Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                        Makronun sözləri müxalifəti qəzəbləndirdi .....                       
9-12-2022, 18:00
İranda qardaşlar eyni vaxtda edam edildi


İranda qardaşlar eyni vaxtda edam edildi

İranın Sistan-Bəlucistan əyalətində Ömər, Nasir və Nuşirəvan adlı üç qardaş eyni vaxtda edam edilib. İran hakimiyətindən narazı etnik bəluclar ölkənin bayrağı rəngində parçanın üzərinə “Ədalət, Azadlıq, ərəb, kürd, bəluç, türk, azəri, bəxtiyari, fars, bir olaq, bir olaq!” şüarı yazaraq rejimdən narazılıqlarını bildiriblər.

9-12-2022, 17:42
İranda qardaşlar eyni vaxtda edam edildi


İranda qardaşlar eyni vaxtda edam edildi

İranın Sistan-Bəlucistan əyalətində Ömər, Nasir və Nuşirəvan adlı üç qardaş eyni vaxtda edam edilib. İran hakimiyətindən narazı etnik bəluclar ölkənin bayrağı rəngində parçanın üzərinə “Ədalət, Azadlıq, ərəb, kürd, bəluç, türk, azəri, bəxtiyari, fars, bir olaq, bir olaq!” şüarı yazaraq rejimdən narazılıqlarını bildiriblər.

9-12-2022, 17:36
Xameneinin bacısı qızı həbs cəzasına məhkum edildi


Xameneinin bacısı qızı həbs cəzasına məhkum edildi

İranın ali rəhbəri Seyid Əli Xameneinin bacısı qızı Fəridə Muradxani xüsusi ruhani məhkəməsində mühakimə olunub. İranın hakim rejiminə qarşı çıxaran Fəridə Muradxani 15 il müddətinə həbs cəzasına məhkum edilib. Onun vəkili Məhəmməd Hüseyn Ağassi məlumatı təsdiqləyib. Bildirib ki, məhkəmə Fəridə Muradxanini ruhani olmamaqda ittiham edib. Xatırladaq ki, hüquq müdafiəçisi Fəridə Muradxani noyabrın 23-də saxlanılıb. Onun mətbuata açıqlamalarında hakimiyyət əleyhinə sərt fikirlər səsləndirməsi, molla rejimini tənqid etməsi xüsusilə diqqət çəkib.
9-12-2022, 17:33
Yanvar ayının qeyri-iş günləri açıqlandı


Yanvar ayının qeyri-iş günləri açıqlandı

Gələn ay Azərbaycanda 5 gün iş olmayacaq. Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 2023-cü ilin yanvarın 1 və 2-si isə Yeni il bayramı münasibətilə qeyri-iş günüdür. 2022-ci il 31 dekabr və 2023-cü il 1 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişir və 2023-cü il 3 və 4 yanvar tarixləri qeyri-iş günü olacaq. Bununla da yanvar ayında ardıcıl 4 qeyri-iş günü olacaq. Yanvarın 20-si isə Ümumxalq hüzn günü olduğundan həmin gün qeyri-iş günüdür. Beləliklə, yanvar ayında, ümumilikdə 5 gün iş olmayacaq.
9-12-2022, 17:30
UEFA-dan Azərbaycan klublarına dəstək


UEFA-dan Azərbaycan klublarına dəstək

UEFA Azərbaycanın dörd klubuna ödəniş edib. Butov.az-ın məlumatına görə, bu, 2021/2022 mövsümündə avrokuboklarda (Çempionlar Liqası, Avropa Liqası, Avropa Konfrans Liqası) çıxış edənlərə şamil olunub. "Şamaxı" və "Sumqayıt"a 25 000, "Neftçi"yə 79 000, "Qarabağ"a isə 17 000 avro ödənilib. Vəsaitlər AFFA-nın vasitəçiliyi ilə müvafiq klubların hesabına köçürülüb.
9-12-2022, 17:22
Zelenski: “Türkiyə prezidentinə təşəkkürümü bildirirəm”


Zelenski: “Türkiyə prezidentinə təşəkkürümü bildirirəm”

Ukrayna prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. Zelenski Türkiyədə keçirilən “TRT World Forum” tədbirinin iştirakçılarına video müraciəti zamanı Türkiyənin Ukrayna məsələsindəki rolunu yüksək qiymətləndirib. O, Ukrayna və Rusiya arasında əsirlərin qarşılıqlı dəyişdirilməsinə kömək etdiyinə görə Ərdoğana minnətdar olduqlarını söyləyib. “Türkiyə prezidentinə təşəkkürümü bildirirəm”, - Zelenski deyib.
9-12-2022, 17:19
Sabir Rüstəmxanlı: “Dəyişikliklərin əksəriyyəti xalqın ziyanına olur...”


