Kanal-11 internet TV-nin rəhbərinə 9 il həbs istənildi .....                        Azərbaycan və Serbiya XİN başçıları müzakirə apardılar .....                        Ceyhun Bayramov Səfirlər Konfransında çıxış edib .....                        Naxçıvanda istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM .....                        “Nidanın Gücü, Gücün Nidası!”: Yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı .....                        Azərbaycanda neçə "Tesla" avtomobili var? - QİYMƏTLƏR .....                        Sabahın hava proqnozu .....                        Qubadlı və Cəbrayılda modul tipli xəstəxanalar tikiləcək .....                        34 il sonra Xankəndidə Yeni il - FOTO .....                       
10-09-2022, 14:58
Uelsin yeni şahzadəsi məlum oldu


Uelsin yeni şahzadəsi məlum oldu

Böyük Britaniyanın yeni kralı III Çarlz oğlu Uilyamı Uels şahzadəsi elan edib. Bu barədə o, xalqa videomüraciəti zamanı bildirib. "Bu gün mən Uilyamı Uels şahzadəsi elan etməkdən qürur duyuram", - Kral deyib. Çarlz xaricdə yaşayan oğlu Harri və onun həyat yoldaşı Meqan Marka da sevgisini ifadə edib.
10-09-2022, 14:57
Kremldən gələn təhdidlərdən qorxmayaq - Mişel


Kremldən gələn təhdidlərdən qorxmayaq - Mişel

Rusiyadan gələn təhdidlər Avropa ölkələrini qorxutmamalıdır. Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Almaniya kansleri Olaf Şoltsla görüşdə deyib. Mişel Aİ-yə üzv ölkələrin Rusiyanın qalıq yanacaqlarından asılılığına son qoymaq üçün bir-biri ilə sıx əməkdaşlıq etdiklərini bildirib. "Sakit olmalıyıq. Kremldən gələn təhdidlərin bizi qorxutmasına imkan verməməliyik", - o qeyd edib. Mişel Rusiya qazına alternativlərin inkişaf etdirilməsi istiqamətində irəliləyiş əldə etdiklərini və qış aylarında baş verə biləcək enerji böhranı ilə bağlı narahatlıqları aradan qaldırmağa çalışdıqlarını söyləyib.
10-09-2022, 14:54
Rusiyanın “İsgəndər” raketləri tükənir


Rusiyanın “İsgəndər” raketləri tükənir

Rusiya ordusunun arsenalında 200-dən az “İsgəndər” raket sistemi qalıb. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin nümayəndəsi Vadim Skibitski bildirib. O qeyd edib ki, "İsgəndər" indi çox az istifadə olunur: "Bu raket sonuncu dəfə avqust ayında Belarus ərazisindən Kiyeviə atılıb". Skibitskinin sözlərinə görə, Rusiyanın 7 minə yaxın S-300 raketləri var. “Utilizasiyaya vəsait xərcləmək əvəzinə, onları bizim ərazimizə buraxırlar. Bizim hesablamalarımıza görə, bu raketlər onlara daha üç il kifayət edəcək”, - Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.
10-09-2022, 14:51
NATO şərq sərhədinə yeni qüvvələr yerləşdirir


NATO şərq sərhədinə yeni qüvvələr yerləşdirir

NATO şərq sərhədində yeni qüvvələr yerləşdirməyə başlayıb. Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib. Baş katib, Alyans üzvlərini uzun sürən münaqişəyə hazır olmağa çağırıb. “Biz Alyansın şərq hissəsində mövcudluğumuzu əhəmiyyətli dərəcədə gücləndiririk. Eyni zamanda, biz Moskvaya aydın siqnal göndəririk ki, NATO müttəfiq ərazisinin hər qarışını müdafiə edəcək”, - Stoltenberq Brüsseldə ABŞ dövlət katibi Entoni Blinkenlə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
10-09-2022, 14:47
“TurAz Qartalı” təlimi başa çatdı


“TurAz Qartalı” təlimi başa çatdı

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən “TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimi başa çatıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Döyüş təyyarələrinin taktiki-texniki xüsusiyyətlərinin üstünlüklərindən istifadə etməklə uçuşlar həyata keçirən hərbi pilotlarımız qardaş ölkənin hərbi pilotları ilə birgə verilən tapşırıqları peşəkarlıqla yerinə yetiriblər. Təlimdə plana uyğun olaraq şərti düşmənin hava və yer hədəfinin məhv edilməsi, kiçik və orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri, eləcə də müxtəlif epizodlar üzrə digər tapşırıqlar icra olunub. Hərbi pilotların təlimdə fəaliyyətləri təhlil edilərək təlim rəhbərləri tərəfindən yüksək qiymətləndirilib, iştirakçılara gələcək xidmətlərində uğurlar arzulanıb. Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.








