Nazirlər Kabinetində elektromobillər müzakirə edildi .....                        Rusiya sülhməramlıları texnikalarını da Qarabağdan çıxarır .....                        XİN Başçısı Kayrat Sarıbayla görüşdü .....                        İranın XİN Başçısı Türkiyədə səfərdədir .....                        Yeni hazırlanmış dərsliklər istifadəyə veriləcək .....                        Laçın hava limanının nəzarətlə bağlı müqavilə imzalandı .....                        Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir .....                        İlham Əliyev Şuşayla bağlı Sərəncam imzaladı .....                        Türkiyə və BƏƏ prezidentləri telefon danışığı apardı .....                       
20-09-2022, 18:15
Ərdoğan ABŞ-ı hədələdi: “F-16 ala bilməsək...”


Ərdoğan ABŞ-ı hədələdi: “F-16 ala bilməsək...”

"Türkiyə ABŞ-dan F-16 qırıcıları ala bilməsə, bununla bağlı özü işi həll edəcək". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. "Cənab Bayden mənə bu məsələni həll edəcəyini vəd edib. Bilirəm ki, Bayden buna müsbət baxır. Hətta respublikaçılarla görüşlərimiz oldu və onlar da buna müsbət baxacaqlarını dedilər. İndi əgər biz F-16 məsələsində ABŞ-dan istədiyimiz nəticəni almasaq, bununla özümüz məşğul olacağıq”, - deyə Ərdoğan ABŞ-a mesaj ünvanlayıb. Qeyd edək ki, ABŞ daha əvvəl Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini alması səbəbindən Türkiyəyə ən son F-35 qırıcılarının tədarükü proqramından çıxarılması ilə bağlı rəsmi bildiriş göndərmişdi.
20-09-2022, 18:13
Pəncərə silən qız 8-ci mərtəbədən yıxılıb öldü


Pəncərə silən qız 8-ci mərtəbədən yıxılıb öldü

Bakıda 18 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, sentyabrın 19-da, Binəqədi rayonu, Mir Cəlal küçəsi 72 ünvanında yaşayan 2004-cü il təvəllüdlü Sevinc Bəkdəmirova pəncərələri silərkən ehtiyatsızlıqdan 8-ci mətəbədən yerə yıxılaraq ölüb. Rəsmi məlumata görə, faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır".
20-09-2022, 18:11
Ərbəin mərasimində 100-ə yaxın iranlı həlak oldu


Ərbəin mərasimində 100-ə yaxın iranlı həlak oldu

İraqda Ərbəin mərasimi zamanı 100-ə yaxın İran vətəndaşı həlak olub. Bu barədə məlumatı İranın Bağdaddakı səfiri Məhəmməd Kazəm as-Sadiq açıqlayıb. Onun sözlərinə görə, sözügedən İran zəvvarları yol-nəqliyyat hadisələri, xəstəlik və yaxud yaşlarının çox olması səbəbindən dünyalarını dəyişib. O bildirib ki, bu il Kərbəla şəhərinə rekord sayda, yəni təqribən 3 milyon iranlı zəvvar gedib. İraq hakimiyyətinin rəsmi məlumatlarına görə, 2022-ci ildə Ərbəində 21 milyondan çox insan iştirak edib ki, onların da 15 milyonu İraqın müxtəlif əyalətlərindən, qalanları isə xaricdəndir.
20-09-2022, 18:09
Rusiyanın canlı qüvvə itkisi 55 minə çatır


Rusiyanın canlı qüvvə itkisi 55 minə çatır

Son sutka ərzində Ukraynada Rusiya ordusunun 160 hərbçisi məhv edilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Müharibə başlayandan bəri Rusiyanın Ukraynada canlı qüvvə itkilərinin sayı 54 min 810-a çatıb. Məlumata görə, Rusiyanın digər döyüş itkiləri 2216 tank, 4724 zirehli döyüş maşını, 1323 artilleriya sistemi, 318 reaktiv yaylım atəşi sistemi, 168 hava hücumundan müdafiə sistemi, 252 təyyarə, 217 helikopter, 925 PUA, 239 qanadlı raket, 15 gəmi, 3587 avtomobil texnikası və avtosistern, 125 xüsusi texnikadan ibarətdir. Xatırladaq ki, Rusiya bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.
20-09-2022, 18:07
Vətən müharibəsi qazisi dəfn olundu


Vətən müharibəsi qazisi dəfn olundu

Vətən müharibəsi qazisi, sentyabrın 18-də vəfat etmiş I qrup əlil Elnur Səmədov Bakıda dəfn olunub. Butov.az xəbər verir ki, mərhum Dədə Qorqud qəbiristanlığında torpağa tapşırılıb. Mərasim Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb, yaylım atəşi açılıb. Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin nümayəndələri, qazinin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər. Qeyd edək ki, E.Səmədov 2020-ci ildə Vətən müharibəsində iştirak edib və oktyabrın 25-də Qubadlı istiqamətində ayağından yaralanıb. Doqquz aydır leykoz xəstəliyindən əziyyət çəkən E.Səmədov sentyabr ayının 18-də Türkiyənin İstanbul şəhərində müalicə alan zaman vəfat edib.
20-09-2022, 18:04
Müəllimlərdən pul tələb edən direktor işdən çıxarıldı


