"Sülh körpüsü" Azərbaycan bayrağına büründü - FOTO .....                        Azərbaycan klubu baş məşqçi ilə yollarını ayırdı .....                        Narkotikin təsiri altında özünü yandırdı .....                        Laçına dolu düşdü .....                        Baş redaktor həbs edildi .....                        Vaşinqton meri 28 Mayla bağlı bəyannamə imzaladı .....                        Gürcüstan parlamenti prezidentin vetosunu ləğv etdi .....                        Prezidentlə xanımı xocalılılarla - VİDEO .....                        Şəmkir su anbarında batan kişinin meyiti tapıldı .....                       
4-10-2022, 20:24
Somalidə terror aktı - 36 ölü


Somalidə terror aktı - 36 ölü

Somalinin mərkəzində baş verən terror aktında 36 nəfər ölüb, 73 nəfər yaralanıb. Butov.az xəbər verir ki, terror təşkilatı Əş-Şəbab tərəfindən törədilən hücumların Somali ordusu və ABŞ qüvvələrinin Hiran bölgəsində həyata keçirdiyi əməliyyatlardan sonra baş verməsi diqqət çəkib
4-10-2022, 20:22
Prezident birinci xanımla Ağdama getdi


Prezident birinci xanımla Ağdama getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdam rayonuna səfər ediblər. Butov.az xəbər verir ki, dövlətimizin başçısı yeni çəkilən Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış olub. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, City Hotel Agdam mehmanxanasının təməlqoyma mərasimlərində iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım Pəhanəli Xanın Sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış olub, Xurşidbanu Natəvanın abidəsinin açılışında, Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin, rayonun Sarıcalı kəndinin təməlqoyma mərasimlərində iştirak ediblər.
4-10-2022, 20:19
Azərbaycan və Türkiyə xüsusi təyinatlıları birgə təlimə başladı


Azərbaycan və Türkiyə xüsusi təyinatlıları birgə təlimə başladı

Türkiyə-Azərbaycan xüsusi təyinatlılarının birgə təlimi başlayıb. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, təlimlər 3-14 oktyabr tarixlərində Türkiyədə keçiriləcək. Təlimlər dənizdə və quruda icra ediləcək.
4-10-2022, 18:42
Görünməyən qəhrəmanla görüş

Görünməyən qəhrəmanla görüş

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin 2022-ci il kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçirdiyi “Vətən sənə canım fəda” layihəsi uğurla davam etdirilir. Layihənin fəaliyyət planına uyğun olaraq növbəti tədbir Oktyabrın 4-də Sumqayıt şəhərindəki Tarix muzeyində yerləşən “Didərgin muzey”də keçirilib.


Sumqayıt Şəhərindəki 39 nömrəli orta məktəbin yuxarı sinif şagirdlərinin muzeyə gəlişilə başlanan tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların xatirəsi sükutla anılıb. Sonra Sumqayıt Tarix Muzeyinin direktoru Aygün Zülfüqarlı tədbir iştirakçılarına muzeyin yaranma tarixi, bölmələri və eksponatları barədə məlumat verib. Bildirib ki, Sumqayıt Şəhərinin Tarixi Muzeyi 9 ekspozisiya zalından ibarətdir. Muzeyin ümumi sahəsi 2680 m2-dir. XVI əsrdən başlayaraq bu günümüzə qədərin xronoloji ardıcıllığı muzey ekspozisiyasının mövzusunu təşkil edir. Əsas fondda 15000 eksponat mühafizə olunur. Muzeyin ekspozisiyası iki zalda tərtib olunub.
Birinci mərtəbənin ekspozisiya zalında yaradılmış Heydər Əliyev guşəsində Ulu öndərin büstü, qəzet və jurnallar toplusu, onun Sumqayıt səfərləri ilə bağlı sənədlər, fotoşəkillər əks olunub. İkinci mərtəbənin böyük ekspozisiya zalında inşaat, ilk müəssisələr, quruculuq işləri, əmək qabaqcılları və s. haqqında məlumatlar, əşyalar yerləşdirilib. Kiçik ekspozisiya zalında sumqayıtlı Milli Qəhrəmanlar haqqında guşə, şəhidlərə həsr edilmiş “Ulduz axını” abidəsi və Sumqayıt şəhidləri əsərləri əks olunub.


