Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
11-10-2022, 16:29
Qazaxıstan Kiyevdəki diplomatlarını təxliyə edir


Qazaxıstan Kiyevdəki diplomatlarını təxliyə edir

Qazaxıstan Xarici İşlər Nazirliyi Kiyevdəki səfirliyinin əməkdaşlarının təxliyəsi imkanlarını nəzərdən keçirir. Bu barədə jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib. O, diplomatik heyətin hansı şəhərə təxliyə edilməsinin nəzərdə tutulduğunu açıqlamayıb. Xatırladaq ki, ötən gün Qazaxıstanın Kiyevdəki səfirliyi həmvətənlərinə müraciət edərək, Ukrayna ərazisinə səfərdən çəkinməyə və bu ölkəni tərk etməyə çağırıb.
11-10-2022, 16:26
Ukrayna qaranlığa qərq oldu


Ukrayna qaranlığa qərq oldu

Rusiyanın raket zərbələri nəticəsində Ukraynanın beş vilayətində 300-dən çox yaşayış məntəqəsi işıqsız qalıb. Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Bildirilib ki, Kiyev, Lvov, Sumı, Ternopol və Xmelnitski vilayətlərində 301 yaşayış məntəqəsində elektrik enerjisi kəsilib, bundan əlavə, partlayışlar nəticəsində baş verən 30 yanğın söndürülüb. Hakimiyyət orqanları vətəndaşları enerji sisteminin yükünü azaltmaq üçün yerli vaxtla saat 17:00-dan 22:00-dək işıqları söndürməyə və elektrik cihazlarından istifadə etməməyə çağırıb. Sakinlərə sığınacaqlarda qalmaları tövsiyə edilib.



11-10-2022, 16:24
Baş Prokurorluq bəyanat yaydı


Baş Prokurorluq bəyanat yaydı

Azərbaycan Respublikası Baş Prokurorluğu Ermənistan Silahlı Qüvvələrinin ölkəmizə hücumları ilə bağlı bəyanat yayıb. Butov.az xəbər verir ki, bəyanatda deyilir:"Bəyan edirik ki, Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, 2020-ci ilin sentyabr ayının 27-də başlayan 44 günlük Vətən müharibəsinin gedişatında əldə olunmuş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə və cəbhə zonasından uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçmiş, müxtəlif növ silahlarla, ballistik raketlərlə, eyni zamanda qadağan olunmuş artilleriya silahları ilə atəşə tutaraq insanlıq və sülh əleyhinə, habelə müharibə cinayətləri törətmiş, müharibəyə hər hansı aidiyyəti olmayan, gündəlik qayğıları ilə yaşayan mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurmuşlar. Ermənistan silahlı qüvvələrinin 44 gün sürən Vətən Müharibəsinin gedişatında bir neçə iri şəhəri, o cümlədən yarım milyondan çox əhali yaşamaqla Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncəni hədəf alması 1988-ci ildən bugünədək davam etdirilən təcavüzkar siyasətin tərkib hissəsidir. Belə ki, müharibə ərazisindən kənarda yerləşən Gəncə şəhərinin 04, 05, 08, 11 və 17 oktyabr 2020-ci il tarixlərində raket və ağır artilleriya silahları ilə bombalanması nəticəsində 10 qadın, 6 azyaşlı olmaqla 26 nəfər şəxs həlak olmuş, 57 qadın, 32 azyaşlı olmaqla 175 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir. Erməni silahlı qüvvələrinin bu hücumları təşkil edərkən əsas məqsədləri daha çox insanın həyatına son qoymaq olduğundan, məhz şəhərin mülki şəxslərin kompakt yaşadığı hissələri, xüsusən də gecə saatlarında hədəfə alınmışdır. Gəncə şəhərinə edilən raket hücumları ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğunda 3 cinayət işi başlanaraq istintaq aparılır və təqsirli şəxslərin Azərbaycan qanunları qarşısında cavab vermələri üçün zəruri bütün tədbirlər görülür. Azərbaycan Respublikasının Baş Prokurorluğu beynəlxalq təşkilatları və bütövlükdə dünya ictimaiyyətini Azərbaycanın mülki əhalisini məqsədli şəkildə hədəf seçərək onların qətli ilə nəticələnən sülh və insanlıq, eləcə də müharibə cinayətləri törətmiş Ermənistana və onun hərbi-siyasi rəhbərliyinə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş hüquqi məsuliyyət tədbirlərini görməyə çağırır. İnsanlıq və sülh əleyhinə olan cinayətləri qınayır, həlak olanların xatirəsini dərin hüznlə yad edirik".
11-10-2022, 16:21
Rusiya yenə Ukraynanın bu şəhərlərini vurdu


