Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
29-08-2022, 21:50
“Azərbaycanın haqq işini dəstəkləyirik” - Hulusi Akar


“Azərbaycanın haqq işini dəstəkləyirik” - Hulusi Akar

Türk əsgəri tarix boyu vətənin keşiyində durub və onun mənafelərini qoruyub. Bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar 30 avqust Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələri Gününə həsr olunmuş müraciətində bildirib. Nazir vurğulayıb ki, Türkiyə Azərbaycanın haqq işini dəstəkləyir. "Dostlarımızın, qardaşlarımızın və müttəfiqlərimizin, xüsusən də Azərbaycan və Liviyanın haqq işini dəstəkləyir, həmçinin NATO, Avropa İttifaqı, BMT, ATƏT və ikitərəfli razılaşmalar çərçivəsində Qətər, Somali, Kosovo və Bosniya və Herseqovinada uğurla xidmət edərək regional və dünya sülhünə töhfə veririk”, - deyə Akar qeyd edib.
29-08-2022, 21:47
İsveçdən Ukraynaya yarım milyardlıq hərbi yardım


İsveçdən Ukraynaya yarım milyardlıq hərbi yardım

İsveç Rusiyanın təcavüzünün qarşısını almaq üçün Ukraynaya 500 milyon kron (46,75 milyon dollar) hərbi yardım verəcək. Bunu İsveçin Baş naziri Maqdalena Andersson Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşündən sonra bildirib. Baş nazirin sözlərinə görə, İsveç hökuməti Ukraynaya ümumilikdə mülki və hərbi yardım məqsədilə 1 milyard kron məbləğində əlavə yardım göndərəcək.
29-08-2022, 21:43
Paşinyan Qarabağa görə Putinə yalvarır


Paşinyan Qarabağa görə Putinə yalvarır

Xəbər verdiyimiz kimi, bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Ermənistan Nazirlər Kabinetinin yaydığı məlumata görə, tərəflər Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər. Telefon danışığında Qarabağ mövzusuna toxunan Paşinyan və Putin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların bəndlərinin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıblar. Rusiya və Ermənistan rəhbərlərinin Qarabağ müzakirəsini şərh edən politoloq Elxan Şahinoğlu hesab edir ki, Putin bu məsələdə o qədər də maraqlı deyil: "İkitərəfli münasibətləri anladıq, Qarabağla bağlı Putin və Paşinyan nəyi müzakirə edə bilərlər? Putin Qarabağı müzakirə etməyə həvəsli deyil, Ukraynada apardığı işğalçı müharibəyə görə problemi başından aşır. Paşinyan isə müxalifəti susdurmaq üçün Qarabağla bağlı Putinlə qısa da olsa fikir mübadiləsi apardığını cəmiyyətinə göstərməlidir. Paşinyan anlayır ki, Qarabağ separatçılarının mühasirəsi daralır və separatçılara qarşı növbəti anti-terror əməliyyatları qapıdadır. Ona görə də Kreml sahibinə yalvarır ki, Rusiya hərbçiləri Azərbaycan ordusuna irəliləməyə imkan verməsin. Çünki Azərbaycan Ordusunun Qarabağdakı uğurları Paşinyanın mövqelərini zəiflədir. Top Putinin meydanındadır. Rusiya Prezidenti azərbaycanlı və türkiyəli həmkarı ilə indiki münasibətlərin davamını istəyirsə, Azərbaycana Qarabağda qayda-qanun yaratmağa mane olmamalıdır”.
29-08-2022, 20:58
Ötən gün heç kim vaksin vurdurmayıb


Ötən gün heç kim vaksin vurdurmayıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 857 111, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 373 253, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 862 494, üç və daha çox doza vaksin vurduranların sayı 3 362 453, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 258 911 təşkil edir.

