Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
31-08-2022, 14:52
Müdafiə Nazirliyi Zabuxdan yeni video yaydı


Müdafiə Nazirliyi Zabuxdan yeni video yaydı

Azərbaycanın Müdafiə Nazirliyi Laçın rayonunun Zabux kəndindən yeni videogörüntülər yayıb. Butov.az həmin videogörüntüləri təqdim edir:



Xatırladaq ki, avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb.
31-08-2022, 14:49
Ənvər Həsənov koronavirusa yoluxub


Ənvər Həsənov koronavirusa yoluxub

Xalq artisti Ənvər Həsənovun müalicəsinə TƏBİB-in tabeliyində olan Xəzər Tibb Mərkəzində davam edilir. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, 30 avqust 2022-ci ildə “Yeni Klinika” tibb müəssisəsində döş qəfəsinin kompüter tomoqrafiyası edilən Ə.Həsənovun bir neçə gün əvvəl ev şəraitində koronavirusa yoluxduğu məlum olub: "COVID-19-la bağlı verilən testin nəticəsi də bu gün - 31 avqust 2022-ci ildə pozitiv çıxıb. Eyni zamanda, 31 avqust 2022-ci ildə Xalq artistinin ağciyərinin yoxlanılması məqsədilə TƏBİB-in tabeliyində olan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan həkim-pulmonoq dəvət edilib. Müayinə zamanı xalq artistinin ağciyərində hər-hansı ağırlaşmanın olmadığını və iltihabın aparılan müalicə prosesinə uyğun olaraq sovrulduğu müşahidə edilib. Hazırda Ə.Həsənovun vəziyyəti stabildir və ona bütün zəruri tibbi xidmətlər göstərilir". Qeyd edilib ki, xalq artisti öz istəyilə Xəzər Tibb Mərkəzində müalicəsinin davam edilməsini istəyir.

31-08-2022, 14:47
Kəmaləddin Heydərov müşavirə keçirdi


Kəmaləddin Heydərov müşavirə keçirdi

Fövqəladə Hallar Nazirliyində (FHN) nazir general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə müşavirə keçirilib. Bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, nazirin birinci müavini general-leytenant Rəfail Mirzəyev və nazirliyin aidiyyəti struktur bölmə və qurumlarının rəhbər heyətinin iştirak etdiyi müşavirə FHN-in maddi-texniki təchizatı və pilot layihə kimi hazırlanmış fövqəladə halların intellektual idarəetmə sisteminin tətbiqi ilə bağlı məsələlərin müzakirəsinə həsr olunub. Müşavirədə çıxış edən nazir Kəmaləddin Heydərov qeyd edib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ən müasir texnika və avandanlıqlarla təchiz olunmuş FHN-in maddi-texniki bazasının günün tələbinə və texnologiyaların inkişafı dinamikasına uyğun olaraq daim yenilənməsi həyata keçirilir. Məhz bunun sayəsində FHN baş verən istənilən fövqəladə hadisə ilə uğurla mübarizə aparır. Daha sonra nazir bildirib ki, nazirliyin maddi-texniki təchizatının yenilənməsi üzərində işlər davam etdirilməli, habelə texnika və avadanlıqlara, o cümlədən yanğınsöndürmə və xilasetmə texnikalarına vaxtlı-vaxtında texniki qulluğun göstərilməsi məsələləri bundan sonra da daim diqqət mərkəzində saxlanılmalıdır. Müasir texnologiyalardan iş prosesində istifadənin vacibliyinə toxunan nazir xüsusilə fövqəladə halların qarşısının vaxtında alınması və nəticələrinin çevik aradan qaldırılması istiqamətində ən son sistemlərin, o cümlədən rabitə və fövqəladə halların intellektual idarəetmə sistemlərinin tətbiqinin əhəmiyyətini qeyd edib. Sonra fövqəladə halların intellektual idarəetmə sisteminin təqdimatı edilib. Bildirilib ki, bu sistem FHN-in qurumları arasında birgə fəaliyyətin daha yaxşı koordinasiya edilməsi və qüvvələrin daha effektli tətbiqi üçün nəzərdə tutulub. Geniş imkanlara malik bu sistem xüsusi və ən son nəsil müşahidə kameralarının köməkliyi ilə fövqəladə hal rayonunun real vaxt rejimində anında nəzarətə götürülməsi və qüvvələrin vaxt itirmədən çevik və səmərəli idarə edilməsinə imkan yaradacaq. Bu sistemin əvvəlcə pilot layihə kimi konkret bir rayonda tətbiqi nəzərdə tutulur. Məhz bu pilot layihənin tətbiqi zamanı sistemin bütün xüsusiyyətləri praktiki olaraq real şəraitdə təhlil ediləcək, o cümlədən mümkün çatışmazlıqlar aradan qaldırılacaq və bundan sonra onun bütün ölkə üzrə tətbiqi ilə bağlı qərar veriləcək. Təqdim olunan fövqəladə halların intellektual idarəetmə sistemini yüksək qiymətləndirən nazir Kəmaləddin Heydərov onun pilot layihə olaraq qısa müddətdə tətbiqi ilə əlaqədar müvafiq tapşırıqlar verib.
31-08-2022, 14:44
Özünü yandıran qazinin vəziyyəti hələ də ağırdır


