5-09-2022, 19:53
“Qarabağ” azarkeşlərə biletlə bağlı müraciət etdi“Qarabağ” Avropa Liqası qrup mərhələsinin ilk oyununda komandanı stadionda dəstəkləmək istəyən azarkeşlərə müraciət edib.
Butov.az xəbər verir ki, “Frayburq” (Almaniya) - “Qarabağ” matçını izləmək və Ağdam təmsilçisini dəstəkləmək istəyənlər oyun günü "Wolfswinkel" stadionunda (Europa-Park Stadion) azarkeşlər üçün ayrılmış E-4 sektorunun giriş qapısından saat 19:00-dan 21:00-dək bilet ala bilərlər. Biletlərin qiyməti 29 avrodur. Ödəniş yalnız nağd şəkildə qəbul ediləcək. Qeyd edək ki, "Frayburq" - "Qarabağ" oyunu sentyabrın 8-də 21:00-da (Bakı vaxtı ilə 23:00) keçiriləcək.
5-09-2022, 19:51
BDU-da yeni ixtisaslar açılacaq
Bakı Dövlət Universitetində (BDU) “Aqrar hüquq”, “Qida məhsullarının kimyəvi ekspertizası”, “Təbii ehtiyatlar hüququ”, “İctimaiyyətlə əlaqələr” və digər yeni ixtisasların açılması üzrə işlər aparılır. Bu barədə BDU-dan məlumat verilib. BDU-da əmək bazarının tələbləri nəzərə alınaraq təhsilin bakalavriat və magistratura səviyyələrində bir sıra yeni ixtisas və ixtisaslaşmaların açılması elmə və təhsilə böyük maraq doğurub. Təhsilin bütün pillələri (bakalavriat, magistratura, doktorantura) üzrə təhsil proqramları sənaye və biznes müəssisələrinin mütəxəssisləri ilə birgə hazırlanır və yenilənir. İstehsalat müəssisələrindən olan mütəxəssislər tədrisə və elmi fəaliyyətə cəlb olunur, ustad dərsləri və elmi seminarlar təşkil olunur. Bu cür əməkdaşlıq çərçivəsində əmək bazarının ehtiyac və tələbləri öyrənilir. Yeni ixtisaslar (ixtisaslaşmalar) müəyyən edilir, elmi-pedaqoji potensial nəzərə alınmaqla həmin ixtisaslar üzrə kadrlar hazırlanır. Son illər BDU-nun təşəbbüsü ilə “Aktuar riyaziyyat”, "Ekologiya hüququ”, “Mobil tətbiqlərin hazırlanması və oyun dizaynı”, “Mədəniyyət hüququ”, “Vergi hüququ” kimi ixtisaslar açılıb.BDU-nun onlarca məzunu son illər yüksək nəticələr əldə edərək nüfuzlu xarici universitetlərə qəbul olub.
5-09-2022, 19:47
Zelenski Makronla danışıqlar apardı Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Bu barədə Zelenski özünün Twitter hesabında məlumat yayıb. Telefon danışığı 1 saat 50 dəqiqə davam edib. Danışıqların substantiv keçdiyini deyən Zelenski fransalı həmkarını cəbhədəki son vəziyyət barədə məlumatlandırıb. "Fransanın koordinasiya edilmiş əlavə müdafiə dəstəyi barədə danışdıq. Həmçinin, AEBA-nın Zaporojye AES-dəki missiyasının nəticələrinin qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi apardıq", - Zelenski qeyd edib.
5-09-2022, 19:45
MAQATE-nin iki əməkdaşı Zaporojyedə daimi qalacaqBeynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) dörd nümayəndəsi sentyabrın 5-də Zaporojye atom elektrik stansiyasını tərk edib. Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, təşkilatın iki mütəxəssisi obyektdə daimi yerləşəcək və orada işləyəcək. Qeyd edək ki, MAQATE-nin missiyası sentyabrın 1-dən Zaporojyeyə gəlib. Həmin gün missiyanın böyük hissəsi atom elektrik stansiyasının ərazisini tərk edib. Xatırladaq ki, Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye martın 4-dən rus əsgərlərinin nəzarətindədir.
5-09-2022, 19:43
Consonun baş nazir kimi Zelenski ilə son söhbətiBöyük Britaniyanın Baş naziri Boris Conson və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Bu barədə Zelenski özünün "Twitter" hesabında məlumat yayıb. O qeyd edib ki, Consonla hazırkı vəzifəsində sonuncu dəfə söhbət edib. "Bütün Ukrayna xalqının adından ona şəxsi cəsarətinə, prinsiplərinə və Rusiyanın təcavüzünə qarşı mübarizədə böyük töhfəsinə görə təşəkkür etdim. Ukraynanın böyük dostu ilə yeni statusda əməkdaşlığı səbirsizliklə gözləyirəm", - deyə Zelenski yazıb. Qeyd edək ki, Böyük Britaniyanın yeni Baş naziri Liz Trass seçilib.