Müəllimlərdən pul tələb edən direktor işdən çıxarıldı

Müəllimlərdən pul tələb edən Sumqayıt şəhər 32 saylı orta məktəbin direktoru Esmira İbrahimova vəzifəsindən azad olunub. Butov.az xəbər verir ki, araşdırma aparılaraq akt tərtib olunub və məktəbin direktoru tutduğu vəzifədən azad edilib. Xatırladaq ki, Sumqayıt şəhər 32 saylı orta məktəbin direktoru Esmira İbrahimovanın müəllimlərdən açıq aşkar pul tələb etməsi ilə bağlı səs yazısı yayılmışdı. Məktəbin direktoru müəllimlər üçün yaratdığı "Whatsapp" qrupuna səs ataraq hər müəllimdən 50 manat tələb edib. Direktor bu pulu orta məktəbin təmiri bəhanəsi ilə tələb edib.
20-09-2022, 18:02
Ərdoğan: Putin müharibəni dayandırmaq istəyir


Ərdoğan: Putin müharibəni dayandırmaq istəyir

Rusiya Ukraynadakı münaqişəni tez bir zamanda dayandırmağa çalışır. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi ABŞ-ın PBS telekanalına müsahibəsində bildirib. "Bu məsələdə Rusiyanın mövqeyi çox önəmlidir. Özbəkistanda Rusiya Prezidenti Vladimir Putinlə görüşdüm və onunla çox ətraflı danışıqlar apardıq. Rusiya lideri münaqişəni tez bir zamanda başa çatdırmağa çalışdığını bildirdi. Hesab edirəm ki, irəliyə doğru mühüm addım atılacaq”, - deyə Ərdoğan münaqişənin nə vaxt bitəcəyi ilə bağlı suala cavab verərkən bildirib. Xatırladaq ki, Özbəkistanın Səmərqənd şəhərində 15-16 sentyabr tarixlərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısında iştirak edən Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan orada rusiyalı həmkarı Vladimir Putinlə görüşərək, bir sıra aktual məsələləri müzakirə edib.
20-09-2022, 17:59
Laçında növbəti erməni təxribatı - Mina faciəsinin qarşısı alındı


Laçında növbəti erməni təxribatı - Mina faciəsinin qarşısı alındı

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilərin və təminat yollarının mühəndis-istehkam bölmələrimiz tərəfindən təmizlənməsi prosesi davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 19-da Böyük İşıqlı dağının şimal-şərq hissəsindəki dərə boşluğunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş növbəti 100 ədəd Э-001 М tipli piyada əleyhinə mina aşkar edilib. Azərbaycan Ordusunun mühəndis istehkam-bölmələri tərəfindən aşkar olunan minalar təhlükəsizlik qaydalarına riayət olunmaqla ərazidən çıxarılıb. Ərazidə mühəndis təminatı üzrə görülən işlər davam etdirilir.

20-09-2022, 17:57
Sərhəddə vəziyyət necədir?


Sərhəddə vəziyyət necədir?

Sentyabrın 20-si Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı heç bir dəyişiklik olmayıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Xatırladaq ki, sentyabrın 12-13-də Ermənistan bütün sərhədboyu təxribat törədib. Bu təxribat nəticəsində baş vermiş döyüşlər nəticəsində Azərbaycan Ordusunun 80 hərbçisi şəhid olub, 281-i yaralanıb. Ermənistan tərəfi isə 207 hərbçisinin öldüyü və itkin düşdüyünü, 293 nəfərin yaralandığını bəyan edib.
20-09-2022, 17:54
Ceyhun Bayramov BMT-nin Baş katibi ilə görüşdü


Ceyhun Bayramov BMT-nin Baş katibi ilə görüşdü

Ötən gün xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb. XİN-dən verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycanla BMT arasında əməkdaşlıq, gələcək fəaliyyət istiqamətləri və regionda son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov bu il qeyd etdiyimiz BMT-yə üzvlüyümüzün 30 ili ərzində münasibətlərin yüksələn xəttlə inkişaf etdiyini, ölkəmizin BMT çərçivəsində bir sıra istiqamətlərdə, xüsusilə də sülh və təhlükəsizliyin dəstəklənməsi sahəsində genişmiqyaslı təşəbbüslər irəli sürdüyünü bildirib. Nazir Ceyhun Bayramov BMT Baş Assambleyanın sədrinin və digər yüksək səviyyəli rəhbər heyətin ölkəmizə son illərdə həyata keçirdikləri səfərlərin əməkdaşlıq əlaqələrinin daha da inkişafına töhfə verdiyini məmnunluqla qeyd edib. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi və bu çərçivədə təşəbbüsləri qeyd olunub. Nazir daha sonra, Ermənistanın genişmiqyaslı təxribatları, sülh quruculuğu sahəsində ölkəmizin təşəbbüsləri barədə ətraflı məlumat verib. İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri, məcburi köçkünlərin bölgəyə geri qayıdışı barədə qarşı tərəfi məlumatlandıran nazir ərazilərimizdə mina təhlükəsinin aradan qaldırılması istiqamətində beynəlxalq səylərin artırılmasının vacibliyini vurğulayıb. Baş katib Antonio Quterreş BMT ilə Azərbaycanın nümunəvi əməkdaşlıq münasibətlərinə malik olduğunu, bütün istiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətli olduğunu qeyd edib. Antonio Quterreş Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüsləri yüksək qiymətləndirdiyini bildirib. O, Ermənistanla-Azərbaycan arasında yaranmış gərginliyin azaldılmasının və normallaşma prosesinin vacibliyini vurğulayıb. Görüşdə tərəflər, həmçinin BMT-nin gündəliyində duran və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!