"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
4-09-2022, 15:52
Gürcüstan Qara dənizdə süni yarımadalar yaradır


Gürcüstan Qara dənizdə süni yarımadalar yaradır

Gürcüstanın Batumi şəhərində, Qara dənizdə iki süni yarımada yaradılacaq. Bu gün sözügedən layihənin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimdə çıxış edən qonşu ölkənin baş naziri İrakli Qaribaşvili bildirib ki, layihənin həyata keçirilməsi üçün ən azı 100 milyon dollar xərclənəcək və 2000-dək sakin işlə təmin ediləcək: “Bu gün biz regionumuzda həqiqətən də unikal, dünya standartlarına uyğun layihənin həyata keçirilməsinə başlayırıq. Layihə iki süni yarımadadan ibarətdir. Həmçinin bir ada yaradılacaq ki, bu da özlüyündə əyləncə, sağlamlıq, idman, təhsil kommersiya, yaşayış və turizm sahələrini birləşdirəcək. Bölgədəki ən böyük investisiya layihəsi olan bu layihə bölgənin inkişafına, Batuminin onsuz da mövcud olan güclü beynəlxalq nüfuzuna və Acarıstanın iqtisadi tərəqqisinə zəmin yaradacaq. Mən layihənin təşəbbüskarını və investorumuzu, Ambassador Groupun rəhbəri cənab Keburiyanı və ailəsini salamlamaq və öz təşəkkürümü bildirmək istəyirəm. Bu şirkət artıq on milyonlarla dollar dəyərində sərmayələr qoyub. Əminliklə deyə bilərik ki, onlar Gürcüstanın müxtəlif regionlarında, o cümlədən Tbilisi, Kaxeti, Acarıstanda həqiqətən unikal layihələr həyata keçiriblər", - deyə baş nazir Qaribaşvili bildirib.
4-09-2022, 15:47
Yanğın qardaş ölkəni iflic etdi


Yanğın qardaş ölkəni iflic etdi

Qazaxıstanın şimalında yanğınlar səbəbindən 6 sərnişin və 11 yük qatarı gecikib. Nəqliyyat vasitələri vaxtında mənzil başına çata bilməyiblər. Butov.az xəbər verir ki, yanğınlar nəticəsində 10-a yaxın insan müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onların vəziyyətiinin ağır olduğu bildirilir. Ümumilikdə yanğınlar 108 binaya ziyan vurub. Son məlumata görə, yanğın sahəsi 9400 hektarı əhatə edir.
4-09-2022, 15:46
Türkiyə Pakistana 11 təyyarə yardım göndərib


Türkiyə Pakistana 11 təyyarə yardım göndərib

Türkiyədən göndərilən humanitar yardımı daşıyan 11-ci təyyarə seldən zərər çəkən Pakistana çatıb. Butov.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə humanitar yardımların daşqından zərər çəkən Pakistana çatdırılması istiqamətində işlər davam etdirilir. Artıq 11-ci yardım təyyarəsi Pakistana çatıb. Qeyd edək ki, Pakistanda iyunun 14-dən bəri davam edən musson yağışları nəticəsində həyatını itirənlərin sayı 1265-ə yüksəlib. Pakistan Milli Fəlakət İdarəetmə Agentliyinin məlumatına görə, ölkədə son 24 saatda 57 nəfər ölüb. Sel və daşqınlar 33,4 milyon sakinə ziyan vurub. Ölkə üzrə kənd təsərrüfatına yararlı torpaqların 45 faizinin su altında qaldığı bildirilir.
4-09-2022, 15:44
Kəlbəcər və Laçın atəşə tutuldu


Kəlbəcər və Laçın atəşə tutuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabr ayının 3-ü günorta saatlarından 4-ü səhər saatlarınadək Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Gorus və Qarakilsə rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, şəxsi heyət və texnikamızda itki yoxdur. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
4-09-2022, 15:43
Temperatur düşəcək, yağış yağacaq


Temperatur düşəcək, yağış yağacaq

Azərbaycanda sentyabrın 5-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-25°, gündüz 29-32° isti, Bakıda gecə 23-25°, gündüz 29-31° isti olacaq. Atmosfer təzyiqi 755 millimetr civə sütunundan 760 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 60-65 faiz təşkil edəcək. Sentyabrın 5-də Abşeron çimərliklərində şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyə olunur. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 17-18° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq. Havanın temperaturunun gecə 20-25°, gündüz 33-38° isti, dağlarda gecə 9-14°, gündüz 20-25° isti olacağı proqnozlaşdırılır.
4-09-2022, 15:41
Putin G-20 sammitinə getməyəcək?