Özünü yandıran qazinin vəziyyəti hələ də ağırdır

Bir neçə gün əvvəl özünü yandıran Vətən müharibəsi qazisi Təbriz Abdullayevin vəziyyəti ağır stabildir. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğusuna cavab olaraq bildirilib. Məlumata görə, qazinin müalicəsi Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinin Reanimasiya şöbəsində aparılır. Xatırladaq ki, avqustun 18-də səhər saat 11:00 radələrində Qarabağ qazisi Təbriz Abdullayev Samux rayon İcra Hakimiyyətinin binası qarşısında üstünə benzin tökərək özünü yandırıb. T.Abdullayevin yaxınlarının bildirdiyinə görə, o, sosial problemlər və müvafiq dövlət orqanlarının onun durumuna laqeyd münasibətinə etiraz olaraq intihara əl atıb. 1989-cu il təvəllüdlü T.Abdullayevin sifətinin və bədəninin böyük hissəsinin yandığı açıqlanıb. Qazinin intihara cəhd etməsi faktı ilə bağlı Samux rayon prokurorluğunda araşdırma aparılır.
31-08-2022, 14:43
“Sunset”də xəsarət alanların son durumu


“Sunset”də xəsarət alanların son durumu

Sumqayıt şəhərinin Sahil küçəsində, Corat-Novxanı yolunda yerləşən “Sunset” istirahət mərkəzinin qazanxanasında baş verən partlayış nəticəsində yaralanan kişinin vəziyyəti ağırdır. Bu barədə TƏBİB-dən məlumat verilib. Qeyd olunub ki, yaralanan 3 nəfər dünən saat 22:20 radələrində Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə yerləşdirilib: "Xəsarət alan qadınlardan birinin bədən səthinin 45%-i, digərinin bədən səthinin 35-40%-i, kişinin bədən səthinin isə 60 %-i yanıb. Onların Reanimasiya şöbəsində müalicələrinə davam edilir. Hazırda iki qadının vəziyyəti stabil, kişinin vəziyyəti isə ağır stabil olaraq qiymətləndirilir".
31-08-2022, 14:40
Çaylarda sululuq kəskin azalıb


