Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
16-09-2022, 17:00
Bir şəklin tarixçəsi - Oğlunun tabutunu daşıyan şəhid anası


Bir şəklin tarixçəsi - Oğlunun tabutunu daşıyan şəhid anası

Yenə şəhidlər verdik, Vətən, bayraq, torpaq uğrunda canlarını fəda edən 71 qəhrəman son mənzilə uğurlandı… Yenə şəhid analarının dik, məğrur duruşuna, mətanətli davranışına şahid olduq…Zaqatada şəhid anasının oğlunun tabutunı daşıması isə bütün Azərbaycanı qürurlandırdı…Hər bir şəhidimizin ağrı-acısı içimizi göynədir, incidir. Amma ən çox əziyyət çəkən şəhidlərimizin analarıdır. Butov.az saytı “Bir şəklin tarixçəsi” rubrikasında Vətən uğrunda övlad itirmiş şəhid anasının fotosunu təqdim edir. Zaman 14 sentyabr 2022-ci il… Məkan Zaqatala rayonunun Yuxarı Tala kəndi… Azərbaycan Silahlı Qüvvələrinin şəhid leytenantı Sərxan Mübariz oğlu Ömərov son mənzilə yola salınır. Şəhidi son mənzilə yola salan ana oğlunun tabutunu daşımaqla necə güclü, mətanətli, məğrur olduğunu nümayiş etdirdi… Qəlbi parçalanan, içi övlad ağrısı ilə alışıb-yanan ana üçün canından çox sevdiyi oğlunu əbədiyyətə yola salmaq asan olmadı. Amma o dik dayandı, sınmadı, əyilmədi…
Vətən uğrunda şəhid olan oğlunu cənnətə göndərərkən düşməni sevindirmədi…23 yaşlı, iki bacının tək qardaşı, nişanlı oğul şəhid oldu, müqəddəsləşdi…Qarşında baş əyirik şəhid anası…

16-09-2022, 16:56
Paşinyan Putinlə danışdı – Sərhəddəki gərginlik müzakirə olundu


Paşinyan Putinlə danışdı – Sərhəddəki gərginlik müzakirə olundu

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefonda Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə edib. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Paşinyan vurğulayıb ki, sərhəddə vəziyyətin nisbətən sakit olmasına baxmayaraq, gərginlik qalmaqdadır. İki ölkə lideri Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciəti ilə bağlı qəbul edilmiş qərarların icrasına dair məsələləri müzakirə ediblər. Xatırladaq ki, sentyabrın 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub, sərhəddə genişmiqyaslı təxribatlar törədib. Nəticədə Azərbaycanın 71 hərbçisi şəhid olub. Ordumuzun düşmənə cavabı sərt olub, Ermənistan tərəfi rəsmi olaraq 105 hərbçisinin öldüyünü etiraf edib.
16-09-2022, 16:53
Mənzildən 19 min manat oğurlandı


Mənzildən 19 min manat oğurlandı

Səbail RPİ-nin 9-cu Polis Bölməsinə sentyabrın 14-də rayon ərazisindəki mənzillərin birindən 11.000 manat və 4600 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini F.Mehdiyeva müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
16-09-2022, 16:51
Tacikistan atəşkəsi pozdu - Qırğızlar arasında qurbanların sayı 18-ə çatdı


Tacikistan atəşkəsi pozdu - Qırğızlar arasında qurbanların sayı 18-ə çatdı

Qırğızıstan və Tacikistan arasında əldə olunmuş atəşkəs barədə razılaşma yenidən pozulub. Butov.az xəbər verir ki, atəşkəsi Tacikistan tərəfinin pozduğu bildirilir. Məlumata görə, Qırğızıstan və Tacikistan sərhədində irimiqyaslı toqquşmalar cümə günü səhər saatlarında yenidən başlayıb. Qırğızıstan sərhəd agentliyinin məlumatına əsasən, Tacikistan tərəfi sərhədin bütün perimetri boyu qırğızların mövqelərinə hücum edib. Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin sərhəd xidmətinin direktoru Ularbek Şarşeyevlə Tacikistan Milli Təhlükəsizlik Komitəsinin sərhəd qoşunlarının komandanı Rajabali Rahmonali arasında telefon danışığı olub. "Danışıqlar zamanı sərhəd idarələrinin rəhbərləri saat 10:00-dan (Moskva vaxtı ilə 7:00 - red.) atəşkəs barədə razılığa gəliblər. Ancaq Tacikistan tərəfi Qırğızıstan mövqelərini atəşə tutmaqda davam edir", - deyə Qırğızıstandan verilən məlumatda bildirilib. Tacikistan da öz növbəsində qırğız sərhədçilərini sərhəd zastavasını yaşayış məntəqələrini atəşə tutmaqda ittiham edib. Tacikistanın Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, bir tacik sərhədçisi həlak olub, 3-ü yaralanıb. Qırğızıstan Səhiyyə Nazirliyindən bildirilib ki, Tacikistanla sərhəddəki münaqişədə Qırğızıstanın qurbanlarının sayı 18 nəfərə çatıb.
16-09-2022, 16:48
Kürdəmirdə qardaş qardaşı bıçaqladı


