UEFA AVRO-2024-lə bağlı qərar qəbul etdi .....                        Biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik - Prezident .....                        Prezident Azərbaycanın uğurlarının səbəbini açıqladı .....                        Ceyhun Bayramov Çexiyadakı çıxışı zamanı geri qaytarılmış kəndlərdən danışdı .....                        Azərbaycan çempionatının qalibi müəyyənləşdi .....                        İtkin düşən qadının meyiti tapıldı .....                        İlham Əliyev quru sərhədləriylə bağlı önəmli açıqlama verdi .....                        Qonşularla əla münasibətlər qura bilmişik - İlham Əliyev .....                        Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək .....                       
30-09-2022, 15:29
Əfqanıstanda partlayış - Ölənlər var


Əfqanıstanda partlayış - Ölənlər var

Əfqanıstanın paytaxtı Kabilin qərbindəki tədris mərkəzində imtahan vaxtı partlayış baş verib. Butov.az xəbər verir ki, baş verən partlayışda 32 nəfər ölüb, 40 nəfər xəsarət alıb. Taliban hərəkatının nümayəndəsi partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyini bildirib.
30-09-2022, 15:27
ABŞ yeni hərbi komandanlıq yaradır


ABŞ yeni hərbi komandanlıq yaradır

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya kömək üçün yeni komandanlıq yaradacaq. Bunu “The New York Times” nəşri yazıb. Bildirilib ki, ABŞ Müdafiə Departamenti müttəfiqlərinin Ukrayna ordusunu necə hazırladığını və təchiz etdiyini yenidən nəzərdən keçirmək qərarına gəlib. Qəzetin məlumatına görə, ABŞ admiralları və generalları yeni komandanlığın yaradılması ideyası ilə razılaşıblar. Onlar hesab edirlər ki, bu, çox aktual və vacibdir. Çünki yeni sistem müttəfiqlərin və tərəfdaşların öz avadanlıqlarını təhvil vermək və Ukrayna hərbçilərinə təlim keçmək baxımından riayət edə biləcəkləri formal təhlükəsizlik strukturu yaradacaq. Xatırladaq ki, sentyabrın 28-də ABŞ Senatı Ukraynaya təxminən 1,1 milyard dollar məbləğində yeni yardım paketini təsdiqləyib.
Fevralın 24-də Rusiya-Ukrayna müharibəsi başlayandan indiyədək ABŞ Kiyevə 25 milyard dollar yardım edib.
30-09-2022, 15:25
Kəlbəcərli şəhidlərin məzarları ziyarət edilib


Kəlbəcərli şəhidlərin məzarları ziyarət edilib

Göygöl rayon Şəhidlər xiyabanında dəfn olunan şəhid Məhərrəmli Fuad Füzuli oğlunun və baş leytenant Məmmədov Cavad Səfiyar oğlunun ildönümü mərasimində Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, , rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Göygöl RİH-nin məsul əməkdaşları, şəhid ailələri, yaxınları, qazilər, müharibə iştirakçıları iştirak ediblər. Butov.az xəbər verir ki, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub, şəhidlərimizin döyüş yolu barədə söhbət açılıb və şəhidlərimizin qanının yerdə qalmadığı bildirilib. Eyni zamanda qeyd olunub ki, Azərbaycan xalqı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən azad etdi. Üçrəngli bayrağımız Respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır. RİH-nin başçısı şəhid ailələri ilə yaxından maraqlanıb, qayğı və ehtiyaclarını öyrənib, onlara dərin hüznlə başsağlığı verib. Şəhidin ailə üzvləri onlara göstərilən yüksək ehtiram və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib. Qeyd edək ki, Vətən müharibəsi şəhidi Məhərrəmli Fuad Füzuli oğlu 10 may 2001-ci ildə Tərtər şəhərində anadan olub. 2007-ci ildə Bakı şəhər Suraxanı rayon Yeni Ramana qəsəbəsində yerləşən Fərrux İsrafil oğlu Mehtiyev adına Qubadlı rayon Qaralar kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. Orta məktəbi bitirdikdən sonra 2019-cu ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Fuad hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. Azərbaycan Ordusunun əsgəri olan Fuad Məhərrəmli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərinin azad olunmasında böyük şücaət göstərib. 28 sentyabr 2020-ci ildə Cəbrayıl rayonunun Nüzgar kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Subay idi. 29 sentyabr 2020-ci ildə Göygöl rayon Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə F.Məhərrəmli ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Məmmədov Cavad Səfiyar oğlu 25 may 1980-ci ildə Göyçə mahalında doğulub. Baş leytenant 28 sentyabr 2020-ci ildə Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Şəhid baş leytenant Cavad Məmmədov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə 3-cü dərəcəli “ Rəsadət” ordeni, “Vətənə uğrunda” və“ Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib. Bildiririk ki, şəhid Cavad Məmmədov İsmayıllı rayon sakinidir,onun həyat yoldaşı isə Kəlbəcər rayon sakinidir.Şəhidimizin iki övladı Vətənə əmanət qalıbdır. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.




