Xınalığa dolu düşüb .....                        Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                       
4-10-2022, 18:05
11 yolda piyada keçidi tikilir


11 yolda piyada keçidi tikilir

Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən kompleks tədbirlər həyata keçirilir. AAYDA-dan verilən məlumata görə, bu tədbirlər çərçivəsində Bakı şəhərində və magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.

Bakı şəhəri üzrə:

Heydər Əliyev adına Beynəlxalq Hava Limanı-Mərdəkan-Qala yolunda - Piyada keçidinin tikintisi aparılır və 85% tikinti-quraşdırma işləri görülüb.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanı-Mərdəkan-Zuğulba avtomobil yolunda - Piyada keçidinin tikintisi aparılır və 12% tikinti-quraşdırma işləri görülüb.
Zığ yolunda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yanında - Piyada keçidinin tikintisi aparılır və18% tikinti-quraşdırma işləri görülüb.
Xocasən - Lökbatan yolu, Xocasən elektrik stansiyasının qarşısında - Piyada keçidinin tikintisi aparılır və 15% tikinti-quraşdırma işləri görülüb.

Respublika əhəmiyyətli avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində:

M-4 Bakt-Şamaxı-Yevlax avtomobil yolu, 14,9-cu km - Piyada keçidinin tikintisi yekunlaşıb. Keçidin uzunluğu 40.5 metr, eni 3.5 metr, hündürlüyü 5.5 metr təşkil edir.
M-4 Bakt-Şamaxı-Yevlax avtomobil yolu, 18,5-ci km - Piyada keçidinin tikintisi aparılır və 80% tikinti-quraşdırma işləri görülüb.
M-4 Bakt-Şamaxı-Yevlax avtomobil yolu, 20,2-ci km - Piyada keçidinin tikintisi aparılır və 40% tikinti-quraşdırma işləri görülüb.
M-4 Bakt-Şamaxı-Yevlax avtomobil yolu, 25-ci km - Piyada keçidinin tikintisi aparılır və 80% tikinti-quraşdırma işləri görülüb.
M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu, 21-ci km - Piyada keçidinin tikintisi aparılır və 15% tikinti-quraşdırma işləri görülüb.
M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu, 46,9-cu km - Piyada keçidinin tikintisi aparılır və 20% tikinti-quraşdırma işləri görülüb.
M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu, 25,3-cü km - Piyada keçidinin tikintisi aparılır və 45% tikinti-quraşdırma işləri görülüb.

4-10-2022, 18:00
Xocavənddə 25 nəfərin meyit qalığı aşkarlanıb


Xocavənddə 25 nəfərin meyit qalığı aşkarlanıb

“Xocavənd rayonunun Edilli kəndində artıq üçüncü məzarlıq aşkar olunub. Bu günə qədər 25 nəfərin qalıqları aşkarlanıb”. Bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib. Onun sözlərinə görə, 12 hərbçiyə aid olduğu ehtimal edilən qalıqlar hələ sonuncu deyil: “Müvafiq qaydalara uyğun olaraq həmin qalıqlar götürüləndən sonra qazıntı işləri yenə də davam etdiriləcək. Bunların altında yenə də qalıqlar ola bilər”. Nazirlik rəsmisi bildirib ki, Edilli kəndində ermənilər Azərbaycan əsirləri üçün xüsusi yer ayırıb və kütləvi şəkildə onları basdırıblar:"Burada qazıntı işləri davam etdirilir. Hələ yekunlaşmayıb. Edilli kəndi ərazisindəki başqa yerlərdə də qazıntı işləri aparılacaq".
4-10-2022, 17:57
Peskov Ermənistan mətbuatının iddiasını cəfəngiyyat adlandırdı


Peskov Ermənistan mətbuatının iddiasını cəfəngiyyat adlandırdı

Rəsmi Moskvanın guya Ermənistanı “Rusiya-Belarus İttifaqı”na daxil etməyə cəhd göstərməsi barədə məlumatlar cəfəngiyyatdır. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan mediasının iddiasına münasibət bildirərkən deyib."Xeyr, növbəti cəfəngiyatdır", - Peskov jurnalistlərin bu iddianı şərh etmək xahişinə cavab olaraq bildirib. Xatırladaq ki, sözügedən iddianı Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın rəhbərlik etdiyi "Aykakan ıamanak" qəzeti yazıb.
4-10-2022, 17:55
Rusiya nüvə silahını sınaqdan keçirəcək? - Peskov cavab verdi


