13-09-2022, 18:32
Paşinyan indi də İbrahim Rəisiyə zəng etdi
Ermənistanın baş naziri Nikol Paşinyan və İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.
Butov.az xəbər verir ki, Paşinyan Rəisini Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı məlumatlandırıb. İbrahim Rəisi Cənubi Qafqaz regionunda yeni müharibənin qəbuledilməz olduğunu və İranın hadisələrin gedişatını diqqətlə izlədiyini deyib. İran Prezidenti vurğulayıb ki, regiondakı bütün münaqişələr sülh yolu ilə həll olunmalıdır. Onun sözlərinə görə, İranın dövlətlərin ərazi bütövlüyü ilə bağlı mövqeyi hamıya məlumdur. İbrahim Rəisi, həmçinin ölkəsinin regionda sülhün bərqərar olmasına dəstək verməyə hazır olduğunu vurğulayıb və əlavə edib ki, Ermənistanın təhlükəsizliyi məsələsi İran üçün vacibdir. Xatırladaq ki, sentyabrın 13-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif hissələrində atəşkəsi davamlı olaraq pozub.
13-09-2022, 18:31
Paşinyan 49 erməni hərbçinin öldüyünü açıqladıErmənistanın Baş naziri Nikol Paşinyan gecə saatlarında sərhəddə baş vermiş toqquşmalar nəticəsində ölən hərbçilərin sayını açıqlayıb. Paşinyan bu barədə parlamentdə çıxışı zamanı bildirib. Baş nazirin sözlərinə görə, Ermənistanın itkilərinin sayı azı 49 nəfərdir. İtkilərin artacağı istisna edilmir. Paşinyan, həmçinin sərhəddə vəziyyətin nisbətən sabitləşdiyini vurğulayıb. Xatırladaq ki, sentyabrın 13-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif hissələrində atəşkəsi davamlı olaraq pozub.
13-09-2022, 18:28
İran XİN-dən Bakı və İrəvana çağırış
İran Ermənistanla Azərbaycan arasında münaqişənin həlli üçün istənilən yardımı göstərməyə hazırdır. Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Naser Kənani bildirib. "İki qonşu ölkə arasındakı fikir ayrılıqlarının həllində ölkəmiz hər cür yardıma hazırdır", - deyə Kənani Bakı və İrəvana kömək təklifi edib. Xatırladaq ki, sentyabrın 13-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif hissələrində atəşkəsi davamlı olaraq pozub.
13-09-2022, 18:27
Papikyan və Şoyqu sərhəddəki vəziyyəti müzakirə edibErmənistanın müdafiə naziri Suren Papikyan rusiyalı həmkarı Sergey Şoyquya zəng edib. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Tərəflər Ermənistan-Azərbaycan sərhəddəki vəziyyəti müzakirə ediblər. Rusiya müdafiə naziri sərhəddə vəziyyəti sabitləşdirmək üçün lazımi addımların atılacağını bildirib. Xatırladaq ki, sentyabrın 13-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif hissələrində atəşkəsi davamlı olaraq pozub.