5-09-2022, 19:40
Rusiya hərbi texnikalarını Bakıda nümayiş etdirəcək“Rostex” dövlət korporasiyasına daxil olan “Rosoboroneksport” Səhmdar Cəmiyyəti sentyabrın 6-8-də Bakıda keçiriləcək “ADEX-2022” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Rusiyanın birləşmiş ekspozisiyasını təşkil edir. Bu barədə “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev bildirib. “Rosoboroneksport” – “ADEX” sərgisinin ənənəvi iştirakçısıdır. Biz Bakıda uzunmüddətli qonşuluq münasibətlərinin birləşdirdiyi Xəzəryanı regionu ölkələri üçün Rusiyanın aparıcı müəssisələrinin müdafiə sənayesi məhsullarını nümayiş etdiririk. 2022-ci ildə Rusiya ekspozisiyasını silahlı qüvvələrin və qoşunların bütün növləri, xüsusi və polis bölmələri üçün 500-ə yaxın nümunə təqdim edəcək, mülki məhsulların geniş çeşidini sərgiləyəcəyik. “Rosoboroneksport” tərəfindən irəli çəkilən atıcı silahlara, terrorizm əleyhinə sistemlərə və kibertəhlükəsizlik üzrə layihələrə böyük diqqət ayrılacağını gözləyirik”, - deyə qurumun rəhbəri vurğulayıb. Onun sözlərinə görə, “Rosoboroneksport” sərgidə müasir texnika nümunələrini nümayiş etdirəcək. “ADEX-2022”də ümumilikdə Rusiya ekspozisiyasında 20-dən artıq sənaye müəssisəsi iştirak edir, onlardan 6-sı məhsullarını öz stendlərində təqdim edəcək. “ADEX-2022”də Rusiya nümayəndə heyətinin nüfuzlu tərkibi və ekspozisiya “Rosoboroneksport”a öz tərəfdaşları ilə region üçün hər cür aktual cari və perspektiv layihələri, eləcə də dünya bazarının yeni şərtləri çərçivəsində qarşılıqlı fəaliyyət formatlarını müzakirə etməyə imkan verəcək. Biz sənaye tərəfdaşlığı çərçivəsində təkliflərimiz, birgə layihələrin işlənib hazırlanması, silah-sursat və hərbi texnikanın istehsalı, daha əvvəl tədarük olunan məhsulun modernləşdirilməsi, personalın təlimi imkanları barədə söhbət açacağıq” , - Aleksandr Mixeyev daha deyib. Qeyd edilib ki, Rusiyada hərbi və ikili təyinatlı məhsulların, xidmətlərin və texnologiyaların bütün spektrinin ixrac/idxalı ilə məşğul olan yeganə dövlət təşkilatı olan “Rosoboroneksport” Səhmdar Cəmiyyəti “Rostex” dövlət korporasiyasına daxildir. Dünya silah-sursat bazarının liderlərindən biri sayılan “Rosoboroneksport”un payına Rusiyanın silah və hərbi texnikası ixracatının 85 faizdən çoxu düşür. “Rostex” dövlət konserni Rusiyanın ən iri sənaye şirkətidir. 2022-ci ildə özünün 15 illiyini qeyd edən şirkət ölkənin 60 regionunda 700-ə yaxın elmi və istehsal təşkilatlarını birləşdirir, fəaliyyətinin əsas istiqamətləri təyyarəqayırma, radioelektronika, tibbi texnologiya, innovasiyalı materiallar və digərləridir.
5-09-2022, 19:31
Putin Paşinyanla Azərbaycanı müzakirə edəcək
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək. Bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib. Tərəflər üç ölkə liderinin imzaladığı üçtərəfli bəyanatlar əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini müzakirə edəcək. Qeyd edək ki, Putinlə Paşinyan 5-8 sentyabr tarixində keçiriləcək Vladivostok İqtisadi Forumu çərçivəsində görüşəcəklər.
5-09-2022, 19:29
Rusiya ABŞ vətəndaşlarına sanksiya tətbiq etdiRusiya Xarici İşlər Nazirliyi ABŞ-ın 25 vətəndaşına sanksiya tətbiq edib. Bu barədə nazirlikdən bildirilib. Qeyd olunub ki, bu addım Vaşinqtonun Rusiyaya qarşı sanksiyalarına cavabdır.
5-09-2022, 19:27
Bakıda restoranda yanğınBakıda restoranda yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Nərimanov rayonunda üçmərtəbəli binanın zirzəmisində ümumi sahəsi 150 m² olan obyektin (restoran kimi fəaliyyət göstərir) bir otağında 1 ədəd kondisioner, 1 ədəd televizor qismən və elektrik otağında 2 ədəd sayğac, 1 ədəd tənzimləyici və 2 ədəd qoruyucu açar yanıb. Obyektin qalan hissəsi və bina yanğından müafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
5-09-2022, 19:21
Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəldiSentyabr 5-də Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler ölkəmizə səfər edib. MN-dən verilən məlumata görə, işgüzar səfər çərçivəsində ordu generalı Y.Gülerin Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2022" dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisini ziyarət etməsi və bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.