Bakıda obyekt yanır .....                        Pensiya və maaş artımı neçə nəfəri əhatə edəcək? .....                        Prezident “AzerGold”la bağlı sərəncam imzaladı .....                        Elçin Quliyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşüb - FOTO .....                        Pezeşkian Rusiya Baş nazirinin müavinini qəbul edib .....                        Kanal-11 internet TV-nin rəhbərinə 9 il həbs istənildi .....                        Azərbaycan və Serbiya XİN başçıları müzakirə apardılar .....                        Ceyhun Bayramov Səfirlər Konfransında çıxış edib .....                        Naxçıvanda istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM .....                       
19-09-2022, 19:05
Putin aksiyalardan sonra İrəvana müraciət ünvanladı


Putin aksiyalardan sonra İrəvana müraciət ünvanladı

"Rusiya Federasiyası ilə Ermənistan arasında dostluq, əməkdaşlıq davam edir". Bunu Rusiya Prezidenti Vladimir Putin İrəvanda keçirilən IX Rusiya-Ermənistan Regionlararası Forumunun iştirakçılarına ünvanladığı müraciətdə bildirib.“Ötən müddət ərzində Rusiya və Ermənistan müxtəlif sahələrdə konstruktiv əməkdaşlıqda geniş təcrübə toplayıb, ikitərəfli əlaqələrin yüksək müttəfiqlik səviyyəsinə çatdırılması vacibdir. İki ölkə arasında əlaqələr yüksək səviyyədədir”, - deyə Putin bildirib. Qeyd edək ki, son günlər Ermənistanda Rusiyaya qarşı etirazlar pik həddə çatıb. Ötən gün ABŞ bayraqları ilə İrəvan küçələrinə axışan ermənilər Rusiya və KTMT-də etirazlarını bildirib, prezident Vladimir Putinin şəkillərini cıraraq, onun üvanına təhqir dolu fikirlər səsləndiriblər.
19-09-2022, 19:03
Şəhid Səbuhinin qardaşı ilə bağlı yeni açıqlama


Şəhid Səbuhinin qardaşı ilə bağlı yeni açıqlama

Hərbi Prokurorluqda şəhid Səbuhi Əhmədovun qardaşı Əhmədov Sənan Fuad oğlunun sosial şəbəkələrdə yayılmış 14-15 sentyabr 2022-ci il tarixli videomüraciətləri ilə əlaqədar araşdırma davam etdirilir. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib."Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda qeyd edilib.
19-09-2022, 18:50
Ermənistan cəmiyyəti ölən əsgərlərin tam siyahısını tələb edir


Ermənistan cəmiyyəti ölən əsgərlərin tam siyahısını tələb edir

Ermənistanda əsgər valideynləri sentyabrın 12-13-də baş vermiş sərhəd döyüşlərində ölən hərbçilərin tam siyahısının dərc olunmasını tələb ediblər. Butov.az xəbər verir ki, əsgər valideynləri bununla bağlı sosial şəbəkələrdə fləşmob keçiriblər. “Müdafiə Nazirliyindən tələb edirik ki, yeni qurbanlarımızın adlarını dərhal dərc etsin, biz qəhrəmanlarımızı tanıyaq”, - fləşmob iştirakçıları bəyan ediblər. Ermənistan Müdafiə Nazirliyinin ilkin məlumatına görə, sərhəd döyüşlərində ölənlərin sayı 135 nəfərdir, lakin hələ də itkin düşənlər var. Yaralıların sayı barədə də məlumat verilmir.
19-09-2022, 18:32
Təxribat məqsədilə Laçında basdırılmış minalar aşkarlandı


Təxribat məqsədilə Laçında basdırılmış minalar aşkarlandı

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilər və təminat yolları Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 18-də Böyük İşıqlı dağının şimal-şərq hissəsindəki dərə boşluğunda 122 ədəd 2021-ci ildə Ermənistanda istehsal edilmiş Э-001 М tipli piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.


