14-09-2022, 17:31
Şəhid baş leytenantın son mənzili Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribatın qarşısını alarkən şəhid olan baş leytenant Əli Əliyev son mənzilə yola salınıb.
Butov.az xəbər verir ki, 1997-ci il təvəllüdlü Ə.Əliyev Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda dəfn olunub. Qeyd edək ki, şəhid Əli Cavad oğlu Əliyev əslən Şərur rayonunun Yengicə kəndindən idi.
14-09-2022, 16:22
Ən gənc şəhidimiz - Bir oğlu yadigar qaldı...Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların siyahısını yayımlayıb.
Butov.az xəbər verir ki, şəhid hərbi qulluqçularımız arasında ən gəncinin 18 yaşı var. O, əsgər Hәsәnov İbrahim Şöhrәt oğludur. İbrahim 18 yanvar 2004-cü il təvəllüdlüdür. Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş hərbçimiz Suraxanı rayonu, Bülbülə qəsəbə sakini olub. Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatından saytımıza bildirilib ki, İbrahim ailəli olub və bir oğlu yadigar qalıb.
14-09-2022, 16:15
Ailəsini Ümidsiz qoyan 21 yaşlı şəhid...Sentyabr 13-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Ümid Həsənov son mənzilə yola salınıb.
Butov.az xəbər verir ki, şəhidimiz Quba rayonunun İsnovqışlaq kənd qəbiristanlığında dəfn olunub. Ümid Həsənovun nəşi rayon rəhbərliyi və ictimaiyyət nümayəndələrinin iştirakı ilə torpağa tapşırılıb. Qeyd edək ki, 2001-ci il təvəllüdlü Ümid Azərbaycan Ordusunda müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yeni işə başlamışdı. Ailənin tək oğlu olan Ümidin atası vəfat edibmiş. Ailədə anası və 2 bacısı ilə yaşayan Ümid Həsənov subay idi. Allah rəhmət eləsin!
14-09-2022, 16:12
Rusiyanın xüsusi nümayəndəsi sülh danışıqlarına gəlirRusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri İqor Xovayev sülh müqaviləsinin mətni üzərində işi davam etdirmək üçün Bakı və İrəvana səfərlər edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirib. "Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kömək etmək səylərimizdə sülh müqaviləsinin hazırlanması mövzusu mühüm yer tutur. Həm Bakı, həm də İrəvan Rusiyanın müvafiq yardım tələbini təsdiqləyib”, - deyə XİN rəsmisi vurğulayıb. Qeyd edək ki, İqor Xovayev bu yaxınlarda Azərbaycan və Ermənistanda səfərdə olub.
14-09-2022, 16:10
Övladını cəmi 3 gün görən Şəhid dəfn olunduBakının Yasamal rayon sakini, əslən Cəbrayılın Yarəhmədli kəndindən olan, 1987-ci il təvəllüdlü, leytenant Ravil Mübariz oğlu Hümbətov bu gün II Fəxri xiyabanda dəfn olunur.
Butov.az xəbər verir ki, şəhid Ravil Hümbətov ailəli idi. Onun iki azyaşlı övladı yadigar qalıb. Qeyd edək ki, şəhidimiz ikinci övladını cəmi üç gün görə bilib.
14-09-2022, 16:07
Şəhidlərimizdən biri BDU-nun məzunu olub Ermənistanın genişmiqyaslı təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olanlardan biri Bakı Dövlət Universitetinin (BDU) məzunu Hüseynov Erkin Әdalәt oğludur.
Butov.az xəbər verir ki, Erkin Hüseynov BDU-nun Sosial elmlər və psixologiya fakültəsini bitirib. O, 2016-2020-ci illərdə Fəlsəfə ixtisası üzrə təhsil alıb. Allah Erkinə və Vətən yolunda şəhid olan bütün qəhrəmanlarımıza rəhmət eləsin!
14-09-2022, 16:04
Paşinyan qadın köməkçisini vəzifədən azad etdiErmənistanın baş naziri Nikol Paşinyan 2022-ci il sentyabrın 14-dən Anna Vardapetyanın baş nazirin köməkçisi vəzifəsindən azad edilməsi barədə qərarı imzalayıb. Bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb. «Mülki müqavilə» partiyasının fraksiyası Anna Vardapetyanı Ermənistanın baş prokuroru seçib.
14-09-2022, 16:01
Qazaxıstan Ermənistana sülhməramlı göndərməyəcək - RəsmiAzərbaycan-Ermənistan sərhədinə Qazaxıstan sülhməramlılarının göndərilməsindən söhbət gedə bilməz. Bu barədə Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi bildirib. «Xeyr, belə bir sual yoxdur, ola da bilməz. İndi birinci vəzifə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə birgə komissiyanın işini bərpa etməkdir. Biz öz təcrübəmizi bölüşməyə hazırıq, çünki biz sərhədimizi quru və hətta dəniz sərhədinin bütün perimetri üzrə demarkasiya etmişik. Demarkasiya demək olar ki, Rusiyadan başqa bütün dövlətlərlə tamamlanıb. Rusiya ilə demarkasiya yəqin ki, daha iki-üç il çəkəcək», — deyə XİN başçısı vurğulayıb. Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ötən gün videokonfrans vasitəsilə keçirilən növbədənkənar iclasında Ermənistana missiya göndərilməsi barədə qərar qəbul edilib. İclas zamanı təşkilatın Baş katibi Stanislav Zasın başçılığı ilə Ermənistana missiyanın göndərilməsi barədə razılıq əldə olunub. Mövcud vəziyyəti qiymətləndirmək üçün KTMT-nin Birləşmiş Qərargahı və təşkilata üzv dövlətlərin nümayəndələrinə regiondakı vəziyyət, eləcə də yaranmış gərginliyin azaldılması üçün təkliflərin hazırlanması tapşırılıb.
14-09-2022, 15:58
5 medallı çempion şəhid...Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribat nəticəsində şəhidlik zirvəsinə yüksələn Xəyal Əlövsət oğlu Əhədzadə Azərbaycan boksçusudur. Bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb. Bildirilib ki, o, Lənkəran Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi olub. Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi çalışıb. Məktəblilər arasında 40 kq çəki dərəcəsində Azərbaycan birinciliyinin qalibi və yeniyetmələr arasında ölkə çempionatının iştirakçısı olan şəhid boksçu 1998-ci ildə Lənkəran rayonu Nərimanabad qəsəbəsində anadan olub. O, “Azərbaycan Bayrağı” ordeni, “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Azərbaycan Boks Federasiyasının kollektivi şəhid boksçumuzun timsalında bütün şəhidlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyir. Allah rəhmət eləsin!
14-09-2022, 15:54
Ermənilər Kəlbəcər və Laçını artilleriya atəşinə tutdularErmənistan silahlı qüvvələri atəşkəs barədə əldə olunmuş razılaşmanı yenə də pozaraq sentyabrın 13-dən 14-nə keçən gecə və bu gün səhər saatlarında Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələrimizi müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür. Hazırda mövqelərimiz fasilələrlə atəşə tutulur. Bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür.