“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
14-09-2022, 15:50
Uşaq evində böyümüş şəhid dəfn olundu


Uşaq evində böyümüş şəhid dəfn olundu

Ermənistan ordusunun təxribatı nəticəsində şəhid olmuş hərbçi Səbuhi Əhmədov Bakıdakı İkinci Fəxri xiyabanda dəfn edilir. Butov.az xəbər verir ki, dəfn mərasimində ictimaiyyət nümayəndələri, vətəndaşlar və hərbçilər iştirak edirlər. Qeyd edək ki, valideyn himayəsindən məhrum olmuş Səbuhi Əhmədov SOS uşaq evində böyüyüb.






14-09-2022, 15:45
Şəhid və atası dəfn edildi


Şəhid və atası dəfn edildi

Ermənistanın təxribatı nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü Vadim Qocayev və onun atası Alik Qocayev dəfn edilir. Butov.az xəbər verir ki, hər iki şəxsin nəşi Qobustan rayonunun Sündü kənd qəbiristanlığına aparılır. Mərasimdə ictimaiyyət nümayəndələri, vətəndaşlar və hərbçilər iştirak edirlər. Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Təxribat nəticəsində şəhid olan hərbçilərimizdən biri də Vadim Qocayev idi. Onun ölüm xəbərini eşidən atası A.Qocayev ürəktutmadan dünyasını dəyişib. V.Qocayevin nəşini gətirmək üçün Gəncəyə yollanan ata oğlunun cənazəsini təhvil almazdan öncə infarkt keçirib. O, hospitala çatdırılsa da, həyatını xilas etmək mümlün olmayıb. Allah rəhmət eləsin!
14-09-2022, 15:42
Çempionlar Liqası: Bu gün 9 görüş var


Çempionlar Liqası: Bu gün 9 görüş var

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun digər matçları keçiriləcək. Butov.az xəbər verir ki, ikinci oyun günündə A, E, F, G və H qruplarında ümumilikdə 9 qarşılaşma baş tutacaq. Dünən təxirə salınan "Reyncers" - "Napoli" matçı da bu günə nəzərdə tutulub.
Çempionlar Liqası
Qrup mərhələsi, II tur
14 sentyabr


A qrupu
23:00. "Reyncers" (Şotlandiya) - "Napoli" (İtaliya)
Xal durumu: "Napoli" - 3. "Liverpul" - 3 (2 oyuna). "Ayaks" - 3 (2 oyuna). "Reyncers" - 0

E qrupu
20:45. "Milan" (İtaliya) - "Dinamo" (Zaqreb, Xorvatiya)
23:00. "Çelsi" (İngiltərə) - "Zaltsburq" (Avstriya)
Xal durumu: "Dinamo" - 3, "Milan" - 1, "Zaltsburq" - 1, "Çelsi" - 0

F qrupu
20:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Seltik" (Şotlandiya)
23:00. "Real Madrid" (İspaniya) - "Leyptsiq" (Almaniya)
Xal durumu: "Şaxtyor" - 3, "Real Madrid" - 3, "Leyptsiq" - 0, "Seltik" - 0

G qrupu
23:00. "Kopenhagen" (Danimarka) - "Sevilya" (İspaniya)
23:00. "Mançester Siti" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya)
Xal durumu: "Mançester Siti" - 3, "Borussiya" - 3, "Kopenhagen" - 0, "Sevilya" - 0

H qrupu
23:00. "Yuventus" (İtaliya) - "Benfika" (Portuqaliya)
23:00. "Makkabi" (Hayfa, İsrail) - PSJ (Fransa)
Xal durumu: Benfika - 3, PSJ - 3, "Yuventus" - 0, "Makkabi" - 0.
14-09-2022, 15:34
Biz birlikdəyik! - Bayraktardan Azərbaycana dəstək


Biz birlikdəyik! - Bayraktardan Azərbaycana dəstək

"Qardaş ölkəmiz Azərbaycana qarşı törədilən xain hücumda şəhid olan qəhrəman qardaşlarımıza Allahdan rəhmət, yaralananlara tezliklə şəfa diləyir, azərbaycanlı qardaşlarıma başsağlığı verirəm”. Bunu Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəsmi tviter hesabında yazıb. Azərbaycan dilində paylaşılan mesajda “Biz birik!”, “Biz birlikdəyik!” şüarları qeyd olunub.
14-09-2022, 15:29
Fransa Prezidenti İlham Əliyevə zəng etdi


Fransa Prezidenti İlham Əliyevə zəng etdi

Fransa Respublikasının Prezidenti Emmanuel Makron sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Butov.az xəbər verir ki, telefon danışığı zamanı Fransa Prezidenti Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidentlə əlaqədar narahatlığını ifadə edib. Dövlətimizin başçısı bu genişmiqyaslı təxribatlara görə məsuliyyətin bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü və Azərbaycan tərəfindən cavab tədbirlərinin görüldüyünü diqqətə çatdırıb. Həmçinin telefon danışığı əsnasında regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, sülh gündəliyinin davam etdirilməsinin vacibliyi vurğulanıb. Dövlətimizin başçısı Fransanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının gündəliyinə Ermənistanla Azərbaycan arasında sərhəddə yaranmış gərginlik məsələsinin çıxarılacağına toxunaraq, bu müstəvidə müzakirələrin obyektiv əsaslarla aparılmasının vacibliyini bir daha diqqətə çatdırıb.
14-09-2022, 15:09
Azərbaycan - Türk Xalqları Qardaşlığı İctimai Birliyi xalqa başsağlığı verdi


