"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
20-10-2022, 14:24
Ötən il 18 minatəmizləmə maşını alınıb


Ötən il 18 minatəmizləmə maşını alınıb

Ötən il Azərbaycan 18 ədəd minatəmizləmə maşını alıb. Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, gələn ilin yanvar ayına qədər daha bir ədəd maşın alınacaq və bununla bağlı müqavilə mövcuddur. “2023-cü ilə dair büdcə planları hələ təsdiq olunmadığı üçün indidən nə qədər avadanlıq alınacağı barədə məlumat vermək çətindir. Biz minatəmizləmə maşınlarını daha çox iki ölkədən, Slovakiya və Xorvatiyadan alırıq, çünki bu maşınlardan uzun müddətdir istifadə edirik. Həmçinin onlarla işləmək minatəmizləyənlərimiz üçün daha rahatdır. Eyni zamanda bu maşınların servisini və təmirini də özümüz edə bilirik”. V.Süleymanov vurğulayıb ki, minatəmizləmə işinin aparılması üçün lazım olan avadanlıqlarla bağlı da mühim irəliləyişlər var: “Belə ki, yeni nəsil minatəmizləmə detektorları sürpriz minaları (üst-üstə yerləşdirilmiş iki mina - red), həmçinin yanaşı basdırılmış iki minanı eyni anda aşkarlaya bilir. Bütün bunlar minatəmizləmə işinə öz töhfəsini verməkdədir”.
20-10-2022, 14:22
İstefa verən nazirin yerinə Consonun kadrı gətirildi


İstefa verən nazirin yerinə Consonun kadrı gətirildi

Böyük Britaniyanın istefa vermiş daxili işlər nazirinin yerinə yeni təyinat olub. Bu barədə Britaniya hökuməti məlumat yayıb. Qrant Şapps Britaniyanın daxili işlər naziri vəzifəsinə gətirilib. O, Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun hökumətində nəqliyyat naziri vəzifəsində çalışıb. Qeyd edək ki, 43 gün əvvəl baş nazir Liz Trass tərəfindən təyin edilən daxili işlər naziri Braverman şəxsi elektron poçt ünvanından rəsmi sənəd göndərməklə təhlükəsizlik qaydalarını pozub və bu səbəbdən vəzifəsindən istefa verib.
20-10-2022, 14:17
Ukraynada daha bir azərbaycanlı həlak oldu


Ukraynada daha bir azərbaycanlı həlak oldu

Ukraynanın ərazi bütövlüyü və azadlığı uğrunda daha bir soydaşımız həlak olub. Bu barədə Odessada fəaliyyət göstərən “Birlik” dispor təşkilatının sədr müavini Anar Ağazadə bildirib. O deyib ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Radasının Krivoy Roq nümayəndəliyinin rəhbəri Kamal Ağayevdən alınan məlumata görə, həlak olan soyadımız 1966-cı il təvəllüdlü Vahid Əzim oğlu Əzizovdur. Əslən Zaqataladan olan soydaşımızın ailəsi Krivoy Roq şəhərində yaşayır, bir oğlu, bir qızı var. Ukrayna vətəndaşı olan soydaşımız mart ayından könüllü döyüşlərə qatılıb, PDM (BMP) heyətində atıcı olub. O, Luqansk cəbhəsində bölüyü ilə birgə minamyot atışları zamanı həyatını itirib. Vahidib qardaşı isə hazırda Baxmut istiqamətində döyüşür. Allah rəhmət eləsin.

20-10-2022, 14:14
Britaniyanın daxili işlər naziri istefa verdi


Britaniyanın daxili işlər naziri istefa verdi

Böyük Britaniyanın daxili işlər naziri Suella Breverman istefa verib. Bu barədə BBC agentliyi məlumat yayıb. Bildirilir ki, o, şəxsi elektron poçtundan rəsmi sənəd göndərərək təhlükəsizlik qaydalarını pozub. DİN rəhbəri istefa məktubunda səhvə yola verdiyini etiraf edib: “Mən səhv etdim, məsuliyyəti qəbul edirəm, istefa verirəm".
20-10-2022, 14:13
Güləşçimiz dünya çempionu oldu


