23-09-2022, 21:12
İranda aksiyalarda ölənlərin rəsmi sayı açıqlandı İranda son günlər baş verən aksiyalarda 17 nəfər ölüb, 95 nəfər yaralanıb. Bu barədə İran dövlət mediası məlumat yayıb. Müstəqil müşahidəçilər ölənlərin daha çox olduğunu düşünür. Bildirilir ki, mitinqlərdə 61 təcili tibbi yardım və 25 yanğınsöndürən maşın yandırılıb. Xatırladaq ki, İranda sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ölkədə böyük etirazlara səbəb olub. Aksiyalar Tehran, Təbriz, İsfahan, Şiraz, Kirman və digər böyük şəhərləri əhatə edib.
23-09-2022, 21:10
Conson Zelenski ilə Putini səhv saldıBöyük Britaniyanın keçmiş baş naziri Boris Conson postunu tərk etdikdən sonra ilk dəfə İcmalar Palatasında mühafizəkar deputat kimi çıxış edib.
Butov.az xəbər verir ki, o, çıxışında Rusiyanın Ukraynaya hücumlarından bəhs edib. Conson Ukrayna Prezidenti Volodimir Zelenskiyə işğala qarşı uğurla müqavimət göstərdiyinə görə təşəkkür etmək istəyərkən səhvən Rusiya lideri Vladimir Putinə minnətdarlığını bildirib. O, "Putinə ilhamverici liderliyinə görə təşəkkür edirəm" deyib. Conson daha sonra “Volodomir Zelenskiyə təşəkkür edirəm, məni bağışlayın” deməklə səhvini düzəldib.
23-09-2022, 21:09
Ceyhun Bayramov Mirzoyanla nələri müzakirə etdiyini açıqladı“Sentyabrın 19-da Nyu-York şəhərində ABŞ-ın dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdüm. Müxtəlif məsələləri müzakirə etdik”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov AzTV-yə müsahibəsində deyib. Nazirin sözlərinə görə, üçtərəfli görüşdə Ermənistanın sərhəddə törətdiyi son təxribatlar geniş müzakirə olunub: “Görüşdə əsas müzakirə mövzularından biri delimitasiya olunmamış dövlət sərhədindəki qarşıdurma və onun nəticələri idi. Biz bu barədə mövqeyimizi bildirdik. Razılaşmaların, o cümlədən Brüssel formatında əldə olunmuş razılıqların ləngiməsinə diqqət çəkdik”. Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Azərbaycan Silahlı Qüvvələri adekvat cavab tədbirləri görüb. Nəticədə Ermənistan silahlı qüvvələrinin 207 hərbçisi ölüb, 293 nəfər yaralanıb, 20 hərbçi əsir, 2 nəfər isə itkin düşüb. Hazırda sərhəddə vəziyyət sabitdir, atəşkəsə əməl olunur. Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu şəhid olub, 281-i yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
23-09-2022, 21:07
Külək ağacı aşırdı - 3 yaşlı uşaq və yeniyetmə öldüTovuzda irigövdəli ağacın aşması iki nəfərin ölümünə səbəb olub.
Butov.az xəbər verir ki, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb. Məlumata görə, güclü küləyin aşırdığı ağac 2005-ci il təvəllüdlü Telman Allahverdiyevin və 2019-cu il təvəllüdlü F.Zeynalovun üzərinə aşıb. Nəticədə hər iki şəxs aldığı xəsarətdən hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır.
23-09-2022, 21:05
Neft sürətlə ucuzlaşır - 87 dollardan aşağı düşdü
Dünya bazarında neftin qiyməti 4%-ə qədər enib. Brent markalı neft yanvarın 25-dən bəri ilk dəfə bir barel üçün 87 dollardan aşağı düşüb.
Butov.az xəbər verir ki, beynəlxalq ticarət məlumatlarına görə, WTI markalı neft yanvarın 11-dən bəri ilk dəfə olaraq 80 dollardan ucuzlaşıb, 79,78 dollar olub. Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 3,71% azalaraq bir barel üçün 87,1 dollar olub, daha sonra isə 87 dollardan aşağı düşüb.
23-09-2022, 21:03
Şəhid ailələrinə qarşı dələduzluq - 7 il həbs verildiBakı Ağır Cinayətlər Məhkəməsində şəhid ailələrinə qarşı külli miqdarda dələduzluqda təqsirləndirilən Fərid Abdinovun işi üzrə məhkəmə prosesi başa çatıb.
