TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
28-09-2022, 19:46
Ankarada şəhidlərimiz anıldı


Ankarada şəhidlərimiz anıldı

Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən 27 Sentyabr - Anım Günü ilə əlaqədar Ankara şəhərində anma proqramı təşkil olunub. Butov.az xəbər verir ki, 700 nəfərin iştirak etdiyi tədbir Türkiyə Prezident Administrasiyasının Simfonik Orkestrinin tarixi binasında “Qarabağ Azərbaycandır!” şüarı ilə keçirilib. Mərasim Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsinə hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla başlayıb. Daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Şəhidlərimizin ruhuna dualar oxunub. Azərbaycanın qəhrəmanlıq tarixini, işğalçı Ermənistana qarşı xalqımızın birləşərək mübarizə aparmasını, Azərbaycan Ordusunun qəhrəman əsgərlərinin şücaətini əks etdirən video nümayiş olunub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbədən danışan Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxışında Ermənistanın 30 ilə yaxın davam edən işğal siyasəti nəticəsində Azərbaycana vurulmuş zərərdən, 1 milyona yaxın soydaşımızın məcburi köçkün olmasından danışıb. Səfir qeyd edib ki, bütün bunlara baxmayaraq, Azərbaycan heç bir zaman qələbə əzmini itirmədi və Ermənistanın növbəti provokasiyasına cavab olaraq 27 sentyabr 2020-ci il tarixində başlayan 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad edib. Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım çıxışında Ermənistanın işğal dövründə Azərbaycan torpaqlarındakı dağıdıcı fəaliyyətlərindən bəhs edib. O xüsusilə vurğulayıb ki, Türkiyə hər zaman olduğu kimi Azərbaycanın yanında olmağa davam edəcək. Atası ilə onun keçdiyi şərəfli döyüş yolu ilə qürur duyduğunu ifadə edən Vətən müharibəsi şəhidi İlqar Vəlizadənin oğlu Fuad Vəlizadə bildirib ki, Qarabağ işğaldan azad olunduğu üçün bu gün bütün şəhidlərimizin ruhu şaddır. Vətən müharibəsi qazisi İlkin Rüstəmli bildirib ki, möhtəşəm Zəfərimizdən danışmaq qürurvericidir. Qazi bundan sonra da Vətən uğrunda döyüşməyə hazır olduğunu bildirib. Polkovnik Erhan Altunok iştirakçılar qarşısında çıxış edərək şəhidlərin qəhrəmanlığının mənəvi önəmini xüsusi qeyd edib. 27 Sentyabr - Anım Günündə göstərdikləri həmrəyliyə görə, iştirakçılara səmimi minnətdarlığını ifadə edən Azərbaycanın Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov əminliklə bildirib ki, məhz şəhid və qazilərimizin rəşadəti sayəsində doğma vətənimizin adı hər zaman zirvələrdə olacaq. Tədbir çərçivəsində Azərbaycan Ordusunun igidliyini tərənnüm edən fotoşəkillərdən ibarət sərgi təşkil olunub. Anım mərasimi şəhidlərin əziz xatirəsinə həsr olunmuş bədii proqramla yekunlaşıb. Tədbir Türkiyənin aparıcı media qurumları tərəfindən geniş işıqlandırılıb.






