20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
14-09-2022, 19:29
Şəhid Cavidan Bədəlov dəfn olunub


Şəhid Cavidan Bədəlov dəfn olunub

Erməni silahlı birləşmələrinin təxribatını dəf edərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri də baş leytenant Cavidan Bədəlovdur. Şəhidimiz doğulub boya-başa çatdığı İsmayıllı rayonunun Talıstan kəndində dəfn olunub. Butov.az xəbər verir ki, dəfn mərasimində rayon rəhbərliyi, kənd sakinləri, ictimaiyyət nümayəndələri, şəhidin qulluq etdiyi hərbi hissənin zabit və əsgərləri, yaxınları iştirak ediblər. Vida mərasimdən sonra üçrəngli, ay-ulduzlu bayrağa bükülən şəhidimizin nəşi Talısatan kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimindən sonra şəhidimizin döyüş yolundan söhbət açılıb, “Qurani Kərim”dən ayələr oxunub.
14-09-2022, 18:46
Şəhidimiz torpağa tapşırıldı


Şəhidimiz torpağa tapşırıldı

Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində şəhidlik zirvəsinə ucalan hərbi qulluqçu Azad Kərimov dəfn olunub. Butov.az xəbər verir ki, şəhid hərbçinin nəşi doğulub-böyüdüyü Qazax rayonunun Daş Salahlı kəndinə gətirilib. Rayon rəsmilərinin, hərbçilərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhidin vida mərasimi keçirilib. Mərasimdən sonra A.Kərimovun nəşi Daş Salahlı Şəhidlər xiyabanında dəfn olunub.



14-09-2022, 18:42
Prezident şəhidlərlə bağlı nazirliyə tapşırıq verib


Prezident şəhidlərlə bağlı nazirliyə tapşırıq verib

Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı hərbi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan qəhrəman hərbçilərimizin ailələri hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunacaqlar. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, həmin şəhid ailələri ilə bağlı bütün sosial dəstək tədbirlərinin görülməsi təmin olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri tərəfindən şəhid hərbi qulluqçularımızın ailələri ziyarət olunaraq onlarla bağlı sosial müdafiə tədbirlərinin görülməsi üçün aidiyyəti işlərə artıq başlanıb. Şəhid ailələrinin müvafiq sosial dəstəklə təmin edilmələri məqsədilə onlara zəruri sənədləşdirmə işlərində də yaxından dəstəyin göstərilməsi ilə bağlı yerli struktur bölmələri müvafiq qaydada təlimatlandırılıb. Həmin ailələr sığorta ödənişi, aylıq sosial ödənişlərlə (Prezidentin aylıq təqaüdü, pensiya, müavinət) təmin olunacaq. Eyni zamanda, qanunvericilik əsasında şəhid hərbi qulluqçularımızın ailələrinin mənzillə, fərdi evlə təminatı və aktiv məşğulluq proqramlarına cəlb olunmaları işləri aparılacaq. Onlara şəhid ailələri üçün nəzərdə tutulan digər bir sıra imtiyaz və güzəştlərin tətbiqi də təmin ediləcək. Şəhidlərimizin ailə üzvləri ilə görüşlər zamanı onlar yaranmış sosial müdafiə və sosial təminat hüquqları, imtiyaz və güzəştləri barədə məlumatlandırılır. Şəhid hərbi qulluqçularımızın ailələri qarşıdakı dövrdə də mütəmadi olaraq ziyarət edilməklə onların sosial-məişət şəraiti daim diqqətdə saxlanacaq. Vətən yolunda şəhidlik zirvəsinə ucalan, daim xalqımızın qəlbində yaşayacaq qəhrəman hərbçilərimizə Allahdan rəhmət diləyirik!
14-09-2022, 18:36
Zelenski işğaldan azad olunmuş şəhərə getdi


