Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
18-10-2022, 21:52
Türkiyənin hərbi xərcləri rekord həddə çatır


Türkiyənin hərbi xərcləri rekord həddə çatır

Türkiyə hökuməti 2023-cü ildə müdafiə xərcləri üçün 468,7 milyard türk lirəsi ayırmağı planlaşdırır.
Butov.az xəbər verir ki, gələn ilin müdafiə xərcləri ölkənin Mərkəzi Bankının hazırkı məzənnəsinə uyğun olaraq 25,2 milyard dollar təşkil edəcək. Bu, ölkə tarixində rekord göstəricidir. Daha əvvəl Türkiyənin hərbi xərcləri 2019-cu ildə ən yüksək səviyyədə olub. Həmin il hərbi xərclər 20,6 milyard dollar, keçən il isə 15,4 milyard dollar təşkil edib. Qeyd edək ki, Türkiyə 1952-ci ildən NATO-nun üzvüdür və təşkilatda ikinci ən böyük orduya malikdir.
18-10-2022, 21:50
Qazaxıstan səfirliyindən 18 oktyabr təbriki


Qazaxıstan səfirliyindən 18 oktyabr təbriki

Qazaxıstan səfirliyi Azərbaycanı 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. Bu barədə diplomatik nümayəndəliyin feysbuk səhifəsində paylaşım edilib. "Qazaxıstan səfirliyi qardaş Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir. Hər kəsə səmimi qəlbdən sülh, əmin-amanlıq, xoşbəxtlik, firavanlıq və tərəqqi arzulayırıq!", - təbrikdə deyilir.
18-10-2022, 21:48
Azərbaycan və Serbiya arasında saziş təsdiqlənəcək


Azərbaycan və Serbiya arasında saziş təsdiqlənəcək

Milli Məclis Azərbaycan və Serbiya arasında sosial təminat haqqında sazişi təsdiq edəcək. Butov.az xəbər verir ki, qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən onlayn iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.
18-10-2022, 21:46
Elm Fonduna rəhbər təyin edildi - Sərəncam


Elm Fonduna rəhbər təyin edildi - Sərəncam

Mehriban Natiq qızı İmanova Azərbaycan Elm Fondunun İcraçı direktoru təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
18-10-2022, 21:43
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırıldı


İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırıldı

Prezident İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondunun nizamnaməsinə dəyişiklik edib. Butov.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, Fondun nizamnamə kapitalı 95 milyon manat və yaxud 11,9% artırılaraq 798 milyon manatdan 893 milyon manata çatdırılıb. Kapital artımında məqsəd güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsidir. Artım 2022-ci ilin dövlət büdcəsindən Fonda ayrılmış vəsait hesabına təmin ediləcək.
18-10-2022, 21:40
Avropa İttifaqı da təbriklərə qoşuldu


Avropa İttifaqı da təbriklərə qoşuldu

Avropa İttifaqı (Aİ) Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyi feysbuk səhifəsində paylaşım edib. “Avropa İttifaqının nümayəndəliyi Azərbaycan xalqını 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir. Azərbaycana sülh və firavanlıq arzulayırıq”, - təbrikdə deyilir.

18-10-2022, 21:38
Azərbaycanın İtaliyadakı səfiri dəyişdi


Azərbaycanın İtaliyadakı səfiri dəyişdi

Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda San Marino Respublikasında, Malta Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. Butov.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
18-10-2022, 21:35
İlham Əliyevdən Binəqədi ilə bağlı sərəncam


İlham Əliyevdən Binəqədi ilə bağlı sərəncam

Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsinə 5,3 milyon manat ayrılıb. Butov.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən Bakı şəhəri Binəqədi rayonunun Biləcəri, Binəqədi, M.Ə.Rəsulzadə, Xocəsən və 28 May qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 5,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
18-10-2022, 21:31
Göyçayda 6 yaşlı uşaq atasını güllələdi


Göyçayda 6 yaşlı uşaq atasını güllələdi

Göyçay rayon sakini tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb. Butov.az xəbər verir ki, rayonun Xəlitli kənd sakini, 1993-cü il təvəllüdlü Eyvazov Ariz Mübariz oğlu qarın boşluğunun ön divarının deşilmiş yarası diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Araşdırma zamanı onun 6 yaşlı oğlunun əlində olan tir tüfəngindən ehtiyatsızlıq səbəbindən açılan atəş nəticəsində güllə yarası aldığı məlum olub. Güllə daxilə keçdiyi üçün yaralı cərrahiyyə əməliyyatı olunub. Faktla bağlı Göyçay Rayon Polis Şöbəsinin istintaq bölməsi tərəfindən araşdırma aparılır.
18-10-2022, 21:14
Hər bir vətəndaşa 100 manat verilsin! - Tahir Kərimli


Hər bir vətəndaşa 100 manat verilsin! - Tahir Kərimli

Milli Məclisdə Azərbaycan Xalq Cümhuriyyətinin ildönümü ilə bağlı vətəndaşlara pul verilməsi təklif səsləndirib. Bununla bağlı Milli Məclisin payız sessiyasının bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli təklif səsləndirib. Deputat təklif edib ki, hər bir vətəndaşa 100 manat məbləğində pul verilsin:"Neft Fondunda kifayət qədər pul var. Mənə elə gəlir bu qədər pul fond üçün çox deyil. Digər bir təklifim isə Azərbaycanda doğulan uşaqlara maddi köməklə bağlıdır. Xarici ölkələrdə olduğu kimi, hər bir uşağın adına hesab açılsın və ora vəsait qoyulsun. Bir çox neft-qaz ölkələrində bu təcrübə var. 2 milyon 200 min ailə var. Hər bir ailəyə 200 dollar pul verilsin. Bu, Neft Fondu üçün böyük məbləğ deyil. Neft Fondundakı pulu xalqımız üçün xərcləmək lazımdır. Hökumətimiz xalqın gözündə nüfuzunu çox artırmış olardı. Finlandiyada ali təhsil pulsuzdur. Təklif edirəm ki, bütün dövlət ali təhsil məktəblərində təhsil pulsuz olsun. Azərbaycan öz vətəndaşlarına təhsili pulsuz versin”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!