Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
5-09-2022, 18:18
Ermənilərin “köpünü” almaq üçün bu dəfə Ağdərə azad olunmalıdır...

Ermənilərin “köpünü” almaq üçün bu dəfə Ağdərə azad olunmalıdır...


Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

Haylar revanşist ideyalarını reallaşdırmaq üçün küylənərək yeni mərhələyə qədəm qoyduqlarını güman edirlər. Əlbəttə bu, əsassız deyil. Ermənilər çox yaxşı bilirlər ki, üçtərəfli bəyanatın 6-cı bəndindən irəli gələrək yeni yolun istifadəyə verilməsi, Laçının və ona məxsus Zabux, eləcə də Sus kəndlərinin azad olunmasının ardınca rəsmi Bakı 7-ci bəndin icrasının təhlükəsizliyi üçün 4-cü bəndə start verəcək. Bu isə separatçıların tərksilah edilməsi və azərbaycanlı məcburi köçkünlərin hələlik Rusiya “sülhməramlılarının” nəzarətində olan öz evlərinə - Xankəndiyə, həmçinin digər Azərbaycan ərazilərinə qayıtması deməkdir. Sözsüz ki, üçtərəfli bəyanatın 6-cı bəndinin icrasına zorla, hətta kötək gücünə razılaşan ermənilər indi 4-cü və 7-ci bənlərin icra olunmasına var gücləri ilə müqavimət göstərməyə cəhd edəcəklər. Onlara bu cəhdi etməyə stumul verən və ya küyləndirici amillər isə artıq göz qabağındadır. Baxın, Laçın şəhəri, Zabux və Sus kəndləri azad olunan kimi Rusiyaya məxsus “Duma TV”də hərbi tarixçi, politoloq Nikita Buranovun “Dağlıq Qarabağda Azərbaycan ordusu yerləşdirilib” başlıqlı təxribatçı açıqlamasının yayılması, Xankəndidə və İrəvanda anti-Rusiya mitinqlərinin keçirilməsi, ardınca “dqr” “parlament”inin fraksiya liderləri Rusiya “sülhməramlılarının” komandanı Aleksandr Volkovla görüşdən sonra minlərlə sakinin küçələrə çıxıb və 100 metrlik Rusiya bayrağı ilə yürüş etməsi, “Artsaxın müstəqillik günü” münasibətilə “Biz ölkənizi tam dəstəkləyirik”, deyə erməniyönlü ABŞ konqresmenlərinin mesajı, Amerika Konqresində separatçı “diplomat” David Babayanın sentyabrın 19-da nəzərdə tutulan görüşünün təşkili, radikal ermənilərin son mitinqlərdə Azərbaycana Qarabağla bağlı - “Qarabağ Azərbaycan tərkibində ola bilməz”, “Qarabağla Ermənistan arasında daimi koridor olmalıdır”, “Ermənistan Qarabağın təhlükəsizliyində iştirak etməli və silahsızlaşdırma baş verməməlidir”, deyə üç “şərt” irəli sürmələri, yeni yolda “meydan sulayan” əli silahlı separatçı “polislər”, Paşinyanın “Artsaxın müstəqillik günü” münasibətilə separtçılara ünvanladığı məktubda “Dağlıq Qarabağ probleminin mahiyyəti Dağlıq Qarabağ ermənilərinin hüquqlarının qorunacağı təhlükəsiz şəraitdə yaşamağını təmin etməkdir. Artsax ermənilərinin təhlükəsizliyi və hüquqları təmin və Dağlıq Qarabağın statusu müəyyən olunmayana qədər problem həll olunmuş hesab edilə bilməz... Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağda etnik təmizləmə siyasətinin qarşısının alınması üçün səy göstərməyə borcludur”, deməsi və nəhayət, Moskvanın erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanı qəflətən yoxdan var edib Xankəndidə zühur etdirməyi erməniləri indi ruhlandırıb, daha doğrusu küyləndirib qoyub dağın başına. Bu arada, son Brüssel görüşündən bir gün əvvəl Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın erməni mediasında Qarabağla bağlı baş verənlərə öz mövqeyini ifadə edən “Fatalizm və cahillik: Ermənistanın keçmiş XİN başçısı hakimiyyətin Dağlıq Qarabağla bağlı səhvlərini izah edib” başlıqlı yeni analitik məqalə ilə çıxış etməsi də təsadüfi hesab edilə bilməz. Çünki bu yazıda keçmiş nazir Paşinyanın səhvlərini sadalamaqla yanaşı, hazırki məqamda ona mümkün çıxış yolunu da göstərir. Məsələn, Oskanyana görə Azərbaycanın Ermənistana ünvanladığı beş təklifə İrəvan cavab olaraq danışıqlar üçün, “Dağlıq Qarabağın gələcək statusu, Şuşa və Hadrutun Dağlıq Qarabağın ayrılmaz hissələri kimi taleyi, erməni vətəndaşlarının Azərbaycan əsirliyindən azad olunması, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın suveren ərazisindən çıxarılması, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların bərpa edilməsi imkanı, sülhməramlı qüvvələrin Dağlıq Qarabağda mövcudluğunun vaxtı” və s. kimi məsələləri qaldırmalıdır. Oskanyan əminliklə bildirir ki, bu mövzularda diplomatik və ya hərbi qarşıdurmaya səbəb ola biləcək heç bir bənd yoxdur və Ermənistanın yanaşmaları vasitəçilər tərəfindən adekvat qəbul edilə bilər. Görünür elə həm də bunun nəticəsidir ki, Paşinyan Brüsseldən dönən kimi Ermənistan və Azərbaycan arasında münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş üçün əsaslı işi gücləndirməyə razılaşdığı və Xarici İşlər nazirlərinə bir ay müddətində mətn layihələri üzərində işləmək üçün görüşmək tapşırığı verildiyi halda, daha çox sülhə zidd olan fikirlər irəli sürmüş oldu. Ancaq Xankəndidəki separatçıbaşlara görə Vardanyan sadaladığımız bu küyləndirici amillərin sırasında məhz Moskvadan göndərildiyi üçün daha gözəçarpanı və ümidvericisidir. Ancaq Vardanyanın “dünya erməniliyinin mərkəzi” adlandırdığı “Artsax”a yardım üçün çağırış etdiyi dünya hayları yaxşı dərk etməlidirlər ki, “Artsax” adı ilə göndərəcəkləri vəsait daha çox Moskvaya olunan yardım olacaq. Kim bilir, bəlkə də elə Vardanyanı bu işə təhkim edən Moskva iqtisadiyyatının ağır durumda olması səbəbindən “sülhməramlıları” maddi baxımdan təmin etmək üçün bu varianta əl atıb. Vardanyanı Moskvanın göndərdiyini təsdiq edən digər bir detal isə onun Rusiya vətəndaşlığından çıxmasını bəyan etməsidir. Əlbəttə, əks təqdirdə onun bu addımı 22 fevral 2022-ci ildə imzalanmış Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin 11-ci - “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar”, bəndinə zidd olardı. Bütün son olanların fonunda ermənilərin “köpünü” almaq üçün Azərbaycan ordusu növbəti antiterror əməliyyatı keçirərək, bu dəfə ən azı Ağdərəni azad etməli və Azərbaycan torpağında qoca çinara söykənib “xoruzlanan” Vardanyanı kinorejissor Zakaryanın gününə salmalıdır...
5-09-2022, 01:46
Ukraynada daha 3 yaşayış məntəqəsi ruslardan təmizləndi


