"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
27-10-2022, 18:14
Prezident büdcə ilə bağlı fərmana dəyişiklik etdi


Prezident büdcə ilə bağlı fərmana dəyişiklik etdi

Prezident İlham Əliyev “2022-ci il dövlət büdcəsi haqqında” 3 dekabr 2021-ci il tarixli qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” 23 dekabr 2021-ci il tarixli fərmanında dəyişiklik edib. Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Dəyişikliyə əsasən, qanuna yeni nəsil şəxsiyyət vəsiqələrinin və biometrik pasportların çap edilməsi ilə bağlı bənd əlavə olunub. Bununla bağlı xərclər 48,282 milyon manat müəyyən edilib.
27-10-2022, 18:05
Binəli Yıldırım evə buraxıldı: “Ağır qəza idi”


Binəli Yıldırım evə buraxıldı: “Ağır qəza idi”

Azərbaycanda səfərdə olarkən yol qəzasına düşən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım evə buraxılıb. Bu barədə NTV məlumat yayıb. Yıldırım qəza ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.“Düz bir həftə əvvəl, oktyabrın 20-də prezident Ərdoğanın Azərbaycana səfəri ilə əlaqədar nümayəndə heyəti olaraq bir günlük səfərə çıxdıq. Maşınımız geri dönərkən qəzaya uğradı. Ağır qəza oldu, bir az salto etdik. Qəza nəticəsində başımda cərrahi müdaxilə tələb edən kəsik yarandı. Bunun üçün 2 əməliyyat lazım idi. Qabırğamda da 2 sınıq var, onlar da zamanla sağalacaq. Müalicəmizə evdə davam edəcəyik", - Yıldırım qeyd edib. Xatırladaq ki, B.Yıldırım və Ş.Ayrım oktyabrın 20-də Cəbrayıldan Zəngilan Beynəlxalq Hava Limanına qayıdarkən qəzaya düşüblər. Hadisədən sonra Türkiyə rəsmiləri helikopterlə paytaxt Bakıdakı xəstəxanaya aparılıb. Azərbaycan Prezidenti İlham Əliyev Binəli Yıldırım və Şamil Ayrıma müalicə olunduqları xəstəxanada baş çəkib. Daha sonra onlar təcili yardım təyyarəsi ilə İstanbula yola salınıb.
27-10-2022, 17:57
İranlı məmurların ailələri Londona qaçır


İranlı məmurların ailələri Londona qaçır

İran rəsmilərinin ailələri Böyük Britaniyanın paytaxtı Londona sığınmağa cəhd edirlər. Bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb. Britaniyalı deputatlar İrandakı vəziyyət barədə ötən gün parlamentdə İran xalqının molla rejiminə qarşı hazırkı etirazları ilə bağlı “təcili sual” ünvanlayıblar. Parlamentin üzvü xarici işlər nazirinin müavininə İran İslam Respublikası rəsmilərinin ailə üzvlərinin Britaniya pasportu əldə etmək səyləri ilə bağlı aldığı məlumatlar barədə sual verib.
27-10-2022, 17:55
Sərhəddə əməliyyat - Atəş açıldı


Sərhəddə əməliyyat - Atəş açıldı

Oktyabr ayının 25-də saat 20:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Cəfərli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin dövlət sərhədi yaxınlığında mühəndis çəpərinə yaxınlaşması müşahidə edilib, “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayaraq hava şəraitinin qaranlıq və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə qaçıblar. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhədboyu ərazidə gizlədilmiş 1 ədəd bağlama içərisində təxmini çəkisi 17 kiloqram narkotik vasitəyə bənzər maddələr (10 kq “marixuana”, 2 kq 100 qram “tiryək” və 4 kq 900 qram qablaşdırmada 7790 ədəd “metadon-40” həbləri) aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

27-10-2022, 17:51
İranda güclü partlayış - Ölənlər var


İranda güclü partlayış - Ölənlər var

İranda oksigen zavodunda güclü partlayış olub. Partlayış Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərində qeydə alınıb. Məlumata görə, partlayışdan sonra yanğın başlayıb. Hadisə nəticəsində azı 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Gecə saatlarında baş vermiş partlayışın ilkin səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
27-10-2022, 17:49
Cümə gününün hava proqnozu


Cümə gününün hava proqnozu

Oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-15° isti, gündüz 17-19° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 18-22° isti, dağlarda gecə 0-4° isti, gündüz 5-8° isti olacaq.
27-10-2022, 17:26
Ermənistanda müqaviləli hərbi xidmətə keçid sistemi təsdiqləndi


Ermənistanda müqaviləli hərbi xidmətə keçid sistemi təsdiqləndi

Ermənistan hökuməti “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna icbari hərbi xidmətdən müqaviləli xidmətə keçidin yeni sistemini nəzərdə tutan dəyişiklik edib. Ermənistanın müdafiə naziri Suren Papikyanın sözlərinə görə, 6 aylıq məcburi hərbi xidmət müddəti başa çatdıqdan sonra hərbçi 5 il müddətinə müqaviləli hərbi xidmətə keçə bilər. Bu zaman komandanlığın müsbət rəyi də əsas götürüləcək. Müqavilənin müddəti başa çatdıqdan sonra və ya sağlamlıq səbəbi ilə xidmət dayandırıldıqda hərbçi 5 milyon dram (təxminən 12 000 ABŞ dolları) məbləğində fəxri ödəniş alacaq. Müqaviləli hərbi qulluqçular attestasiyadan keçəcəklər.
27-10-2022, 17:24
"Xocasən" stansiyası açılışa tam hazırdır


"Xocasən" stansiyası açılışa tam hazırdır

Bakı metropoliteninin "Xocasən" stansiyası və "Xocasən" elektrik deposunda tikinti-quraşdırma işləri tam başa çatıb. Bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İdarə heyəti sədrinin müavini Hidayət Məmmədov deyib. Qurum rəsmisi bildirib ki, hazırda stansiyada sınaq işləri aparılır:"Stansiyanın ilin sonuna kimi istifadəyə verilməsi gündəmdədir. Artıq stansiya və elektrik deposunda işlər yekunlaşıb və sınaq-sazlama işləri aparılır, qatarların hərəkətinin təşkili son mərhələdədir. İşlər tam başa çatdırılandan sonra stansiya sərnişinlərin istifadəsinə veriləcək".
27-10-2022, 17:22
İran PUA-larının 70%-i vurulub - Zelenski


İran PUA-larının 70%-i vurulub - Zelenski

Rusiya ordusu Ukrayna ərazisində İranın 400-ə yaxın kamikadze PUA-sını istifadə edib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.“Artıq 400-ə yaxın İranın pilotsuz uçuş aparatı Ukraynanın mülki əhalisinə qarşı istifadə olunub. Buna baxmayaraq, mən hərbçilərimizə minnətdaram ki, onların 60-70%-i vurulub. Bu pis nəticə deyil, lakin İran PUA-larının hücumlarına görə yaxınlarını itirən hər kəsə başsağlığı verirəm”, - deyə Zelenski vurğulayıb. Qeyd edək ki, Rusiya Ukrayna müharibəsində İran istehsalı PUA-lardan istifadə etsə də, Tehran israrla bunu təkzib etməyə çalışır.
27-10-2022, 17:19
Cəbrayılda xeyli silah-sursat aşkarlandı


Cəbrayılda xeyli silah-sursat aşkarlandı

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir. DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı silah-sursat aşkar ediblər. Tapılan 10 ədəd qumbara, 6 ədəd tank əleyhinə qurğu, 7800 ədəd patron və digər sursatlar aidiyyəti üzrə təhvil verilib.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!