“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
11-10-2022, 16:03
Ukraynada daha bir azərbaycanlı həlak oldu


Ukraynada daha bir azərbaycanlı həlak oldu

Ukraynada davam edən müharibədə daha bir azərbaycanlı həlak olub. Bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu məlumat yayıb. Qeyd edilib ki, 1984-cü il təvəllüdlü Ruslan Hüseyn oğlu Məmmədov Xersonun müdafiəsi zamanı həlak olub.
11-10-2022, 16:01
ABŞ Ukraynanı hava hücumundan müdafiə silahları ilə təmin edəcək


ABŞ Ukraynanı hava hücumundan müdafiə silahları ilə təmin edəcək

ABŞ prezidenti Co Bayden bu gün Ukrayna prezidenti Volodimir Zelenski ilə telefonla danışıb. Bu barədə Ağ Evin mətbuat xidməti bildirib. Məlumata əsasən, o, Ukraynaya özünü müdafiə etmək üçün lazım olan dəstəyi göstərməyə davam edəcəyinə söz verib. Xüsusilə, hava hücumundan müdafiə sistemləri haqqında söhbət aparılıb. Ukrayna prezidentinin mətbuat xidməti də C.Baydenlə telefon danışığı barədə məlumat yayıb."ABŞ prezidenti Co Baydenlə məhsuldar söhbət apardım. Əsas müzakirə mövzusu hava hücumundan müdafiə olub. Bu, hazırda müdafiə sahəsində əməkdaşlığımızda bir nömrəli prioritetdir", - deyə V.Zelenski bildirib.
11-10-2022, 15:59
“Ukrayna ilə döyüşmək istəmirik” - Belarusun müdafiə naziri


“Ukrayna ilə döyüşmək istəmirik” - Belarusun müdafiə naziri

Belarus qonşu dövlətlərlə döyüşmək niyyətində deyil. Bunu Belarusun müdafiə naziri Viktor Xrenin bildirib.“Biz litvalılar, polyaklar, ukraynalılarla döyüşmək istəmirik. Əgər onlar istəməsələr və yanlış addımlar atmasalar, müharibə olmayacaq”, - nazir deyib. Nazir, həmçinin qeyd edib ki, ölkənin silahlı qüvvələrinin planları müdafiə xarakteri daşıyır, lakin təcavüz halında dərhal və sərt cavab veriləcək.
11-10-2022, 15:56
Ukrayna əhalisinin üçdə biri ölkəni tərk edib


Ukrayna əhalisinin üçdə biri ölkəni tərk edib

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Ukrayna əhalisinin üçdə biri ölkəni tərk edib. Bu barədə BMT-nin insan haqları üzrə ekspertləri birgə yazılı bəyanat yayıblar. Rəsmi məlumatda Ukrayna əhalisinin üçdə birinin müharibənin başlamasından sonra ölkəni tərk etdiyi vurğulanıb, həmçinin çoxlu sayda qadın, uşaq, qoca və əlilin müdafiəsiz vəziyyətdə olduğu qeyd edilib."Qaçqınların və onların ailələrinin müdafiəsi beynəlxalq hüququn tələbidir, uşaqların müdafiəsinə xüsusi diqqət yetirilməlidir", - BMT-dən bildirilib.
11-10-2022, 15:54
Zelenski Baydenlə danışıqlar apardı


Zelenski Baydenlə danışıqlar apardı

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Bayden ilə telefon danışığı aparıb. Bu barədə Zelenski özünün "Twitter hesabında məlumat yayıb. O, Baydenlə hava hücumundan müdafiə vasitələri barədə danışdığını bildirib."ABŞ prezidenti Co Baydenlə məhsuldar söhbət olub. Əsas müzakirə mövzusu hava hücumundan müdafiə idi. Hazırda müdafiə sahəsində əməkdaşlığımızda bu, bir nömrəli prioritetdir", - Zelenski qeyd edib.
11-10-2022, 15:53
Polşa bomba sığınacaqlarını hazır vəziyyətə gətirir


Polşa bomba sığınacaqlarını hazır vəziyyətə gətirir

Polşanın Fövqəladə Hallar Xidməti ölkədəki bomba sığınacaqlarının vəziyyətini yoxlamağa başlayıb. Bu barədə ölkənin daxili işlər nazirinin müavini Makzey Vasik bildirib. Polşa vətəndaşlarını NATO-nun onların təhlükəsizliyinə zəmanət verdiyinə inandırsa da, qonşu Ukraynada baş verən hadisələr ölkəni raket zərbəsi ehtimalına hazırlaşmağa məcbur edir. Bildirilir ki, ölkədə 62 min sığınacaq mövcuddur.“Onların vəziyyəti və istifadəyə yararlılığı yoxlanılır. Lazım gələrsə, sığınacaqların uyğunlaşdırılması üçün tədbirlər görəcəyik”, - deyə nazir müavini qeyd edib.
11-10-2022, 15:50
Ukrayna elektrik enerjisi ixracını dayandırdı


Ukrayna elektrik enerjisi ixracını dayandırdı

Rusiya ordusunun enerji istehsalı obyektlərinə qarşı raket hücumundan sonra Ukrayna elektrik enerjisi ixracını dayandırıb. Bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayıb. Bildirilib ki, stansiyaların iş rejimi pozulduğu üçün Ukrayna 11 oktyabr tarixindən elektrik enerjisi ixracını dayandırmaq qərarına gəlib. Qeyd olunub ki, məqsəd ölkənin enerji sisteminin sabitliyini təmin etməkdir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!