10-09-2022, 14:41
ABŞ İrana yeni sanksiyalar tətbiq etdi


ABŞ İrana yeni sanksiyalar tətbiq etdi

ABŞ Albaniyaya qarşı kiberhücum təşkil etdiyinə görə İrana sanksiya tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, ABŞ və müttəfiqlərinə qarşı kiber fəaliyyətlərinə görə İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi, həmçinin nazir İsmail Xətib "qara siyahı"ya salınıb. Qeyd olunub ki, İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi, kiber proksiləri 2007-ci ildən bəri dünyanın müxtəlif ölkələrində hökumətləri, özəl sektor təşkilatlarını və müxtəlif kritik infrastruktur sektorlarını hədəf alan zərərli kiber əməliyyatlar həyata keçirir.
10-09-2022, 14:39
Konstitusiya Məhkəməsi prokurorluğun sorğusu əsasında qərar qəbul etdi


Konstitusiya Məhkəməsi prokurorluğun sorğusu əsasında qərar qəbul etdi

Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusu əsasında qərar qəbul edib. Butov.az xəbər verir ki, sentyabrın 9-da Fərhad Abdullayevin sədrliyi ilə keçirilən Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Cinayət Məcəlləsinin 73.1-ci və 73.2-ci maddələrinin şərh edilməsinə dair konstitusiya işinə baxılıb. Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Baş Prokurorluğun və Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini S.Sultanovun, mütəxəssis Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri H.Nəsibovun mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor Ş.Səmədovanın və həmin fakültənin Cinayət prosesi kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor F.Abbasovanın rəylərini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib. Qərarda deyilir ki, Cinayət Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, ona dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri aradan qaldırması onun cinayət məsuliyyətindən azad edilməsinə dair qərarın qəbul olunması üçün mütləq əsas deyil. Qanunverici belə qərarın qəbul edilməsini cinayət prosesini həyata keçirən orqanların vəzifəsi deyil, hüququ kimi müəyyən edib. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair ərizəsinə baxılarkən nəinki bunun üçün qanunla nəzərdə tutulan əsasların olub-olmaması yoxlanılmalı, həmçinin törədilmiş əməlin ictimai təhlükəliliyi, təqsirləndirilənin şəxsiyyəti və işin bütün halları nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
10-09-2022, 14:33
Zelenski 600-dən çox rus məmuru “qara siyahı”ya saldı


Zelenski 600-dən çox rus məmuru “qara siyahı”ya saldı

Ukrayna Rusiya rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq edib. Butov.az xəbər verir ki, müvafiq sərəncam Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən imzalanıb. Bildirilir ki, Rusiya hakimiyyət orqanlarında təmsil olunan 606 şəxs "qara siyahı"ya salınıb. Siyahıda Rusiya Təhlükəsizlik Şurasının 28, Federasiya Şurasının 154 və Dövlət Dumasının 424 üzvünün adı yer alıb.
10-09-2022, 09:02
Vaqif SULTANLI yazır: "Kulikovo döyüşü"


Vaqif SULTANLI


Kulikovo döyüşü - Hekayə.

- Bura Kulikovo çölüdür, - bayaqdan bəri xaki rəngli yol çantasını alt-üst edərək uyğun geyim arayan, səsinin ahəngindən rus olduğu aşkar sezilən qadın dilləndi. Qadın sözünü bitirməmiş bələdçi səsgücləndirici ilə qatarın Tula vilayətindən, Kulikovo çölünün yaxınlığından keçdiyini bildirdi.
Gözlərini kitabdan ayırıb qatarın pəncərəsindən görünən boz çölləri süzərək bunca təsadüf ola bilməyəcəyini düşündü - oxuduğu Amerika aliminin Kulikovo döyüşü haqqında yeni yayınlanmış araşdırması idi. Nə zamandan bəri axtardığı kitabı vağzaldakı qəzet köşkündə görüncə almış, elə ilk cümlədən əsər onu tutmuşdu. Bir anlığa gözlərini yumub çöküşü Kulikovo çöllərindən başlayan Qızıl Ordanın əzəmətli tarixini, türk-tatar qövmlərinin sonrakı taleyini düşündü.
"Tarix bütün elmlərdən daha artıq siyasətə bulaşmışdır. Bəlkə bu səbəbdəndir ki, dünyanın gerçək tarixi indiyədək yazılmamış, bundan sonra da yazılacağına ümid bəslənilməsi sadəlövhlük olardı. Bəzən deyirlər ki, tarixə yansımış yalanlar o qədər böyükdür ki, həqiqəti görməyə qoymur. Ancaq tarix yalanlardan təmizlənərsə, orda həqiqət adına nə isə qalacaqmı? Bunu söyləmək çətindir...".
Kulikovo döyüşü - zaman-zaman haqqında düşündüyü, ancaq sonacan incələyib dərinliklərinə vara bilmədiyi, içini, ruhunu sızladan, tarixin sirli səhifələrindəndi. İllər öncə orta məktəbin yeddinci sinfində tarix dərsliyində ilk dəfə bu döyüş haqqında oxuyarkən yazılanlar onu duyğulandırmışdı. Sonralar isə, nə qədər qəribə olsa da, bu döyüş yuxularına gəlmiş, bütün oxuduqlarını, öyrəndiklərini kölgədə qoymuşdu.
"Elmi ədəbiyyatda "Kulikovo döyüşü" termininə ilk dəfə əslən tatar türklərindən olan Nikolay Karamzinin "Rusiya dövlətinin tarixi" əsərində rast gəlinir. Həmin araşdırmada Qızıl Ordanın döyüş qabiliyyətini yüksək qiymətləndirən özündən əvvəlki tarixçilər birtərəfli şəkildə qınanır və savaşın mahiyyəti bütünlüklə təhrif edilir".
- Üzr istəyirəm, iki-üç dəqiqəliyə kupedən çıxa bilərsiniz? - Qadın sordu və çöhrəsinə utancaqlıq qataraq əlavə etdi: - Əynimi dəyişmək istəyirəm.
- Əlbəttə, bu saat, - dedi və kitabı qatlayıb balaca masanın üstünə qoyaraq kupeni tərk etdi, kirli pəncərədən indi Rusiya sınırları ilə çevrələnən qıpçaq çöllərini seyr etməyə başladı. Qatarın pəncərəsindən görünən bu çöl tarixin ən böyük savaşlarından birinə şahidlik etmişdi. Bir anlığa zamanın təkəri geriyə fırlandı və xəyallar onu Kulikovo döyüşünün dərinliklərinə apardı. Atların kişnərtisini, qılıncların cingiltisini, əsgərlərin hayqırışını eşidir, özünü büsbütün qanlı savaşın içərisində hiss edir və gərilmiş düşüncələrinin toranlığında hər şeyin başqa şəkildə bitəcəyi ilə bağlı yalın ümidlər cücərirdi. Ancaq bir az öncə oxuduğu son cümlələr onu zamanın dərinliklərindən çəkib çıxardı.
"Apardığı çoxsaylı savaşlardan sonra Mamay xanda özünə güvən duyğusu güclənmişdi. Qələbə ilə bitən savaşların sonucunda Saray Berke şəhəri yenidən Qızıl Ordanın başkəndinə çevrilmiş, dövlətin sərhədləri Krımdan başlayaraq İdil çayının sağ sahillərinə qədər uzanmış, Dəşti-Qıpçaq ərazisinin böyük bir qismini içərisinə almışdı".
Qadın işvə ilə kupenin qapısını açaraq geyinib qurtardığını, onun içəri girə biləcəyini bildirdi. Sarışın saçları çiyinlərinə dağılmış, geydiyi yaxası açıq, bəyaz xallı köynək və nazik uzun ətək onu aşırı dərəcədə gözəlləşdirmiş, vücudunun gizli, sezilməz incəliklərini üzə çıxarmışdı. Keçib bayaqkı yerində oturdu və yenidən kitabı açaraq mətnin ardını oxumağa başladı.
"Mamay xan taxt-taca yiyələndikdən sonra əski türk xaqanları kimi tanrısal ruha sahib olduğunu düşünür, onu hansısa qüvvənin yenə biləcəyinə inanmırdı. Hakimiyyəti gücləndikcə ailəsi, sülaləsi, yaxınları varlanaraq mal-mülk sahibi olmuşdu. Qızıl Ordanın vassalına çevrilən rus knyazlıqlarından sel kimi axan xərac saray xəzinəsini doldurduqca böyük sərvətin yaratdığı zənginlik zehnini dumanlandırır, vaxtının çoxunu hərəmxanada, aralarında casusların yer aldığı slavyan cariyələrlə keçirirdi".