Butov.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə F.Abdinov 7 il azadlıqdan məhrum edilib. İttihama görə, vətəndaşlar Ü.Əsədova, K.İsmayılova və E.Eynullayev Daxili İşlər Nazirliyinə müraciət edərək Bakı şəhər sakini Fərid Abdinovun onlara müxtəlif vədlər verərək etibarlarından sui-istifadə etməklə külli miqdarda pul vəsaitlərini ələ keçirdiyini bildiriblər. DİN-dən verilən məlumata əsasən, vətəndaşların şikayətləri araşdırılıb və onların Fərid Abdinov barədə qeyd etdikləri qanunsuz əməllər təsdiqini tapıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmış, Fərid Abdinova ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaqla müəyyən edilib ki, Fərid Abdinov dələduzluq yolu ilə zərərçəkənlərin ümumilikdə 178 min manat pulunu ələ keçirib.
23-09-2022, 21:01
İranda hakimiyyətə dəstək aksiyaları keçirilibİranın paytaxtı Tehranda hakimiyyətə dəstək mitinqləri keçirilib.
Butov.az xəbər verir ki, “Mehr” Agentliyinin məlumatına görə, cümə namazından sonra aksiyaya çıxanlar ölkədə xaricdən təşkil olunmuş iğtişaşları pislədiklərini bəyan ediblər. Yürüş iştirakçıları indiyədək bir neçə təhlükəsizlik əməkdaşının ölümü ilə nəticələnmiş iğtişaşların zorakı hərəkətlərinə qəzəbləndiklərini bildiriblər. Qeyd edək ki, sentyabrın 16-da Tehranda hicab qaydalarına əməl etmədiyinə görə polis tərəfindən saxlanıldıqdan sonra döyülən və komaya düşərək həyatını itirən 22 yaşlı Mehsa Əmini adlı qızın ölümü ölkəni etiraz aksiyalarına bürüyüb. Çevik polis qüvvələri nümayişçilərin qarşısını almağa çalışarkən bir neçə şəhərdə qarşıdurma yaşanıb. Mehsa Əmininin ölümünə etiraz olaraq bəzi qadınlar saçlarını kəsib. Aksiyalar Tehran, Pave, Bane, Mehabad, Rəşt şəhərlərində davam etdirilir. Etnik kürdlərin çox olduğu Kürdistan, Kirmanşah, İlam və Qərbi Azərbaycan əyalətlərində də insanlar etirazlara başlayıb.
23-09-2022, 21:00
Moskva hər şey edir ki, nüvə silahından istifadə olunmasın - KremlRusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksandr Venediktov bildirib ki, Kreml öz günahı olmadan nüvə raketlərindən istifadə risklərini minimuma endirmək üçün hər şeyi edir.
Butov.az xəbər verir ki, Venediktov bunu cümə günü Kuba raket böhranının 60-cı ildönümünə həsr olunmuş konfransda deyib. “SSRİ ilə ABŞ arasında qarşıdurma başa çatdıqdan sonra keçmiş kimi görünən nüvə təhlükəsi üfüqdə yenidən peyda olub. Qeyd edirəm ki, bu, heç bir halda Rusiyanın günahı deyil”.
23-09-2022, 20:57
Döyüşə çağırılan rus gənc intihara cəhd etdi Rusiyanın paytaxtı Moskvada hərbi xidmətə çağırış vərəqəsi alan 25 yaşlı şəxs intihara cəhd edib.
Butov.az xəbər verir ki, Nikita adlı gənc əvvəl hiddətlənib və spirtli içki qəbul etməyə başlayıb. O, bir müddət sonra sərxoş vəziyyətdə damarlarını kəsərək eyvandan özünü atmağa çalışıb. Lakin son dəqiqədə anası onun həyatını xilas edib və təcili tibbi yardım xidmətinə zəng vurub. Nikita xəstəxanaya çatdırılıb, həkimlərin müdaxiləsi nəticəsində onu həyata qaytarmaq mümkün olub.
23-09-2022, 20:54
ATƏT rəsmiləri Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etdilərAzərbaycan-Ermənistan sərhədində sentyabrın 12-13-də baş verən gərginliyi ATƏT-in fəaliyyətdə olan sədri və üzv ölkələrin XİN başçıları müzakirə ediblər.
Butov.az xəbər verir ki, məlumatı ATƏT-in saytı yayıb. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau, İsveçin xarici işlər naziri Ann Linde, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə yanaşı ATƏT-in Baş katibi Helqa Mariya Şmidt də iştirak edib. Məlumata görə, diplomatlar ATƏT-in bu istiqamətdə daha fəal iştirakının vacibliyindən danışıblar. Onlar Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının davam etməsinin aktual olduğunu qeyd edərək bu istiqamətdə ATƏT-in regiondakı təcrübəsini xatırladıblar. Qeyd edək ki, görüş BMT Baş Assambleyasının 77-ci sessisyası çərçivəsində baş tutub.