19-09-2022, 18:29
ANS-ÇM radiosu açılır? - Vahid Mustafayev: "Ümid edirəm ki, bu dəfə..."


ANS-ÇM radiosu açılır? - Vahid Mustafayev: "Ümid edirəm ki, bu dəfə..."

“Audiovizual Şura (keçmiş Milli Televiziya və Radio Şurası) birdən-birə üç radio tezliyini tenderə çıxarıb. Və sözsüz ki, ANS-ÇM də bu müsabiqədə iştirak edir. Düşünürəm ki, bu dəfə Azərbaycanı və azərbaycanlıları ən qabaqcıl dövlət və millət kimi göstərən, Qafqazda və Orta Asiyada ilk FM Radio olan ANS-ÇM tenderdə qalib gələ biləcək”. Bunu ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev bildirib. Onun sözlərinə görə, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Mustafayevin adını daşıyan ANS-ÇM Radiosu həm də bütün şəhidlərə olan xalq hörməti və ehtiramıdır.“Hamı bilir ki, ANS-ÇM Radiosu Çingizin qardaşları Vahid və Seyfulla Mustafayevlər tərəfindən yaradılıb və bütün fəaliyyət boyu yalnız Azərbaycan xalqının vətənpərvərliyi, özünüdərketmə prinsiplərini dəyərləndirməsinə, milli-mədəni irsimizin bu dinamik inkişaf edən dünyada layiqli yerini qazandırmağa və ümumiyyətlə, müasirliyə qulluq edib”.V.Mustafayev deyib ki, ANS-ÇM Radiosu "Döyüş Alnınıza Yazılıb" şüarının elçisi və daşıyıcısıdır.“Bu şüarla bizim daimi dinləyicilərimiz indi də hər an Vətəni qorumağa və bizə aid olan hər şeyi almağa qadirdir!”. V.Mustafayevin sözlərinə görə, Milli Qəhrəman Çingiz Mustafayev adına Radio eyni zamanda böyük bir media məktəbi idi.“Bu gün əksər radiolara rəhbərlik edən peşəkarlar məhz ANS-ÇM-in şinelindən çıxıb, fəaliyyətlərini bu sahədə peşəkarcasına davam etdirirlər. ANS-ÇM daim təlim və təhsil məsələlərinə diqqətlidir, şəxsən mən daim əməkdaşlarımın müasir media texnologiyalarına uyğun fəaliyyət göstərməsi üçün dayanmadan təlimlər keçirirdim. ABŞ, Böyük Britaniya, Almaniya və s. ölkələrdən mütəxəssisləri gətirərək Azərbaycan Radiosunun dünya birinciləri ilə bir sırada durmasına müvəffəq olmuşdum!”, - V.Mustafayev əlavə edib. Şirkət rəhbəri onu da deyib ki, Audiovizual Şuranın (keçmiş MTRŞ) nümayəndələri onların ofisinə gəlib baxış da keçiriblər.“Gəldilər, radiomuzun və ən müasir texnologiyalara arxalanan avadanlığı ilə tanış oldular və dedilər: "Siz həmişəki kimi hamıdan irəlidəsiniz. Xahiş edin yuxarıdan ki, sizə tezlik versinlər! Biz də ANS-ÇM-in fəaliyyətinin bərpasının tərəfdarıyıq, amma bu qərarı biz vermirik...".Hörmətli Audiovizual Şura əməkdaşları, bu dediklərinizi də etdik. Həmişəki kimi, müsbət qərarınıza inamla, Allah Azərbaycanı qorusun!”. Xatırladaq ki, keçmiş Milli Televiziya və Radio Şurasının 18 iyul 2016-cı il tarixli qərarı ilə ANS telekanalının yayımı dayandırılıb, ANS-ÇM radiosunun lisenziyası ləğv edilib. Daha sonra Bakı Apelyasiya Məhkəməsi MTRŞ-nın iddiası əsasında telekanalın da lisenziyasını ləğv edib.
ANS Şirkətlər Qrupuna məxsus digər jurnallar da o vaxtdan fəaliyyətini dayandırıb.
19-09-2022, 18:18
Şəhid Səbuhi modellik edibmiş