Zelenski işğaldan azad olunmuş şəhərə getdi

Çərşənbə günü, sentyabrın 14-də Ukrayna desantları tərəfindən azad edilən Xarkov vilayətinin İzyum şəhərində Ukrayna bayrağı qaldırılıb. Ukrayna dövlətinin başçısı Vladimir Zelenski də oraya gedib. Bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. “Şənliklərdə Ukrayna prezidenti Vladimir Zelenski, müdafiə nazirinin müavini Anna Malyar, bir neçə gün əvvəl şəhəri rus işğalçılarından azad edən Ukrayna Silahlı Qüvvələrinin və digər təhlükəsizlik qüvvələrinin nümayəndələri iştirak ediblər”, - məlumatda deyilir. Bayram şənliklərinin əvvəlində iştirak edənlər həlak olan müdafiəçilərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, sonra dövlət başçısı işğaldan azad olunmuş Ukrayna torpaqlarına görə əsgərlərə təşəkkür edib, təntənəli mərasimlə Ukrayna bayrağını Şəhər Şurası üzərində qaldırıb. Xatırladaq ki, sentyabrın 10-da Ukrayna Silahlı Qüvvələri Balakleyadan cənub-şərq istiqamətində irəliləyərək İzyuma yaxınlaşıb. Sentyabrın 11-də Ukrayna əsgərləri Xarkov vilayətinin İzyum şəhərinin mərkəzində dövlət bayrağını qaldırıblar. İzyum mart ayında işğal olunmuşdu. Rusiya Müdafiə Nazirliyi Rusiya ordusunun Xarkov vilayətindən geri çəkildiyini etiraf edib.
14-09-2022, 18:23
İlham Əliyev və Paşinyan eyni tədbirə qatılacaqlar


İlham Əliyev və Paşinyan eyni tədbirə qatılacaqlar

Sentyabrın 15-16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək. Butov.az Rusiya mətbuatına istinadən xəbər verir ki, təşkilata üzv olan bütün ölkələr sammitdə iştirak edəcək. Bundan əlavə, müşahidəçi dövlətlərin - Belarus, İran və Monqolustan prezidentləri də tədbirə qatılacaqlar. Rusiya KİV-lərinin yaydığı məlumata görə, Azərbaycan, Ermənistan, Türkmənistan və Türkiyə liderlərinin Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə fəxri qonaq qismində gəlməsi gözlənilir.
14-09-2022, 18:19
Rusiyadan sərhəddəki gərginliklə bağlı yeni açıqlama


Rusiyadan sərhəddəki gərginliklə bağlı yeni açıqlama

Azərbaycan-Ermənistan sərhədində gərginlik davam edir. Butov.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov mediaya açıqlamasında bildirib. "Birmənalı olaraq, gərginlik qalmaqdadır. Amma Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyası hələ Ermənistana gəlməyib. Bilirsiniz ki, dünən KTMT missiyasının təşkilatın Baş katibi Stanislav Zasın başçılığı ilə sərhədə getməsi qərara alınıb. Onlar dövlət başçılarına hesabat təqdim edəcəklər", - Peskov deyib.
14-09-2022, 18:11
Şəhid Saleh Qurbanov Xızıda dəfn olundu - Tabutu üzərindəki bayraq azyaşlı oğluna verildi


Şəhid Saleh Qurbanov Xızıda dəfn olundu - Tabutu üzərindəki bayraq azyaşlı oğluna verildi

Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan kapitan Saleh Möhübbət oğlu Qurbanov sentyabrın 14-də Xızıda torpağa tapşırılıb. Butov.az xəbər verir ki, qəhrəman döyüşçü doğulub boya-başa çatdığı Giləzi qəsəbəsində dəfn olunub. Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Xızı Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər. Dəfn mərasimində çıxış edənlər Saleh Qurbanovun şərəfli həyat və döyüş yolundan danışıb, şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıblar. Düşmən təxribatının qarşısı qətiyyətlə alınıb, canlı qüvvəsi, hərbi texnika və infrastrukturu məhv edilib. 32 yaşlı Saleh Qurbanov ailəli idi. Bir övladı Vətənə əmanət qalıb. Şəhidin cənazəsi Giləzi qəsəbə kənd qəbiristanlığında torpağa tapşırılıb, məzarı üstünə əklil və tər qərənfillər qoyulub. Tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı şəhidin azyaşlı oğluna təqdim edilib.