Sabir Rüstəmxanlı: “Dəyişikliklərin əksəriyyəti xalqın ziyanına olur...”

İnzibati Xətalar Məcəlləsinə 2016-cı ildən bəri 146 dəyişiklik edilib. 4-5 ildə bu qədər dəyişiklik olarmı? Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib. Onun fikrincə, dəyişikliklərin çoxu rüsum və cərimələrin artırılması ilə bağlıdır. “Dəyişikliklərin əksəriyyəti xalqın ziyanına olur. Ya cərimələr artır, ya da qiymətlər dəyişir. Anlayıram, müəyyən dəyişiklik olmalıdır. Amma qanunun müəyyən sabitliyi də vacibdir. Qanunun hədəfi olmalıdır. Qanunvericilik yaradıcılığı, qanun və onun strateji hədəflərinin düzgün müəyyən edilməsinin vacibliyini diqqətə çatdırmaq istəyirəm”, - deputat vurğulayıb.
9-12-2022, 17:15
Kanada bu ölkələrə sanksiya tətbiq etdi


Kanada bu ölkələrə sanksiya tətbiq etdi

Kanada Rusiya, İran və Myanmaya qarşı sanksiyalar tətbiq edib. Bu barədə Kanadanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, sanksiyalara Ukraynaya hərbi təcavüzün əleyhinə olan rusiyalılara qarşı insan hüquqlarının sistematik pozulmasında ittiham olunan Rusiyanın 33 yüksək vəzifəli məmuru və altı təşkilatı daxil edilib. Bundan əlavə, İranda 22 nəfərə, o cümlədən məhkəmə və penitensiar sistemlərin yüksək vəzifəli şəxslərinə, hüquq-mühafizə orqanlarının və dövlət mediasının bəzi xadimlərinə, həmçinin İran İslam Respublikasının ali dini lideri Əli Xameneinin müşavirləri də daxil olmaqla, siyasi dairələrin bir sıra nümayəndələrinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq olunub. Sanksiyalar siyahısına Myanmanın hərbi orqanları ilə əlaqəsi olan və hərbçilərin zorakılığına şərait yaradan 12 fiziki və üç hüquqi şəxs də daxil edilib.
9-12-2022, 17:13
Aİİ-yə üzv ölkələr arasında 15 sənəd imzalandı


Aİİ-yə üzv ölkələr arasında 15 sənəd imzalandı

Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən Avrasiya İqtisadi İttifaqı (Aİİ) sammiti yekunlaşıb. Aİİ-yə üzv ölkələrin dövlət başçılarının toplantısının sonunda 15 sənəd imzalanıb. Kremldən verilən məlumata görə, imzalanan sənədlərlə əldə olunan razılaşmalar müxtəlif sferaları əhatə edir. Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqının sammitində Rusiya, Qazaxıstan, Belarus və Qırğızıstan prezidentləri, habelə Ermənistanın baş naziri iştirak edib.
9-12-2022, 17:10
Ərdoğandan etirazçı çıxış


Ərdoğandan etirazçı çıxış

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Egey dənizindəki adaların silahlandırılmasına etirazını bildirib. Prezident bu barədə “TRT World Forum”da çıxışı zamanı danışıb. “Biz hələ “F-16” məsələsini həll edə bilməmişik. Egey dənizində, Aralıq dənizində Yunanıstanı hesabsızca dəstəkləyərək təcavüzçü və təxribatçı cəhdlərə cəsarət verənlərə “eyvallah” demədik, deməyəcəyik. NATO-da bərabərik, amma adaları silahla doldurursunuz, təyyarələrlə doldurursunuz”, - deyə Ərdoğan vurğulayıb. Qeyd edək ki, 1924-cü ildə imzalanan Lozanna, eləcə də 1947-ci ildə imzalanan Paris müqavilələrinə əsasən, Yunanıstanın Egey dənizində Türkiyə sahillərinə yaxın ərazidə yerləşən adaları hərbiləşdirməsi qadağan edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!