Ukraynada daha 3 yaşayış məntəqəsi ruslardan təmizləndi

Ukrayna ordusu üç yaşayış məntəqəsini işğaldan azad edib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski gecə videomüraciətində bildirib. Məlumata görə, cənubda iki, şərqdə bir yaşayış məntəqəsi ruslardan təmizlənib. O, konkret hansı kəndlərin azad edildiyini deməyib. Zelenski bildirib ki, bazar günü keçirilən görüşdə hərbi komandirlər və kəşfiyyat rəhbərindən “yaxşı xəbərlər” alıb. Zelenski Donetsk vilayətinin şərqindəki yaşayış məntəqəsinin azad edilməsinə, Lisiçansk-Siversk istiqamətində “müəyyən yüksəkliklərin” alınmasına və iki cənub yaşayış məntəqəsinin azad edilməsinə görə Ukrayna ordusuna təşəkkür edib. Qeyd edək ki, Ukrayna prezident aparatının rəhbərinin müavini Kirilo Timoşenko "Facebook" səhifəsində Xersonda bayraq qaldıran hərbçinin fotosunu yayımlayıb. O, fotonun Vısokopillya kəndində çəkildiyini bildirib.
5-09-2022, 01:44
Pakistanda yağış nəticəsində ölənlərin sayı 1300-ü keçib


