17-09-2022, 22:55
“Qəbələ” “Sumqayıt”ı məğlub etdiFutbol üzrə Azərbaycan Premyer Liqasının VII turunda "Qəbələ" klubu doğma meydanda "Sumqayıt"ı qəbul edib.
Butov.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra xallarının sayını 12-yə çatdıran "Qəbələ" 4-cü pilləyə yüksəlib. 3 xalı olan "gənclik şəhəri" təmsilçisi 8-ci sırada yer alıb.
17-09-2022, 22:53
Atası restoran danışıb qayıdanda şəhid xəbərini aldıBu gün daha iki şəhidimizin adı açıqlanıb. Onlardan biri Nəcəfzadə Hüseyn Abbasqulu oğludur.
Butov.az xəbər verir ki, həmin şəhid nişanlı olub. Kəlbəcərdə şəhid olan leytenant Hüseyn Nəcəfzadənin oktyabrın 11-də toyu olacaqdı. O, nişanlı idi, hətta nikahı da olmuşdu. Atası toy üçün şadlıq sarayı danışıb qayıdanda oğlunun şəhid xəbərini eşidib. Nişanlısı isə bu xəbəri alanda ayaqları tutulub. Şəhidimiz bu gün doğulduğu Saray qəsəbəsində dəfn edilib.
17-09-2022, 22:50
Türkiyədən daha çox kömək istəyirik - ZelenskiUkrayna Prezidenti Volodimir Zelenski Qərb ölkələrini və digər dövlətləri ölkəsinə silah tədarükünü artırmağa çağırıb. Bu barədə o, "Reuters" agentliyinə müsahibəsində bildirib."Türkiyədən daha çox kömək olmasını istərdik, Cənubi Koreyadan daha çox kömək istərdik. Ərəb dünyasından, Asiyadan da kömək istərdik", - deyə Prezident vurğulayıb. Zelenski, həmçinin Almaniyada hərbi texnikanın tədarükü ilə bağlı müəyyən psixoloji maneələrin olduğunu vurğulayıb. O, eyni zamanda Ukraynanın sürətli əks-hücumunun yaxşı getdiyini diqqətə çatdırıb: "Müharibənin bitməsi barədə danışmaq tezdir".
17-09-2022, 22:48
Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyirTürkiyə Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyir. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan səfərindən sonra jurnalistlərə açıqlamasında bildirib."Məqsədimiz Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaqdır", - Prezident deyib. Ərdoğan qeyd edib ki, Türkiyənin ŞƏT sammitində iştirakı Özbəkistanın dəvəti ilə mümkün olub: "İndi növbəti proses bu məsələnin ən üst səviyyəsinə doğru bir addımdır. Bu addım təbii ki, qarşıdakı dövrə ev sahibliyi edəcək Hindistanda danışıqlarda daha yüksək səviyyədə ön plana çıxacaq".
17-09-2022, 22:46
Zəngilan hava limanının açılışı oktyabrda olacaq - Ərdoğan Oktyabr ayının 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılışı olacaq. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistandan qayıdandan sonra jurnalistlərə açıqlamasında bildirib. Prezident qeyd edib ki, hava limanının açılışında iştirak etmək üçün Azərbaycana səfər edəcək.
17-09-2022, 22:44
Almaniya Ukraynaya yeni artilleriya göndərəcək Almaniya hökuməti uzun tərəddüddən sonra Ukraynaya 18 ədəd artilleriya qurğusunun tədarük edilməsinə razılıq verib. Bu barədə "Welt am Sonntag" əldə etdiyi sənədlərə istinadən yazır. Bildirilir ki, yeni qərar əsasən Almaniya Ukrraynaya 216 milyon avro dəyərində 18 ədəd RCH-155 haubitsası verəcək. Qeyd olunur ki, silahları Ukraynanın müdafiə naziri Aleksiy Reznikov iyulun 14-də istəyib. Ukraynanın tələbi Almaniya hakimiyyəti tərəfindən dəfələrlə müzakirə edilib, lakin indiyədək heç bir qərar verilməmişdi. Artilleriya sistemi Almaniyanın "Krauss-Maffei-Wegmann" (KMW) şirkəti tərəfindən istehsal olunur. Bu silah hazırda Ukrayna ordusunun istifadə etdiyi "Panzerhaubitze 2000" artilleriya qurğusu kimi işləyir və eyni mərmilərdən istifadə edir.
