Dövlət Komitəsində Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri ilə görüş keçirilib .....                        Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
31-08-2022, 14:04
Tayvan Çin PUA-sına atəş açdı


Tayvan Çin PUA-sına atəş açdı

Tayvan ordusu Çinin pilotsuz uçuş aparatına xəbərdarlıq atəşi açıb. Bu barədə “Focus Taiwan” məlumat yayıb. Bildirilib ki, Şi adası zastavasının əsgərləri 30 metr hündürlükdə, təxminən 200 metr aralıda qadağan olunmuş ərazidə uçan pilotsuz uçuş aparatını aşkar ediblər. Cavab olaraq PUA-ya atəş açılıb. Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərindən sonra regionda vəziyyət gərginləşib.
31-08-2022, 14:02
Ağ ev: İran Rusiyaya PUA-lar göndərib


Ağ ev: İran Rusiyaya PUA-lar göndərib

ABŞ administrasiyası Rusiyanın İrandan “Mohajer-6” və “Shahed” tipli pilotsuz uçuş aparatları aldığını düşünür. Bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer deyib. “Bizim qiymətləndirməmizə görə, Rusiya avqustda bir neçə gün ərzində İrandan PUA-lar alıb", - deyə o qeyd edib. Ağ ev rəsmisinin sözlərinə görə, bu, ilkin tədarüklərdir, lakin davamı da olacaq.
31-08-2022, 14:01
Putinə qarşı çıxan sabiq deputata cinayət işi açıldı


Putinə qarşı çıxan sabiq deputata cinayət işi açıldı

Rusiya parlamentinin keçmiş deputatı, “Ədalətli Rusiya” siyasi partiyasının üzvü İlya Ponomaryov haqqında cinayət işi açılıb. Bu barədə TASS məlumat yayıb. Keçmiş deputat Rusiya ordusu haqqında yalan məlumat yaymaqda ittiham olunur. Hazırda Ukraynada yaşayan sabiq deputat haqqında qiyabi həbs qərarı verilib. Rusiyada axtarışda olan Ponomaryov 2014-cü ildə parlamentdə Krımın ilhaqının əleyhinə səs verən yeganə deputat olub. Bundan sonra deputat təzyiqlərə məruz qalıb.
31-08-2022, 07:43
Ərdəbildə dərman çatışmazlığı yaşanır


Ərdəbildə dərman çatışmazlığı yaşanır

Yerli sosial media fəallarının verdiyi məlumata görə, iki həftədir Ərdəbildə dərman çatışmazlığı şiddətlənib və apteklərin qarşısında izdiham yaranır. Məlumatda bir sıra adi dərmanların, o cümlədən antibiotiklərin tapılmadığı, vətəndaşların müraciətlərinə qaneedici cavab verilmədiyi bildirilib.
"Günlərdir yeddi aylıq uşaq üçün dərman axtarıram, ancaq hələ də heç bir aptekdə tapa bilməmişəm. 24 saat işləməli olan apteklər axşam saat 10-dan sonra bağlanır, bunu gərəkli dərmanların çatışmazlığı ilə əlaqələndirirlər. İlgili qurumlara müraciətlərimiz cavabsız qalır və israr etdikdə kobud davranışla üzləşirik"-deyə, ərdəbilli ata sosial mediadakı paylaşımında yazıb.
Fəallar problemlə bağlı müraciətlərə laqeyd yanaşıldığını, əlaqədar qurum və şəxslərin məsuliyyəti bir-birlərinin üzərinə atdığını qeyd ediblər.
Qeyd edək ki, dərman istehsalı müəssisələrinin verdiyi məlumata görə, xammal vaxtında təmin olunmadığı üçün bir sıra istehsal bölmələri bağlanıb. Dərman Sənayesi Sahibləri Birliyinin yaydığı xəbərdarlıqda durumun belə davam edəcəyi təqdirdə avqust ayından başlayaraq bütün müəssisələrin bağlanacağı və dərman çatışmazlığının pik həddə çatacağı qeyd olunur. Dərman Sənayesi Sahibləri Birliyinin başçısı Məhəmməd Əbdzadənin verdiyi məlumata görə, hazırda ölkədə 300 adda dərman tamamilə yoxa çıxıb və adi antibiotik və serum çatışmazlığı yaşanır.
Talassemiya Xəstələrinə Dəstək Birliyinin başçısı Yunis Ərəb isə mediaya verdiyi açıqlamada son bir neçə ay ərzində dərman çatışmazlığı səbəbindən ən azı 70 talassemiya xəstəsinin öldüyünü bildirib.
Cavidan
30-08-2022, 20:42
Zelenski MAQATE rəhbəri ilə görüşdü