29-08-2022, 20:55
Yoluxma kəskin azaldı


Yoluxma kəskin azaldı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 132 yeni yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxan şəxslər arasında vəfat edən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 812 248 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 798 867 nəfər müalicə olunaraq sağalıb, 9805 nəfər vəfat edib, aktiv xəstə sayı 3576 nəfərdir. Ölkədə son sutka ərzində 1841, hazırkı dövrədək isə 7 147 186 test aparılıb.

29-08-2022, 20:53
İraqda etirazlar başladı - Respublika sarayı ələ keçirildi

İraqda etirazlar başladı - Respublika sarayı ələ keçirildi


İraqın paytaxtı Bağdadda etirazçılar hökumətin toplaşdığı binanı ələ keçiriblər. Butov.az xəbər verir ki, iğtişaşlar şiə lideri Müqtəda əs-Sədr siyasətdən getdiyini elan etməsindən sonra başlayıb. Onun tərəfdarları Respublika Sarayına soxulublar, burada polislə toqquşmalar olub. Kütləvi iğtişaşlar fonunda komendat saatı tətbiq edilib.
29-08-2022, 20:37
Paşinyanla Putin Qarabağı müzakirə edib


Paşinyanla Putin Qarabağı müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, tərəflər Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər. Telefon danışığında Qarabağ mövzusuna toxunan Paşinyan və Putin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların bəndlərinin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
29-08-2022, 20:35
Ermənistanın dövlət borcu kəskin artıb


Ermənistanın dövlət borcu kəskin artıb

Ermənistanın dövlət borcu kəskin şəkildə artıb. Butov.az xəbər verir ki, Ermənistanın dövlət borcu 9,97 milyard ABŞ dollarına çatıb. Təkcə 2021-ci ildə bu göstərici 2021-ci ildə 16% faiz artaraq 1,3 milyard dollar olub. Məlumata görə, 2018-ci ilin aprelindən indiyədək Ermənistanın dövlət borcu 3,1 milyard ABŞ dollar (45,2%) artıb. 2022-ci ilin yanvar-iyul ayları ərzində dövlət borcu 748,36 milyon dollar (8,1%) təşkil edib. Dövlət borcunun artmasına səbəb daxili borclanmanın yüksəlməsi göstərilir. Ümumilikdə isə 2022-ci illə müqayisədə 2021-ci ilin dekabrında ölkənin xarici borcu 66,9%, daxil borc isə 33,1% olub.
29-08-2022, 20:33
FHN və DİN-ə yeni səlahiyyət verildi – Cəriməni onlar yazacaq


FHN və DİN-ə yeni səlahiyyət verildi – Cəriməni onlar yazacaq

Əkin yerinin yandırılmasına görə Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinə cərimə tətbiq etmək səlahiyyəti verilib Butov.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb. İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsinə əsasən, əkin yerinin yandırılmasına görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir. İndiyə qədər əkin yerinin yandırılmasına görə inzibati xətalar haqqında işlərə yalnız İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində İqtisadiyyat Nazirliyi və ya Kənd Təsərrüfatı Nazirliyi baxıb.
29-08-2022, 20:31
Türkiyə daha da qüdrətlənəcək - Ərdoğandan mesaj


Türkiyə daha da qüdrətlənəcək - Ərdoğandan mesaj

"2023-cü il böyük və qüdrətli Türkiyənin qurulmasını müjdələdiyimiz yeni bir mərhələ olacaq". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30 avqust Zəfər bayramının ildönümü ilə əlaqədar açıqlamasında bildirib. "Ümid edirəm ki, Cümhuriyyətimizin 100-cü ildönümünü qeyd edəcəyimiz 2023-cü il böyük və güclü Türkiyə quruculuğunun müjdəçisi olduğumuz yeni bir mərhələ olacaq. Bu fikirlərlə Cümhuriyyətimizin qurucusu, Baş Komandanı - Qazi Mustafa Kamal və silahdaşlarını minnətdarlıqla yad edirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizi şadlıqla yad edirəm. Şəhidlərimizin ruhu şad, məkanları cənnət olsun. 30 Avqust Qələbə bayramınız mübarək", - Ərdoğan qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!