XİN Başçısı Şavkat Mirziyoyevlə bu məsələləri müzakirə etdi .....                        Gürcüstan parlamenti qarşısında aksiya keçirilib .....                        Ceyhun Bayramov Özbəkistan Prezidentiylə görüşdü .....                        İsrail İrana görə əməliyyatı təxirə saldı .....                        Tehran Yaxın Şərqdə gərginliyin artmasına müsbət yanaşmır .....                        Bakıda Çingiz Aytmatovun abidəsi qoyuldu .....                        Hakan Fidan BMT-nin baş katibiylə telefon danışığı apardı .....                        Rəşad Nəbiyev Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşdü .....                        Rəşad Nəbiyev Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşdü .....                       
30-08-2022, 17:02
Şarl Mişel İlham Əliyevə zəng edib


Şarl Mişel İlham Əliyevə zəng edib

Avqustun 30-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı əsnasında Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi və Avropa İttifaqının təşkilatçılığı ilə avqustun 31-də Brüsseldə keçiriləcək görüşün gündəliyinə aid məsələlər müzakirə olunub.
30-08-2022, 16:59
Sevgilisini küçədə bıçaqlayan şəxs tutuldu


Sevgilisini küçədə bıçaqlayan şəxs tutuldu

Bakıda küçədə qadını bıçaqlayaraq avtomobillə hadisə yerindən qaçan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, paytaxtın Yasamal rayonunda tanışı olan qadını bıçaqlayaraq avtomobillə hadisə yerini tərk edən şəxsin kimliyi müəyyənləşdirilib və o, saxlanılaraq istintaqa təhvil verilib. Yaxınlıqdakı xəstəxanaya yerləşdirilən qadın əməliyyat edilib və hazırda vəziyyətinin stabil olduğu deyilir. Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülərdə hadisə zamanı qadına 9 bıçaq zərbəsi vuran naməlum şəxsin "77-CZ-316" dövlət nişanlı avtomobillə hadisə yerindən uzaqlaşması anı əks olunub.
30-08-2022, 16:58
İlham Əliyev Lukaşenkoya zəng etdi


İlham Əliyev Lukaşenkoya zəng etdi

Avqustun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Prezident İlham Əliyev Aleksandr Lukaşenkonu ad günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb. Belarus Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Dövlət başçıları ikitərəfli münasibətlərin uğurlu inkişafını qeyd edib, əməkdaşlığın perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.
30-08-2022, 16:51
41 Azərbaycan vətəndaşı İrana qaçıb


41 Azərbaycan vətəndaşı İrana qaçıb

“İran və Azərbaycan arasında münasibətlər yüksək səviyyədə inkşaf edərsə, bu, məhkəmə sisteminə də müsbət təsir göstərər”. Bu barədə Baş prokuror Kamran Əliyev iranlı həmkarı Məhəmməd Cəfər Montazeri ilə görüşündə deyib. “Azərbaycan hökuməti narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəyə çox ciddi yanaşır. Azərbaycanda məhkəmə istintaqı zamanı 41 Azərbaycan vətəndaşı İrana qaçıb. Biz həmin şəxslərin Azərbaycanın təhlükəsizliyinə təhdid hesab edildiyi üçün ölkəmizə qaytarılmasını gözləyirik”,- Baş prokuror bildirib.
30-08-2022, 16:51
41 Azərbaycan vətəndaşı İrana qaçıb


41 Azərbaycan vətəndaşı İrana qaçıb

“İran və Azərbaycan arasında münasibətlər yüksək səviyyədə inkşaf edərsə, bu, məhkəmə sisteminə də müsbət təsir göstərər”. Bu barədə Baş prokuror Kamran Əliyev iranlı həmkarı Məhəmməd Cəfər Montazeri ilə görüşündə deyib. “Azərbaycan hökuməti narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəyə çox ciddi yanaşır. Azərbaycanda məhkəmə istintaqı zamanı 41 Azərbaycan vətəndaşı İrana qaçıb. Biz həmin şəxslərin Azərbaycanın təhlükəsizliyinə təhdid hesab edildiyi üçün ölkəmizə qaytarılmasını gözləyirik”,- Baş prokuror bildirib.
30-08-2022, 16:49
Azərbaycan və Ermənistan rəsmilərinin görüşü başlayıb