Ancaq hiss edirdi ki, qadın əynini dəyişəndən sonra gözləri kitabda olsa da, fikrini bir yerə yığa bilmir. İxtiyarsız olaraq baxışları onun boyun-boğazında, yaxasında, vücudunun məhrəm yerlərində gəzib-dolaşır, zehnini qarışdırırdı. Qadının bunu duymaması üçün özünü toparlamaq, duyğularını cilovlamaq istəsə də bacarmırdı.
Bələdçi qapını aralayıb bir şeyə ehtiyacları olub-olmadığını sordu, ani olaraq baxışları qarşılaşınca qadının üzünün cizgilərindən içini oxumuş kimi çay sifariş verdi. Hər hansı səbəbdən gecikmə olmasa iki gün boyunca yol gedəcək, bu sürə ərzində birgə olacaqlardı.
Qadın gözəl idi, ancaq bu gözəlliyin arxasında qarşısındakını itələyən, özündən uşaqlaşdıran, izaha gəlməyən nələrsə gizlənirdi və bu, saflıq, məsumluq duyğularını silib aparırdı.
Yenidən kitaba dönərək qaldığı yerdən oxumağa başladı.
"Ən acınacaqlısı isə uzun zamandan bəri səngimək bilməyən, ildən-ilə körüklənən iç savaşların Qızıl Orda dövlətini yeyib-bitirməsi idi. İndi ordunu yenidən düzənləyərkən bu savaşların acı fəsadlarını duyur, onun qarşısını almaq üçün zamanında qəti addımlar atmamaqla yanlışlığa yol verdiyini anlayırdı. İç savaşlarla bağlı verilən məsləhətləri sürəkli qulaqardına vurmuş, bunun nədənləri barədə heç zaman düşünüb beynini yormaq istəməmişdi".
Qatar bayaqdan bəri bir neçə dəfə qısa fasilələrlə düzün ortasında dayanmışdı. Burda stansiyaya bənzər tikili, yaxud hansısa yaşayış məntəqəsi olmadığından qatarın durmasının səbəbi bəlli deyildi. İndi təkrar dayanınca ona elə gəldi ki, qatar keçmişə, tarixə dönmək, Kulikovo döyüşünün dərinliklərinə varmaq üçün yollar arayır...
- Bu qatar da lap boğaza yığdı bizi, harda gəldi dayanır. Bir yandan da havanın istisi...
Yolçuların bəziləri deyinir, bəziləri isə bələdçiyə yaxınlaşıb qatarın dayanmasının səbəbini soruşurdu. Bələdçi isə illərin yuxusuzluğundanmı, yorğunluqdanmı, ya başqa səbəbdənmi hərəni bir yolla başından eləyirdi.
"Mamay xan uşaqlıq dostu və yaşıdı, Çingiz xan soyundan olan Berdibəyin qızı Tulunbəylə evlənməklə hakimyyətə gedən yolunun açılmasına görə xatununa borcluydu. Savaşdan iki gün öncə həyəcanın yeyib-bitirdiyi baş hərəmi ilə qarşılaşınca düyün gecəsini xatırlayaraq tutulan kimi oldu. Qadının baxışlarında sevinci, gileyi, əzabı, iztirabları ilə naxışlanmış bütöv bir ömrün yaşantıları yuvalanmışdı".
Nəhayət, qatar dartınaraq ağır-ağır yerindən tərpəndi və yavaş-yavaş sürət yığmağa başladı.
- Kim nə deyir desin, qatarla yolçuluğun ayrı bir zövqü var. Uçaqla səfərə çıxanda ürək-göbəyini yeyirsən. Axırıncı dəfə uçağa nə zaman mindiyimi xatırlamıram. Siz necə düşünürsünüz?
- Hə, doğrudur, - gözlərini vərəqdən çəkmədən qadının sözlərini təsdiqlədi.
- Qatarla yolçuluq həm də bir macəradır...
- Elədir, - dedi və ta gənclik illərindən başlayaraq qatarda yaşadığı macəraları bir-bir xəyalından keçirdi.
"Mamay hakimiyyətə yiyələnsə də, Çingiz xan soyundan olmadığına görə Şərqdən - monqol-tatar xanlarından dəstək ala bilmədi. Bu səbəbdən Mavəraünnəhrə deyil, Qərbə - Genuya, Böyük Litva Knyazlığı, Venesiya kimi dövlətlərə üz tutmaqla Qızıl Ordanın xarici siyasətini kökündən dəyişdi. Ancaq bu addımı ilə çətin məqamda ona arxa duracaq gerçək müttəfiqlərdən məhrum olduğunun fərqinə varmadı".