Kürdəmirdə qardaş qardaşı bıçaqladı

Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Şahsevən kəndində qeydə alınıb. Belə ki, aralarında yaranan ailə münaqişəsi zəminində 32 yaşlı Əhmədov Rəşad Hacıağa oğlu qardaşı tərəfindən bıçaq xəsarəti alıb. Yaralı dərhal ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və əməliyyata götürülüb. Hadisəni törədən qardaş isə polis əməkdaşları tərəfindən saxlanılıb.
16-09-2022, 16:45
ABŞ-dakı səfirliyimiz qarşısında erməni təxribatı


ABŞ-dakı səfirliyimiz qarşısında erməni təxribatı

Sentyabrın 15-də ABŞ-dakı ifrat millətçi Amerika Ermənilərinin Milli Komitəsi, Erməni Gənclər Federasiyası və digər erməni təşkilatlarının üzvləri Azərbaycanın ABŞ-dakı səfirliyi qarşısında “etiraz aksiyası” keçirməyə cəhd ediblər. Butov.az xəbər verir ki, aksiya iştirakçıları səfirliyimiz tərəfindən Azərbaycanın Dövlət Himni, hərbi marşları və vətənpərvərlik mövzusunda musiqi nömrələri, erməni işğalı və vəhşiliyini nümayiş etdirən, habelə “Qarabağ Azərbaycandır!” şüarları əks olunmuş plakatlarla "qarşılanıblar”. Səfirlik tərəfindən quraşdırılmış həyəcan siqnalı ermənilərin planlarını pozub. Belə ki, səsləndirdikləri əsassız şüarları özləri belə eştiməkdə çətinlik çəkiblər. Ermənilər xislətlərinə uyğun olaraq, özləri ilə gətirdikləri və təhrif olunmuş məlumatların yazıldığı plakatlar və qondarma “bayraqlarla” səfirliyimizin fonunda şəkil çəkdirməyə çalışıblar. Lakin onlar bu istəklərinə də nail ola bilmədən, plakatlarını da qoyub ərazidən uzaqlaşmaq məcburiyyətində qalıblar. Azərbaycan səfirliyinin qarşısında üçrəngli Dövlət Bayrağımız əzəmətlə dalğalanıb və Dövlət Himninin sədaları ucadan səsləndirilib. Aksiya zamanı səfirliyin ərazisinə müdaxilə olmayıb.
16-09-2022, 16:42
Paşinyana qarşı etirazlar davam edir


Paşinyana qarşı etirazlar davam edir

İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları davam edir. Butov.az xəbər verir ki, paytaxtın Baqramyan meydanında parlament binasının qarşısında onlarla etirazçı qalıb. Aksiya iştirakçıları Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ofisinə gedərək ondan hərəkata rəhbərlik etməsini xahiş ediblər. Qeyd edək ki, ötən gündən etibarən Ermənistanda baş nazir Nikol Paşinyana qarşı etirazlar yenidən baş qaldırıb.
16-09-2022, 16:40
Şəhid qardaşı 6 minlik rüşvət iddiası haqda açıqlama yaydı


Şəhid qardaşı 6 minlik rüşvət iddiası haqda açıqlama yaydı

Ermənistanın təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov qardaşından “Komando”ya qəbul edilmək üçün 6 min manat rüşvət tələb olunması məsələsiylə bağlı yeni açıqlama yayıb. Butov.az xəbər verir ki, şəhid qardaşı sözügedən 6 min manatın vəzifə dəyişikliyinə aidiyyətinin olmadığını bildirib: "Sosial şəbəkələrdə yayılmış, Səbuhinin verdiyi 6 min manat məsələsinə toxunmaq istəyərdim. Bu məsələni araşdırdım, aydınlaşdırdım ki, bunun vəzifə dəyişikliyinə heç bir aidiyyəti yoxdur. Ailədaxili məsələlərə görə xərclənilib. Diqqətinizə görə çox sağ olun. Amma bu məsələri qaldırıb, ailəmizi də, qardaşımın ruhunu da incitməyək". Qeyd edək ki, daha öncə məsələ ilə bağlı həm Müdafiə Nazirliyi, həm də Baş Prokurorluq tərəfindən araşdırma aparıldığı bildirilmişdi. Sənan Əhmədov ötən gün Müdafiə Nazirliyinə dəvət olunmuşdu.
16-09-2022, 16:37
Qırğızıstan-Tacikistan sərhədində atışma gedir


Qırğızıstan-Tacikistan sərhədində atışma gedir

Qırğızıstan-Tacikistan dövlət sərhədində silahlı toqquşmalar davam edir. Bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində vəziyyət gərgin olaraq qalır. Məlumata görə, Tacikistan tərəfi Batken vilayətinin Leylek rayonunun Kulundu, Maksat və Janı-Jer ərazilərini atəşə tutmağa başlayıb. Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin bu istiqamətdə dislokasiya olunmuş sərhəd xidmətinin hərbçiləri cavab tədbirləri görür.
16-09-2022, 16:33
KTMT nümayəndələri İrəvana gedib


KTMT nümayəndələri İrəvana gedib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nümayəndə heyəti bu gün İrəvana səfər edib. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, nümayəndə heyəti Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşüb. Qeyd edilib ki, KTMT təmsilçiləri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin monitorinqini həyata keçirəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!