20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
13-10-2022, 14:06
Türkiyə şəhid verdi


Türkiyə şəhid verdi

Türkiyə ordusunun hərbi qulluqçusu İraqda şəhid olub. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsində çavuş rütbəli hərbçinin əldəqayırma bombanın partlaması nəticəsində ağır yaralandığı bildirilir. Yaralı hərbçi xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
13-10-2022, 14:04
Kanada Kiyev üçün yeni hərbi yardım ayırdı


Kanada Kiyev üçün yeni hərbi yardım ayırdı

Kanada hökuməti Ukrayna üçün yeni hərbi yardım paketini açıqlayıb. Bu barədə Kanadanın müdafiə naziri Anita Anand məlumat yayıb. Yeni hərbi yardım paketinin həcmi 47 milyon Kanada dollarıdır. Paketə artilleriya mərmiləri, peyk rabitə sistemləri, qış geyimləri və pilotsuz uçuş aparatları üçün kameralar daxildir. Qeyd edək ki, bu gün 50-dən çox Qərb ölkəsi Ukraynaya daha çox silah, xüsusilə hava hücumundan müdafiə sistemi göndərmək üçün bir araya gəlib. Kanada tərəfindən bildirilib ki, Ukrayna qüvvələrinə təlim keçmək üçün Polşaya 40 hərbçi göndəriləcək.
13-10-2022, 10:40
Məktəblilər üçün daha bir internet resursu ərsəyə gəlir

Məktəblilər üçün daha bir internet resursu ərsəyə gəlir

“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icrasına başladığı “İstedadlı məktəblilərin üzə çıxarılması və inkişafına dəstək” layihəsi pedaqoji ictimaiyyət tərəfindən maraqla qarşılanır.
Təcrübəli mütəxəssislər, nüfuzlu təhsil işçiləri yeni texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə xüsusi qabiliyyətə malik yeniyetmə və gənclərin cəmiyyətə tanıdılması, onların intellektual fəaliyyətlərinin təbliği və stimullaşdırılması məqsədilə layihə çərçivəsində “chevik.az” saytının yaradılması və onun fəaliyyətinə layihə iştirakçıları olan məktəblilərin fəal şəkildə cəlb edilməsi təşəbbüsünü yüksək dəyərləndirir, layihə rəhbərliyi ilə öz təklifləri və tövsiyələrini bölüşürlər.
Layihəyə rəhbərlik edən “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva bu günlərdə tanınmış əməkdar elm xadimi, professor Şahlar Əsgərovla görüşmüş, təcrübəli pedaqoqun layihə ilə bağlı fikirlərini öyrənmiş, dəyərli məsləhətlərindən faydalanmışdır. Ş.Əsgərov təhsilalanların bilavasitə iştirakı ilə və QHT-nin nəzarəti altında fəaliyyət göstərəcək saytda “Elm və texnika yenilikləri”, “Azərbaycançılıq: tariximiz, mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz”, “Sağlam həyat tərzi”, “Dahilər və tanınmışlar”, “İdeyalar bankı” kimi rubrikaların yer alacağı təqdirəlayiq hesab edərək “chevik.az” saytının gənclərin həm asudə vaxtlarının səmərəli təşkilinə, həm də onlara sosial şəbəkələrdə ünsiyyət mədəniyyətinin aşılanmasına xidmət göstərə biləcəyini vurğulayıb.
Qeyd edilib ki, xüsusi istedada malik uşaqları diqqət mərkəzində saxlamaqla biz onların gələcək ictimai, sosial və elmi fəaliyyətini stimullaşdırmış, öz bilik və bacarıqlarından səmərəli istifadə etmək imkanı yaratmış oluruq. Şahlar Əsgərovun fikrincə, bu gün təhsilini başa vurmuş gənclər əmək fəaliyyətinə başlamaq üçün iş axtarmaqla yanaşı, iş qurmaq bacarığına malik olmalı və bu məqsədlə kiçik sahibkarlığın sirrlərini öyrənməyə çalışmalıdırlar. QHT-nin bu layihəsi gənclərin yaradıcı əmək fəaliyyətinə cəlb edilməsi, onların sahibkarlıq fəaliyyətinin xüsusiyyətləri barədə maarifləndirilməsi baxımından faydalı ola bilər.
Təcrübəli pedaqoqun bu fikri layihə rəhbərliyinə yeni yaradılacaq saytın rubrikalar sırasına “Vakansiyalar” bölməsinin də əlavə edilməsini məqsədəuyğun hesab etməyə imkan verdi. Səmimi fikir mübadiləsi şəraitində keçən görüşdə QHT sədri Könül Quliyeva layihə iştirakçıları adından professor Şahlar Əsgərova dəyərli tövsiyələrinə görə minnətdarlağını bildirib, saytın gənclərdən ibarət işçi qrupunun gələcəkdə də onun məsləhətlərindən bəhrələnəcəyinə ümid bəslədiyini bildirib. Sonda təşkilat sədri onu da qeyd etdi ki, ölkənin tanınmış elm və təhsil mütəxəssisləri ilə görüşləri davam edəcək.
13-10-2022, 07:11
Təlim proqramının ilk mərhələsi başa çatıb

Bullinqə qarşı mübarizə istiqamətində təlim proqramının ilk mərhələsi başa çatıb

Azərbaycan Gənclər Fondunun dəstəyi, “Sağlam Gəncliyə Doğru” İctimai Birliyinin təşkilatçılığı, “İrəli” İctimai Birliyinin tərəfdaşlığı ilə “Stop or Stop it” layihəsinin ilk mərhələsi başa çatıb.

“İrəli” İctimai Birliyinin Mətbuat xidmətindən Butov.az-a məlumat verilib ki, layihənin birinci mərhələsində ümumilikdə 25 nəfər gənc kiberbullinq, uşaqlarla sosial iş, insan hüquqları, komanda quruculuğu, fizioqnomika, şəxsiyyətin formalaşması, “təlimçilər üçün təlim”, effektiv ünsiyyət bacarıqları və digər mövzularda müxtəlif təlim sessiyalarında iştirak edib.

Bildirilib ki, layihənin növbəti mərhələsində gənclər öyrəndikləri bilik və təcrübələri təlim və görüş formatında digər gənclərlə bölüşərək, bu sahədə təlimçi kimi formalaşacaqlar.

Qeyd edək ki, layihənin əsas məqsədi bullinqin fəsadları haqqında maarifləndirmə aparmaq, uşaq, məktəbli və yeniyetmələr arasında bullinqə qarşı mübarizə vərdişlərini gücləndirmək, habelə gənclərdə özünəinam, şəxsiyyət hissinin formalaşdırılmasında yardımçı olmaqdır.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!