Bir dəfə qatarda tələbə yoldaşı ilə Moskvaya gedərkən öylə yeməyində özüylə götürdüyü konyakı çıxarıb masanın üstünə qoymuşdu. Hərəyə bir qədəh içmişdilər ki, yan kupedəki üç qadın - ikisi gənc, biri isə saçları ağarmış yaşlı qarı - ərklə gəlib onlara qoşulmuşdu. Qadınların cəsarəti xoşuna gəldiyindən konyakın ikinci şüşəsini də çıxarmışdı. İçib hallanandan sonra qəfildən qarı qalxıb musiqisiz-filansız havalı kimi oynamağa başlamışdı. Oynadıqca qızışır, coşur, mırıq dişlərinin eybəcərləşdirdiyi sir-sifəti tutulub açılır, yanaqlarında, boyun-boğazında illərin yağmaladığı ehtirasın şırımları sayrışırdı. Qarının oyununu izlədikdə bunun sərxoşluqdan deyil, qədərincə zövq ala bilmədiyi həyatın bitməsindən, bir daha dönüşülməyəcək gəncliyinin itirilməkliyindən yaranan ağrıdan, kədərdən, təəssüfdən doğduğunu duyurdu.
"Mamay xan qırx beş yaşın içərisindəydi, bu illər ərzində hakimiyyətin ən çətin və mürəkkəb sınaqlarından çıxmış, yetərincə savaş təcrübəsı yığmışdı. Çox cəsarətli və qətiyyətli idi, qorxu, yenilgi nə olduğunu bilmirdi. İslamı qəbul edəndən sonra Kiçik Məhəmməd adını da daşıyırdı. Lakin salnamələrdə Mamay xanın bərkə düşəndə yalnız islam müqəddəslərinə deyil, bütlərə də dua etdiyi qeyd olunur".
Bələdçi gecikdiyi üçün üzr diləyərək gümüşü altlıqlı stəkanlarda gətirdiyi çayları ehtiyatla masanın üstünə qoyub çıxdı. Çay içilərkən araya çökən səssizlikdə qadının gözlərinin altı ilə onu izlədiyini duyur, diqqəti kitabdan yayınsa da, bu izləyişin gətirdiyi gizli həzzin davam etməsini istədiyindən özünü məşğul kimi göstərməyə çalışırdı.
...Qadınların nə istədikləri, necə seçim etdikləri indiyəcən sirr olaraq qalır. Çünki qadın öz hisslərini açmır, aça bilmir, yaşadığı cəmiyyətin ehkamları, əsrlərin daşlaşdırdığı əxlaq normaları, yaxud daha nələrsə əl-qolunu bağlayır. Elə buna görə də qadın ona qəlbini açan ilk kişini taleyin qaçınılmaz töhfəsi kimi dəyərləndirir. Bu münasibətlərin yaranması bəzən qarşılıqlı sevgiyə dayansa da, ancaq əksər hallarda qadın kişinin duyğularına yenilir.
"Döyüş öncəsi Mamay xan ordunun sayca yetərli olmadığını anlayınca bu boşluğu doldurmaq üçün çeşidli yollar aramağa başladı. Yaxınları ona muzdlu dəstələr yaratmağı təklif etdilər. Qısa zaman kəsiyində genuyalı, çərkəz, osetin, abxaz, adıgey və başqa xalqlardan yığılan muzdluların hesabına ordudakı əsgərlərin sayı xeyli artırıldı. Mamay xan ilk dəfə olaraq döyüşə muzdluların dəstəyi ilə girəcəkdi".
Qadın üçün sevilmədiyini, bəyənilmədiyini duymaq dəhşətli dərəcədə ağırdır və daim diqqət mərkəzində olmağa can atmanın gətirdiyi alışqanlıqdan biganəliyi heç cür sinirə bilmir. Özü imtina etməyi, biganə olmasa belə özünü biganə kimi göstərməyi sevir, əks cinsin bunu yapmasıyla barışmaq istəmir. Qadınlar güclü kişilərə yenilməkdən qürur duyur, zəifləri, gücsüzləri isə həyatına buraxmır. Bir də adını xatırlamadığı hansısa yazıçının əsərində oxumuşdu ki, qadın kimi unutsa da, onu qadınlaşdıran kişini unuda bilmir.
"Knyaz Dmitri Donskoyun komandanlığı altında birləşən ruslar 8 sentyabr 1380-ci ildə təxminən yüz minlik ordu ilə Nepryadvanın Don çayına qovuşduğu yerə çatdı. Ruslar knyaz Yaqaylonun başçılığı ilə Odoyevə yaxınlaşan litvalıların hücumunu önləmək üçün Don çayını keçmək qərarına gəldilər. Rusların seçdiyi Kulikovo çölü nisbətən ensiz olduğuna görə tatar süvari dəstələri üçün əlverişsiz idi. Mamayın ordusu yaxınlaşarkən ruslar keşikçi alayının müdafiəsi altında Kulikovo çölündə döyüşə hazır qaydada düzüldülər".
Bir çox hallarda qadın ardınca düşənləri, çeşidli üsullarla onu ələ almaq istəyənləri deyil, qarşısında özünü təmkinli, soyuqqanlı aparanları, duyğularını sezdirməyənləri sevir.
Qadınlar danışmağı deyil, susmağı tərcih edər, sözlərlə deyil, gözlərlə danışarlar. Xatırlayırdı ki, dörd-beş il öncə Bağdad şəhərində qaldığı hotelin önündə başdan-ayağa qara çadraya bürünmüş, üzü rübəndlə örtülü dilənçi bir qadınla qarşılaşmışdı. Qara tül rübəndin arxasında qadının gözləri ehtirasdan alışıb yanırdı. Bütün vücudunun deyə biləcəkləri gözlərində cəmlənmişdi. O, ovsunlanmış kimi dayanıb durur, nə illah eləyirdisə baxışlarını qadının gözlərindən yayındıra bilmirdi.