28-09-2022, 19:39
Ruslar Ukraynadakı qohumlarına qarşı döyüşəcəklər


Ruslar Ukraynadakı qohumlarına qarşı döyüşəcəklər

Rusiya hökuməti qismən səfərbərliklə bağlı vətəndaşları narahat edən bəzi məqamlara aydınlıq gətirib. Butov.az xəbər verir ki, hökumətin yaydığı məlumatda çağırış yaşında olan kişilərin ölkədən və yaşadığı regiondan çıxışına, habelə hərbi xidmətə çağırılmış şəxslərdən başqa digərlərinin xarici pasport almasına qadağa qoyulmadığı bildirilib. Qeyd olunub ki, oktyabr ayında müddətli hərbi xidmətdən ehtiyata buraxılacaq şəxslər qismən səfərbərliklə yenidən hərbi xidmətə çağırıla bilərlər. Bundan əlavə, müqavilə ilə hərbi xidmət keçmiş hərbçilər, 35 yaşınadək əsgər və çavuşlar, 50 yaşınadək kiçik rütbəli zabitlər, 55 yaşınadək yüksək rütbəli zabitlər, ilk növbədə, səfərbərliyə cəlb olunacaqlar. Hərbi xidmətə cəlb olunan əsgər və zabitlərin yuxarı yaş həddi 50, kiçik zabitlərin 60, yüksək rütbəli zabitlərin isə 65 yaş həddində müəyyən olunub. Məlumata görə, xaricdə və Ukrayna hərbçiləri arasında qohumları olanların səfərbərlikdən yayınma hüququ, könüllülər üçün sağlamlıq və yaşla bağlı məhdudiyyət yoxdur. Rəsmi açıqlamada o da qeyd olunub ki, ikili vətəndaşlığı olan şəxslər də səfərbərliyə cəlb olunacaqlar.
28-09-2022, 19:24
“Real Madrid”dən Ukraynaya 1 milyonluq dəstək


“Real Madrid”dən Ukraynaya 1 milyonluq dəstək

İspaniyanın "Real Madrid" futbol klubu Ukraynaya 1 milyon avrodan çox yardım ayırıb. Bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib. Vəsait Ukraynadakı müharibənin ağır fəsadlarının aradan qaldırılmasına xərclənəcək. Belə ki, ərzaq, dərman, çarpayı və digər humanitar ehtiyaclar alınacaq.
28-09-2022, 18:27
Kərim Vəliyev Gürcüstanın müdafiə naziri ilə görüşdü


Kərim Vəliyev Gürcüstanın müdafiə naziri ilə görüşdü

Gürcüstana rəsmi səfəri çərçivəsində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sentyabrın 28-də bu ölkənin müdafiə naziri Cuanşer Burçuladze ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan müdafiə nazirinin salamlarını Gürcüstanın müdafiə nazirinə çatdıran general-polkovnik K.Vəliyev iki ölkə arasında hərbi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin dostluq və qarşılıqlı etimad üzərində qurulduğu, dövlət başçılarının mütəmadi görüşlərinin əlaqələrimizin daha da güclənməsinə təkan verdiyi qeyd edilib. Qarşılıqlı maraqlara cavab verən bu münasibətlərin regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasına xidmət etdiyi bildirilib. Tərəflər Azərbaycan ilə Gürcüstan arasında hərbi əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini xüsusi qeyd edib, maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar. Görüşdən sonra Azərbaycan Ordusunun Baş Qərargah rəisi Tbilisinin mərkəzindəki Qəhrəmanlar meydanını ziyarət edib və Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların abidəsi önünə əklil qoyub.





28-09-2022, 18:23
Dövlət aqroparkının yaradılması planlaşdırılır


Dövlət aqroparkının yaradılması planlaşdırılır

Azərbaycanda dövlət aqroparkının yaradılması planlaşdırılır. Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin departament rəhbəri Əmir Məmmədov "Kənd təsərrüfatında innovasiyalar: aqroparklar" adlı tədbirdə deyib. Onun sözlərinə görə, Yevlaxda yerləşəcək aqroparkın yaradılması üzrə pilot layihə artıq hazırdır. "Aztəminatlı ailələrə dəstək məqsədilə bağların yaradılması üçün 60 ailəyə 60 hektar torpağın verilməsi nəzərdə tutulur. Aqropark "ağıllı" texnologiyalar əsasında tikiləcək. Onun ərazisində aqroturizmin inkişafı üçün zəruri infrastrukturun yaradılıması planlaşdırılır", - deyə o bildirib.
28-09-2022, 18:21
Səbuhinin qardaşı şəhid ailəsi sayılmır - Nazirlik