13-09-2022, 18:25
Aİ-dən sərhəddəki gərginliyə reaksiya“Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlər və intensiv atəşlər dərhal dayandırılmalıdır. Avropa İttifaqı gərginliyin azaldılmasına töhfə vermək üçün tərəflərlə sıx əlaqə saxlayır”. Bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar tviterdə yazıb. Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
13-09-2022, 18:21
Ermənistanın itkiləri ilə bağlı rəqəmlər açıqlandıGecə saatlarında Ermənistan-Azərbaycan sərhədində baş vermiş silahlı toqquşmalar nəticəsində erməni tərəfi itkilər verib. Bu gün Ermənistan mətbuatı itkilərlə bağlı ilkin məlumatları yayıb. Erməni KİV-lərinin yaydığı məlumata görə, Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin azı 10 hərbçisi yaralanıb. Yaralı hərbçilər Martunidə (Aşağı Qaranlıq-red) xəstəxanaya yerləşdirilib. Onlardan 4-nün vəziyyəti ağır olduğundan təcili İrəvana aparılıblar. Ölənlərin sayı hələlik açıqlanmayıb. Ermənistan Müdafiə Nazirliyi itkilərin olduğunu, lakin rəqəmlərin dəqiqləşmədiyini bildirib. Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
13-09-2022, 18:18
Ceyhun Bayramov sərhəddəki vəziyyətdən danışdıAzərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Telefon danışığı zamanı Ermənistanın genişmiqyaslı təxribatı nəticəsində davam edən toqquşmalar və gərginlik müzakirə edilib. Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədboyu ərazilərində genişmiqyaslı təxribatları, habelə ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülən tədbirlər barədə qarşı tərəfə məlumat verib. Nazir Ermənistanın son bir ay ərzində davamlı olaraq mövqelərimizi və mülki əhalini atəşə tutmasının, Azərbaycan sərhədləri boyunca hərbiləşməni artırmasının, ərazilərin minalanması işini davam etdirməsinin Ermənistanın genişmiqyaslı hərbi təxribata hazırlaşdığının göstəricisi olduğunu vurğulayıb. Ermənistan tərəfinin Azərbaycana qarşı təcavüzü ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini, habelə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarını və Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılıqları kobud şəkildə pozduğu, bununla da aparılan normallaşma və sülh prosesinə tamamilə zidd olduğu diqqətə çatdırılıb. Azərbaycan tərəfindən işğaldan azad edilmiş bu ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılan bir zaman, hərbi gərginliyin artmasında maraqlı olmadığı ABŞ tərəfinə bildirilib. Karen Donfrid bölgədə artan gərginlik və hərbi toqquşmalardan narahatlığını diqqətə çatdırıb, hərbi əməliyyatların dərhal dayandırılmasına çağırış edib.
13-09-2022, 18:15
Sərhəddə yerləşən erməni kəndləri boşaldılırErmənistanın Azərbaycanla sərhəddə yerləşən yaşayış məntəqələrində ciddi panika yaşanır.
Butov.az xəbər verir ki, sərhəd ərazilərdəki bəzi kəndlərin boşaldılması haqda məlumatlar dolaşır. Sosial şəbəkələrin erməni seqmentində yayılan xəbərlərə görə, cənub istiqamətində, xüsusilə Qafan şəhəri yaxınlığında yerləşən kəndlərin sakinləri təcili evlərini tərk edirlər. Sərhəddə baş verən hərbi qarşıdurmadan sonra erməni əhalisinin köçürülməsinə başlanıldığı deyilir. Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində Ermənistan tərəfi ağır itkilər verib.
13-09-2022, 18:13
Erməni təxribatı Türkiyə ilə münasibətlərə də zərbə vuracaqErmənistan savaşı qazana bilməyəcəyini anlayır. Məqsəd bu cür təxribatlar törətməklə sülhə zərbə vurmaqdır. Bunu İstanbul Aydın Universitetinin müəllimi, türkiyəli siyasi şərhçi Alihan Limonçuoğlu Ermənistan ordusunun Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatlarını şərh edərkən deyib. “Ermənistanın təxribatı Türkiyə ilə münasibətlərin normallaşmasına da zərbə vuracaq”, - deyə türkiyəli ekspert bildirib. Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
13-09-2022, 18:11
Rusiyanın 670 milyon dollarlıq texnikası məhv edilibUkrayna ordusu 6-11 sentyabr tarixlərində Rusiyanın 670 milyon dollar dəyərində hərbi texnikasını məhv edib. Bu barədə "Forbes" jurnalı məlumat yayıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına əsasən, hesabat dövründə Rusiyaya məxsus 590 ədəd texnika məhv edilib. Qeyd edək ki, Rusiya bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb. Son günlər Ukrayna ordusu bəzi istiqamətlərdə uğurlu əməliyyatlar keçirərək, üstünlük qazanıb.