"Dmitri Donskoy ərazinin özəlliyini nəzərə alaraq ilk dəfə rəqibin döyüş taktikasını seçmişdi - bu, qurd savaş üsulu idi. Hun türklərinə məxsus bu savaş üsulu ilə aypara şəklində düzülən ordunun mərkəzində böyük alay, sağ və sol cinah alayları tatar atlıları üçün çətin keçilən yerlərdə dayandılar. Əsas qüvvələrin qarşısında yer alan ön alay rəqib süvarilərin ilk zərbəsini qarşılamalı və geri çəkilməklə döyüşün nizamını pozmalıydı. Böyük alayın arxasında özəl süvari ehtiyat dəstəsi yerləşirdi. Bundan başqa, sərkərdə Dmitri Bobrokun və Serpuxov knyazı Vladimirin komandanlığı altında seçmə süvarilərdən oluşan pusqu alayı yaradılmışdı. Ehtiyat rolunu oynayan bu alay meşədə əsas qüvvələrin sol cinahı arxasında gizlənmişdi".
- Bayaqdan fikir verirəm, gözünüzü kitabdan ayıra bilmirsiniz, çox maraqlıdır, deyəsən. - Qadın baxışlarını Kulikovo çölündən yığaraq dillənir.
- Maraqlı deyəndə ki... Orta məktəb illərində bizə bu tarixi başqa cür öyrətmişdilər. İndi oxuduqlarımsa tamam fərqli həqiqətləri anladır.
- Oxuduqlarınızla tarixin düzəninin dəyişəcəyinimi düşünürsünüz?
- Yox, nə üçün soruşdunuz?
- Heç, sadəcə maraq xatirinə...
- Mən gələcəyə tarixin gözü ilə baxılmasını doğru hesab edirəm.
"Mamay xanın ordusu yüngül silahlanmış süvarilərdən oluşan ön alaydan, mərkəzdə yerləşən muzdlu genuyalı piyadalardan, ayrıca ehtiyat süvarilərin iki xətt boyu düzlənən sağ və sol cinahlardan ibarət idi. O, əvvəlki döyüşlərdə olduğu kimi, ciddi dirənişlə qarşılaşmadan süvarilərin qəfil həmləsi ilə rus ordusunu mühasirəyə alıb darmadağın etməyi düşünürdü.
Müəllifi bilinməyən, orijinalı qeyb olmuş XV yüzilə məxsus "Mamay qırğınının əfsanələri" əsərində qeyd edilir ki, savaş saat on ikidə rus rahib-döyüşçüsü Aleksandr Peresvetin tatar sərkərdəsi Teymur Mirzə-Çelubəy ilə təkbətək qarşılaşması ilə başladı. Hər iki döyüşçü aldığı yaralardan həlak oldu. Lakin bu faktın həqiqətə uyğunluğu bir çox elmi qaynaqlar tərəfindən tutarlı dəlillərlə şübhə altına alınır. Araşdırıcıların qənaətincə, təkbətək vuruş səhnəsi Kulikovo döyüşünə cəngavərlik ruhu qatmaq üçün uydurulmuşdur".
Qarşısındakını ələ almaq üçün bütün gücünü, qüvvəsini sərf etməkdə olan qadın gözlərilə onu yeyirdi. Açıq-aşkar bildirmək istəyirdi ki, onun kimi yaraşıqlı qadınla bir kupedə yolçuluğun fürsətlərini buraxıb da gözlərini kitabdan çəkməmək nə deməkdi? Qadının alışıb-yanan ehtiraslı baxışları qarşısında əriyib getdiyini hiss etsə də, nə qədər duruş gətirə biləcəyini sınayırmış kimi inadına qısılmışdı.
- Haralısınız? - qadın ötkəm səslə soruşdu.
Bu, bəyənmədiyi soru olsa da, yayınmaq üçün tutarlı dəlil tapa bilmədiyindən, ya bəlkə acıq vermək üçün əlilə pəncərədən görünən çölləri göstərərək:
- Buralıyam, - dedi, - Kulikovo mənim əcdadımın vətənidir.
- Belə deyin...
Araya gərgin bir sükut çökdü, handan-hana qadın dilləndi:
- Nə əcəb mənim haralı olduğumu sormadınız? Yoxsa, siz də bir çoxları kimi qadının vətəninin ərinin yatağı olduğunu düşünürsünüz?
- Yox, mən elə düşünmürəm, - Qadının atmacalı sualını cavabsız buraxmaq istəmədiyindən ağızucu söylədi.
Ancaq nə dediyinin fərqində deyildi - xəyalı keçmişlə indinin arasında yol ölçür, bu nəhənglikdə zamanın belə çevikliklə aşılıb keçilməsi onu heyrətləndirirdi.
- Tarix yalnız olmuş hadisələri araşdırır, ola biləcəklər barədə ehtimallar, fərziyyələr yürütmür.
- Elmin ölü, durğun olması, indiyə qədər tarixdən ibrət götürülməməsi də burdan mayalanır. - Söhbətin siyasi məcraya yönəlməsi onu açmasa da, fikirlərini yarımçıq qoymaq istəmədi. - İkinci Dünya savaşında rus-sovet boyunduruğu altında əzilən xalqların əl-ələ verərək imperiyanı qoruyub saxlamaq uğrunda canlarından keçməsini heç cür anlamaq olmur. Halbuki bu xalqların ən aşağı səviyyədə birliyi olsaydı...
