Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
3-09-2022, 14:30
Ərdoğan Consonla danışıqlar apardı


Ərdoğan Consonla danışıqlar apardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub. Bu barədə məlumatı Türkiyə tərəfi yayıb. Liderlər iki dövlət arasındakı münasibətlər və regional məsələləri müzakirə edib. Ərdoğan Britaniya ilə əlaqələrin qarşıdakı dövrdə bütün sahələrdə inkişaf edəcəyinə inandığını qeyd edib.
3-09-2022, 14:27
Rusiyaya qarşı 46 mindən çox cinayət işi açılıb


Rusiyaya qarşı 46 mindən çox cinayət işi açılıb

Ukraynanın hüquq-mühafizə orqanları Rusiyanın genişmiqyaslı işğalı ilə əlaqədar 46 160 cinayət faktı qeydə alıb. Bu barədə Ukrayna Baş Prokurorluğunun "Telegram" kanalında məlumat paylaşılıb. Bildirilib ki, müharibə başlayandan indiyədək 31 506 təcavüz halı və hərbi cinayətlər müəyyən edilib. Bunlardan 30 315-i müharibə qanunlarının pozulması, 73-ü təcavüzkar müharibənin planlaşdırılması, hazırlanması, yaxud buna icazə verilməsi, 30-u isə qanlı müharibənin təbliğatı ilə bağlı olub.
3-09-2022, 14:25
“Şimal axını”nın fəaliyyəti tamamilə dayandırıldı


“Şimal axını”nın fəaliyyəti tamamilə dayandırıldı

“Şimal axını” qaz borusunun fəaliyyəti tamamilə dayandırılıb. Butov.az xəbər verir ki, Rusiyanın “Qazprom” şirkəti Avropanı qaz ilə təchiz edən “Şimal axını” qaz borusunun yeganə işlək mühərrikinin sıradan çıxdığını və boru ilə qaz nəqlinin tamamilə dayandırıldığını açıqlayıb. Nasazlıq barədə “Siemens” şirkətinin baş icraçı direktoru Kristian Bruxa məlumat verilib. Qeyd edək ki, Rusiyadan Avropaya qaz nəql edən əsas boru kəməri “Şimal axını” avqustun 31-dən sentyabrın 2-ə kimi təmiri dayandırılmışdı. Bu gün “Qazprom” kəmərin turbinlərinin hamısı təmir olunmayınca, işləməyəcəyini elan edib. Hazırda Rusiyadan Avropaya qaz Urenqoy-Pomara-Ujqorod boru kəməri və “Türk axını” vasitəsilə daşınır.
3-09-2022, 14:20
Azərbaycan nefti yenidən bahalaşdı


Azərbaycan nefti yenidən bahalaşdı

“Azeri Light” (CIF) markalı Azərbaycan neftin qiyməti artıb. Butov.az xəbər verir ki, dünya bazarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,93 ABŞ dolları və ya 2% artaraq 97,53 dollar təşkil edib.
3-09-2022, 14:16
Xankəndi və İrəvandakı mitinqlərin hədəfi - Qarabağla bağlı 3 “şərt”


Xankəndi və İrəvandakı mitinqlərin hədəfi - Qarabağla bağlı 3 “şərt”

"Xankəndidə və İrəvanda bu gün keçirilən mitinqlərin iki hədəfi var idi: Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan". Bu barədə politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, Ermənistan müxalifətinin Paşinyanı parlamentdə istefaya göndərməsi üçün gərəkən səsi yoxdur. Buna baxmayaraq, yaz aylarının sonunda olduğu kimi yenidən davamlı mitinqlərə başlayacaqlar ki, parlamentdə baş naziri istefaya zorlayacaq qədər tərəfdarlarının sayını artıra bilsinlər. "Bunun üçün hakim partiyadan ən azı 20 səs müxalifətə keçməlidir. Müxalifətin buna necə nail olacağı bəlli deyil. Radikallar bugünkü mitinqlərində Azərbaycanı da “unutmayıblar”, Qarabağla bağlı 3 “şərt” irəli sürüblər. Birincisi, “Qarabağ Azərbaycan tərkibində ola bilməz”, ikincisi “Qarabağla Ermənistan arasında daimi koridor olmalıdır”, üçüncüsü, “Ermənistan Qarabağın təhlükəsizliyində iştirak etməli və silahsızlaşdırma baş verməməlidir””. Politoloq qeyd edib ki, Ermənistan müxalifəti məğlubiyyəti həzm etmək istəmir: "Bugünkü mitinqlər, erməni əsilli rusiyalı milyarderin Rusiya vətəndaşlığından imtina edib Qarabağa köçməsi, yeni yolda peyda olan əli silahlı separatçılar, Amerika Konqresində görüşlərin təşkili – bütün bunları 1980-ci illərin sonunda da yaşamışıq, torpaqlarımızı işğal etdilər, qətliamlar törətdilər və istehkamlar qurdular. O vaxt bizi hazırlıqsız yaxaladılar. Eyni səhvi təkrarlaya bilmərik. Bu dəfə onlara toparlanmağa imkan vermək olmaz". Qeyd edək ki, sentyabrın 2-də Ermənistanın paytaxtı İrəvanda Müqavimət hərəkatı Baş nazir Nikol Paşinyanın istefası tələbilə mitinq keçirib. Mitinqdə müxalifət hərəkatının liderlərindən olan deputat İşxan Saqatelyan çıxış edib. O bildirib ki, müxalifət parlament vasitəsilə Baş nazir Nikol Paşinyanın istefasına nail olmaq niyyətindədir, lakin bunun üçün geniş ictimai təzyiq lazımdır. Bundan əlavə, diqqətə çatdırılıb ki, etirazçılar parlamentin üçdə bir hissəsinin (107 deputatdan 36-sı) köməyi ilə etimadsızlıq səsverməsi irəli sürməyi planlaşdırır.
3-09-2022, 14:00
Müvəkkil Hüquq Mərkəzi şəhid ailələrinə və qazilərə hüquqi yardım edəcək


Müvəkkil Hüquq Mərkəzi şəhid ailələrinə və qazilərə hüquqi yardım edəcək

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyi “Şəhid ailələri və qazilərin hüquqlarının müdafiəsi” layihəsinin icrasına başlayıb. Bu barədə Butov.az saytına Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov məlumat verib. O, bildirib ki, şəhid ailələri və müharibə veteranlarının (qazilər) hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Layihə çərçivəsində şəhid ailələrinin və müharibə veteranların maarifləndirilməsi ilə bağlı 4 televiziya verilisinin (internet televiziyaları nəzərdə tutulur) çəkilməsi nəzərdə tutulur. Eyni zamanda fəaliyyət istiqamətlərinə Tovuz, Şirvan, Şabran, Siyəzən rayonlarında bu kateqoriyadan olan şəxslərlə görüşün keçirilməsi və hüquqi yardımlar göstərilməsi daxildir. Layihə 3 ay ərazində həyata keçiriləcək.



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!