFFA bir stadion tapa bilir. Stadion var, amma külli miqdarda icarə haqqı tələb edilir. Əgər ortada Azərbaycan xalqının milli maraqları varsa, belə yerdə axar sular durmalıdır, hər kəs əlindən gələn dəstəyi göstərməlidir. Hər hansı stadion həftədə cəmi bir dəfə 2-3 saatlıq gəlirindən imtina etməklə kasıb düşməz. Bu mübarizə Vətən uğrunda mübarizədir, bu mübarizəyə pul kisəsindən baxanlar millətin üz qarasıdır. Qərbi Azərbaycan İcmasının dəstək verdiyi daha bir idman klubu – İrəvan İdman Klubu Göygöl rayonunda fəaliyyət göstərir və bu klubun da idman aləmində xeyli uğurları var. Hesab edirəm ki, müvafiq qurumlar belə idman klublarının sayını artırmalı və dünya çempionatlarında çıxış etmələri üçün onlara hər cür şərait yaratmalıdırlar”.
21-08-2022, 22:34
Ukraynalı uşaqlar Bakıya gətirildiHeydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin dəstəyi ilə Ukraynadakı vəziyyətlə əlaqədar bir qrup uşaq Bakıda reabilitasiya keçəcək.
Butov.az xəbər verir ki, avqustun 21-də 7-17 yaş arasında olan valideyn himayəsindən məhrum 28 uşaq və onları müşayihət edən 4 nəzarətçi Bakıya gəlib. Hava limanında qarşılanan uşaqlar xüsusi ayrılmış avtobuslarla Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzinə aparılaraq yerləşdirilib. Burada 21 gün ərzində uşaqlara psixoloji və ehtiyac olduqda tibbi reabilitasiya xidmətləri göstəriləcək. Həmçinin Ukraynadan gələn uşaqlar üçün mədəni proqram hazırlanıb. Paytaxtın görməli yerləri ilə tanışlıq, o cümlədən, Heydər Əliyev Mərkəzi, Qobustan dövlət tarixi-bədii qoruğu, İçərişəhər, “Suraxanı” Gəmi-Muzeyi, Atəşqah, “Qala” Dövlət tarix- etnoqrafiya qoruğu və digər tarixi abidə və muzeylərə gəzintilər və ekskursiyalar nəzərdə tutulub. Heydər Əliyev Fondu valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqları hər zaman ailə qayğısı ilə əhatə edir. Fondun həyata keçirdiyi bu sahədə layihələr uşaqların sağlam və səmərəli istirahəti, dünyagörüşünün artırılması və yeni dostlar qazanmalarına imkan yaradır.
21-08-2022, 22:20
Şoyqu ələ keçirilən Qərb silahlarından danışdıRusiya hazırda Ukraynaya qarşı çox güclü silahlardan istifadə edir. Eyni zamanda bizim mütəxəssislər Ukraynada ələ keçirilən xarici hərbi texnikanı diqqətlə öyrənir. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib. "Biz həmin silahların qarşısının alınması yollarını öyrənirik. Bu gün Rusiyanın həm elmi, həm də sənayesi buna qadirdir", - deyə nazir vurğulayıb.