14-09-2022, 18:04
Atasından sonra həyat yoldaşı da şəhid oldu


Atasından sonra həyat yoldaşı da şəhid oldu

Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində şəhidlik zirvəsinə ucalan 50 hərbi qulluqçudan biri Azad Kərimovdur. Butov.az xəbər verir ki, şəhid hərbçinin nəşi doğulub-böyüdüyü Qazax rayonu, Daş Salahlı kəndinə gətirilib. Rayon rəsmilərinin, hərbçilərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhidin vida mərasimi keçirilib. Mərasimdən sonra Azad Kərimov Daş Salahlı Şəhidlər xiyabanında dəfn olunub. Qeyd edək ki, Ordumuzun giziri Kərimov Azad Zakir oğlu Ermənistan silahlı qüvvələrinin sentyabrın 13-ü gecə saatlarında törətdiyi təxribatlar nəticəsində Kəlbəcər istiqamətində şəhidlik zirvəsinə yüksəlib. O, ailəli idi, iki övladı yadigar qalıb. Əldə etdiyimiz məlumata görə, Azad Kərimovun həyat yoldaşı da şəhid qızıdır. Belə ki, gizir Kərimovun xanımı Qazax rayon Fərəhli kənd sakini, Birinci Qarabağ Müharibəsi şəhidi Azər Hüseynovun övladıdır. Bildirək ki, şəhidimizin qayınatası Hüseynov Azər Qələndər oğlu 25 fevral 1973-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olub. 1992-96-cı illərdə Azərbaycan Milli Ordu sıralarında xidmət edib. 2 noyabr 1997-ci ildə Qazax rayonunun Fərəhli kəndində şəhid olub. Evli idi. Həyat yoldaşı və iki övladı Fərəhli kəndində yaşayırdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin!


14-09-2022, 17:57
Şəhid Elnur Rüstəmov Xaçmazda torpağa tapşırıldı


Şəhid Elnur Rüstəmov Xaçmazda torpağa tapşırıldı

Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan baş gizir Rüstəmov Elnur Faid oğlu sentyabrın 14-də Xaçmazda torpağa tapşırılıb. Butov.az xəbər verir ki, qəhrəman döyüşçü doğulub boya-başa çatdığı Əbilyatağı kəndində dəfn olunub. Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər. 32 yaşlı Elnur Rüstəmov Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmət edirdi. Ailəli idi. Üç övladı Vətənə əmanət qaldı. Şəhidin cənazəsi Əbilyataq kənd qəbiristanlığında torpağa tapşırılıb, məzarı üstünə əklil və tər qərənfillər qoyulub. Şəhidin nəşi üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı ailəsinə təqdim edilib.



14-09-2022, 17:51
Çexiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən narahatdır

Çex Respubikasının Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən narahatlığını ifadə edib. Bu barədə XİN-in rəsmi twitter səhifəsində paylaşım edilib. "Çexiya Ermənistan-Azərbaycan sərhədində baş verən və təəssüf ki, insan tələfatına səbəb olan yeni toqquşmalardan narahatdır. Heç bir hərbi toqquşma Cənubi Qafqaza davamlı sülh gətirə bilməz. Danışıqları davam etdirmək lazımdır", - paylaşımda deyilir. Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu gün Ermənistan tərəfi əldə olunmuş atəşkəs razılaşmasını növbəti dəfə pozaraq Azərbaycan ordusunun bölmələrini atəşə tutmaqda davam edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!