Şəhid Səbuhi modellik edibmiş

Sentyabrın 13-də Ermənistan ordusunun sərhəddə törətdiyi təxribat nəticəsində şəhid olan Səbuhi Əhmədovun yeni fotoları yayılıb. Butov.az xəbər verir ki, S.Əhmədov Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə könüllü kimi də fəaliyyət göstərib. Həmçinin, həvəskar model kimi də özünü sınayıb. Qeyd edək ki, 2 yaşında valideynlərini itirən Səbuhi Əhmədov qardaşı Sənan Əhmədovla birlikdə SOS uşaq evində böyüyüb. Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olmuş hərbçi Səbuhi Əhmədov İkinci Fəxri Xiyabanda dəfn olunub. 24 yaşlı şəhidin dəfn mərasimində böyük izdiham yaşanıb. Şəhidimizin fotoları:




19-09-2022, 18:13
Vətən müharibəsi qazisi vəfat etdi


Vətən müharibəsi qazisi vəfat etdi

Vətən müharibəsi qazisi vəfat edib. Bu barədə onun yaxınları məlumat veriblər. Qeyd edilib ki, doqquz aydır leykozdan əziyyət çəkən Səmədov Elnur Qalib oğlu dünən gecə saatlarında dünyasını dəyişib. Bu diaqnoz qaziyə 2022-ci ilin yanvar ayında qoyulmuşdu. Məlumat üçün bildirək ki, Səmədov Elnur 2020-ci ildə Vətən müharibəsində iştirak etmiş və Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə ayağından yaralanmışdı.
19-09-2022, 18:10
UNEC-də müəllimlərin maaşı 50 faiz artırılıb


UNEC-də müəllimlərin maaşı 50 faiz artırılıb

UNEC-də saathesabı qaydada dərs deyən müəllimlərin sosial rifahının yüksəldilməsi, maddi durumunun yaxşılaşdırılması və fəaliyyətlərinin stimullaşdırılması məqsədilə əməkhaqları artırılıb. Butov.az xəbər verir ki, UNEC-in Elmi Şurası saathesabı qaydada aparılan dərslərə görə (Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE), SABAH mərkəzi, BMDM, UNEC Biznes Məktəbi istisna olmaqla) müəllimlərə ödənilən məbləğin 2022/2023-cü tədris ilindən 50 faiz artırılması barədə qərar qəbul edib. Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində isə saathesabı qaydasında aparılan dərslərin hər saatına görə ödənişin məbləği 22 manatdan 27 manatadək yüksəldilib.
19-09-2022, 18:06
Son döyüşlərdə şəhid olan hərbçilərin kredit borcları silindi


Son döyüşlərdə şəhid olan hərbçilərin kredit borcları silindi

Bu ay Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olmuş Azərbaycan hərbçilərinin banklara olan bütün növ kredit öhdəlikləri və onlara hesablanmış faizlər tam silinib. Bu barədə "Azərbaycan Banklar Assosiasiyası"ndan (ABA) məlumat verilib. Bildirilib ki, bu məsələ qurumun Rəyasət Heyətinin sentyabrın 16-da keçirilmiş geniş tərkibdə iclasında müzakirə edilib. İclasda borcların silinməsi məsələsi yekdilliklə təsdiq edilib."ABA üzvləri bir daha Azərbaycan bank icmasının hər zaman olduğu kimi Prezidentin tapşırıqlarını və Azərbaycan Mərkəzi Bankının tövsiyələrini rəhbər tutaraq Şəhid ailələri və qazilərimizə, eləcə də vətənimizin düşməndən azad edilməsində iştirak edən hərbçilərimizə münasibətdə həssaslıq nümayiş etdirməyə davam edəcəklərini, işğaldan azad edilmiş torpaqlarımızda müasir bank-maliyyə infrastrukturunun qurulmasında bütün resursları ilə iştirak etməyə hazır olduqlarını bildiriblər", - deyə məlumatda qeyd olunub. ABA 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsəd üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyacının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.
19-09-2022, 18:03
Nensi Pelosinin İrəvandakı açıqlamaları separatizmə dəstəkdir