17-09-2022, 22:42
Region ölkələrinin Azərbaycana dəstəyi vacibdir - ƏrdoğanErmənistanın Azərbaycana qarşı təxribatlarından əl çəkməsi, əvvəllər götürdüyü öhdəliklərə uyğun hərəkət edərək mümkün qədər tez sülh və əməkdaşlığa diqqət yetirməsi olduqca əhəmiyyətlidir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib."Arzumuz regionumuzda aparılan normallaşma proseslərini uğurla başa çatdırmaq, regional sülh və sabitliyi daimi olaraq təmin etməkdir. Bütün region ölkələrinin Qarabağ mövzusunda Azərbaycanın ərazi bütövlüyünə qeyd-şərtsiz və güclü dəstək verməsi vacibdir", - Türkiyə lideri deyib.
17-09-2022, 22:39
Hərbçilərimiz Türkiyədə təlimləri başa vurdularAzərbaycan Ordusunun daha bir qrup hərbi qulluqçusu Türkiyədə təlimləri başa vurub. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Təlimlər Çanaqqala şəhərində yerləşən 18-ci Motoatıcı Piyada Briqada Komandanlığında keçirilib. Açıqlamada bildirilib ki, “Qardaş Briqada” layihəsi çərçivəsində azərbaycanlı hərbçilər üçün keçirilən tədbirlər başa çatıb. Təlimlərin sonunda mükafatlandırma mərasimi keçirilib.
17-09-2022, 22:37
XİN: Hazırda atəşkəsə əməl olunurAzərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti arasında telefon danışığı olub. Bu barədə Azərbaycan XİN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, telefon danışığı zamanı tərəflər Ermənistanın təxribatları nəticəsində bölgədə yaranmış gərgin vəziyyəti müzakirə ediblər:"Nazir Ceyhun Bayramov 12 sentyabr tarixindən etibarən Ermənistanın silahlı qüvvələrimizin mövqelərini atəşə tutması və hücumları nəticəsində 79 nəfər hərbi qulluqçumuzun həlak olduğunu, bölgədə yaranmış gərginliyə görə məsuliyyətin Ermənistan üzərinə düşdüyünü diqqətə çatdırıb. Ermənistanın 44 günlük Vətən müharibəsindən sonra əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərə riayət etməməsi, habelə post-münaqişə dövründə normallaşma prosesinə yaratdığı maneələr və silsilə təxribatlar barədə məlumat verilib"."Hazırda atəşkəsə əməl olunduğu, Ermənistanın təxribatlardan çəkinməsinin və iki dövlət arasında məsələlərin danışıqlar yolu ilə həll edilməsinin əhəmiyyətli olduğu vurğulanıb. Azərbaycanın sülh gündəliyini irəlilədən və bölgədə yenidənqurma işləri aparan bir dövlət kimi Ermənistan ilə siyasi-diplomatik müstəvidə normallaşma prosesində maraqlı olduğu nazir tərəfindən diqqətə çatdırılıb", - rəsmi məlumatda qeyd olunub.
17-09-2022, 22:35
Putin Ukrayna ilə bağlı məqsədini dəyişəcək - Pentaqon Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibənin məqsədlərini dəyişmək məcburiyyətində qalacaq. Çünki hərbi məğlubiyyət və resursların çatışmazlığı Rusiyanın Kremlin ilkin niyyətlərinə nail ola bilmədiyini sübut edir.
Butov.az xəbər verir ki, bunu Pentaqonun kəşfiyyat rəhbəri general-leytenant Skott Berrier bildirib."İndi biz o yerə çatmışıq ki, fikrimcə, Putin öz "əməliyyatı"nın məqsədlərini yenidən nəzərdən keçirməli olacaq. Çünki indi tamamilə aydındır ki, o, əvvəllər etmək niyyətində olduğu planı həyata keçirməyə qadir deyil", - Berrier deyib. Pentaqon rəsmisi xatırladıb ki, Putin fevralın 24-də Kiyevi işğal etmək və qərbyönlü hökuməti devirmək məqsədi ilə Ukraynaya hücum edib. Halbuki, altı ay davam edən döyüşlərdən sonra Ukrayna qoşunları işğalçıları Xarkovdan qovmağa müvəffəq olub və onları hətta Rusiya ərazisinə qaçmağa məcbur edib."Ruslar mütləq işğal planlaşdırırdılar və bu, onları geri saldı",- deyən Berrier Putinin Rusiyada ümumi səfərbərlik istəmədiyini bildirib.