Çaylarda sululuq kəskin azalıb

Avqust ayında hava şəraitinin az yağıntılı və anomal isti keçməsi, eyni zamanda su səthində buxarlanmanın artması nəticəsində çaylarda sululuq kəskin azalıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, yalnız avqustun 8-də yağan intensiv leysan yağışları nəticəsində Kiçik Qafqaz ərazisindən axan Dəstəfürçay və Gəncəçay çaylarından qısamüddətli sel keçib. Kür-Qıraqkəsəmən məntəqəsində ay ərzində orta aylıq su sərfi 115 m3/san olmaqla normadan 10 faiz az, 2021-ci ilə müqayisədə 32 faiz çox, Qanıx-Əyriçay məntəqəsində ay ərzində orta aylıq su sərfi 13,4 m3/san olmaqla normadan 83 faiz az, keçən il ilə müqayisədə 50 faiz az olub. Kiçik Qafqaz çaylarında sululuq normadan 25 faiz az, ötən il ilə müqayisədə 36 faiz çox, Böyük Qafqaz çaylarında sululuq normaya yaxın, keçən il ilə müqayisədə 18 faiz çox, Lənkəran-Astara bölgəsi çaylarında sululuq normadan 15 faiz az, keçən il ilə müqayisədə isə 65 faiz çox olub. Kür çayının aşağı axınında suyun səviyyəsi keçən il ilə müqayisədə 30-40 sm çox, sululuq isə 26-53 faiz çox olub. Çayda orta duzluluq bu il 0,7 q/l, əvvəlki il isə 7,3 q/l təşkil edib. Mingəçevir su anbarından buraxılan suyun həcminin keçən il ilə müqayisədə 40 faiz çox olması ilə əlaqədar Kürün aşağı axınında sululuq ötən il ilə müqayisədə çox olub. Sentyabr ayının 5-dən sonra gözlənilən yağışlı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun nisbətən artacağı gözlənilir. Respublikanın çaylarında olan vəziyyətlə bağlı yenilənmiş məlumatları meteo.az saytından əldə etmək olar.
31-08-2022, 14:39
Buraxılış imtahanında iştirak edə bilməyənlərə şad xəbər


Buraxılış imtahanında iştirak edə bilməyənlərə şad xəbər

Dövlət İmtahan Mərkəzi 2022-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 4-də əlavə imtahan keçirəcək. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) xəbər verilib. Bildirilib ki, bundan əlavə, həmin gün bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verə biləcəklər. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində təşkil olunacaq. Bu imtahanlarda iştirak edəcək şagirdlər Dövlət İmtahan Mərkəzinin saytından “İmtahana buraxılış vərəqəsi”ni çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
31-08-2022, 14:36
Küçədə qadını bıçaqlayan əri imiş...


Küçədə qadını bıçaqlayan əri imiş...

Avqustun 30-u saat 9 radələrində Yasamal rayonu ərazisində 1997-ci il təvəllüdlü Nuridə Əhmədovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Yasamal rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1989-cu il təvəllüdlü Araz İsazadənin küçədə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nuridə Əhmədovanı qəsdən öldürməyə cəhd edib hadisə yerindən uzaqlaşmasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Araz İsazadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.
31-08-2022, 14:33
Qorbaçovun harada dəfn olunacağı açıqlandı


Qorbaçovun harada dəfn olunacağı açıqlandı

Ötən gün vəfat edən SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov Moskvadakı Novodeviçyi qəbiristanlığında dəfn ediləcək. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib. O, həyat yoldaşı Raisa Qorbaçovanın yanında dəfn olunacaq. Qeyd edək ki, 92 yaşlı Mixail Qorbaçov ağır və uzun sürən xəstəlikdən sonra avqustun 30-u axşam saatlarında dünyasını dəyişib.
31-08-2022, 14:31
Bayden Qorbaçova tərif yağdırdı


Bayden Qorbaçova tərif yağdırdı

Ağ Ev Sovet İttifaqının sonuncu lideri Mixail Qorbaçovla bağlı bəyanat yayıb. Butov.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden Ağ Evin yaydığı bəyanatında Qorboçovu daha yaxşı gələcək üçün karyerasını riskə atan şəxs adlandırıb. "Onilliklər boyu amansız siyasi repressiyalardan sonra o, demokratik islahatlara əl atdı. O, qlasnost və yenidənqurmaya, açıqlığa və yenidənqurmaya təkcə şüar kimi deyil, Sovet İttifaqı xalqlarının uzun illər təcrid və sərgərdanlıqdan sonra irəliləmə yolu kimi inanırdı", - Bayden deyib. Qeyd edək ki, SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş Katibi Mixail Qorbaçov uzun sürən xəstəlikdən sonra dünən axşam saatlarında vəfat edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!