Putin G-20 sammitinə getməyəcək?

"Prezident Putinin G20 sammitində iştirakı ilə bağlı qərar qəbul edilərkən “təhlükəsizlik faktoru da daxil olmaqla bütün amillər” nəzərə alınacaq". Bunu Kremlin mətbuat katibi Dimitri Peskov deyib. Kremlin sözçüsü bildirib ki, bu istiqamətdə qarşı tərəfdən onları qane edəcək bildiriş gəlməyib.
4-09-2022, 15:38
Əməkdar rəssam vəfat etdi


Əməkdar rəssam vəfat etdi

Əməkdar rəssam Asif Azərelli vəfat edib. Bu barədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası məlumat yayıb. Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra vəfat edib. Asif Azərelli 19 iyul 1946-cı ildə Bərdə rayonunda anadan olub. 1970-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. 1976-cı ildə keçmiş SSRİ-nin Azərbaycan Rəssamlar İttifaqının mükafatına layiq görülüb. 1983-1984-cü illərdə YUNESKO tərəfindən təşkil olunmuş beynəlxalq sərginin iştirakçısı olub. Görkəmli rəssam daha çox Dədə Qorqud obrazının ən çox qəbul edilən versiyasının yaradıcısı kimi tanınırdı. Allah rəhmət eləsin!
4-09-2022, 15:36
Erməni milyarderin Qarabağ planı - Məqsəd nədir?


Erməni milyarderin Qarabağ planı - Məqsəd nədir?

Erməni əsilli rusiyalı iş adamı Ruben Vardaryan Qarabağın Rusiya sülhməramlılarının müvəqətti nəzarətində olan hissəsinə köçdüyünü açıqlayıb. 44 günlük müharibədə Azərbaycanın tarixi qələbəsini həzm edə bilməyən Rusiyadakı erməni lobbisinin əsas fiqurlarından hesab olunan Vardaryanın bu addımının arxasında hansı məqamlar dayanır? Adı külli miqdarda çirkli pulun Rusiyadan Avropaya çıxarılmasında hallanan və kriminal aləmin üzvləri ilə yanaşı çəkilən erməni milyarderin əsl kimliyi və məqsədi, eyni zamanda Rusiya və Ermənistan vətəndaşı olan şəxsin hansı əsaslarla Qarabağda yerləşdirilməsinə cəhd edildiyi ilə bağlı İTV araşdırma aparıb. Daha ətraflı süjetdə:


4-09-2022, 15:33
Xarkova yenidən raket zərbəsi endirildi


Xarkova yenidən raket zərbəsi endirildi

Rusiya ordusu gecə saatlarında Xarkova raket zərbəsi endirib. Bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov bildirib. Onun sözlərinə görə, Xarkov şəhərinin Kiyevski rayonuna iki raket zərbəsi endirilib. Zərbə nəticəsində restoranın binasında genişmiqyaslı yanğın başlayıb. Raket hücumu zamanı bir nəfərin öldüyü məlum olub.
4-09-2022, 15:31
Consonun yerinə keçmək istəyən nazir nüfuzunu itirdi


Consonun yerinə keçmək istəyən nazir nüfuzunu itirdi

Böyük Britaniyanın xarici işlər naziri, baş nazir postuna namizəd Liz Trass Mühafizəkarlar Partiyasının tərəfdarlarının etimadını kəskin şəkildə itirib. Bu barədə “The Guardian” nəşri yazıb. Bildirilib ki, xanım siyasətçinin reytinqi aşağı düşüb. Qeyd edək ki, sentyabrın 2-də Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının sədri postuna seçkilər başa çatıb. Seçkilərin nəticələri sentyabrın 5-də açıqlanacaq. Yeni sədr həm də ölkənin Baş naziri olacaq. Seçkilərdə ölkənin xarici işlər naziri Liz Trass və keçmiş maliyyə naziri Rişi Sunak iştirak edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!