Rusiya nüvə silahını sınaqdan keçirəcək? - Peskov cavab verdi

Rusiya Federasiyası hazırda Qərb mediası və siyasətçilərinin tez-tez müraciət etdiyi “nüvə ritorikası”na qoşulmaq niyyətində deyil. Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov “The Times” nəşrinə rəsmi Kremlin Ukrayna yaxınlığında nüvə sınaqları keçirə biləcəyini şərh edərkən bildirib. Bundan əvvəl “The Times” qəzeti yazıb ki, NATO Alyansın üzvü olan ölkələrə Rusiyanın Ukrayna ilə sərhədlərdə - Qara dənizdə nüvə sınaqları keçirə biləcəyi barədə xəbərdarlıq edib. Nəşr bildirir ki, bu yolla Rusiya Federasiyası kütləvi qırğın silahlarından istifadə etməyə hazır olduğunu nümayiş etdirə bilər.
4-10-2022, 17:54
Artıq 200 min insan səfərbərliyə çağırılıb - Şoyqu


Artıq 200 min insan səfərbərliyə çağırılıb - Şoyqu

Rusiya Silahlı Qüvvələrinə qismən səfərbərliklə əlaqədar 200 mindən çox insan çağırılıb. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib. Onun sözlərinə görə, Müdafiə Nazirliyi qismən səfərbərlik planının üçdə ikidən çoxunu yerinə yetirib:"Bu gün Silahlı Qüvvələrə 200 mindən çox insan gəlib. Təşkil olunan bölmələrin şəxsi heyətinin hazırlığı 80 poliqonda və altı təlim mərkəzində aparılır". Şoyqu bildirib ki, vəzifəli şəxslərə səfərbər olunanların geyim dəstləri və digər əmlakla təmin edilməsi, onların hərbi vəzifələrə təyin edilməsi tapşırılıb. Şoyqu vurğulayıb ki, qismən səfərbərliyə çağırılanlar artıq cəlb olunmuş bölmələrlə birlikdə yalnız döyüş koordinasiyasından sonra xüsusi hərbi əməliyyat bölgələrinə göndəriləcək. O, hərbi dairələrin və Şimal Donanmasının komandirlərindən “çağırılanları döyüş vəziyyətinə tez uyğunlaşdırmaq üçün döyüş təcrübəsi olan zabitlərin rəhbərliyi altında onlarla əlavə təlim keçirməyi” tələb edib. Müdafiə nazirinin sözlərinə görə, payız çağırışı zamanı xidməti başa vuran çağırışçılar evə qayıdacaq, yeni çağırışçılar isə xüsusi təyinatlı hərbi əməliyyata cəlb olunmayan hissələrdə xidmət edəcəklər. Bu il payız çağırışı adi vaxtdan bir ay gec, noyabrda başlayacaq və ehtiyata keçid oktyabrdan dekabr ayına qədər baş tutacaq. Həmin müddətdə 120 min nəfərin çağırılması planlaşdırılır ki, bu da ötən payızdan 7500 nəfər azdır. Xatırladaq ki, sentyabrın 21-də prezident Vladimir Putin öz fərmanı ilə Rusiyada qismən səfərbərlik elan edib. O bildirib ki, hərbi xidmətdə təcrübəsi olan, qoşunlar arasında tələbat olan hərbi qeydiyyat ixtisaslarına malik ehtiyatda olan hərbçilər çağırılacaq. Öz növbəsində Şoyqu qeyd edib ki, səfərbərliyə 300 min nəfərə qədər insanın çağırılması planlaşdırılır.
4-10-2022, 17:52
Xersonun daha bir kəndi ruslardan azad edildi


