Putin və Rəisi arasında telefon danışığı olub .....                        Naxçıvanda 4 şagird ən yüksək nəticəni göstərdi .....                        İzmirdə zəlzələ baş verdi .....                        “Semka” ləqəbli “TikTok”er saxlanıldı .....                        Qaxda 300 bal toplayan məktəblilər .....                        Bakı Türk Liseyinin yetirmələrindən 300 ballıq nəticə .....                        XİN Başçısı Şavkat Mirziyoyevlə bu məsələləri müzakirə etdi .....                        Gürcüstan parlamenti qarşısında aksiya keçirilib .....                        Ceyhun Bayramov Özbəkistan Prezidentiylə görüşdü .....                       
28-10-2022, 15:10
Bakıya yağış yağacaq - Sabahın havası


Bakıya yağış yağacaq - Sabahın havası

Bakıda və Abşeron yarımadasında oktyabrın 29-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər saatlarında duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-14° isti, gündüz 14-16° isti, Bakıda gecə 12-14° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq. Azərbaycanın rayonlarında da sabah bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-4° isti, gündüz 5-9° isti olacaq.
28-10-2022, 15:08
Qarabağda 450-dən çox meyit qalıqları ekshumasiya edilib


Qarabağda 450-dən çox meyit qalıqları ekshumasiya edilib

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti, yüksək sərkərdəlik məharəti, birinci xanım Mehriban Əliyevanın dəstəyi, xalqın dəyanəti, əzmkarlığı, hərbçilərimizin şücaəti və qəhrəmanlığı sayəsində 30 ilə yaxın müddətdə işğal altında qalan tarixi torpaqlarımız hərbi və siyasi-diplomatik yolla azad olunub. Hərbi Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, işğaldan azad edilmiş torpaqlarda, o cümlədən Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Ağdam rayonunun Sırxavənd kəndləri, eləcə də Xocalı rayonunun Fərrux kəndində və digər ərazilərdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, Beynəlxalq Qızıl Xaç Komitəsinin və digər aidiyyəti qurumların nümayəndələri ilə birlikdə aparılmış müvafiq axtarış tədbirləri nəticəsində kütləvi məzarlıqlar aşkarlanıb. Azərbaycan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 115.4-cü, 120.2.7-ci, 120.2.12-ci və digər maddələri ilə istintaq olunan cinayət işi üzrə məzarlıqlardan Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunan 450-dən artıq insan meyitinin qalıqları çıxarılaraq ekshumasiya edilib. Həmin meyit qalıqları ilə bağlı 300-ə yaxın məhkəmə-tibbi və 280-dən artıq molekulyar-genetik ekspertizaları təyin olunaraq icraya yönəldilib. Eləcə də şahidlər dindirilib və digər zəruri istintaq-əməliyyat tədbirləri yerinə yetirilib. Baş prokurorunun müavini–Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bu il oktyabrın 26-da qeyd olunan ərazilərə gedərək həmin cinayət işinin istintaqının gedişatı ilə yerində maraqlanıb, müvafiq tövsiyələr və tapşırıqlar verib. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.