Layihə rəhbəri, “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin sədri Tamxil Ziyəddinoğlu əvvəlcə layihəyə maliyyə dəstəyi verən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, təşkilati dəstəyə görə isə Abşeron -Xızı Regional Təhsil İdarəsinin və Sumqayıt Regional Mədəniyyət idarəsinə tabeli Sumqayıtın Tarixi Muzeyinin rəhbərliyinə minnətdarlığını bildirib. Sonra XX əsrdə xalqımızın kütləvi terror və qanlı soyqırımlarına məruz qalması, kənd və yer adlarımızı dəyişən erməni vandallarının əcdadlarımızın yaratdığı tarixi abidələri, məscidləri, qalaları dağıdaraq izini itirmələri barədə gənc nəsli məlumatlandırıb. 1988-ci ildə indi Ermənistan adlanan Qərbi Azərbaycandan soydaşlarımızın silah gücünə, qanlı qırğınlarla deportasiya olunmasından, son nəfərinədək ata yurdundan qovulmasından, o qanlı hadisələr zamanı öz həyatını təhlükəyə ataraq qeyri-adi fədakarlıq göstərən tarix müəllimi Bəxşeyiş Ələmşahovun qəhrəmanlığından söz açıb. Qeyd edib ki, Bəxşeyiş müəllim o vaxtlar Zəngəzuru qarış-qarış gəzərək xalqımızın ulu keçmişindən soraq verən nə tapıbsa toplayıb. Gərgin zəhməti nəticəsində 1985-ci ildə Qafan rayonunun Müsəlləm kəndində-işlədiyi orta məktəbdə Tarix-diyarşünaslıq muzeyi yaradıb. Təəssüf ki, 3 il sonra erməni faşistləri gənc tarixçinin şagirdlərini məktəbindən, ailəsini od-ocağından didərgin salıb. Onun gənclərimizə həqiqi tariximizi öyrətmək arzusunu gözündə qoyub.

O qanlı hadisələrdən, 32 il ərzində millətimizin başına gətirilən faciələrdən danışan natiq 44 günlük Vətən Müharibəsində erməni faşizminin məğlubiyyəti nəticəsində yaranmış hərbi-siyasi vəziyyəti də təhlil edib.
Vətən müharibəsində zəfər çalmaq üçün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı uğurlu hərbi-taktiki manevrlərdən, beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq davasında yanımıza çəkmək üçün diplomatik gedişlərindən, dünyanın aparıcı kütləvi informasiya vasitələrini Azərbaycanın haqq səsini yaymağa necə səfərbər etməsindən danışıb.
Qeyd olunub ki, 44 günlük Vətən Müharibəsindəki zəfər insanlarımızın 1988-ci il deportasiyasından, Xocalı soyqırımından sonra itirilmiş inamını özünə qaytardı. Ali Baş Komandana, rəşadətli Azərbaycan ordusuna güvəni qat-qat artırdı. Azərbaycan cəmiyyətini, respublikada fəaliyyət göstərən siyasi partiyaları və diaspor təşkilatlarını Prezidentin ətrafında sıx birləşdirdi. Odlar yurdunda doğulan hər kəs, milliyətindən asılı olmayaraq Vətən dardadı,- deyib ayağa qalxdı. Hərbi səfərbərlik elan olunmadan minlərlə Azərbaycan gənci könüllü olaraq erməni işğalçılarına qarşı döyüşmək üçün cəbhəyə getdi. Bu həmrəylik, bu tarixi birlik, 30 ildə haqqında mif yaradılmış ordusunun darmadağın edilməsi erməni cəmiyyətini şoka saldı. On min erməni əsgəri fərarilik edib ordudan qaçdı. “Dəmir Yumruq” düşmənin başını əzə-əzə qartallı qayalardan Şuşa Qalasına “Zəfər Yolu” açdı. Zəfər sayəsində şəhidlərimizin intiqamı alındı, girovlarımız azad olundu, toplu məzarlarımız aşkarlandı. Qaçqınlarımızın yurd həsrətinə son qoyuldu. Nəhayət Böyük qayıdışa start verildi. Qarabağın yeni növrağı başlandı.
Dəmir Yumruğun əzmi zaman-zaman doğma ocağından didərgin salınmış Qərbi azərbaycanlı soydaşlarımızın bir Zəfər dastanının da o yerlərdə yazılacağına inamını gücləndirdi.

