"Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                       
30-10-2022, 15:15
Etirazçılar xüsusi təyinatlıları qovdular


Etirazçılar xüsusi təyinatlıları qovdular

İranın Astara şəhərində etirazçılar hökumət qüvvələrini və xüsusi təyinatlıları meydandan qovub çıxarıblar. Bu barədə “Azad İran” teleqram kanalında məlumat paylaşılıb. Bildirilib ki, narazı kütlə xüsusi təyinatlıların motosikletini də yandırıb. Hazırda etirazlar davam edir. Qeyd edək ki, ötən aydan başlayaraq İranda kütləvi aksiyalar keçirilir.
30-10-2022, 15:08
Ermənistan ordusunda insident - Ölən var


Ermənistan ordusunda insident - Ölən var

Ermənistan ordusunun hərbi qulluqçuları arasında silahlı insident baş verib. Hadisə zamanı bir nəfər ölüb. Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, oktyabrın 29-da hərbi hissələrdən birinin döyüş mövqeyində xidmətdə olan əsgər hərbçi yoldaşı Misak Petrosyanla mübahisə edib. Mübahisə zəminində o, avtomatdan atəş açıb. Başından ağır yaralanan Petrosyan hadisə yerində keçinib. Cinayət törədən erməni hərbçi daha sonra özünü ayağından vurub. Faktla bağlı cinayət işi başlanıb.
30-10-2022, 15:04
İtaliya Kiyevə yenidən hərbi yardım göndərdi


İtaliya Kiyevə yenidən hərbi yardım göndərdi

İtaliya hökuməti Ukraynaya beşinci hərbi yardım paketinin icrasını gerçəkləşdirib. Butov.az xəbər verir ki, Roma Kiyevə yardımın bir hissəsi olaraq 20-dən 30-a qədər "M109L" özüyeriyən artilleriya qurğusunu çatdırıb. Məlumata görə, Kiyevə müəyyən növ ağır silahlar, o cümlədən "M113" zirehli transportyorları, altı "PzH 2000" ağır haubitsaları və iki MLRS reaktiv yaylım atəşi sistemi göndərilib.
30-10-2022, 15:01
Maqomayev Moskvada anıldı


Maqomayev Moskvada anıldı

Oktyabrın 29-da Moskva yaxınlığındakı “Crocus City Hall”da SSRİ xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Butov.az xəbər verir ki, konsertdə Lev Leşenko, Qriqori Leps, Valeriya, Emin, Aleksandr Serov Maqomayevin sevilən mahnılarını ifa ediblər. Bundan əlavə, Vladimir Vinokur, Zara, “Zemlyane” qrupu, Aleksandr Panayotov, “A`Studio”, Denis Klyaver, Askar Abdrazakov və başqaları da tədbirdə çıxış ediblər. Qeyd edək ki, Müslüm Maqomayev 1942-ci il, avqustun 12-də Bakıda anadan olub. O, 31 yaşında SSRİ-nin Xalq artisti adını alıb. Dahi sənətkar 2008-ci il oktyabrın 25-də 66 yaşında dünyasını dəyişib.
30-10-2022, 14:58
İlham Əliyev koreyalı həmkarına başsağlığı verdi


İlham Əliyev koreyalı həmkarına başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Respublikasının Prezidenti Yun Sok Yola başsağlığı verib. Butov.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:"Hörmətli cənab Prezident, Seul şəhərində yaranmış izdiham nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi olduqca kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Koreya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm". Xatırladaq ki, oktyabrın 29-da Cənubi Koreyanın paytaxtı Seulda Hellouin bayramının qeyd edilməsi zamanı şəhərin mərkəzindəki İtxevonda baş verən izdiham nəticəsində 19-u əcnəbi olmaqla 151 nəfər ölüb.
30-10-2022, 14:57
Polşada ilk AES-i onlar inşa edəcək