28-10-2022, 15:05
AMB sərtləşmə siyasətinə başlayır


AMB sərtləşmə siyasətinə başlayır

Faiz dəhlizinin aşağı dərəcəsi bazara təsir etməyə başladığından, Mərkəzi Bankın İdarə Heyətin növbəti iclaslarda monetar siyasətinin daha da sərtləşdirilməsi istiqamətində qərarlar qəbul edəcəyi gözlənilir. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Taleh Kazımov bildirib. Baş bankir qeyd edib ki, yeni əməliyyat çərçivəsinin nəticələrini nəzərə alaraq, faiz dəhlizinin aşağı həddini daraldacağıq:“Hazırda faiz dəhlizinin aşağı həddinin bazara təsirini müşhidə edirik. Bu bizə əsas verir ki, monetar siyasətimizi sərtləşdirmək yönümündə qərarlarımızı verək". T.Kazımov əlavə edib ki, hazırda Azərbaycan Mərkəzi Bankının məqsədi inflyasiyanı azaltmaqdır:“Əgər gələcəkdə inflyasiya nəzərdə tutduğumuzdan çox azalsa, iqtisadi aktivliyə mənfi təsir etsə, uçot dərəcəsi vasitəsilə bazara təsir etməyə çalışacağıq. Biz dövriyyədəki notlarımız artıra da bilərik, azalda da bilərik. Artıq bu notlarla bağlı bazarda müəyyən gözləntilər formalaşıb”.
28-10-2022, 15:01
Mərkəzi Bankın bazara müdaxiləsi davam edir


Mərkəzi Bankın bazara müdaxiləsi davam edir

Tədiyə balansının yüksək pofisiti və manata tələbin artması ilə əlaqədar olaraq Azərbaycan Mərkəzi Bankı valyuta bazarına alışyönümlü müdaxiləsini davam etdirir. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Taleh Kazımov bildirib. Baş bankir qeyd edib ki, bu il AMB, 27 oktyabradək 967 milyon dollarlıq alışyönümlü əməliyyat reallaşdırıb. Onun sözlərinə görə, valyuta hərraclarında vəsait satan Dövlət Neft Fondunun qənaəti də kifayət qədər böyükdür. Fond 27 oktyabradək 820 milyon dollara qənaət edib.
28-10-2022, 14:58
Andrey Belousov İlham Əliyevin qəbulunda


Andrey Belousov İlham Əliyevin qəbulunda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Rusiya Federasiyası Baş nazirinin birinci müavini Andrey Belousovu qəbul edib. Butov.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurlu və dinamik inkişafı qeyd edildi, ticarət dövriyyəsinin artımı vurğulanıb. Söhbət zamanı iqtisadi-ticari, nəqliyyat-logistika, Şimal-Cənub nəqliyyat dəhlizi, maliyyə-bank, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.
28-10-2022, 14:56
Təhlükəli hadisələrin sayı artmaqdadır - Nazirlik


Təhlükəli hadisələrin sayı artmaqdadır - Nazirlik

“Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da təhlükəli hidrometeoroloji hadisələrin sayı artmaqdadır”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi, coğrafiya üzrə fəlsəfə doktoru Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, araşdırmalar göstərir ki, son 10 ildə 25 metr/saniyə-dən artıq güclü küləklərin sayı 12 dəfəyədək artıb:“İri şəhərlərimiz olan Bakı, Gəncə və Mingəçevirdə fırtına hesab olunan 35 metr/saniyədən güclü küləkli günlərin sayı 3,5 dəfə artıb. Əgər 1961-1990-cı illərdə ildə bir dəfə belə hadisə baş verirdisə, hazırda 3-dən çox belə hadisələrlə üzləşirik”. Umayra Tağıyeva əlavə edib ki, yağıntıların azalması fonunda təəssüf ki, leysan xarakterli yağışların miqdarı artmaqdadır. Bu səbəbdən son 10 ildə sel-daşqınların 18,5 dəfəyə qədər artması müşahidə olunur:“Dolu düşməsi artıq səciyyəvi ərazilərdən başqa digər rayonlarda da müşahidə olunmaqdadır. Bu hadisələrin sayı da 3,2 dəfəyə qədər artıb. Son 10 ildə kənd təsərrüfatı üçün xüsusi təhlükə yaradan ağ yellər adlanan quru isti küləklərin təkrarlanması 10 dəfəyə qədər artıb”. Xidmət rəisi vurğulayıb ki, bütün bu problemlərə hazırlıqlı olmaq üçün ölkəmizdə hidrometeorologiya xidmətinin potensialının artırılması mühüm məsələlərdən biridir.
28-10-2022, 14:52
Polis ehtiyatsızlıqdan özünü güllələdi