1988-ci ilin görünməyən qəhrəmanı, Sumqayıtdakı 39 saylı məktəbin direktoru Bəxşeyiş Ələmşahov Zəngəzurdakı şagirdləri, Müsəlləm 8 illik məktəbində yaratdığı Tarix-diyarşünaslıq muzeyi və 1988-ci ilin qara günləri barədə xatirələrini indiki şagirləri ilə bölüşüb. O vaxt min cür əziyyətlə yığdığı eksponatları, alın tərilə yaratdığı muzeyi düşmən əlindən xilas etməyin yaşatdığı ağrı-acılardan danışıb.

Sonra Azərbaycan Ordusunun 27 sentyabr 2020-ci il tarixində başlanan cəbhəboyu təxribatlara əkshücumla göstərdiyi həmlələrdən söz açıb. Qeyd edib ki, ordumuz qısa müddətdə bir çox şəhər və kəndlərimizi döyüşə-döyüşə azad etdi. Eyforiyaya qapılmış ermənistan ordusunun beli isə Şuşa uğrunda gedən əlbəyaxa döyüşdə qırıldı. Məğlub ordusunu xilas etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyan kapitulyasiya aktına imza atdı. Nəticədə Kəlbəcər, Laçın və Ağdam rayonlarının işğal altında olan hissələrini döyüşsüz geri aldıq.

Döyüş meydanında düşmənin məhv edilən canlı qüvvəsilə bərabər 125 artilleriya topu, 366 tankı, 7 “S-300” zenit-raket kompleksi, 50-dən çox digər zenit-raket kompleksləri, 522 yük avtomaşını, digər texnikaları məhv edilib və qənimət kimi götürülüb.

Tədbirin rəsmi hissəsindən sonra məktəbli gənclərə”Vətən sənə canım fəda” layihəsi çərçivəsində hazırlanmış “Zəfərdən- zəfərə” adlı buklet və Tamxil Ziyəddinoğlunun “Güllə səsinə açılan qapı” kitabı paylanıb. Daha sonra Zəngəzurda doğulmuş müəlliflərin kitabları muzeyə və 39 saylı məktəbin kitabxanasına hədiyyə edilib.
Məktəblilər muzeyin bütün guşəsini gəzdikdən, ayrı-ayrı bölmələr barədə ətraflı məlumat aldıqdan sonra muzeyin əməkdaşları və layihə iştirakçıları ilə xatirə şəkli çəkdiriblər.

Onu da qeyd edək ki, “Ordum.az” informasiya portalının redaktoru Siyavuş Əmirli öz internet səhifəsində tədbiri canlı yayımlayıb.

“Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin mətbuat xidməti
4-10-2022, 18:21
Şagirdlərə konfet adı ilə narkotik paylanılır? – Rəsmi açıqlama


Şagirdlərə konfet adı ilə narkotik paylanılır? – Rəsmi açıqlama

Məktəblərdən birində şagirdlərə guya konfetə bükülmüş formada narkotik vasitələrin paylanıldığı barədə sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən dərhal nəzarətə götürülüb.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, aparılmış araşdırmalar zamanı qeyd edilən görüntünün Xətai rayonundakı məktəblərin birində təhsil alan 12 yaşlı şagird tərəfindən çəkildiyi müəyyən edilib. Rəsmi məlumata görə, həmin şagird valideyninin iştirakı ilə aparılan profilaktiki söhbətə cəlb olunub:"O, konfetin üzərinə müxtəlif ədviyyatlar qataraq qeyd edilən fotonu çəkdiyini bildirib. Daha sonra guya “narkotik”in məktəbin ətafında tanmadığı şəxs tərəfindən ona verildiyi barədə yalançı təəssürat yaradaraq həmin məlumatı sosial şəbəkələrdə məhşurlaşmaq üçün yayıb". DİN valideynlərdən sosial şəbəkələrdə və “Whatsapp” qruplarında özündə heç bir reallığı əks etdirməyən həmin məsələ barədə olan səs yazılarına etibar etməməyi və yaymamağı xahiş edir.
4-10-2022, 18:19
Daha 96 yeni yoluxma - 2 nəfər öldü


Daha 96 yeni yoluxma - 2 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 96 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 821 757 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 811 060 nəfər müalicə olunaraq sağalıb, hazırda 776 aktiv xəstə var. Bu günə qədər 9 921 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3806, ümumilikdə isə 7 260 232 test icra olunub.