Azərbaycan - Türk Xalqları Qardaşlığı İctimai Birliyi xalqa başsağlığı verdi

Son günlər erməni işğalçı və separatçı qüvvələrinin cəbhəboyu bölgələrdə törətdiyi təxribatlar nəticəsində cavab əməliyyatlarına məcbur olan Azərbaycan Ordusu düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv etsə də, hərbi qulluqçularımız və əsgərlərimiz arasında çox sayda şəhidimiz var. Azərbaycan xalqı ayaq üstündədir, ailələrimizdə gərginlik və narahatçılıq hökm sürməkdədir. Hər kəs şəhidlərə rəhmət, qazilərimizə şəfa, Ordumuza güc-qüvvət diləyir.
Artıq Azərbaycanın haqq işini dəstəkləyən qardaş və müttəfiq dövlətlər, o cümlədən bir sıra beynəlxalq təşkilatlar ermənilərin terrorçu əməllərini pisləmiş, öz torpaqlarının azadlığı uğrunda mübarizə aparan Azərbaycanın yanında olduqlarını bəyan etmişlər.
Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyi olaraq bizlər də bu ağır günlərdə xalqımıza başsağlığı verir, şəhidlərimizin ailə üzvlərinə və yaxınlarına səbir, yaralılarımıza şəfa diləyir, hər zaman dövlətimizin, Ali Baş Komandanımızın və Milli Ordumuzun yanında olduğumuzu bəyan edirik. Allah oğullarımızı qorusun!
Bu haqq savaşında Azərbaycan xalqının bütün nümayəndələri kimi biz də mübarizəyə hazırıq. İnşallah, zəfər bizim olacaq!
Yaşasın Azərbaycanın müzəffər Ordusu!
Yaşasın Ali Baş Komandanımız!
Allah şəhidlərimizə rəhmət eləsin, nur içində uyusunlar!
Azərbaycanın və Türk dünyasının başı sağ olsun!



Rasafil Bayramov - ATXQ İB-nin Mətbuat xidmətinin rəhbəri, ATA TV və İctimai Xəbər Agentliyinin təsisçisi və baş direktoru
14-09-2022, 02:02
5 aylıq qızını cəmi 3 gün gördü


5 aylıq qızını cəmi 3 gün gördü

"Beş aylıq qızını cəmi üç gün görə bildi". Bunu Lerik rayonundan olan şəhid Şəmistan Sadıqovun həyat yoldaşı Leyla Hümbətova Baku TV-yə açıqlamasında deyib. “Bizə xəbər etdilər ki, yoldaşınız yaralanıb. Düşündük ki, yaralıdır yanımıza gələr, gedib onunla görüşərik. Sonra dedilər ki, yoldaşınız qan itkisindən rəhmətə gedib. Çox çətindir. Üç yaşlı və beş aylıq iki qız övladımız var. Atası beş ay ərzində onu cəmi üç gün görə bildi” - deyə L.Hümbətova qeyd edib.



14-09-2022, 02:00
Deputat: “Fərid bizim ailədən 5-ci şəhiddir”


Deputat: “Fərid bizim ailədən 5-ci şəhiddir”

“Fərid bizim ailədən 5-ci şəhiddir”. Bunu Ermənistan ordusunun genişmiqyaslı təxribatı nəticəsində şəhid olan DSX zabiti Möhbalı Fəridin yaxın qohumu, Milli Məclisin deputatı, Həmkarlar ittifaqının sədri Səttar Möhbalıyev İctimai TV-yə açıqlamasında deyib. “Fərid vətən uğrunda, torpaqlarımızın azad olunması uğrunda şəhid olub. Fərid bizim ailədən 5-ci şəhiddir. O, 44 günlük Vətən müharibəsində də iştirak edib”, - deputat bildirib.
14-09-2022, 01:58
Şəhid atası oğlunun nəşi gətirilərkən vəfat etdi


Şəhid atası oğlunun nəşi gətirilərkən vəfat etdi

Ötən gün Ermənistan ordusunun genişmiqyaslı təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Vadim Qocayevin atası Alik Qocayev vəfat edib. Butov.az xəbər verir ki, 25 yaşlı şəhidin nəşi ailəsinə təhvil verilərkən atası ürəktutmadan dünyasını dəyişib. V.Qocayev Vətən Müharibəsinin iştirakçısı olub. Ailəli idi, bir qız övladı yadigar qalıb. Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
14-09-2022, 01:56
Ruslar kraliçanın dəfninə buraxılmayacaq


Ruslar kraliçanın dəfninə buraxılmayacaq

Rusiya, Belarus və Myanmaya rəsmilərinə Böyük Britaniyanın mərhum kraliçası II Elizabetin dəfn mərasimində iştirak etmək üçün dəvətnamə verilməyib. Bu barədə Britaniya mediası məlumat yayıb. Bildirilib ki, dəfn mərasimində dünyanın müxtəlif yerlərindən gələn 500-ə yaxın vəzifəli şəxsin iştirakı gözlənilir. Qeyd edək ki, 96 yaşlı kraliça II Elizabet sentyabrın 8-də dünyasını dəyişib. Onun ölümündən sonra oğlu Çarlz kral elan edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!