Polşada ilk AES-i onlar inşa edəcək

Polşada ilk atom elektrik stansiyası (AES) ABŞ şirkəti tərəfindən inşa olunacaq. Butov.az xəbər verir ki, tikinti işləri “Westinghouse Electric” şirkətinə tapşırılıb. Polşanın Baş naziri Mateuş Moravietski bildirib ki, ölkənin nüvə enerjisi layihəsində ABŞ şirkətinin etibarlı texnologiyasından istifadə ediləcək. Havaya buraxılan zərərli qazların miqdarını azaltmaq və kömürdən tamamilə imtina etmək istəyən Polşa nüvə enerjisinə ciddi maraq göstərir. Nəzərdə tutulan AES-in ilk üç reaktoru üçün tətbiq ediləcək texnologiya ilə bağlı qərar bu ilin sonuna kimi qəbul edilməlidir. İlk reaktor 2033-cü ildə şəbəkəyə qoşulmalıdır. ABŞ şirkətinin bu layihədə rəqibləri arasında Fransa şirkətləri ilə yanaşı, Cənubi Koreyanın “Korea Hydro Nuclear Power” şirkəti də var idi. Qeyd edək ki, rəsmi Varşava bu layihə üçün 6-9 qiqavat gücündə reaktorlar qura və onları müvafiq texnologiya ilə təmin edə bilən tərəfdaş axtarırdı.
30-10-2022, 14:53
İranda etirazçılar yolları bağladı


İranda etirazçılar yolları bağladı

İranda iğtişaşlar fonunda etiraz aksiyaları davam edir. Bu gün etirazların dairəsi daha da genişlənib. “Azad İran” teleqram kanalında yayılan məlumata görə, Qərbi Azərbaycanın Mərivan şəhərində gənclər hökumət əleyhinə etiraza qalxıblar. Nümayişçilər təkər və digər əşyalar yandıraraq yollarda keçilməz maneələr yaradıblar. Qeyd edək ki, İranda ötən aydan başlayaraq etiraz aksiyaları davam edir.
30-10-2022, 14:50
Bayden, yoxsa Tramp? - Sorğu


Bayden, yoxsa Tramp? - Sorğu

Amerikalı seçicilərin böyük əksəriyyəti ABŞ prezidenti Co Baydenin və keçmiş dövlət başçısı Donald Trampın 2024-cü ildə növbəti müddətə namizədliyini irəli sürməsini istəmir. Bu barədə “Yahoo!”nun “YouGov” tədqiqat təşkilatı ilə birgə keçirdiyi sosioloji sorğunun nəticələrində qeyd olunub. Sorğuya əsasən, respondentlərin 57%-i “Bayden yenidən namizədliyini irəli sürməlidirmi” sualına mənfi cavab verib. Maraqlıdır ki, eyni sayda (57%) amerikalı Trampın da növbəti prezidentlik yarışında iştirak etməyini arzulamır. Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.
30-10-2022, 14:27
“Sülhə “hə” deməliyik, əks halda gec olacaq” – Erməni siyasətçi


“Sülhə “hə” deməliyik, əks halda gec olacaq” – Erməni siyasətçi

"Bu ilin sonuna qədər Ermənistanın taleyi həll olunacaq". Bunu erməni siyasətçi Ahoran Adibekyan deyib. O bildirib ki, dekabr ayında qədər böyük güclər Ermənistanı Azərbaycanla sülh müqaviləsini imzalamağa təhrik edəcəklər:"Azərbaycanın alternativləri çoxdur. Qərblə və Moskva ilə paralel işləmək imkanlarına malikdir. Amma Ermənistanın bu cür şansları sıfıra bərabərdir. İndi biz mənfəət əldə etmək istəyiriksə, Kremlin dediyini etməli və sülhə "hə" deməliyik. Əks halda, gec ola bilər. Biz İranın və digərlərinin oyunlarına gəlməməliyik".
30-10-2022, 14:24
Qaz tankeri partladı, ölənlər var


Qaz tankeri partladı, ölənlər var

İraqın paytaxtı Bağdadda qaz tankerinin partlaması nəticəsində 3 nəfər ölüb. Butov.az xəbər verir ki, hadisə zamanı 10-a yaxın insan yaralanıb. Bildirilib ki, Bağdadın şərqindəki Bunak bölgəsində qazla dolu tankerin partlamasına texniki nasazlıq səbəb olub. Partlayış nəticəsində ərazidəki binaya və futbol meydançasına da ziyan dəyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!