Güləşçimiz dünya çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında qızıl medal qazanıb. Butov.az xəbər verir ki, 72 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz finalda xorvatiyalı Pavel Puklavetsə 8:2 hesabı ilə qalib gəlib. Bununla da yunan-Roma güləşi üzrə Azərbaycan yığması mundialı 3 medalla başa vurub. Daha əvvəl Nihad Quluzadə (55 kq) və Nihad Məmmədli (60 kq) ikinci yeri tutub.
20-10-2022, 14:10
Özünü yandıran qazi xəstəxanadan evə buraxıldı


Özünü yandıran qazi xəstəxanadan evə buraxıldı

Avqustun 18-də Samux rayon İcra Hakimiyyətinin qarşısında özünü yandıran Təbriz Abdullayevin vəziyyəti yaxşılaşaraq evə buraxılıb. Bu barədə Nərimanov Tibb Mərkəzindən məlumat verilib. Qeyd edilib ki, 08.08.2022-ci il tarixində Samux rayon sakini, II Qarabağ müharibəsi qazisi 1989-cu il təvəllüdlü Abdullayev Təbriz Cəmil oğlu yanıq xəsarətləri ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Akademik Z.Məmmədov adına xəstəxananın Reanimasiya şöbəsinə daxil olmuşdu. Daha sonra ixtisaslı yardım üçün Bakı şəhərinə təxliyyə edilmişdi. A.Təbriz 08.08.2022-ci il saat 16:30 radələrində Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə bədəninin 75-80% yanığı, III-IV dərəcəli termiki alov xəsarəti ilə daxil olmuşdu. Reanimasiya şöbəsində müalicəsi həkim nəzarəti altında davam etdirilirdi, vəziyyəti ağır olaraq qiymətləndirilirdi. Artıq o, müalicə olunaraq evə buraxılıb.
20-10-2022, 14:01
Zəngilanda Su Elektrik Stansiyası işə salınıb


Zəngilanda Su Elektrik Stansiyası işə salınıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilanda Arximed turbini tipli Su Elektrik Stansiyasının işə salınması mərasimində iştirak ediblər. Butov.az xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimov dövlətimizin başçısına və birinci xanıma stansiya barədə məlumat verib. Bildirildi ki, Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi çərçivəsində keyfiyyətli ekoloji mühitin yaradılması və enerjidən səmərəli istifadə edilməsi üçün dayanıqlı enerji mənbələrinə üstünlük verilib. Bu baxımdan, kəndin dayanıqlı enerji ilə təmin edilməsi üçün Həkəri çayı üzərində Almaniyanın “Rehart GmbH” şirkəti tərəfindən istehsal olunan və hər biri 212 kilovat olmaqla 3 hidravlik turbindən və müvafiq hissələrdən ibarət Arximed turbini tipli Su Elektrik Stansiyası inşa edilib. Üç ədəd generatorun quraşdırıldığı stansiya Ağalı kəndinin elektrik enerjisinə tələbatını tam təmin etmək gücünə malikdir. Arximed qurğusunun digər enerji istehsal sistemləri ilə müqayisədə ən böyük üstünlüyü ondan ibarətdir ki, təzyiqsiz sudan enerji istehsal edə bilir, asan quraşdırılır və iqtisadi baxımdan sərfəlidir. Prezident İlham Əliyev Stansiyanı işə salıb. Diqqətə çatdırıldı ki, balıqların Arximed turbinlərinin içindən keçə bilməsi və elektrik enerjisinin balıq ölümünə səbəb olmadan istehsal edilməsi ətraf mühitin qorunması baxımından xüsusi əhəmiyyətə malikdir. Qeyd edək ki, Arximed turbinlərinin istismar müddəti 50-60 il proqnozlaşdırılır.



20-10-2022, 13:57
Minalardan təmizlənən ərazilərin sahəsi açıqlanıb


Minalardan təmizlənən ərazilərin sahəsi açıqlanıb

2020-ci ilin noyabr ayından 2022-ci ilin oktyabr ayına qədər işğaldan azad olunan rayonlarda minalardan təmizlənmiş ərazilərin ümumi sahəsi 56,573 hektar təşkil edir. Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib. O qeyd edib ki, 2022-ci il üzrə minalardan təmizlənməsi nəzərdə tutulan ərazilər 40 hektar təşkil edir:“Artıq həmin ərazilərin 36 min hektara qədəri təmizlənib və ilin sonuna qədər təmizlənməsi nəzərdə tutulan ərazi tam başa çatdırılacaq. Ümumilikdə minalardan təmizləmə üzrə illik planın 65 min hektara qədər artırılması nəzərdə tutulur".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!