6-09-2022, 21:27
Paşinyan Rusiyadadır - Putinlə görüşəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Vladivostok şəhərinə səfər edib. Bu barədə Paşinyanın ofisi rəsmi məlumat yayıb. Paşinyanı səfərdə Baş nazirin müavini Mher Qriqoryan, parlamentin sədr müavinləri Hakop Arşakyan, Ruben Rubinyan, xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan və digər rəsmi şəxslər müşayiət edir. Baş nazir 7-ci Şərq İqtisadi Forumunun “Çoxqütblü dünyaya aparan yolda” mövzusunda plenar iclasında iştirak edəcək. Səfər çərçivəsində Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulub.
6-09-2022, 21:25
Döyüş təyyarələrimiz havaya qaldırıldı “TurAz Qartalı - 2022” birgə taktiki-uçuş təlimində döyüş təyyarələri ilə ətrafı tanıma uçuşları icra edilib. Bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir. Sonra təlimin planına uyğun olaraq əməliyyat uçuşları yerinə yetirilib. Uçuşlardan öncə əməliyyatın planı, hava şəraiti və digər texniki məsələlərlə bağlı brifinq təqdim edilib. Plana əsasən radioelektron mübarizə (REM) vasitələrindən istifadə edərək aldadıcı manevrlərlə şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınmaq və təyin olunan yerüstü hədəflərin məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirilib. Yüksək peşəkarlıq nümayiş etdirən Azərbaycan və Türkiyənin hərbi pilotları qarşıya qoyulan tapşırıqları uğurla icra ediblər.
6-09-2022, 21:22
ABŞ və Fransa deputatları Tayvana gedirABŞ Konqresinin və Fransa parlamentinin bir neçə deputatı Tayvana səfər edəcək. Bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, 5 fransalı deputat və bir qrup ABŞ konqresmeni bu həftə adaya gedəcək. Parlamentarilər Tayvan administrasiyasının rəsmiləri ilə görüşəcək. Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərindən sonra regionda vəziyyət gərginləşib.
6-09-2022, 21:21
Britaniyanın yeni baş naziri Kiyevə gedir
Ukraynanın Böyük Britaniyadakı səfirliyi ölkənin yeni Baş naziri Liz Trassın Kiyevə səfəri üçün hazırlıqlara başlayıb. Bu barədə Ukraynanın Londondakı səfiri Vadim Pristayko məlumat verib. “Biz artıq Liz Trassın Kiyevə gəlişinə hazırlaşmağa başlamışıq”, – deyə Pristayko bildirib. Qeyd edək ki, Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının lideri Liz Trass sentyabrın 6-da krallığın Baş naziri təyin edilib. O, bu vəzifədə Boris Consonu əvəzləyib.
6-09-2022, 21:19
Ukrayna NATO-dan qış geyimi istədiUkrayna NATO-dan 200 min əsgər üçün qış geyimləri və çadırlar istəyib. Bu barədə “Spiegel” nəşri yazıb. Nəşr bildirir ki, bu ilin iyul ayında Ukraynanın müdafiə naziri Aleksey Reznikov NATO-nun Baş katibi Yens Stoltenberqdən termal paltarlar və qış çəkmələri istəyib. ABŞ, Kanada, İsveç və Finlandiya artıq tələb olunan məhsulun təxminən 50%-ni təmin etməyi öhdələrinə götürüblər.
6-09-2022, 21:18
Peyvənd olunanların yeni statistikasıAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1544 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 375, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 231, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 803, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 135 nəfərdir. İndiyədək vurulan vaksinlərin ümumi sayı 13 866 887, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 375 279, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 864 035, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 367 780, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 259 793 nəfər təşkil edir.
6-09-2022, 21:16
Daha 6 nəfər koronavirusdan öldü - 492 yeni yoluxmaAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 492 yeni yoluxma faktı qeydə alınıb, 556 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 816 087 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 802 951 nəfər müalicə olunaraq sağalıb, hazırda 3305 aktiv xəstə var. Bu günə qədər 9831 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4487, bu günə qədər isə ümumilikdə 7 176 524 test icra olunub.
6-09-2022, 21:14
Ərdoğan Bosniya və Herseqovinada səfərdədirTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balkan regionu ölkələrinə səfəri çərçivəsində Bosniya və Herseqovinaya gedib.
Butov.az xəbər verir ki, Türkiyə Prezidenti Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç tərəfindən Prezident Sarayında rəsmi mərasimlə qarşılanıb. Rəsmi qarşılanma mərasimindən sonra Rəcəb Tayyib Ərdoğan və Şefik Caferoviçin təkbətək görüşü olub. Görüşdə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvləri Jelko Komşiç və Milorad Dodik də iştirak ediblər. Qeyd edək ki, Türkiyə Prezidenti region ölkələrindən Serbiya və Xorvatiyaya da səfər edəcək.
6-09-2022, 21:11
Sabah daha 12 ailə Ağalıya köçürüləcəkSentyabrın 7-də Zəngilanın Ağalı kəndinə əhalinin köçürülməsinin ikinci mərhələsinə başlanılacaq.
Butov.az xəbər verir ki, Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə Böyük Qayıdışa uyğun olaraq daha 25 ailə (125 nəfər) köçürüləcək. 12 ailədən ibarət birinci köç karvanı sentyabrın 6-da Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan şəhərciyi”ndən yola düşəcək. Digər 13 ailə isə ikinci köç karvanı ilə sentyabrın 9-da doğma yurduna qayıdacaq. “Ağıllı kənd” konsepsiyasına uyğun qurulan Ağalı kəndinə birinci mərhələdə köçürülən 41 ailə (201 nəfər) hər cür şəraitlə təmin olunub. Qeyd edək ki, Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).
6-09-2022, 21:10
Ceyhun Bayramov İspaniyaya getdiAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İspaniya Krallığının Madrid şəhərinə rəsmi səfərə yola düşüb. XİN-dən verilən məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq naziri və bir sıra digər yüksək səviyyəli rəsmi şəxslərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.