4-10-2022, 18:18
Yaponiya rus konsulu ölkədən qovdu


Yaponiya rus konsulu ölkədən qovdu

Yaponiya hakimiyyəti Rusiyanın Sapporodakı konsulundan altı gün ərzində ölkəni tərk etməyi tələb edib. Bunu Yaponiyanın Xarici İşlər Naziri Yoşimasa Hayaşi deyib. Qərar Yaponiyanın Vladivostokdakı konsulunun dindirilməsi və ölkədən çıxarılmasına cavab olaraq qəbul edilib. Onun sözlərinə görə, Yaponiya Kremlin Yaponiya konsulu ilə bağlı hərəkətlərinə cavab olaraq Rusiya Federasiyasının konsulunu persona non-qrata elan edib.
4-10-2022, 18:16
BMU-nun müəllimləri “Tərəqqi” medalı ilə təltif olundu


BMU-nun müəllimləri “Tərəqqi” medalı ilə təltif olundu

Bakı Mühəndislik Universitetinin (BMU) üç müəllimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilən təhsil işçilərinin siyahısında yer alıb.
Butov.az xəbər verir ki, Müvafiq sərəncama əsasən, BMU əməkdaşları - Peqadoji fakültənin dekanı Elşad Abdullayev, Mühəndsilik fakültəsinin Kompüter və informasiya texnologiyaları kafedrasının baş müəllimi Etibar Seyidzadə və Kimya-biologiya kafedrasının dosenti Rəşad Səlimov beynəlxalq fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqləndiklərinə görə, təltif ediliblər. Prezident İlham Əliyev oktyabrın 4-də “Fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” sərəncam imzalayıb. Beynəlxalq və respublika fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən səkkiz təhsil işçisi “Tərəqqi” medalına layiq görülüb.
4-10-2022, 18:13
Naməlum şəhidlərdən bəzilərinin kimliyi müəyyənləşib


Naməlum şəhidlərdən bəzilərinin kimliyi müəyyənləşib

“Birinci Qarabağ müharibəsi dövründə həlak olan, respublikanın rayon və şəhərlərində naməlum kimi dəfn edilən 185 şəhidin məzarı qazılaraq çıxarılıb, nümunələr götürülüb. Kimliyi müəyyənləşdirilənlər də var”. Bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib. Onun sözlərinə görə, hələ ki, onların hamısının kimliyi müəyyən edilməyib:“Hazırda identifikasiya aparılır. Kimliyi müəyyənləşdirilənlər də var. Yəqin ki, onlar qruplaşdırılaraq ailələrinə təhvil veriləcək”.
4-10-2022, 18:11
“Belarus xüsusi əməliyyatda iştirak edir, bunu gizlətmirik” - Lukaşenko


“Belarus xüsusi əməliyyatda iştirak edir, bunu gizlətmirik” - Lukaşenko

Belarus Rusiyanın Ukraynada başladığı xüsusi əməliyyatda iştirak edir, lakin ora özunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib. Belarus dövlətinin başçısı Müdafiə Nazirliyində hərbi təhlükəsizliklə bağlı müşavirə keçirib."Ukraynada xüsusi hərbi əməliyyatda iştirakımıza gəlincə, biz orada iştirak edirik. Bunu gizlətmirik. Amma heç kimi öldürmürük. Hərbçilərimizi heç yerə göndərmirik. Biz öhdəliklərimizi pozmuruq", -deyə Lukaşenko vurğulayıb. Onun sözlərinə görə, hər gün Belarusa bir neçə yüz adam gəlir."Bəli, müalicə edirik. Lazım olan insanları müalicə etdik. Bəli, biz insanları yedizdiririk. Həm də təkcə rusları yox. Biz gündə Ukraynadan gələn 400-500 nəfər qaçqını, dilənçiləri, yoxsulları yedizdiririk. Axı onlara necə yemək verməmək, müalicə etməmək olar?! Bax bu, bizim bu hərbi əməliyyatda iştirakımızdır. Başqa cür iştirakımız yoxdur və olmayacaq”, - Lukaşenko bildirib. Rusiya fevralın 24-dən Ukraynada müharibəyə başlayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!