Azərbaycan və Ermənistan rəsmilərinin görüşü başlayıb

Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının iclası başlayıb. Butov.az xəbər verir ki, Azərbaycan və Ermənistan rəsmilərinin ikinci görüşü Rusiyanın paytaxtı Moskvada təşkil olunub. Görüş zamanı nəqliyyat-kommunikasiya və delimitasiya məsələləri müzakirə olunacaq. Danışıqlar mətbuata qapalı keçirilir. Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı komissiyanın bugünkü görüşü Rusiya tərəfinin məşvərətçi yardımı əsasında baş tutub. Qeyd edək ki, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli dövlət komissiyasının Azərbaycan tərəfdən həmsədri Baş nazirin müavini Şahin Mustafayev, Ermənistandan isə Nikol Paşinyanın müavini Mqer Qriqoryandır. Dövlət rəsmilərinin ilk görüşü bu il mayın 24-də Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində baş tutmuşdu.
30-08-2022, 16:46
Türkiyə İraqdakı vəziyyətdən narahatdır


Türkiyə İraqdakı vəziyyətdən narahatdır

Türkiyə hakimiyyəti İraqdakı vəziyyətdən narahatdır və bütün tərəfləri təmkin nümayiş etdirməyə çağırır. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb. “Bağdadda baş verən hadisələr ölkənin sabitliyi, birliyi və təhlükəsizliyi üçün təhdid yaradıb. Dost və qardaş İraqda sabitlik və təhlükəsizlik Türkiyə üçün həyati əhəmiyyət daşıyır. Bununla bağlı olaraq biz ölkədə yayılan zorakılıqdan narahatıq və bütün tərəfləri təmkin, sağlam düşüncə nümayiş etdirməyə çağırırıq”, - XİN-dən bildirilib. Türkiyə XİN ümid edir ki, İraqda siyasi fikir ayrılığı hərtərəfli dialoq vasitəsilə sülh yolu ilə həll olunacaq.
30-08-2022, 16:20
Bakıda dəhşət: Sevgilisini küçədə bıçaqlayıb qaçdı


Bakıda dəhşət: Sevgilisini küçədə bıçaqlayıb qaçdı

Bakıda qadın tanışı tərəfindən bıçaqlanıb. Butov.az xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində baş verib. 77-CZ-316 dövlət nişanlı avtomobili idarə edən sürücü qadını bıçaqladıqdan sonra əks yola çıxaraq hadisə yerini tərk edib. Qadına doqquz bıçaq zərbəsi vurulduğu qeyd olunub. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