Polis ehtiyatsızlıqdan özünü güllələdi

Ehtiyatsızlıq polisin ölümünə səbəb olub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, bu gün Laçın Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İman Abbasov odlu silahla ehtiyatsız davranmağı nəticəsində açılan atəşdən xəsarət alıb. Ona hadisə yerində ilkin tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
28-10-2022, 14:50
Müharibə iştirakçısı faciəvi şəkildə öldü


Müharibə iştirakçısı faciəvi şəkildə öldü

Bakıda müharibə iştirakçısı faciəvi şəkildə ölüb. Butov.az xəbər verir ki, Baxışov Yusif Vasif oğlu toydan çıxıb yolu keçmək istəyərkən onu “Kamaz” markalı yük maşını vurub. Nəticədə o, hadisə yerində dünyasını dəyişib. Məlumata görə, Yusif Baxışov Salyanın Xələc kəndində yaşayırmış və Bakıya məhz toya görə gəlibmiş. Yaxınlarının bildirdiyinə görə, Yusif Aprel döyüşləri ilə yanaşı, Vətən müharibəsində də iştirak edib. Onun hadisə baş verən günə qədər MAXE kimi hərbi xidmətini davam etdirdiyi qeyd olunur.
28-10-2022, 14:50
Region gəncləri üçün “İrəli”dən yeni layihə

Region gəncləri üçün “İrəli”dən yeni layihə

“İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Region Gənclərinin Bacarıqlarının Artırılması” layihəsinə start verilir.
Birliyin Mətbuat xidmətindən Butov.az-a verilən məlumata görə, həyata keçirilən layihənin əsas məqsədi region gənclərinin ölkə maraqlarının qorunmasında iştirakçılığı təmin etmək, təşəbbüslərin artımına dəstək olmaq, sağlam düşüncəli, rəqabətədavamlı gənclər şəbəkəsinin formalaşmasına nail olmaqla dövlət gənclər siyasətinin inkişafına töhfələr verməkdir.
Layihə çərçivəsində region gənclərinin inkişafına dəstək vermək, gənclərlə iş sahəsinin prinsiplərini aşılamaq məqsədilə 7 müxtəlif regionda təlim proqramının icrası nəzərdə tutulur. Qeyd olunub ki, “Layihələrin yazılması və idarə olunması”, “Gənclərin təşəbbüskarlığının artırılması”, “Gənclərlə iş sahəsində rəqəmsal biliklər”, “Sosial şəbəkələrdən düzgün istifadə” və digər mövzularda baş tutacaq təlimlərdə ümumilikdə 200-dən çox gənc iştirak edəcək.
Müraciətlərin qəbulu 2 noyabr 2022-ci il tarixinədək davam edəcək. Layihədə qeyd olunan regionlarda yaşayan 17-25 yaş aralığında, təşəbbüskar, motivasiyalı, məsuliyyətli gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://bit.ly/regiongencleri
28-10-2022, 14:47
Paşinyan: “Rusiyanın təklifləri əsasında işləməyə razılıq vermişik”


Paşinyan: “Rusiyanın təklifləri əsasında işləməyə razılıq vermişik”

Ermənistan Rusiyanın təklifləri əsasında Azərbaycanla münasibətlərin qurulması üzərində işləməyə hazırdır. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan tvitterdə yazıb.“Sentyabrın əvvəlində Ermənistan Rusiya Federasiyasının təqdim etdiyi Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulması üçün əsas prinsiplər və parametrlər əsasında işləməyə razılıq verib və bunu Soçidə təsdiqləməyə hazırdır. Ümid edirik ki, Rusiya öz təkliflərini dəstəkləyəcək”. Xatırladaq ki, oktyabrın 31-də Rusiyanın Soçi şəhərində Azərbaycan, Rusiya, Ermənistan liderləri - İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!