"Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                       
25-09-2022, 18:06
Ərdoğan sosial şəbəkələrdən imtina etdi


Ərdoğan sosial şəbəkələrdən imtina etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etnoidman Konfederasiyasının rəhbəri Bilal Ərdoğan sosial mediadan imtina etdiyini açıqlayıb.
Butov.az xəbər verir ki, yerli mediaya müsahibə verən B.Ərdoğan sosial şəbəkələri izləmədiyini deyib."Sosial media hesablarımdan uzun müddətdir istifadə etmirəm. Ancaq bir nəfər məndən "bunu gördünmü?" deyə soruşanda, göndərəndə fərqinə varıram”, - deyə o bildirib. Prezidentin oğlu bunun səbəbini belə izah edib:"Həqiqətən də vaxtımı və gündəmimi mümkün qədər müəyyən etməyə və idarə etməyə çalışıram. Eyni şeyi başqalarına da tövsiyə edirəm. Həyatımı mənalı etmək istəyirəm. Təbii ki, mənim işim akademik işim olub. Müəyyən səviyyəli təhsil aldıqdan sonra ondan cəmiyyətin xeyrinə necə istifadə edə biləcəyimi düşündüm. Bütün bunlar kimlik və mədəni dirçəliş sahəsində görülən işlərdir. Biz bunu mədəni dirçəliş adlandıra bilərik. Biz bunu dəyərlərimizin yenidən üzə çıxması adlandıra bilərik. Deyə bilərik ki, bu torpağı vətənimiz edən dəyərlərin təkrarı və mənimsənilməsidir. İstər təhsil, istər ənənəvi idman, istərsə də türk musiqisi sahəsində təhsil... "Ömrünü nəyə sərf etdin?" soruşanda faydalı cavab vermək istəyirəm".
25-09-2022, 18:03
Yüzə yaxın şəxsi aldadan dələduz qadın saxlanıldı


Yüzə yaxın şəxsi aldadan dələduz qadın saxlanıldı

Sosial şəbəkə istifadəçilərinə qarşı dələduzluq edən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib. DİN rəsmisi deyib ki, Qasımova Vüsalə Rizvan qızı məsuliyyətə cəlb edilib. O, onlayn lotereya oynamaq adı ilə 100-ə yaxın şəxsi aldadaraq 200 manatlarını ələ keçirib. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
25-09-2022, 18:00
Tehran Londona nota verdi


Tehran Londona nota verdi

İran Böyük Britaniyaya nota verib. Butov.az xəbər verir ki, Böyük Britaniyanın Tehrandakı səfiri Simon Şerkliff İran Xarici İşlər Nazirliyinə çağırılıb. Britaniyanın son günlər İranla bağlı sərgilədiyi sərt mövqeyə və ittihamlara görə Tehranın Londona nota ünvanladığı qeyd olunub.
25-09-2022, 17:56
Türkmənistan Avropaya yaxınlaşır


Türkmənistan Avropaya yaxınlaşır

Türkmənistan Avropa İttifaqı (Aİ) ilə iqtisadiyyat, ekologiya, enerji, humanitar və mədəni sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir. Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Avropa İttifaqına yaxınlaşmanın hansı istiqamətlərdə baş tutacağı tam olaraq açıqlanmayıb.
25-09-2022, 17:54
Qırğızıstan və Tacikistan razılaşdı - Sənəd imzalandı


Qırğızıstan və Tacikistan razılaşdı - Sənəd imzalandı

Qırğızıstan və Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəhbərləri sərhəddə yaranmış vəziyyətin nizamlanması ilə bağlı protokol imzalayıblar. Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev bildirib. Onun sözlərinə görə, danışıqlar Batken vilayətinin Qızıl-Bel keçid məntəqəsində baş tutub. Taşiyev protokolun bütün bəndlərinin yerinə yetiriləcəyinə ümid edir.
25-09-2022, 17:52
ABŞ-dan Tbilisiyə çağırış: Rusları ölkəyə buraxmayın!


ABŞ-dan Tbilisiyə çağırış: Rusları ölkəyə buraxmayın!

"Gürcüstan sərhədini bağlasa və ən azı qısa müddətdə rusiyalı turistləri ölkəyə buraxmasa, bu çox müdrik qərar olardı". Bunu ABŞ Konqresinin üzvü Adam Kinzinger özünün "Twitter" səhifəsində yazıb.“Hərbçi yaşındakı kişilərin bu kiçik, lakin vacib müttəfiqə axını çox təhlükəlidir", - deyə amerikalı konqresmen qeyd edib. Xatırladaq ki, Rusiyada qismən səfərbərlik elan ediləndən sonra bu ölkədən Gürcüstan və digər qonşu dövlətlərə kütləvi axın müşahidə edilir.
25-09-2022, 17:48
İrandan İraqa hücum - Qərargahlar bombardman edildi


İrandan İraqa hücum - Qərargahlar bombardman edildi

İran Silahlı Qüvvələrinin quru qoşunları İraqın şimal regionlarını artilleriya atəşinə tutub. Butov.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) məlumatına görə, İraqın şimalında yerləşən terrorçu qruplaşmaların mövqeləri və qərargahları bombardman edilib. Artilleriya atəşinin nəticələri barədə hələlik məlumat verilmir. İranın rəsmi mediası bildirir ki, bu barədə Sepahın bəyanatla çıxış edəcəyi gözlənilir.
25-09-2022, 17:46
Enerji böhranı - Fransızlar odun dövrünə qayıdır


Enerji böhranı - Fransızlar odun dövrünə qayıdır

Fransada enerji böhranı odun satan şirkətlərin səhmlərini 700 faiz bahalaşdırıb. Butov.az xəbər verir ki, enerji qiymətlərinin qalxması ilə əlaqədar olaraq, əhalinin oduna təlabatı kəskin artıb. Məlumata görə, qış öncəsi qaz və işığın bahalaşması vətəndaşları alternativ yanacaqdan istifadəyə təhrik edir. Bundan əlavə, hökumətin yaşıl yanacağın təşviqi və son iki ildə neft, habelə kömür qazanlarının quraşdırılmasına qadağa qoyması oduna tələbi artıran digər səbəb olub.
25-09-2022, 17:44
Sabah çiskin olacaq, yağış yağacaq


Sabah çiskin olacaq, yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin səhər yarımadanın bəzi yerlərində az çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, havanın temperaturu gecə 16-19° isti, gündüz 21-23° isti olacaq. Bakıda gecə 17-19° isti, gündüz 21-23° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şərq rayonlarında az yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 4-7° isti, gündüz 8-13° isti olacaq.
25-09-2022, 17:41
İrandakı aksiyalarda ölənlərin sayı artıb


İrandakı aksiyalarda ölənlərin sayı artıb

İranda aksiyalar zamanı daha 10 nəfər həlak olub. Bu barədə İrana məxsus teleqram kanalları məlumat yayıb. Bildirilib ki, polis əməkdaşları etirazçılara atəş açıb. Nəticədən onlardan bir neçəsi ölüb. Yaralılar barədə hələlik xəbər verilməyib. Ümumilikdə ölənlərin sayı 40-dan çoxdur. Qeyd edək ki, sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada ölməsi İranda genişmiqyaslı etirazlara səbəb olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!