Xersonun daha bir kəndi ruslardan azad edildi

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin Novopetrivka şəhərində Ukrayna bayrağını qaldırıb. Bu barədə Ukrayna KİV-ləri məlumat yayıb."Novopetrivka Xerson vilayətinin Berislav rayonunun Visokopil qəsəbə icmasında yerləşir. Genişmiqyaslı işğaldan əvvəl orada yaşayan əhalinin sayı təxminən 835 nəfər idi", - məlumatda qeyd olunub.
4-10-2022, 17:50
İlham Əliyev: “Bu addımı dünyada yalnız üç ölkə atıb”


İlham Əliyev: “Bu addımı dünyada yalnız üç ölkə atıb”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səudu qəbul edib. Butov.az xəbər verir ki, qonağı salamlayan Prezident İlham Əliyev dedi:
-Sizi görməyə şadam, Azərbaycana xoş gəlmisiniz. Əminəm ki, səfəriniz məhsuldar olacaq.
Nazir Feysal bin Fərhan Al Səud dedi:
-Çox sağ olun, Zati-aliləri, bizi qəbul etmək üçün vaxt ayırdığınıza görə təşəkkür edirəm. Azərbaycanda səfərdə olmaq böyük şərəfdir və Zati-alinizlə görüşmək böyük məmnuniyyət doğurur. İcazə verin, İki Müqəddəs Ocağın Xadimi, Kral Əlahəzrətin və Vəliəhdin Sizə və Azərbaycan xalqına səmimi salamlarını çatdırım. Bizi bu səhər qəbul etdiyiniz üçün bir daha sağ olun. Prezident İlham Əliyev: Sağ olun. Xahiş edirəm, mənim də salamlarımı Kral Əlahəzrətə və Vəliəhdə çatdırasınız. Mənim qardaş ölkənizə səfərim, Kral Əlahəzrəti və Vəliəhdlə müzakirələr aparmağımla bağlı çox yaxşı xatirələrim var. Əminəm ki, sizin səfəriniz artıq mümkün olan ən yüksək səviyyəyə çatmış münasibətlərimizin daha da inkişafında çox vacib rol oynayacaq. Biz ölkələrimiz arasında mövcud olan bu səmimi münasibətlərə böyük dəyər veririk. Biz hər zaman hökumətinizin və xalqınızın dəstəyini hiss etmişik. İşğal dövründə Səudiyyə Ərəbistanı az sayda olan ölkələrdən biri idi ki, bizim haqlı işimizə davamlı dəstək verirdi. Bunun bariz nümunəsi işğal dövründə Səudiyyə Ərəbistanının Ermənistanla diplomatik münasibətlər qurmaması idi. Bu addımı isə dünyada yalnız üç ölkə atıb və biz buna görə həqiqətən də minnətdarıq. İndi isə torpaqlarımızı işğaldan azad etdikdən sonra biz irimiqyaslı yenidənqurma proqramı həyata keçiririk və qardaş ölkələrin şirkətlərini tərəfdaşımız olaraq görmək istəyirik. Eyni zamanda, ilin əvvəli də çox yaddaqalan olub - ölkənizdən olan şirkət tərəfindən maliyyələşdirilən böyük elektrik enerjisi stansiyası layihəsinə start verilib. Həmin layihə ilin əvvəli üçün yaxşı start idi və layihə uğurla gedir. Bu yaxınlarda hökumətinizin bir sıra üzvləri ilə görüşüm oldu və mənə layihənin gedişi ilə bağlı məlumat verildi. Yəni, əlaqələrimiz siyasi və iqtisadi sahələrdə inkişaf edir. Əminəm ki, ölkəmizə daha çox turist gələcək. Çünki COVID-19-la bağlı rəqəmlər artıq aşağı düşüb və vəziyyət əvvəlkinə qayıdıb. Əlbəttə, qardaş ölkələrimiz arasında mədəniyyət sahəsində də əlaqələr uğurla inkişaf edir. Biz bir-birimizə çox yaxınıq. Bizim vətəndaşlar Səudiyyə Ərəbistanına səfər edir, sizin vətəndaşlar Azərbaycana gəlir və bunu aydın şəkildə görürlər. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq münasibətlərimizin daha bir vacib hissəsidir. Biz BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində göstərilən dəstəyə görə minnətdarıq. Biz bu təsisatlarda uğurla əməkdaşlıq edirik. Əminəm ki, səfəriniz zamanı həmkarlarınızla məsləhətləşmələr çərçivəsində əlaqələrimizi daha da gücləndirmək üçün hansı istiqamətdə irəli gedəcəyimiz müəyyən ediləcək. Bir daha xoş gəlmisiniz. Nazir Feysal bin Fərhan Al Səud: Təşəkkür edirəm, Zati-aliləri. Həqiqətən də ölkələrimiz arasında dostluq münasibətləri olduqca güclüdür və biz qardaşıq. Biz onilliklər ərzində yaxından əməkdaşlıq etmişik və bir-birimizin yanında olmuşuq. Bu, ölkəmizin rəhbərliyinin mövqeyidir. Zati-aliləri, mövcud olan güclü dostluq əsasında görülə biləcək işlərimiz çoxdur və potensialımız daha böyükdür. Sizin rəhbərliyiniz və təlimatlarınız əsasında son bir neçə ayda biz bir sıra iqtisadi məsələlərdə irəliləyişə nail olmuşuq. Çünki siyasi səviyyədə və xalqlarımız arasında güclü əlaqələrə baxmayaraq, iqtisadiyyat sahəsində görüləcək işlər çoxdur. Ticarət dövriyyəmiz aşağıdır və qarşılıqlı sərmayə qoyuluşu da hər iki ölkənin iqtisadi potensialına uyğun deyil. Zati-aliləri, son iki ildə Azərbaycanda ciddi iqtisadi artım olub və ölkəniz Səudiyyə Ərəbistanı Krallığı kimi böyük uğurlara imza atıb. Biz Səudiyyə Ərəbistanında inanırıq ki, mövcud olan qardaşlıq münasibətlərimizin təməli üzərində daha güclü əməkdaşlığın qurulması üçün böyük imkanlar var.
4-10-2022, 17:47
Erməni özlərinin basdırdığı minaya düşdü