- Siz beləmi düşünürsünüz? - qadın cavab gözləmədən baxışlarını pəncəyərə dikdi.
"Sonra tatar süvariləri rusların keşikçi və ön alaylarını darmadağın edərək üç saat ərzində onların mərkəzdə yerləşən qüvvələrini və sağ cinahını yarmağa cəhd etdilər. Mamay xan əsas zərbəni xeyli itki verən rusların sol cinahına yönəldərək onları sıxışdırmağa başlayandan sonra, xüsusi ehtiyat qüvvələri hərəkətə gəldi. Lakin tatarlar rusların sol cinahını yararaq onların arxasına keçə bildilər və artıq qələbə çaldıqlarını düşünərək arxayınlaşdılar. Elə bu məqamda rusların pusquda dayanmış alayının qəfil hücumu bütün döyüşün taleyini dəyişdi. Bu hücumu gözləməyən tatarlar sarsıldı və geri çəkilərək qaçmağa üz qoydular. Əlli verst məsafədə ruslar Mamay xanı təqib edərək onun qoşunlarını darmadağın etdilər".
Tarixin gerçəklərini bilsə də, bu sətirləri oxuyunca qəfildən içərisinə qatı qaranlıq çökdü və yaddaşında hər şey əriyib qarışdı. Handan-hana yenilmiş ordunu yenidən toparlar kimi zehnini toparladı.
- Özünüzü boş-boş fikirlərlə yormayın. Nə olur-olsun, zamanın çarxını geri fırlatmaq mümkün deyil. - Qadın həvəssiz əlavə etdi.
Siyasi mövzularda çəkişmələrdən bacardıqca yayınmağa çalışır, bunun qadın-kişi münasibətlərinə kölgə saldığını anlayırdı. Hətta gözəlliyinə heyran olunan bir qadının siyasi mövqe sərgiləməsinin ona qarşı baş qaldıran kişilik duyğusunu zədələdiyini bilirdi. Bəs nədən o zaman bayaqdan bəri söhbətin axarını dəyişə bilmirdi?
"Döyüşdə Mamay xan ağır yenilgiyə uğradı, demək olar ki, bütün ordusunu itirdi. Mamay xanın məğlub kimi qaçıb Krıma sığınmasından yararlanan Toxtamış Qızıl Ordanın hakimi oldu, bir qədər sonra Moskva şəhərini ələ keçirməklə tatarların qisasını aldı və yenidən ruslar ağır şərtlər altında xərac verməyə məcbur edildi. Ancaq Kulikovo döyüşündəki qələbə rus knyazlarına birliyin zəruriliyini anlatmış oldu. Tatarların vassalına çevrilmək rus knyazları arasında uzun illərdən bəri davam edən çəkişmələrin tədricən səngiməsinə gətirib çıxardı. Bunun sonucu olaraq ruslar ayrı-ayrı knyazlıqlar kimi girdikləri Qızıl Orda hakimiyyətindən yüz il sonra vahid dövlət kimi çıxdılar".
...Qadın yatağını hazırlamağa başlayınca kitabı götürüb kupedən çıxdı. Gecə yarını keçdiyindən dəhlizdə kimsə gözə dəymirdi. Hava əməlli-başlı soyumuşdu. Yarıaçıq pəncərənin önündə dayanıb gecənin dərinliyini, elektrik dirəklərinin axıb keçən kölgələrini, uzaqlarda sayrışan solğun işıqları süzdü. Kitabı açıb müəllif qeydi kimi verilmiş son sətirləri oxudu.
"Qlinskilər ailəsində gəzən əfsanəyə görə, Mamay xanın nəsli Böyük Litva Knyazlığına sığınmışdır. Litvada qaldırdığı üsyanda uğursuzluqla üzləşincə Moskvanın himayəsinə keçən Mixail Qlinski Mamay xanın oğlu Mənsur Kiyatın nəslindəndir. Onun qardaşı qızı Yelena Qlinskaya qəddarlığı ilə bütün dünyada ad çıxaran rus çarı IV İvan Qroznının anası olmuşdur. Tarixdə buna bənzər təzadlı məqamlara az-az hallarda rast gəlinir".
Bir azdan kupeyə dönüncə gözlərinə inanmadı: qadın çılpaq soyunub onun yatağında uzanmışdı. Ayaqları kilidləndiyindən yerindəcə quruyub qaldı və bir sürə nə edəcəyini bilmədi. Handan-hana özünə dönüncə içinin dərinliyində türk soyunun sonrakı məğlubiyyətlərinə yol açan Kulikovo döyüşü ilə qadının ehtiras yağan vücudu arasında gizli bir bağlılıq duyubmuş kimi diksindi və hər şey yaddaşının axarında çılpaqlaşaraq əslinə döndü. Sanki qadın onu özünə bağlayan hər şeyini - qürurunu, gözəlliyini, yaraşığını əyninin geyimi ilə birlikdə soyunub atmışdı. Kişilik duyğusunun söndüyünü, bədəninin sustaldığını hiss etdi və qaranlıqda ehtirasla ona sarı açılan qollardan sıyrılıb dəhlizə çıxdı.

