5-09-2022, 01:26
FHN yanğınlarla bağlı son vəziyyəti açıqladıFövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində İsmayıllı rayonunun Bəhliyan kəndi istiqamətində baş vermiş yanğın söndürülüb. Bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, yanğın nəticəsində təxminən 30 hektar sahədə kol-kos yanıb, ətraf ərazilər yanğından mühafizə olunub. Bununla yanaşı, Qəbələ rayonunun Tikanlı kəndi və Oğuz rayonunun Baş Daşağıl kəndi istiqamətində baş vermiş yanğınlarla mübarizə tədbirləri davam etdirilir. Həmçinin, Zaqatala rayonunun Yuxarı Tala kəndi istiqamətindəki yanğınla əlaqədar hazırda tüstü mənbələrinin tam söndürülməsi üzrə tədbirlər davam etdirilir.
5-09-2022, 01:22
Lerikdəki qəzada xəsarət alanların vəziyyəti ağırdır
Lerik rayonunun Günəşli kəndində baş verən qəzada xəsarət alanların müalicəsi TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 3 nəfər də Lənkəran Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib. Beləliklə, xəstəxanada müalicə alanların sayı 8-ə (7-si qadın, 1-i kişi) çatıb. Hazırda 8 nəfərin müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır. Onlardan 7 nəfərin (hər biri qadın olmaqla) vəziyyəti ağır, 1 nəfərin (kişi olmaqla) vəziyyəti isə orta ağır qiymətləndirilir. Xəstəxanaya yerləşdirilən şəxslərin diaqnozları əsasən üz, baş və bədən nahiyələrində olan yaralar, sümük sınıqları, travmatik şok, qapalı kəllə-beyin travması, döş qəfəsinin travması, beyin sirkələnməsi, çox saylı qabırğa sınıqları ilə bağlı olub.
5-09-2022, 01:20
Paşinyan Rusiyaya gedirSentyabrın 7-də Vladivostokda Şərq İqtisadi Forumunun plenar iclası keçiriləcək. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. İclada Ermənistanın Baş naziri Nikol Paşinyan, Rusiya Prezidenti Vladimir Putin, digər dövlət və hökumət başçıları iştirak edəcək. Gün ərzində Vladimir Putinin konfransa dəvət olunmuş xarici liderlərlə ikitərəfli görüşləri də nəzərdə tutulub. İkitərəfli və regional gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparılacaq. Məlumata görə, telekonfrans vasitəsilə Myanma, Monqolustan, Çin, Hindistan və Malayziya liderləri də sessiyada iştirak edəcək.
5-09-2022, 00:54
Ermənilər yenidən Kəlbəcəri atəşə tutdular
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib. Sentyabrın 4-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
5-09-2022, 00:51
İsrail Türkiyə ilə razılaşmanı təsdiqlədi
İsrailin Nazirlər Kabineti aviaşirkətlərin Türkiyəyə uçuşlarının bərpasına dair saziş layihəsini təsdiqləyib. Bu barədə İsrailin Baş naziri Yair Lapid twitter səhifəsində məlumat paylaşıb. “Bu gün hökumət Türkiyə ilə İsrail arasında hava nəqliyyatının bərpasına dair sazişi təsdiqləyib. Bundan sonra İsrail aviaşirkətləri İstanbula və Türkiyənin digər şəhərlərinə, eləcə də əks istiqamətdə uçuşlar həyata keçirə biləcəklər”, - deyə Baş nazir vurğulayıb.
5-09-2022, 00:50
Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi
Bakı şəhərinin Xətai rayonunda yanğın olub.
Butov.az xəbər verir ki, Yeromenko küçəsi 56 ünvanında yerləşən 24 mərtəbəli yaşayış binasının zirzəmisində elektrik lövhəsində yanğın baş verib. Tüstülənmiş zonada qalmış 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub. FHN yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın söndürülüb. Mənzillər yanğından mühafizə olunub.
5-09-2022, 00:48
Qonşu ölkənin meşələri yanır
Gürcüstanda bir neçə yerdə eyni anda meşə yanğınları başlayıb.
Butov.az xəbər verir ki, qonşu ölkənin Tetricğaro, Kvareli, Mestia və Çoxatauri bələdiyyələrinin ərazisindəki meşə sahələrində yanğın baş verib. Fövqəladə Hallar İdarəsi hadisə yerinə yanğınsöndürmə qruplarının səfərbər olduğunu bildirib. Bundan əlavə, Çoxatauri bələdiyyəsinin Zemo Xeti ərazisində, Mestia bələdiyyəsinin Latali, Kvareli bələdiyyəsinin Şilda, Tetricğaronun isə Asureti kəndində yanğın ocaqlarının söndürüldüyü deyilir. Fövqəladə Hallar İdarəsi digər ərazilərdə yanğının lokallaşdırılması işlərinin davam etdirildiyini qeyd edib.
5-09-2022, 00:46
Şəhidlərimiz anıldıTorpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərimizin ruhlarına ehtiram məqsədilə anım mərasimləri keçirilib. Vətən Müharibəsi Qəhrəmanı şəhid Zaur Nudirəliyev və şəhid Rüfət Əsgərovun xatirələrinə həsr olunan mərasimlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, eləcə də Heydər Əliyev adına Hərbi İnstitutun şəxsi heyəti iştirak ediblər. FHN-nin mətbuat xidmətindən bildiriblər ki, mərasimlərdə əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirlərdə çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar. Mərasim iştirakçılarına şəhidlərimizin şərəfli ömür və döyüş yolundan bəhs edən videoçarxlar təqdim edilib. Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Prezident İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Anım mərasimlərində şəhidlərimizə həsr olunan şeirlər, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər ifa olunub.
5-09-2022, 00:40
Çeçen döyüşçülər Donetskdə hücuma keçdiÇeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Donetsk ərazisində hücuma başlandığını elan edib. Bu barədə Kadırov Telegram kanalında məlumat yayıb. Onun sözlərinə görə, hücum "Axmat" xüsusi təyinatlıları və digər korpuslar tərəfindən təşkil edilib. Qeyd olunub ki, qırıcılar Soledar, Yakovlevka və Seversk istiqamətində aktiv şəkildə hərəkətə keçib.
5-09-2022, 00:37
Rusiyanın Çindəki səfiri istefa verdiRusiyanın Çindəki səfiri Andrey Denisov istefa verib.
Butov.az xəbər verir ki, diplomat tezliklə vəzifəsini tərk etmək qərarına gəlib. “Bəli, həqiqətən də, Çin Xarici İşlər Nazirliyinin və digər ölkələrin Pekindəki diplomatik nümayəndəliklərinin artıq bildirdiyi kimi, vəzifəmi yaxın vaxtlarda tərk edirəm”, - rusiyalı diplomat açıqlamasında deyib.