Səbuhinin qardaşı şəhid ailəsi sayılmır - Nazirlik

Səbuhi Əhmədovun qardaşı şəhid ailəsi statusuna aid deyil. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Haşımov bildirib. Nazirlik rəsmisi şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun ona dövlət tərəfindən təqdim edilən mənzildən imtina etməsi ilə bağlı sualı cavablandırıb. M.Haşımov deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə ona imtiyazlı şəxs kimi mənzilin verilməsi üçün bir neçə dəfə əyani, bir neçə dəfə telefonla danışılıb, qanunvericilik izah edilib."Sənana qanunvericilikdə şəhid ailəsi statusunun kimlərə şamil edildiyi, bu statusun hansı qurum tərəfindən verildiyi izah edilib. Həmçinin həssas qruplardan olan internat məzunlarının mənzillə təmin edilməsi üçün meyarlar haqqında da onunla danışılıb. Sənanın təlim və tərbiyə aldığı “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası Nizamnaməsinə görə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisə statusunda deyil. Buna baxmayaraq, dövlətin qayğısının bir daha təzahürü olaraq Sənan Fuad oğlu Əhmədovun sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Nazirlik hazırda mümkün olan təklifi – sosial tərəfdaş vasitəsilə təqdim olunan 1 otaqlı mənzili ona təklif edib. Sənan bundan imtina edərək 2 otaqlı mənzil istədiyini bildirib. Sənana qanunvericiliyin tələbləri barədə bir daha ətraflı məlumat verilib", - deyə M.Haşımov qeyd edib.
28-09-2022, 18:18
Bu heyvanların ovlanması qadağan olundu


Bu heyvanların ovlanması qadağan olundu

Dağıstan və Şərqi Qafqaz turunun builki ov mövsümündə ovlanmasına icazə verilməyəcək. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev “Ekspert saatı”nda deyib. Onun sözlərinə görə, həmin heyvan növlərinin sayımı aparılıb: “İlkin müşahidələr onu deməyə əsas verir ki, həmin növlərin sayında nisbətən azalma var. Ona görə də həmin heyvanların ov predmeti sayılması məqbul hesab edilməyib”.
28-09-2022, 18:16
Ukraynadan ən çox qaçqın Rusiyaya gedib - BMT


Ukraynadan ən çox qaçqın Rusiyaya gedib - BMT

2022-ci ilin fevralın 24-dən sentyabrın 27-dək Ukraynadan Avropaya ümumilikdə 7,53 milyondan çox qaçqın gəlib. Bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) hesabatında qeyd edilib. BMT QAK-a daxil olan məlumata görə, ən çox qaçqını Rusiya qəbul edib. Bundan əlavə, Polşa, Almaniya, Çexiya, İtaliya, Türkiyə, İspaniya, Bolqarıstan, Böyük Britaniya, Fransa kimi ölkələr Ukrayna vətəndaşlarını qəbul edib.
28-09-2022, 18:13
İranda etirazçılar polkovniki öldürdü


İranda etirazçılar polkovniki öldürdü

İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) polkovniki Mohsen Dalvənd öldürülüb. Butov.az xəbər verir ki, təcrübəli zabit etirazçılar tərəfindən qətlə yetirilib. Məlumata görə, hadisə Mohsen Dalvənd Sərdəşt şəhərində baş verib. Polkovnik bir neçə güllə yarası alıb və yerindəcə keçinib. İnsident zamanı onun 4 cangüdəni də yaralanıb. Qeyd edək ki, ötən həftə İranda “Əxlaq” polisi tərəfindən hicab bəhanəsilə 22 yaşlı Məhsa Əminin qətlə yetirilməsindən qəzəblənən xalq küçələrə axışaraq hökumət əleyhinə aksiyalar keçirir. Nümayişlər zamanı 80-ə yaxın dinc etirazçı polislər tərəfindən öldürülüb.
28-09-2022, 18:10
Almaniya Ukraynaya yeni hərbi yardım ayırdı


Almaniya Ukraynaya yeni hərbi yardım ayırdı

Almaniya Ukraynaya ayırdığı yeni hərbi yardım paketini açıqlayıb. Bu barədə Almaniya hökuməti məlumat yayıb. Yardım paketinə 10 körpü sistemi, 90 ağır qoşqu, 6 MG3 pulemyotu, 20 min 40 mm-lik qumbaraatan daxildir. Qeyd edək ki, daha əvvəl Almaniya kansleri Olaf Şolts rəsmi Berlinin Ukraynaya tanklar verməməyinin səbəbini izah etmişdi. O bildirmişdi ki, bu addım müharibənin daha da genişlənməsinə şərait yaratmamaq üçündür. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında savaş bu il fevralın 24-də başlayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!