Erməni özlərinin basdırdığı minaya düşdü

Ermənistanın Geqarkunik rayonunda 31 yaşlı Suren L. həmyerlilərinin basdırdığı minaya düşərək xəsarət alıb. Butov.az xəbər verir ki, oktyabrın 2-də saat 20:00 radələrində Çəmbərək xəstəxanasından rayon polis şöbəsinə sağ ayağından yaralanan xəstə ilə bağlı məlumat daxil olub. Polis hadisənin saat 18:00 radələrində baş verdiyini müəyyən edib. Məlum olub ki, yaralı şəxs minanın partlaması nəticəsində ayağından xəsarət alıb. Faktla bağlı cinayət işi başladılıb.
4-10-2022, 17:45
Azərbaycanda qeyri-adi olay - Bank hər müştəriyə 900 manat yüklədi


Azərbaycanda qeyri-adi olay - Bank hər müştəriyə 900 manat yüklədi

Azərbaycanda qeyri-adi hadisə qeydə alınıb. Belə ki, "Unibank" müştəriləri səhəri balanslarına 900 manat yüklənməsinə dair aldıqları mesajla açıblar. Müştərilər nə baş verdiyini anlayana qədər məbləğ kart hesablarından geri çəkilib. Məsələ ilə bağlı "Unibank" cavab olaraq, faktı təsdiqləyib. Bildirilib ki, bu, sırf texniki problemlə bağlı məsələdir:"Bəzi müştərilərin balanslarına texniki problemlə bağlı səhvən pul yüklənib. Artıq texniki problem aradan qaldırılıb və səhvən köçürülən vəsaitlər həmin müştərilərin hesabından geri çəkilib".
4-10-2022, 17:43
Zelenski qərar verdi - Putinlə danışıqlar mümkünsüzdür


Zelenski qərar verdi - Putinlə danışıqlar mümkünsüzdür

Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiya Prezidenti Vladimir Putinlə danışıqların mümkünsüzlüyü barədə qərarı təsdiqləyib. Bu barədə qərar Ukrayna Prezidentinin Ofisinin saytında yayımlanıb. Sənəddə qeyd edilib ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə danışıqların aparılmasının mümkünsüzlüyü konstatasiya olunur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!