Rusiya yenə Ukraynanın bu şəhərlərini vurdu

Bu gün səhər saatlarında Rusiya Ukraynanın Zaporojye, Odessa, Rivne və Krivoy Roq vilayətlərinə hücum edib. Bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. Bildirilir ki, Zaporojye şəhərinin mərkəzinə endirilən raket zərbəsi nəticəsində 1 nəfər ölüb. Odessa, Rivne və Krivoy Roq vilayətlərində isə partlayış səsləri eşidilib.
11-10-2022, 16:19
Avropa çempionatında ölkəmizi onlar təmsil edəcək


Avropa çempionatında ölkəmizi onlar təmsil edəcək

Oktyabrın 14-də Monteneqronun Budva şəhərində qadın boksçular arasında Avropa çempionatı start götürəcək. Boks Federasiyasından verilən məlumata görə, 9 gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq. Yığma baş məşqçi Yadigar Məmmədov və məşqçi İlkin Ağayevin rəhbərliyi altında çempionatda 5 boksçu ilə təmsil olunacaq. Budvada ölkəmizin idman şərəfini Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (51 kq), Zeynəb Rəhimova (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (80 kq) qoruyacaq. Bu gün səfərə yollanan komanda oktyabrın 23-də Bakıya qayıdacaq. Qeyd edək ki, Avropa çempionatının püşkü oktyabrın 13-də atılacaq.
11-10-2022, 16:16
"Qarabağ" - "Olimpiakos" matçını ingilislər idarə edəcək


"Qarabağ" - "Olimpiakos" matçını ingilislər idarə edəcək

Bakıda "Qarabağ" və Yunanıstanın "Olimpiakos"u arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu üçün təyinatlar açıqlanıb. Butov.az xəbər verir ki, qarşılaşma İngiltərədən olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Craig Pavsona Lee Betts və İan Hussin laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını John Brooks yerinə yetirəcək. Darren Jon Herbert VAR hakimi, Peter Bankes isə onun köməkçisi olacaq. Hakim-inspektor norveçli Jon Skjervold, UEFA nümayəndəsi Bosniya və Herseqovinadan olan Milan Jankoviçdir. Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Olimpiakos" matçı saat 20:45-də başlayacaq. "Köhlən atlar" III turda Afinadakı görüşdə rəqibini 3 cavabsız qolla məğlub edib.
11-10-2022, 16:14
Qobuda hərbi sursat aşkarlandı


Qobuda hərbi sursat aşkarlandı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Qobu qəsəbəsində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd döyüş tətbiqinə yararlı 100mm-lik top mərmisi olduğu müəyyən edilib. Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.




11-10-2022, 16:11
Daşkəsəndəki mövqelərimiz atəşə tutuldu


Daşkəsəndəki mövqelərimiz atəşə tutuldu

Oktyabrın 10-u saat 23:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
11-10-2022, 16:09
Azərbaycanlı müğənni Türkiyədə döyüldü - Burnu sındı


Azərbaycanlı müğənni Türkiyədə döyüldü - Burnu sındı

Azərbaycanlı müğənni Nərgiz Bağıyeva İstanbulda avtomobilini əzən taksi sürücüsü tərəfindən döyülüb. Butov.az xəbər verir ki, taksi sürücüsü müğənniyə yumruq zərbələri endirərək, onun burnunu sındırıb, başını dəmir baryerlərə vurub, daha sonra telefonunu qırıb. Müğənni Nərgiz Bağıyeva hadisə barədə polisə məlumat verib və həmin sürücüdən şikayətçi olub.

11-10-2022, 16:06
Zaporojye yenidən raketlə vuruldu


Zaporojye yenidən raketlə vuruldu

Rusiya ordusu Zaporojyeyə yenidən raket zərbələri endirib. Hazırda dağıntı və zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir. Bu barədə Zaporojye vilayətinin rəhbəri Aleksandr Staruxun "Telegram" kanalında yazıb. Onun sözlərinə görə, ruslar infrastruktur obyektlərini hədəfə alıblar:"İşğalçılar rayon mərkəzinə raketlərlə hücum edib. Düşmənin hədəfləri infrastruktur obyektləri olub. Dağıntı və qurbanlar barədə məlumat dəqiqləşdirilir". Vilayət rəhbəri şəhər əhalisini sığınacaqlarda qalmağa çağırıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!