Zelenski MAQATE rəhbəri ilə görüşdü

Ukrayna Prezidenti Volodimir Zelenski Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi ilə görüşüb. Bu barədə CNN Zelenskinin ofisinə istinadən məlumat yayıb. Görüş zamanı nələrin müzakirə edildiyi açıqlanmayıb, görüş MAQATE missiyasının Ukraynaya səfəri çərçivəsində keçirilib. Avqustun 29-da Qrossinin rəhbərlik etdiyi MAQATE missiyası Zaporojye Atom Elektrik Stansiyasını yoxlamaq üçün Ukraynaya gedib. Yoxlama avqustun 31-dən sentyabrın 3-dək aparılacaq.
30-08-2022, 20:40
Novxanıda istirahət mərkəzində partlayış - Yaralılar var


Novxanıda istirahət mərkəzində partlayış - Yaralılar var

Abşeron rayonu, Novxanı kəndinin ərazisində yerləşən “Sunset” istirahət mərkəzində partlayış baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Müəyyən olunub ki, ilkin məlumata əsasən istirahət mərkəzinin suqızdırıcı (kombi) sistemində ani partlayış hadisəsi baş verib və nəticədə 3 nəfər xəsarət alıb. Dağıntı və yanğın hadisəsi qeydə alınmayıb. FHN-in qüvvələri tərəfindən obyekt ərazisində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
30-08-2022, 20:39
Ordumuz müasir modelə uyğunlaşdırılır - Kərim Vəliyev


Ordumuz müasir modelə uyğunlaşdırılır - Kərim Vəliyev

"Hazırda Azərbaycan Ordusunun müasir ordu modelinə, xüsusilə Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində zəruri addımlar atılır". Bunu müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyənin 30 Avqust - Zəfər Bayramına həsr olunan tədbirdə çıxış edərkən deyib. Baş Qərargah rəisi bildirib ki, ölkələrimiz arasındakı hərbi əməkdaşlıq birliyimizi daha da möhkəmləndirir. "Bu birlik regionda əmin-amanlığın və sabitliyin qorunmasına töhfə verir", - general-polkovnik vurğulayıb.
30-08-2022, 20:37
Paşinyan Brüsselə getdi


Paşinyan Brüsselə getdi

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Brüsselə səfərə gedib. Butov.az xəbər verir ki, məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb. Qeyd edək ki, avqustun 31-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanın üçtərəfli görüşü planlaşdırılır.
30-08-2022, 20:35
Şabranda meşəlik ərazi yanır


Şabranda meşəlik ərazi yanır

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şabran rayonunun Çuxurəzəmi kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə, əlavə olaraq FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
30-08-2022, 20:34
Müdafiə nazirləri Ukrayna barədə razılığa gəldi


Müdafiə nazirləri Ukrayna barədə razılığa gəldi

Bu gün Çexiyanın paytaxtı Praqa şəhərində Avropa İttifaqına (Aİ) üzv ölkələrin müdafiə nazirləri görüşüb. Butov.az bildirir ki, görüşdən sonra İttifaqın baş diplomatı Jozep Borrell mətbuata açıqlama verib. O deyib ki, təşkilatın Ukraynaya hərbi yardım missiyasının yaradılması üçün işə başlamaq barədə razılığa gəliblər. “Deyə bilərəm ki, bütün üzv dövlətlər Aİ-nin Ukraynaya hərbi yardım missiyasının parametrlərini müəyyən etmək üçün lazım olan işlərə başlamaq barədə razılığa gəlib”, - deyə Borrel qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!