Nensi Pelosinin İrəvandakı açıqlamaları separatizmə dəstəkdir

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin belə həssas dövrdə Ermənistana səfəri, verdiyi açıqlamalar açıq-aydın separatizmə dəstəyin nümunəsidir. Bir müddət öncə Pelosi Tayvana səfər etməklə separatizmin dəstəkçisi olduğunu açıq nümayiş etdirmişdi. O növbəti belə səfəri Ermənistana edərək sülhü, xalqların birgəyaşayışını deyil, separatizmi dəstəklədiyini bir daha göstərdi. Heç şübhəsiz ki, bu səfərdə Pelosinin əsas məqsədi seçkiqabağı dövrdə erməni lobbisinin dəstəyini qazanmaqdır. Artıq 85 yaşı olan Pelosi təqaüdə çıxmaq barədə deyil, hələ də Konqresdə kürsüsünü qoruyub saxlamaq haqqında düşünür. Əslində reallıq, məsələnin mahiyyəti budur. Onun Ermənistanda verdiyi açıqlamalar bu fikri bir daha təsdiq edir. Qeyd etmək lazımdır ki, Pelosi hər zaman ənənəvi ermənipərəst mövqeyi ilə seçilib və onun Ermənistana səfər zamanı bütün diplomatik çərçivələri aşan açıqlama və iddiaları bir daha bunu göstərir. Ermənistanın ərazi bütövlüyünə belə təəssüb və dəstək nümayiş etdirən Pelosi bu qədər ədalətli və haqqın tərəfindədirsə, 30 illik Ermənistan işğalçılığı dövründə niyə səsini çıxartmadı, Azərbaycana səfər etmədi, ölkəmizə dəstək nümayiş etdirmədi, Azərbaycanlılara qarşı erməni vəhşiliyini pisləmədi? Əgər Pelosi haqqın və ədalətin tərəfdarıdırsa ermənilər işğal etdikləri ərazilərdə bütün yaşayış məskənlərini, infrastrukturu, qəbirləri, dini-tarixi abidələri dağıdarkən niyə bu vəhşiliyi pisləyən bəyanatlar vermədi? Azərbaycan 30 ilə yaxın müddətdə keçmiş Qarabağ münaqişənin sülh yolu ilə ədalətli həllinə çalışdı. Ancaq Ermənistan hər zaman bu cəhdləri pozdu. Nəhayət Azərbaycan özü BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini yetirərək torpaqlarını azad etdi. Həmin dövrdə biz Ermənistana qarşı hər hansı ittihamların səsləndirildiyinin şahidi olmadıq. Azərbaycan torpaqlarını azad etdikdən sonra ona qarşı bu cür ədalətsiz yanşamanın nümayiş etdirilməsinin səbəbi nədir? Sonda onu da qeyd edək ki, Pelosinin etdikləri səlibçi təfəkkürün parlaq nümunəsidir. Onun «timsah göz» yaşları isə bəsit auditoriyaya hesablanmış növbəti oyun və təxribatdır. Tarixdən hər kəsə məlumdur ki, tarix boyu türk xalqlarına qarşı soyqırımın; məhz ermənilər törədiblər. Ermənistanın soyqırımına məruz qalmasını iddia etmək ən azından saxtakarlıqdır. Bu kimi açıqlama və bəyanatlar bölgəyə sülhün gəlməsinə, təhlükəsizliyin təmin olunmasına ciddi mane olur.

Ceyhun Məmmədov,
Milli Məclisin deputatı
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!