30-08-2022, 16:17
9 şəhid məzarı boş çıxıb


9 şəhid məzarı boş çıxıb

“İtkin düşmüş şəxslərin sonrakı taleyinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Komissiyasının qarşısında mühüm vəzifələr müəyyən edib. Bu istiqamətdə son illərdə keçirilmiş yüksək səviyyəli görüşlərdə və müxtəlif platformalarda dəfələrlə qaldırılmasına və müzakirə edilməsinə baxmayaraq, Ermənistan tərəfi I Qarabağ müharibəsində itkin düşmüş şəxlərə aid məzar yerləri barədə məlumatları təqdim etmir”. Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib. O qeyd edib ki, itkin düşmüş şəxslər barədə əsas məlumatlar məhz Ermənistan tərəfdədir: “Misal üçün diqqətinizə çatdırım ki, ötən ilin dekabr ayında Ermənistan Parlamentinin deputatı, Ermənistan Müdafiə nazirinin keçmiş müavini general-leytenant Qaqik Melkonyan Ermənistan kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə 1994-cü ildə Azərbaycan Ordusunun həlak olaraq döyüş meydanında qalmış yüzlərlə hərbi qulluqçusunun dəfn yerini bildiyini ifadə edib. Bununla bağlı beynəlxalq təşkilatların vasitəsi ilə verdiyimiz rəsmi sorğulara isə Ermənistan tərəfi cavab verməyib”. İ.Axundov deyib ki, 44 günlük Vətən müharibəsində əldə edilmiş zəfərdən sonra yaranmış yeni situasiyada I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı aşağıdakı istiqamətlər üzrə tədbirlər həyata keçirilib: “Birincisi, Üçtərəfli bəyanatdan sonra hazırda Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında olan ərazidən 2021-ci ilin fevral ayının 12-dən cari ilin aprel ayının 25-dək 67 meyit kisəsində 138 şəxsə aid olduğu ehtimal edilən qarışıq meyit qalıqları təhvil verilib. Bu istiqamət üzrə Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən 53 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib. İkincisi, 2021-ci ilin fevral ayının 17-dən cari ilin aprel ayının 3-dək İşğaldan azad edilmiş Şuşa rayonu, Daşaltı kəndi, Xocavənd rayonu, Edilli kəndi, Xocalı rayonunun Fərrux və Daşbaşı kəndləri ərazisində müəyyən edilmiş kütləvi məzarlıqlarda aparılmış ekshumasiya zamanı, həmçinin işğaldan azad edilmiş Ağdam, Şuşa, Göygöl, Tərtər, Füzuli və Zəngilan rayonları ərazilərdə tikinti-quruculuq işləri aparılarkən 82 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən edilərək götürülüb. Aşkar edilmiş meyit qalıqları üzrə Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən 45 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib. Üçüncüsü, I Qarabağ müharibəsi zamanı şəhid olmuş və Respublikanın 13 şəhər və rayonunun ərazisində yerləşən 21 qəbiristanlıqdakı 191 naməlum şəhid məzarından 183 meyit qalığı ekshumasiya edilib. (9 məzar boş çıxıb, 1 məzarda isə iki nəfərə aid meyit qalıqları aşkar edilib). Bu istiqamət üzrə 184 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib. Göstərilən üç istiqamət üzrə ümumilikdə 282 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib və götürülmüş nümunələr Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin laboratoriyasına təqdim edilib”.
30-08-2022, 16:14
İtkinlərimiz niyə tapılmır? - Rəsmi açıqlama


İtkinlərimiz niyə tapılmır? - Rəsmi açıqlama

“Həm I Qarabağ, həm də II Qarabağ müharibəsi zamanı Dövlət Komissiyasının əməkdaşlıq etdiyi əsas təşkilat BQXK olub. Bu sahədə ən önəmli vəzifələrdən biri kimi I Qarabağ mühraibəsinə itkin düşmüş şəxslərin siyahısnın dəqiqləşdirilməsi işi olub”. Bunu Komissiyanın katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov bildirib. İ.Axundov qeyd edib ki, 2008-ci ilin aprel ayında BQXK-nın Azərbaycandakı Nümayəndəliyi ilə Dövlət Komissiyası arasında imzalanmış «İtkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə» çərçivə sazişinə əsasən, 2014-cü ildən etibarən itkin ailələrindən bioloji (DNT) nümunələrin toplanması işinə başlanıb: “Ötən müddət ərzində 3315 itkinin ailə üzvlərindən 10309 bioloji nümunə toplanıb. 2021-ci ilin noyabr ayından etibarən toplanmış bioloji nümunələrdən DNT profillərinin çıxarılması işinə başlanıb. Bu məqsədlə hazırkı vaxta qədər 1024 bioloji nümunənin hər biri üzrə profillər çıxarılıb”. Onun sözlərinə görə, hazırkı şəraitdə itkinlərin taleyinin müəyyən edilməsinə mane olan əsas faktlar isə qarşı tərəfin dəfn yerləri barədə məlumatları təqdim etməməsi və işğaldan azad edilmiş ərazilərdə çoxsaylı minaların olmasıdır: “Məlumata görə, işğaldan azad edilmiş ərazilərdə Ermənistan hərbçiləri tərəfindən 1 milyondan çox mina basdırılıb”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!