Pakistanda yağış nəticəsində ölənlərin sayı 1300-ü keçib

Pakistanda iyunun 14-dən bəri davam edən musson yağışları nəticəsində həyatını itirənlərin sayı 1314 nəfərə çatıb. Bu barədə Pakistan Milli Fəlakət İdarəetmə Agentliyi məlumat yayıb. Ölənlərin 458-i uşaq, 262-si qadındır, 12703 nəfər isə yaralanıb. Daşqınlar ölkəyə 10-12,5 milyard dollar ziyan vurub. Yağışlar nəticəsində bir milyon 682 min 726 evə ziyan dəyib, onlardan 557 min 891-i tamamilə dağılıb. Ümumilikdə 5 min 735 kilometr yol, 246 körpü və 173 iş yeri dağıdılıb, 750 min 405 təsərrüfat heyvanı tələf olub. Yağışlardan 33,4 milyon insan zərər çəkib, 631 min 824 nəfər çadır şəhərciklərində yaşamaq məcburiyyətində qalıb.

5-09-2022, 01:43
Britaniyada böhran xəbərdarlığı - Fabriklərin 60%-i bağlana bilər


Britaniyada böhran xəbərdarlığı - Fabriklərin 60%-i bağlana bilər

Elektrik enerjisinin qiyməti həddindən artıq qalxdığı üçün Böyük Britaniyada fabriklərin 60%-dən çoxu bağlana bilər. Bu barədə "Bloomberg" agentliyi "Make UK" şirkətinin araşdırmasına istinadən məlumat yayıb. Ölkədə elektrik enerjisi qiyməti 100 faizdən çox artdığı üçün istehsalçıların yarısı çətinliklə üzləşib. “Mövcud böhran istehsalçıları seçim qarşısında qoyur. Dövlət kömək etməsə, onlar istehsal ya azaldacaq, ya da tamamilə dayandıracaq", - deyə agentlik bildirib. Araşdırmada Britaniyanın yeni hökumətinin təcili tədbirlər görülməsinə çağırış edilir. Xatırladaq ki, Britaniyada 2022-ci ildə oktyabrın 1-dən qazın bahalaşması ilə əlaqədar olaraq elektrik enerjisinin qiyməti 80% artacaq.
5-09-2022, 01:41
İsrail “Boeing 747”lərin uçuşuna qadağa qoydu


İsrail “Boeing 747”lərin uçuşuna qadağa qoydu

İsrail hökuməti hava çirkliliyini azaltmaq üçün “Boeing 747” və buna bənzər dörd mühərrikli təyyarələri qadağan etmək qərarına gəlib. Bu barədə "Reuters" məlumat yayıb. Uçuş qadağasının 31 mart 2023-cü ildə qüvvəyə minəcəyi gözlənilir. Dörd mühərrikli təyyarələrin istismarına müstəsna hallarda icazə veriləcək. İsrailin milli hava yolu şirkəti artıq "Boeing 747" təyyarələrini istismardan çıxarıb və uzun məsafəli marşrutlarda ikimühərrikli "Boeing 777" və "Boeing 787"lərdən istifadə edir.
5-09-2022, 01:39
Lerikdəki qəzada ölən qadınların fotoları


Lerikdəki qəzada ölən qadınların fotoları

Xəbər verdiyimiz kimi, bu gün Lerik rayonunun Günəşli kəndində turist avtobusunun qəzaya uğraması nəticəsində 8 nəfər ölüb. Dəhşətli qəzada ölən şəxslər rayonun Göyşaban kənd sakini Xəlilova Dilarə İslam qızı, Boladi kənd sakinləri Həşimova Sərvər Əhməd qızı, Axundova Saray İslam qızı, Ağayeva Təcrübə Ağababa qızı, Cəfərova Güldəstə Məmmədağa qızı, Rzayeva Səmayə Ağababa qızı və Tahirova Zərintac İslam qızıdır. Məlum hadisə nəticəsində daha 8 nəfər isə yaralanıb. Sürücü Səyyadov Səyyad Hacıbala oğlunun vəziyyəti stabilləşdiyindən palataya köçürülüb. Reanimasiyada olan 7 nəfərin vəziyyəti ağır olsa da, stabilləşməyə doğru gedir. Butov.az qəzada həlak olan şəxslərdən ikisinin fotosunu təqdim edir:


(Ağayeva Təcrübə Ağababa qızı)


(Tahirova Zərnitac İslam qızı)
5-09-2022, 01:35
Rusiya BMT qərargahının ABŞ-dan köçürülməsini tələb edir


Rusiya BMT qərargahının ABŞ-dan köçürülməsini tələb edir

BMT-nin mənzil-qərargahının Nyu-Yorkdan köçürülməsi məsələsi müzakirə olunur. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Xarici Siyasət Planlaması Departamentinin direktoru Aleksey Drobinin “Beynəlxalq Əlaqələr” jurnalına bildirib. Onun sözlərinə görə, BMT-nin Nyu-Yorkda keçirilən iclaslarında təkcə Rusiya deyil, həm də digər səbəblərdən ABŞ-ın etirazına səbəb olmuş ölkələr də iştirak edə bilmir. "Bu ölkələrin sayı artır və artmaqda davam edəcək”, - Drobinin vurğulayıb. Rusiya XİN rəsmisi xatırladıb ki, BMT-nin mənzil-qərargahının Nyu-Yorkda yerləşməsi qərara alınarkən Birləşmiş Ştatlar BMT Katibliyi ilə razılaşma əldə edib. Drobinin fikrincə, ABŞ bu sazişin müddəalarına əməl etmir. 2019-cu ildə ABŞ Rusiya nümayəndə heyətinin bütün üzvlərini BMT Baş Assambleyasına buraxmayıb. Kreml Vaşinqtonu beynəlxalq öhdəlikləri pozmaqda ittiham edib, Dövlət Duması isə BMT-nin baş qərargahının ABŞ-dan köçürülməsinə çağırıb.
5-09-2022, 01:33
Avropa İttifaqı Rusiyaya yeni səfir göndərir


Avropa İttifaqı Rusiyaya yeni səfir göndərir

Avropa İttifaqı (Aİ) Moskvadakı diplomatik missiyasının rəhbərini dəyişməyi planlaşdırır. Bu barədə TASS agentliyi məlumat yayıb. Bildirilir ki, almaniyalı səfir Markus Ederer diplomatik missiyasını başa vurub. Onun yerini Fransadan olan Rolan Qalyaraq tutacaq. “Avropa İttifaqının Moskvadakı missiyasının rəhbərinin dəyişdirilməsi planlaşdırılır. Markus Ederer Rusiyanı tərk edib və yaxın gələcəkdə bu vəzifəni Fransanın Malayziyadakı keçmiş səfiri Rolan Qalyaraq tutacaq. Onun bu vəzifəyə təyinatı iyun ayında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel tərəfindən təsdiqlənib”, - TASS-ın Brüsseldəki diplomatik mənbəsi bildirib.

5-09-2022, 01:31
Ərdoğan Yunanıstanla bağlı təcili iclas çağırdı


Ərdoğan Yunanıstanla bağlı təcili iclas çağırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bazar ertəsi hökumətin iclası keçirəcək. Bu barədə TRT kanalı məlumat yayıb. İclas zamanı Yunanıstana qarşı mümkün tədbirlər müzakirə ediləcək. Məlumatda qeyd olunub ki, cari ilin əvvəlindən Yunanıstan Hərbi Hava Qüvvələri Türkiyəyə qarşı 1123 dəfə təxribat törədib.
5-09-2022, 01:30
Rusiyaya qarşı 8-ci sanksiyalar paketi hazırlanır


Rusiyaya qarşı 8-ci sanksiyalar paketi hazırlanır

Ukrayna Prezident Volodimir Zelenski və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen arasında telefon danışığı olub. Bu barədə Zelenski özünün "Twitter" hesabında məlumat yayıb. Telefon danışığı zamanı Avropa İttifaqının Rusiyaya qarşı səkkizinci sanksiyalar paketi müzakirə edilib. "Biz Rusiya vətəndaşlarına vizaların verilməsinə qadağa da daxil olmaqla səkkizinci sanksiyalar paketinin hazırlanmasını müzakirə etdik”, - Zelenski deyib. Bundan əlavə, müzakirə zamanı Rusiyanın neft və qaz satışından əldə etdiyi gəlirlərin məhdudlaşdırılması məsələsinə də toxunulub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!