Avqust-sentyabr, 2016
London-Oksford-Bakı

10-09-2022, 08:13
Düşmənin kabusuna çevrilən kəşfiyyatçı


Düşmənin kabusuna çevrilən kəşfiyyatçı

44 günlük Vətən Müharibəsindəki qalibiyyətimizdən sonra qəlbimiz qürur hissi ilə doldu. Bu qüruru bizə yaşadan Vətən Müharibəsi qəhrəmanlarından biri də Elçin Zamin oğlu Hüseynovdur. O, könüllü olaraq bu yolu seçmişdi, hərbçi olmaq istəmişdi. Ona görə də Vətənə borcunu verməklə ürəyi rahat olmamış, müddətdən artıq xidmətini davam etdirmiş və kəşfiyyatçı-snayper kimi özünü dəfələrlə təsdiq etmişdi. Anası Mətanət Məhərrəmova xatirələrində söyləyir ki, Elçin hərbi xidmətdə olanları heç vaxt ona danışmazdı. Yəqin ona görə ki, anası çox həssasdı, olanları ürəyinə salar, fikir eləyərdi...

Elçin özü də həssas qəlbli, ədalətli, hümanist insandı. Ancaq torpaqlarımızın işğalına, başımıza gətirdiyi müsibətlərə, körpələrə verdiyi işgəncələrə görə düşmənə sonsuz nifrəti vardı. Uşaqlıqdan üçrəngli bayrağımızı əzizləyər, evin ən hündür yerindən asardı. Milli Qəhrəman Mübariz İbrahimov şəhid olduqdan sonra Elçin özünə yer tapa bilmirdi. Ona görə də 2016-ci ildə Aprel döyüşlərində könüllü olaraq cəbhə bölgəsinə yollanmışdı. Doğmaları deyirlər ki, Elçin çox gözəl insan, yaxşı övlad idi, amma o Vətəni bizdən, hamıdan çox sevirmiş...
Elçin Zamin oğlu Hüseynov 1992-ci il sentyabrın 6-da Bakı şəhərində anadan olub. Hələ kiçik yaşlarında olarkən ailəsi Bakıdan Sumqayıt şəhərinə köçüb. O, Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbdə 9 illik təhsil aldıqdan sonra təhsilini Sumqayıt Dövlət Texniki Kollecində davam etdirib. Kollecin Gömrük işi fakültəsini bitirərək, həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurandan sonra Elçin öz ixtisası üzrə deyil, bu sahəyə daha çox həvəsi olduğundan hərbçi kimi ( MAXE) Bakı korpusunda xidmət etməyə başlayıb. 2016-cı ilin Aprel döyüşləri zamanı könüllü olaraq Bakı korpusundan ön xətdə yerləşən N saylı hərbi hissəyə köçürülüb. Bundan sonra Elçin Hüseynov Ağdam, Ağdərə, Tərtər bölgələrində yerləşən N saylı hərbi hissələrdə xidmət edib. O, xidməti müddətində snayper-kəşfiyyatçı ixtisasına yiyələnib. Dəfələrlə təlimlərdə iştirak edərək, yüksək nəticələr əldə edib.

Bütün varlığı ilə Vətən Müharibəsinə qatılan Elçin düşmənin 50-dən çox canlı qüvvəsini, o cümlədən yüksək rütbəli zabitlərini məhv edib. O, Suqovuşan uğrunda gedən döyüşlərdə iki dəfə yaralanıb. Belə ki, onlar "Mübariz" postundan növbəti posta adlayarkən güllə başının arxasından dəyib. Komandiri əvvəlcə onun şəhid olduğunu zənn edib. Bir müddətdən sonra döyüş yoldaşları onun sağ olduğunu öyrəniblər. Elçin yaralandıqdan sonra uzandığı yerdən qalxıb. Komandiri Elman Əzizlinin “geri qayıt” əmrinə baxmayaraq irəli getməyə başlayıb. Elçin Hüseynov ikinci dəfə özündə güc taparaq yenə də bir neçə düşməni məhv edib. Bundan sonra ermənilər onun başından nişan alıblar. Başına tuş gələn güllə onu yerə yıxıb. Yerə yıxılan Elçin əynindəki bronjiletini çıxararaq kənara qoyub. Üstündə olan bayrağımız düşmən əlinə keçməsin deyə onu əynindəki paltarının cibinə qoyub.

Kəşfiyyatçı-snayper, Vətənin igid oğlu Elçin Hüseynov 2020-ci il oktyabrın 2-də qucağında snayper tüfəngi qəhrəmanlıqla şəhid olub. 17 oktyabr 2020-ci ildə Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub. Subay idi, 28 yaşı vardı...
Şəhadətindən sonra Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda" və “Suqovuşanın azad olunması uğrunda” medalları ilə təltif olunub.
Sentyabrın 6-sı Zəfər tariximizi yazanlardan biri olan şəhid Elçin Hüseynovun doğum günüdür. Günün mübarək olsun, Şəhidim, məzarın nurla dolsun!

Mina Rəşid

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!