30-09-2022, 15:20
Qazaxda kütləvi dava - 4 nəfər xəstəxanaya yerləşdirildi


Qazaxda kütləvi dava - 4 nəfər xəstəxanaya yerləşdirildi

Qazaxda kütləvi dava olub, xəsarət alanlar var. Hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb. Belə ki, 2000-ci il təvəllüldü Abdula Abdulayev bıçaqlanma diaqnozu, İlqar Abdulayev, 1969-cu il təvəllüdlü Məmməd Qocayev və onun oğlu 2004-cü il təvəllüdlü Muxtarxan Qocayev isə müxtəlif bədən xəsarəti (döyülmə) ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal xəstələrə tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, həmin şəxslər dava zamanı xəsarət alıblar. Faktla bağlı araşdırma aparılır
30-09-2022, 15:06
Ərdoğan prezidentlərlə görüşdü


Ərdoğan prezidentlərlə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstan Prezidenti Sadır Japarov və Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ersin Tatarı qəbul edib. Butov.az xəbər verir ki, görüşlər İznik şəhərində IV Dünya Köçəri Oyunlarının açılış mərasimindən sonra baş tutub. Bundan əlavə, Ərdoğan Qazaxıstan parlamentinin spikeri Yerlan Koşanovu qəbul edib. Görüşlərin təfərrüatları barədə məlumat verilməyib.
30-09-2022, 15:04
Finlandiya Rusiya ilə sərhədi bağladı


Finlandiya Rusiya ilə sərhədi bağladı

Finlandiya Rusiya ilə sərhədi bağlayıb. Butov.az xəbər verir ki, Finlandiya hökuməti rusiyalı turistlərin ölkəyə girişinin məhdudlaşdırılması haqqında fərman verib. Giriş məhdudiyyəti 30 sentyabr 2022-ci il saat 00:00-da qüvvəyə minir və növbəti bildirişə qədər qüvvədə qalacaq. Tənzimləmə həm Finlandiyaya gələn turistlərə, həm də Finlandiya vasitəsilə digər ölkələrə tranzit keçməyə şamil edilir.
30-09-2022, 15:01
Azərbaycanda məşhur müğənni vəfat etdi


Azərbaycanda məşhur müğənni vəfat etdi

Müğənni Rəhim Rəhimli vəfat edib. Bu barədə onun sənət yoldaşları məlumat yayıblar. 43 yaşlı müğənni-bəstəkarın ürəktutmadan dünyasını dəyişdiyi bildirilir. Qeyd edək ki, R.Rəhimli bir çox mahnıları ilə tanınıb. O, 2018-ci ildən 2020-ci ilin yanvar ayına kimi "MTV Azərbaycan" telekanalının direktoru olub. Allah rəhmət eləsin!
30-09-2022, 14:59
Rusiyanın Ukrayna ilə bağlı iddialarını qəbul etməyəcəyik - Bayden


Rusiyanın Ukrayna ilə bağlı iddialarını qəbul etməyəcəyik - Bayden

Birləşmiş Ştatlar Rusiyanın suveren Ukrayna ərazisi ilə bağlı iddialarını heç vaxt qəbul etməyəcək. Bunu ABŞ Prezidenti Co Bayden deyib. O, Rusiya-Ukrayna müharibəsində hər zaman Ukraynanın yanında olacaqlarını bildirib."Bu qondarma referendum tamamilə saxtadır. Referendumun nəticələri Moskvada hazırlanıb”, - deyə Bayden bildirib.
30-09-2022, 14:57
Senat Ukrayna üçün 12.4 milyardlıq yardıma "HƏ" dedi


Senat Ukrayna üçün 12.4 milyardlıq yardıma "HƏ" dedi

ABŞ Senatı Ukraynaya 12,4 milyard dollar dəyərində yardım paketinin ayrılmasını təsdiqləyib.
Butov.az xəbər verir ki, qərar səs çoxluğu ilə qəbul olunub. Vəsaitin 7,8 milyard dollarlıq hissəsi müdafiə ehtiyaclarına xərclənəcək, qalanı birbaşa ölkə büdcəsinə daxil ediləcək. Qanun layihəsi sentyabrın 30-da Nümayəndələr Palatasının müzakirəsinə çıxarılacaq.
30-09-2022, 14:55
Avropada meymunçiçəyinə yoluxma 24 mini keçdi


Avropada meymunçiçəyinə yoluxma 24 mini keçdi

Avropada meymunçiçəyi virusuna yoluxanların sayı 24 mini keçib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bölgəsinin saytında məlumat yayılıb. Avropada yoluxma sayının 24 622-yə çatdığı, Avropa regionunda 44 ölkədə virusun mövcud olduğu bildirilib. Xəstələrin 96 faizində virus əlaməti olaraq qızartı və qaşınma, 68 faizində isə yüksək hərarət, yorğunluq və əzələ ağrısı kimi əlamətlər olduğu qeyd edilib. Ən çox yoluxma halları 7 min 149 nəfərlə İspaniyada qeydə alınıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!