Pərnisə Qarayeva .....                        Vətən Qadın .....                        Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                       
29-09-2022, 15:30
Dünya Bankı Ukraynaya 11 milyard dollar verdi


Dünya Bankı Ukraynaya 11 milyard dollar verdi

Dünya Bankı Ukraynaya dəstək üçün 11 milyard dollar verib. Bu barədə bankın rəhbəri David Malpass açıqlama verib. Onun sözlərinə görə, pul Kiyevə kredit təşkilatının və onun məqsədli fondlarının müxtəlif layihələri vasitəsilə çatdırılıb. Qeyd edilib ki, indiyə qədər Ukraynaya 13 milyard dollar yardım ayrılıb.
29-09-2022, 15:28
Hava limanında iki təyyarə toqquşdu


Hava limanında iki təyyarə toqquşdu

Londonun “Hitrou” hava limanında iki sərnişin təyyarəsi toqquşub. Butov.az xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb. "Fövqəladə hallar xidmətləri hava limanında iki təyyarənin iştirakı ilə insident baş verən yerdə çalışır. Tələfat barədə məlumat yoxdur", - deyə “Hitrou”nun nümayəndəsi bildirib.
29-09-2022, 15:26
Maşın kanala aşdı - Ölənlər var


Maşın kanala aşdı - Ölənlər var

Masallı rayonunda avtomobil kanala aşıb. Butov.az xəbər verir ki, hadisə rayonun Boradigah qəsəbəsində baş verib. Belə ki, Lənkəran rayon sakini 1999-cu il təvəllüdlü Əli Mirzağa oğlu Qasımovun idarə etdiyi ''Reno'' markalı avtomobil yoldan çıxaraq su kollektoruna aşıb. Hadisə yerinə çağrılan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri avtomobildəki şəxsləri çıxarıb. Sürücünün həyati təhlükəsi olmasa da, sərnişinlər - Lənkəran rayon sakinləri 1999-cu il təvəllüdlü Zaur Zahid oğlu Əlizadə və 2001-ci il təvəllüdlü Bəhram Vasif oğlu Məmmədzadə vəfat ediblər. Faktla bağlı araşdırma aparılır.
29-09-2022, 15:23
ABŞ İrana məxsus PUA-nı vurdu


ABŞ İrana məxsus PUA-nı vurdu

ABŞ İrana məxsus pilotsuz uçuş aparatını (PUA) vurub. Bu barədə ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) məlumat yayıb. Bildirilir ki, hadisə İraqın şimalında yerləşən Ərbil ərazisində baş verib. PUA-nın ABŞ Mərkəzi Qüvvələri üçün təhdid yaratdığı qeyd edilib.
29-09-2022, 15:20
Zelenski Quterreşlə Zaporojyedəki vəziyyəti müzakirə etdi


Zelenski Quterreşlə Zaporojyedəki vəziyyəti müzakirə etdi

Ukrayna Prezidenti Volodimir Zelenski BMT-nin Baş katibi Antonio Quterreşlə telefon danışığı aparıb. Bu barədə Zelenskinin ofisi məlumat yayıb. Bildirilir ki, telefon danışığı zamanı Zaporojye AES-də yaranmış vəziyyət müzakirə olunub. Zelenski Rusiyanın Ukrayna ərazilərində keçirdiyi “referendumların” BMT tərəfindən tanınmaması ilə bağlı mövqeyinə görə Quterreşə təşəkkür edib.
29-09-2022, 15:17
Təxribata əl atan 3 erməni hərbçi məhv edildi


Təxribata əl atan 3 erməni hərbçi məhv edildi

Ermənistan silahlı qüvvələri yenidən atəşkəs razılaşmasını pozub. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Butov.az bildirir ki, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsgəndərov Nicat Hidayət oğlu yaralanıb. Hazırda hərbi qulluqçumuza lazımi tibbi yardım göstərilir. Məlumata görə, Azərbaycan Ordusunun bölmələri yalnız qarşı tərəfin atəş nöqtələrinin susdurulması məqsədilə adekvat cavab tədbirləri görüb. Ermənistan tərəfi həmişəki kimi bu dəfə də atəşkəsin məhz onlar tərəfindən pozulması faktını gizlətməyə çalışıb. Bu məqsədlə guya atəşkəsin Azərbaycan Ordusunun bölmələri tərəfindən pozulması barədə yalan məlumatları dövriyyəyə buraxıb. Daha sonra Ermənistan Müdafiə Nazirliyi 3 hərbi qulluqçusunun ölməsi barədə xəbər yayıb. Lakin öldüyü deyilən hərbçilərlə bağlı əlavə məlumat verilməyib. Azərbaycan Müdafiə Nazirliyindən isə bildirilib ki, baş vermiş insidentə görə bütün məsuliyyət vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
29-09-2022, 15:14
Afrikada helikopter qəzası - 22 nəfər öldü


Afrikada helikopter qəzası - 22 nəfər öldü

Uqanda ordusuna məxsus iki helikopter qəzaya uğrayıb. Bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb. Bildirilib ki, hadisə Konqo ilə sərhəddə baş verib. Hərbi helikopterlərin qəzaya uğraması nəticəsində 22 nəfər həlak olub. Hadisənin başvermə səbəbləri araşdırılır. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb edilib.
29-09-2022, 15:12
Rusiyanı tərk edin! - Daha bir ölkədən çağırış


Rusiyanı tərk edin! - Daha bir ölkədən çağırış

Latviya öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb. Bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs bildirib. “Rusiyanı mümkün qədər tez tərk edin. Bu çağırış beynəlxalq vəziyyətin gərginləşməsini nəzərə alaraq edilib”, - nazir deyib. Qeyd edək ki, bundan əvvəl ABŞ və Polşa vətəndaşlarını Rusiyadan çıxmağa çağırıb.
29-09-2022, 15:09
Bosfor boğazı Rusiyaya gedən gəmiyə görə bağlandı


Bosfor boğazı Rusiyaya gedən gəmiyə görə bağlandı

Bosfor boğazından keçən quru yük gəmisində nasazlıq yaranıb. Bu səbəbdən boğazda gəmilərin hərəkəti dayandırılıb. Butov.az xəbər verir ki, 190 metrlik quru yük gəmisi Panama bayrağı altında üzür və Rusiyaya doğru hərəkət edirdi. Məlumata görə, İstanbulun Asiya sahillərində yük gəmisinin mühərriki sıradan çıxıb və o boğazda qalıb. Hadisə yerinə yedək gəmiləri göndərilib. Gəminin boş olduğu bildirilir.
29-09-2022, 15:06
Yeni baş nazir Zelenskiyə söz verdi


Yeni baş nazir Zelenskiyə söz verdi

Böyük Britaniyanın Baş naziri Liz Trass və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Bu barədə Britaniya hökuməti məlumat yayıb. Trass söhbət zamanı Britaniyanın Ukraynaya davamlı dəstəyini ifadə edib. Baş nazir açıq şəkildə bildirib ki, Britaniya Rusiyanın Ukraynanın suveren ərazilərini ilhaq etmək cəhdlərini tanımayacaq. Zelenski isə Baş naziri hazırkı hərbi vəziyyətlə bağlı məlumatlandırıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!